Məhkəmə qərarları › İş №2(066)-219/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-219/2025

26.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-219/2025 26.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyası» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyaları» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırkı iddia üzrə ona məxsus hazırkı bazar qiyməti ilə Rusiya istehsalı olan 1 ədəd zincir formalı sep, 14 qram çəkidə, 583 əyyarlı, 1400 (bir min dörd yüz) manat dəyərində qızıl əşyasının geri qaytarılması və bu olmadıqda 1400 (bir min dörd yüz) manat pulun ona ödənilməsi və ödədiyi 35 manat dövlət rüsumunun cavabdehhdən alınıb onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh dayısı oğlu Qabilin həyat yoldaşıdır. Onunla heç bir ədavətləri yoxdur. Lakin, onlar aralarında ona məxsus Rusiya istehsalı olan 1 ədəd qızıl əşyası olan 583 əyyarlı, 14 qram çəkidə zincir formalı boyunbağı (sepi) üstündə mübahisələri vardır. Belə ki, o, dayısı oğlu Qabilin evinə qonaq getmişdir. Orada görmüşdür ki, dayısı oğlu Qabilin evinə tanımadığı bir qadın da gəlib, onun arvadı Pərvanə ilə borc verdiyi pulu tələb edirdi ki, onun pulunu qaytarsın. Pərvanə də ona bildirmişdir ki, həmin qadından borc pul götürüb, qardaşı İmaməliyə verib, qardaşı İmaməli də borcu verə bilmir ki, o da həmin borcu qaytarsın. Bu səbəbdən də həmin qadının borcunu qaytara bilmədiyi üçün o da gəlib, onun evini dağıdır. Pərvanə də ondan xahiş etmişdir ki, o, boynunda olan zəncir (sepi) boyunbağını ona versin və Banka qoyub pul götürüb həmin qadının borcunu qaytarsın. O da Pərvanənin sözündən çıxmayıb özünə məxsus 1 ədəd zingir formalı boyunbağını (sepi) ona verib və deyib ki, nə vaxt imkanın olsa qızıl əşyasını geri özünə qaytararsan. Lakin, Cavabdeh ondan götürdüyü Rusiya istehsalı olan 1400 manat dəyərində, 1 ədəd -583 əyyarlı 14 qram çəkidə olan zincir formalı sep (boyunbağını) olan qızıl əşyasının geri qaytarılmasını tələb etdikdə, o, ona hər dəfə qaytaracağına söz versə də, yalan vədlər vermişdir. Bildirir ki, qardaşı İmaməli onun borc verdiyi pulu qaytarmır ki, oda ondan aldığı qızıl zincir formalı sepi qaytarsın. Qardaşı İmaməliyə verdiyi borc pulu aldıqdan sonra ondan aldığı 1 ədəd qızıl sepi qaytaracaqdır. Sonuncu dəfə aralarında cavabdehlə ondan aldığı qızıl-zinət əşayasının geri qaytarmamasına görə mübahisələri oldu və 2023-cü ilin mart ayında o və Cavabdeh ondan aldığı qızıl-zinət əşyasının geri qaytarmaması barədə Göygöl rayon Polis Şöbəsinə gedib, müraciət etmişdir. Lakin, şikayətini araşdıran sahə inspektoru Vüsal Mustafayev bildirmişdir ki, qoy ərizəni Pərvanə qardaşı İmaməlidən versin, Pərvanənin borc verdiyi pulu İmaməlidən alsınlar, onun da qızıl əşyasını alıb qaytarsın. O, Pərvanədən izahat aldı və Pərvanə izahatında də ondan Rusiya istehsalı olan 1 ədəd 583 əyyarlı 14 qram çəkidə olan zincir formalı boyunbağı (sepi) qızıl əşyası aldığını etiraf etmiş və həmin qızıl əşyasını geri qaytaracağına söz vermişdir. Lakin, üstündən 1 il 6 ay keçməsinə baxmayaraq Cavabdeh Rusiya istehsalı olan 1400 manat dəyərində, 1 ədəd - 583 əyyarlı 14 qram çəkidə olan zincir sepi (boyunbağını) olan qızıl əşyasını geri qaytarmır. Cavabdeh 1 il 6 ay idi ki, Rusiya Federasiyasında yaşayırdı. Bir ay olar ki, Rusiyadan gəlibdir. Onunla əlaqə saxlayıb, Rusiya istehsalı olan 1400 manat dəyərində, 1 ədəd 583 əyyarlı 14 qram çəkidə olan zincir formalı sepi (boyunbağını) olan qızıl əşyasının özünü və bu olmadıqda onun dəyərini, yəni 1400 manat pulu qaytarmasını tələb etsə də, o, yenə də qardaşı İmaməlidən pulunu aldıqdan sonra ona məxsus 1 ədəd qızıl zingir formalı sepi qataracağını bildirir. Göygöl rayon Polis Şöbəsinin tel:04.04.2023xx.xx.2023-cü il tarixli, 3/377/2-Q-4638/İİ/23 nömrəli məktubunu sübut kimi məhkəməyə təqdim edir. Onu da qeyd edir ki, tel:09.12.%202024xx.xx.2024-cü il tarixdə 27/2024 nömrəli vəkil sorğusu ilə qızıl-zinət əşyasının dəyər qiyməti hal-hazırkı dövrdə bazar qiyməti ilə 1 ədəd zincir formalı sep, 14 qram 583 əyyarlı -1400 (bir min dörd yüz) manat olmuşdur. Hesab edir ki, ona məxsus hazırkı bazar qiyməti ilə Rusiya istehsalı olan 1 ədəd zincir formalı sep, 14 qram çəkidə, 583 əyyarlı-1400 (bir min dörd yüz) manat dəyərində qızıl əşyasının geri qaytarılması və bu olmadıqda 1400 (bir min dörd yüz) manat pulun ona ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. İddia məbləği kiçik olsa da, buna görə də məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbini müdafiə edərək etdi və əlavə olaraq göstərdi ki, Pərvanə onun dayısının gəlinidir. Neçə il bundan əvvəl Pərvanəgilin evinə getmişdir. Həmin vaxt onların evində görmüşdür ki, borc aldığı adam pulu qaytara bilmədiyinə görə Pərvanəni hədələyərək və evdə davadalaş var. Həmin vaxt öz qızı da Pərvanənin qardaşı oğlu ilə nişanlı idi. Cavabdehin qardaşı orada ona bildirmişdir ki, qızılını ver bankdan kredit götürüb borcu bağlasınlar. O buna razı olmamışdır. Sonra Pərvanə ondan qızılını istəyəndə onun xatirinə özünə məxsus qızılı Pərvanəyə vermişdir. Fikirləşmişdir ki, qızılı versin ki, evdə dava-dalaş çox böyüməsin. Sonradan özü nə vaxt qızılını Pərvanədən istəyəndə o deyirdi ki, narahat olma veriləcək qızılın. Sonradan ona məlum olmuşdur ki, banka qoyulan qızıl satılmışdır. Ancaq qızıl satılanda ona heç kim bu barədə bildirməmişdir. Əgər qızılın satılması ona bildirilsəydi o qoymazdı ki, qızılı satılsın, borc taparaq bankın pulunu ödəyib qızılını götürərdi. Hər dəfə cavabdehdən qızılını istəyəndə Pərvanə and içərək yalan vədlər vermiş və bildirmişdir ki, tezliklə qızılın pulunu qaytaracaq. Halbuki cavabdeh ondan 1-2 aya qaytarmaq şərti ilə qızılı götürmüşdür. Bundan sonra Pərvanəni arabir görmüşdür. Özü ciyarından əməliyat olunmuşdur, hazırda zob xəstəliyi həm də sudurqası var, öz müalicəsinə pul tapa bilmir. Həmçinin evdə xəstə anası da var. Odur ki, məhkəmədən ona məxsus olan qızıl sepin cavabdehdən alınıb özünə qaytarılmasını, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərdi ki, qardaşı İmaməliyə qonşusundan 700 manat borc pul alıb vermişdir. Sonra qonşusu onun evinə gələrək ondan borc verdiyi pulu hədə-qorxu ilə tələb etmişdir. Həmin vaxt İlhamə onların evinə gəlmişdir, qardaşı İlhamədən xahiş etmişdir ki, qızılını banka qoyub pul götürmək üçün ona versin, İlhamə isə buna razı olmamışdır. Lakin özü İlhaməyə xahiş edib qızılını istəmiş, o da onun xatirinə inanıb qızıl sepini ona vermişdir. 2015-ci ilin oktyabr ayında qızılı Viator banka qoyub 800 manat məbləğində kredit götürmuşdürlər. Onun da 600 manatı ona çatmış və özü də o pulun üstünə 100 manat qoyub qonşunun borcunu qaytarmışdır. Sonra həmin krediti 2 ay özü ödəsə də, sonradan ödəyə bilməmişdir. Bundan sonra bankdan ona zəng edib bildiriblər ki, kredit borcu əgər ödənilməsə qızıl satılacaq. Oda öz qardaşına və onun oğluna zəng edib bildirib ki, kredit pulu banka ödənməsə bank qızılı satacaqdır. Buna baxmayaraq qardaşı və qardaşının oğlu pulu ödəyə bilməmişlər. Həmi qızıl sep satılanda özü də orada iştirak etmişdir. Qızılı aparıb univermaqda satıblar. Özü orada bildirmişdir ki, bu qızıl onun deyil. Onlar bildiriblər ki, onda qızılın yiyəsi kimdirsə gəlsin özü qol çəksin. Sonra qardaşının evinə gedilib orada qol çəkilmişdir. Bildirir ki, qardaşı onu aldadıb pulunu verməyib. O da məcbur qalaraq İlhamənin qızılını qaytara bilməmişdir. İddiaçının göstərdiyi qızıl sepinin olmasını və həmin qızıl sepin formasına və dəyərinə etirazı yoxdur. Özünün də bir sepi və üzüyü bankda kreditdə olub. Qardaşı mədəsindən və ödündən əməliyyat olunmuşdur, hazırda da xəstəxanada yatır. Özü də bacı-qardaş olduqlarına görə qardaşına həmişə maddi cəhətdən kömək etmişdir. Əslində isə pulu qaytarmağı qardaşının oğlundan gözləmişdir ki, gətirsin qaytarsın. O isə pulu verməkdən imtina etmişdir. Hazırda məcburdur ki, o da öz qardaşı oğlunu məhkəməyə verib pulu tələb etsin. İlhamədən alınan qızıl banka qoyularaq kredit götürülmüş və qeyd olunan pulu öz qardaşının borcuna versə də, qardaşı və onun oğlu onu pis vəziyyətdə qoyaraq pulu ödəməmişdirlər. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Göygöl Rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli Cavabdeh ünvanlanmış məktubundan görünür ki, müraciətdə qeyd olunan xüsusatlar məhkəmə predmeti olduğundan Cavabdeh bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məqsədəmüvafiq bilinmişdir. İşdə olan Kərimli Elmar tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, çəkisi 14 qram, əyyarı 583 olan bir ədəd zincir formalı sepin hal-hazırki dövrdə orta bazar qiyməti 1400 (bir min dörd yüz) manat dəyərində qiymətləndirilmişdir. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildə anadan olmuş və Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə araşdırılması, tərəflərin izahatları və iş materialları ilə təsdiq edilir ki, iş üzrə tərəflər arasında qohumluq əlaqəsi olmuşdur. İddiaçı Cavabdeh evində olan vaxt görmüşdür ki, cavabdehin borc aldığı adam pulu qaytara bilmədiyinə görə Cavabdeh hədələyir və evdə dava-dalaş var. Bundan sonra Cavabdeh iddiaçıya məxsus qızıl sepi ondan 1-2 aya qaytarmaq şərti ilə istəmişdir ki, qızılı banka qoyub kredit götürərək qonşuya olan borclarını qaytarsınlar. İddiaçı da onlarla qohum olduğundan, həmçinin öz qızının cavabdehin qardaşı oğlu ilə nişanlı olmasına görə və evdə qonşu ilə cavabdehin dava-dalaşının böyüməməsi üçün cavabdehə inanaraq qızıl sepini ona verməyə razılaşmışdır. Həmin qızıl sep cavabdeh tərəfindən banka qoyularaq pul götürülmüş, lakin cavabdeh kredit borcunu ödəmədəyindən sözügedən qızıl sep satılmış və bundan da iddiaçının sonradan məlumatı olmuşdur. İddiaçı dəfələrlə özünə məxsus olan qızıl sepini və ya onun dəyərini cavabdehdən tələb etməsinə baxmayaraq heç bir nəticəsi olmamış və cavabdeh ona yalan vədlər verərək nə qızılını nə də ki, onun dəyərini ona verməkdən imtina etmişdir. Hal-hazıra qədər İddiaçı özünə məxsus qızıl-zinət əşyasını əldə edə bilmədiyinə görə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Həmçinin cavabdeh Polis şöbəsində verdiyi izahatında və keçirilən məhkəmə iclasında iddiaçıya olan qızıl sepini almasını və qaytarmadığını etiraf etmişdir. Belə olan halda iddia əsaslı sayılaraq təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına təminat verilir. Konstitusiyanın göstərilən müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Məhkəmə iddia predmeti olan qızıl-zinət əşyasının iddiaçıya məxsusluğu ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir, çünki yuxarıda qeyd edildiyi kimi, bu xüsusat işdə olan sənədlərlə və tərəflərin izahatı ilə təsdiq olunmuş və həmçinin cavabdeh iddiaçıya olan borcunu etiraf etmişdir. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. İddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında iddia təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1. və 76.2. maddələri). Bununla da, məhkəmə hesab edir ki, mübahisələndirilən əmlak, yəni çəkisi 14 qram, əyyarı 583, qiyməti 1400 manat olan 1 ədəd zincir formalı sep İddiaçı məxsusdur və cavabdeh tərəfindən onun qanuni sahibliyindən alınmışdır. İddiaçı öz əmlakının başqasının qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, halhazırki dövrdə orta bazar qiymətləri ilə çəkisi 1 ədəd çəkisi 14 qram, əyyarı 583 olan zincir formalı sepin dəyəri 1400 manat dəyərində qiymətləndirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qızıl-zinət əşyasının dəyəri təqdim edilmiş mütəxəssis rəyi ilə əsas götürülməklə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 9.2-ci bəndində göstərilir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 583 əyyarlı, 14 qram çəkidə, 1400 (bir min dörd yüz) manat dəyərində Rusiya istehsalı olan zincir formalı sep-naturada alınması mümkün olmadıqda isə həmin əşyanın dəyəri alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, iddia tələbi üzrə iddiaçı 35 manat dövlət rüsumu ödəniş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən məhkəmə xərci olaraq ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 583 əyyarlı, 14 qram çəkidə, 1400 (bir min dörd yüz) manat dəyərində rusiya istehsalı olan zincir formalı sep-naturada alınması mümkün olmadıqda isə həmin əşyanın dəyəri və məhkəmə xərci olaraq 35 (otuz beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar