Məhkəmə qərarları › İş №2(066)-223/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-223/2024

27.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-223/2024 27.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Hüseynov Nicat Mübariz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil İnqilab oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Göygöl Rayon Notariat Ofisinə qarşı “İcra qeydinin ləğv edilməsi edilməsi tələbi barədə” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Göygöl Rayon Notariat Ofisinə qarşı “İcra qeydinin ləğv edilməsi edilməsi tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Göygöl Rayon Notariat Ofisinin 8İ-2661 saylı 04 avqust 2023-cü il tarixli İcra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil İnqilab oğlu iddia tələbini müdafiə etməklə gösərdi ki, cavabdeh Göygöl Rayon Notariat Ofisinin 8İ- 2661 saylı 04 avqust 2023-cü il tarixli İcra vərəqəsi əsasında Göygöl Rayon İcra və Probosiya şöbəsi mülkiyyət hüququ üzrə İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini hərraca çıxarılmışdır. "xxxx" ASC tərəfindən İddiaçı 150000 (yüz əlli) manat kredit verilmişdir. Həmin kreditin təminatı kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi yüklü edilmişdir. Göygöl Rayon İcra və Probosiya şöbəsinin sifarişi əsasında “Külək” Hərrac Mərkəzində ilkin hərracın keçirilməsi 18 dekabr 2023-cü il tarixə təyin edilmiş, ilkin satış qiyməti çox aşağı 18000 (on səkkiz min) manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, evin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməli, ekspertiza keçirilməli, müvafiq rəy alındırdan sonra hərrac keçirilməlidir. Hərracda evin likvid qiyməti 100000 (yüz min) manat olsada hərracda evin ilkin satış qiyməti 18000 (on səkkiz min) manat məbləğində müəyyən edilmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdeh Göygöl Rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil İnqilab oğlunun izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi əsassız olmasına təmin edilməməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxxxx 1980-cı il tarixdə anadan olmuşdur və Göygöl rayonu Göycəkənd kəndində yaşayır. Mülki işə əlavə edilmiş Göygöl Rayon İcra və Probosiya şöbəsinin icraata başlamaq haqqında 12 iyul 2023-cü il tarixli qəraraından məlum olur ki, İddiaçı və X2 müştərək qaydada 30719 (otuz min yeddi yüz on doqquz) manat məbləğində kredit borcunun tutularaq "xxxx" ASC-nin xeyrinə tutulması üçün 10 gün müddətinə icra edilməsinin təmin edilməsi göstərilmişdir. Mülki işə əlavə edilmiş “Hərracın keçirilməsinə dair” 01 nömrəli bildirişdən Göygöl Rayon İcra və Probosiya şöbəsinin sifarişi əsasında “Külək” Hərrac Mərkəzində ilkin hərracın keçirilməsi 18 dekabr 2023-cü il tarixə təyin edilmiş, ilkin satış qiyməti 180000 (bir yüz səksən min) manat məbləğində müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı X1 Məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsinin izahatına və iş materiallarına əsasən müəyyən olundu ki, cavabdeh Göygöl Rayon Notariat Ofisinin 8İ- 2661 saylı 04 avqust 2023-cü il tarixli İcra vərəqəsi əsasında İddiaçı və X2 müştərək qaydada 30719 (otuz min yeddi yüz on doqquz) manat məbləğində kredit borcunun tutularaq "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göygöl Rayon İcra və Probosiya şöbəsi mülkiyyət hüququ üzrə İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini hərraca çıxarılmışdır. Külək” Hərrac Mərkəzində ilkin hərracın keçirilməsi 18 dekabr 2023-cü il tarixə təyin edilmiş, ilkin satış qiyməti 180000 (bir yüz səksən min) manat məbləğində müəyyən edilmişdir. Buna baxmayaraq İddiaçı iddia ərizəsində isə ilkin satış qiymətinin 18000 (on səkkiz min) manat məbləğində müəyyən edilməsini qeyd etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iddia tələbinin “qanunsuz tutulmuş (zəbt edilmiş) torpaq sahəsinin azad edilməsi” hissəsini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsində qeyd edilirki, ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsində göstərilir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarıdır. Yenə həmin Qanunun 39.2-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin həmin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.2-cimaddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Göygöl Rayon Notariat Ofisinə qarşı “İcra qeydinin ləğv edilməsi edilməsi tələbi barədə” iddiası əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar