Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-225/2025 03.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1600 (min altı yüz) manat pulunun və ödəmiş olduğu 40 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2024-cü ilin fevral ayından Göygöl rayonu Mollacəlilli kənd sakini Cavabdeh ona məxsus fermada çoban işləyirmiş. Cavabdeh 2024-cü ilin mart ayında tanışı Şahid yanında ondan 1600 (min altı yüz) manat borc pul istəmiş ki, özünə bir baş iri buynuzlu heyvan alsın. Həmin vaxt o Cavabdeh bildirmişdir ki, pulu bir ay müddətinə qaytara bilməsə o, cavabdehin hər ay aylıq maaşından pul tutaraq əvəzləşdirəcəkdir. Bir müddət sonra Cavabdeh 14 may 2024-cü il tarixdə otardığı qoyunları fermada sahibsiz qoyaraq icazəsiz şəkildə heç kimə bir söz demədən çıxıb getmişdir. Sonradan isə əlaqə saxladıqda işləmək istəmədiyini, başqa yerdə işləyib 1600 (min altı yüz) manat pulu qaytaracağını bildirmiş və ondan bir müddət gözləməsini xahiş etmişdir. Lakin hazırda ona olan borcunu qaytarmaqdan imtina etdiyindən, o, məcburiyyət qarşısında qalaraq Göyğöl rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Göyğöl rayon polis şöbəsində ərizəsini araşdırdıqdan sonra mübahisənin mülki xarakterli olduğu və bunun üçün məhkəməyə müraciət etməyi ona tövsiyə edilmişdir. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir və Cavabdeh 1600 (min altı yüz) manat pulun alınıb ona qaytarılmasını tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh 2024cü ilin fevral ayının 15-16-dan onun Göygöl şəhəri Heydər Əliyev prospekti 1A ünvanında yerləşən təsərrüfatında olan iri və xırda buynuzlu heyvanlarına baxmışdır. Belə ki, o təsərrüfatda olan heyvanların təmizlik işlərini görmüşdür. Cavabdeh həmin təsərrüfatda gördüyü işlərdən asılı olaraq ayı 450-500 manat qarşılığında işləmişdir. Təsərrüfatda işləməyə gələn vaxtdan Cavabdeh imkanı olmadığını bildirərək hər ay maaşından çıxılması şərtilə ondan birdəfəlik 2000 manat məbləğində pul almışdır. Təsərrüfatda bir müddət işlədikdən sonra Bəhman körpə nəvəsi olduğunu bildirərək sağmal inək alması üçün ondan 2024-cü ilin mart ayının 10-dan sonra bayramqabağı ərəfəsində olan müddətdə 1600 manat məbləğində borc pul istəmiş, o da təsərrüfatında işçi olmuş Cavabdeh güvənərək 1600 manat məbləğində pulu həmin şəxsə borc kimi vermişdir. Cavabdeh həmin pulu ondan alarkən 1 həftəyə sağılmayan inəyini sataraq borcu ona qaytaracağını bildirmişdir. Bundan sonra Bəhman cümə günü aldığı 1600 manat borc pul ilə 2 gün sonra bazara çıxaraq balalı sağılan inək almış, növbəti həftə də Cavabdeh öz sağılmayan inəyini danası ilə birlikdə satmışdır. Cavabdeh dediyinə görə sağmal inəyi 1800 manata almış, öz inəyini isə danası ilə birlikdə 1700 manata satmışdır. Bundan bir müddət keçdikdən sonra o, pulunu istədikdə Bəhman ona pulun yoldaşında olduğunu, daha sonra gətirib ona verəcəyini bildirmiş və ona pulu qaytarmamışdır. Bundan sonra təsərrüfatında işçi olan Şahid tapşırmışdır ki, pulu qaytarması barədə Cavabdeh təkrar xatırlatma etsin. Cavabdeh isə Şahid təkrar olaraq yoldaşının borc puldan xərcləmiş olduğunu, pulun üzərini düzəldib qaytaracağını bildirmişdir. Borclu bu şəkildə onları yubatmış və may ayının 12-si olmuşdur. Bəhman ona borc pul alarkən 1 həftəyə pulu qaytaracağına söz vermişdir. O, may ayının 12-də xeyir işdən qayıdan zaman Cavabdeh təsərrüfatı başsız qoyub getdiyini görmüşdür. O, həmin təsərrüfata qonşu olan sahədə işləyən şəxslərdən Cavabdehı soruşanda, Bəhmanın ağrıdığını söyləmiş olduğunu ona bildirmişlər. Həmin vaxt o Bəhmana zəng vurmuş, lakin Bəhman telefona cavab verməmişdir. Təxmini 1 həftə sonra Bəhman təsərrüfatdakı işçilərə zəng edərək vəziyyətin nə yerdə olduğu ilə maraqlanmış, sonra da onun yanına gəlmişdir. Cavabdeh gəldiyi zaman o, Bəhmana telefonu niyə açmadığını soruşmuş, o isə müxtəlif bəhanələr gətirmişdir. Nəticə etibarilə aldığı pulu ona qaytarmasını Cavabdeh istəmiş, Bəhman isə ona 10 gün vaxt verməsini, başqa bir iş olduğunu, həmin işdən pulu tamamlayıb ona qaytaracağını bildirmişdir. O da Cavabdehla razılaşmışdır. Bundan sonra yenə bir müddət keçmiş, lakin Bəhman aldığı pulu qaytarmamış, üstəlik onun telefon zənglərinə də cavab verməmişdir. Bunu görəndən sonra o, məsələ ilə bağlı əvvəlcə polis orqanına, daha sonra polis orqanının məsləhəti ilə də məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirdi ki, Cavabdeh onun yanında 500 manata işləmiş və mart ayının pulunu əvvəldən almış, belə ki, gələn vaxtı ondan 2000 manata borc pul almışdır ki, imkanı yoxdur. Bəhman onun yanına fevral ayında gəlmiş, borc pulu isə ondan mart ayında bayramadək almışdır. O, Cavabdeh 1600 manat pulu işçisi Şahid yanında, onun iştirakı ilə 100 və 50-lik əsginaslarla vermişdir. Cavabdeh borc götürdüyü pul ilə aldığı malı öz qapılarında saxlamış, o, Bəhmanın aldığı həmin inəyi görməmişdir. O, Cavabdeh borc pulu verməzdən 3-4 gün əvvəl xırda buynuzlu heyvanlarından satmış və həmin puldan Cavabdeh borc vermiş, Şahid isə həmin satılan heyvanlardan xəbəri olmuşdur. Şahid onun xalası oğludu. Elman Bəhmanı həmin təsərrüfatdan tanımışdır. O, Cavabdeh borc pulu öz otağında vermiş, həmin otaqda Şahid da olmuşdur. İddianın təmin olunmasını borcludan pulun alıb ona qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid izahatında bildirdi ki, İddiaçı onun xalası oğludur, həmçinin o, boş vaxtlarında İddiaçı təsərrüfatında işləyir. Cavabdehı isə işlədiyi həmin təsərrüfatdan tanıyır. Cavabdeh İddiaçı təsərrüfatında yerləşən otağında onun yanında 1600 manat məbləğində yaxın zamanlarda qaytarmaq şərtilə inək almaq üçün borc pul istəmiş və pulu aldıqdan sonra da qaytarıb verməmişdir. O bir neçə dəfə Cavabdeh zəng vuraraq, Altay məllimə olan borc pulu qaytarmasını bildirmiş, lakin o dəfələrlə bəhanələr gətirmiş və aldığı pulu qaytarmamışdır. Əlavə olaraq bildirdi ki, İddiaçı borc pulu 2024-cü ilin mart ayında Novruz bayramına yaxın ərəfələrdə vermişdir. Cavabdeh onun yanında İddiaçı sayaraq 1600 manat pul vermişdir. Cavabdeh verilən borc pulun içərisində 100 və 50-lik əskinaslar olmuşdur. İddiaçı saxladığı heyvanların satışından və ya əkinçilik təsərrüfatından əldə etdiyi gəlirlərlə həmin borc pulu Cavabdeh vermişdir. Cavabdeh həmin təsərrüfatda 400-500 manat aralığında heyvanlara baxmaq üçün işləmişdir. Bəhman pulu alarkən inək almasını və yaxın müddətət 5-10 günə pulu qaytaracağını bildirmişdir. O, Cavabdeh tez-tez zəng edərək borc pulu istəmiş, lakin Bəhman borcunu qaytarmamışdır. Cavabdeh həmin məbləğdən heç nə qaytarmamışdır. Cavabdeh Altay məllimin telefonunu açmamışdır. Yaddaş kartında olan səs yazısı onunla Cavabdeh arasında olmuşdur. Həmin səs yazısı təxminən 2 ay yarım əvvələ olan telefon danışığına məxsus səs qeydidir. Qeyd olunan məbləğ borc kimi İddiaçı alınmışdır. Cavabdeh əmək haqqını hər ay almışdır. İş materialların əlavə olunmuş yaddaş kartında olan səs-yazısına baxış keçirilən zaman Cavabdeh iddiaçıya 1600 manat məbləğində borcunun olmasını etiraf etməsi məlum olmuşdur. İş materiallarında olan Göygöl Rayon Polis Şöbədinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı polis orqanına ünvanladığı müraciətinə baxılmış və ona aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Göygöl Rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli “telefon danışığına dair” protokolda Cavabdeh İddiaçı 1600 manat məbləğində borc pulu aldığını etiraf etməsi qeyd edilmişdir. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə doğulmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə mülki qanunvericiliyin şifahi borc müqaviləsi ilə əlaqədar müddəaları çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavlə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən oldu ki, İddiaçı Cavabdeh 1600 manat məbləğində pul borc vermiş və bu zaman aralarında şifahi qaydada borc müqaviləsi bağlanmışdır. Daha sonra cavabdeh iddiaçıdan aldığı pulu geri qaytarmadığı üçün, hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 1600 (min altı yüz) manat pulunun və ödəmiş olduğu 40 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə maddi sübut sayılan yaddaş kartında olan səs-yazısına baxış keçirilərkən Cavabdeh iddiaçıya 1600 manat məbləğində borcunun olmasını etiraf etməsi, həmçinin Göygöl Rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli “telefon danışığına dair” protokolda Cavabdeh İddiaçı 1600 manat məbləğində borc pulu aldığını etiraf etməsi qeyd edilmişdir. Həmçinin məhkəmədə şahid qismində dindirilən Şahid ifadəsində Cavabdeh İddiaçı 1600 manat məbləğində borc pulu onun yanında almasını və borcu qaytarmamasını bildirmişdir. Bununla da, Cavabdeh İddiaçı 1600 manat borc pul almasını və geri qaytarmaması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə iclasında müəyyən olunmuş hallar əsas götürülməli, iddia tələbi təmin edilməli, Cavabdeh 1600 (min altı yüz) manat məbləğində borc pul tutularaq, İddiaçı ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1600 (bir min altı yüz) manat borc pul məbləği və 40 (qırx) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-225/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-225/2025
03.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver