Məhkəmə qərarları › İş №2(066)-229/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-229/2025

17.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-229/2025 17.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11300 (on bir min üç yüz) manatı, 300 (üç yüz) manat dəymiş ziyan və ödədiyi 124 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində Cavabdeh adlı şəxslə görüşərək onda olan Toyota prius 2008 model olan 77-fe-435 dövlət qeydiyyat nişanlı avtomobil görmüş və öz aralarında razılaşaraq cavabdehə 11300 (on bir min üç yüz) manata pul vermiş, əlavə olaraq yolara 300 (üç yüz) manat pul xərcləmişdir. Bir həftədən sonra bilmişdir ki, ona verilmiş etibarnaməni ləğv etmişdilər. Dəfələrlə ödədiyi pulun geri qaytarılmısını cavabdehdən tələb etsə də, tələblərinə əhəmiyyət verməmişdir. Hesab edir ki, cavabdeh 11300 manat ödədiyi pulu və 300 manat pulu vurduğu ziyanı ona qaytarmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o təxminən xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində Cavabdeh Toyota Pirus markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili 11300 manata almış, Cavabdeh ona etibarnamə vermişdir. Həmin vaxt onların yanında 5-6 nəfər olmuşdur. Cavabdeh pulu vermiş və avtomobili götürüb getmişdir. Məhkəmə iclasına gətirdiyi şahidlər də avtomobil alınarkən iştirak etmişlər. Avtomobili almış və etibarnamə əsasında idarə edərək, öz rayonuna getmişdir. Avtomobili aldığı vaxt atasının il mərasiminə düşdüyündən avtomobili öz adına keçirməmiş, təxminən 1 həftə həmin qaydada idarə etmişdir. Bundan sonra onun telefonuna sms gəlmiş, həmin sms də onun Binəqədi Rayon Məhkəməsinə çağrılması qeyd olunmuş, həmin sms-lə bağlı öz rayonlarında olan məhkəməyə məlumat almaq üçün getmiş, orada olarkən ona avtomobilə aid problem olması bildirilmişdir. Belə ki, onun almış olduğu avtomobilin sahibi məhkəmədə iddia qaldırılmış və ona məxsus avtomobillərin satılmasını lakin ona heç bir pul ödənmədiyini bildirmişdir. Onun avtomobilinin üzərinə həbs qoyulmuş, bundan sonra isə o, Cavabdeh zəng vurmuş və bu haqqda bildirmişdir. O avtomobili aldıqdan təxminən 7-8 gün sonra ondan avtombil geri alınmış, onun telefonuna sms gəlmişdir ki, onun avtomobilin üzərinə həbs qoyulmuş və etibarnaməsi ləğv edilmişdir. Binəqədi Rayon Məhkəməsində iştirak edərkən avtomobilin sahibi iştirak etmiş və o, mülkiyyətçi olmasını və onun maşınlarının etibarnamə əsasında satılmasını bildirmiş, məhkəmə qanunən avtomobilin iddiaçının olmasını bildirmiş, həmin vaxt 4 avtomobilin hər biri avtomobilin mülkiyyətçisinə verilmişdir. Həmin vaxt onlara pullarının alınması ilə bağlı məhkəməyə müraciət etmələri bildirilmiş, o məhkəməyə müraciət etməzdən təxminən 1 ay əvvəldən Cavabdehla danışmış, Gəncə şəhərinə gələrək görüşmüş və ondan avtomobilin alınmasını bildirmiş, ona bir çox təkliflər etmiş, avtomobili almaq üçün ödəmiş olduğu pulun ilk olaraq 1300 manatını keçməsini, daha sonra isə 3000 manatını keçməsini geri qalan pulu gətirib verməsini istəsə də Cavabdeh bununla razılaşmamış və ondan aldığı pulu geri qaytarmamışdır. Əlavə olaraq bildirdi ki, avtomobili almaq üçün pulu verərkən hazırda məhkəmə iclasına dəvət etdiyi şahidlər onun yanında olmuşdur. 300 manat maddi ziyanla bağlı məhkəməyə rəsmi sübut təqdim edə bilmir, lakin o bir neçə dəfə məhkəmələrə getmiş, yollarda qalmış, danışıqlar üçün telefondan istifadə etmiş və ona maddi ziyan dəymişdir. Məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, İddiaçı Bərdəli olaraq yerlisi kimi tanıyır, Cavabdeh isə tanımır. O, maşın alverçisidir. Belə ki, Gəncə maşın bazarında maşın alıb-satır. Vaxtını dəqiq xatırlamadığı bir gün Gəncə maşın bazarına maşın satmaq üçün aparmış, həmin vaxt İddiaçı özünə məxsus “Chevrolet Cruze” markalı avtomobili razılaşıb təxminən 12000 manata satmışdır. Həmin vaxt İddiaçı onu Bərdəli kimi Gəncə maşın bazarında tanımışdır. İddiaçı ona “Pirius” markalı avtomobil almaq istəməsini və ticarətlə məşğul olacağını bildirmiş, bundan sonra onlar birlikdə İddiaçı “Pirius” markalı avtomobil axtarmağa başlamışlar, baxdığı avtomobillərin bəzsini Nicat bəyənməmiş, bəzilərində isə qiymətlə bağlı razılaşa bilməmişlər. Yanlarında tanımadığı bir nəfər alverçi onlara onun “Pirius” markalı avtomobil yerini bilməsini bildirmiş, İddiaçı həmin oğlana avtomobilə baxmaq istəməsini bildirdikdən sonra, həmin oğlan zəng vurmuş zəng vurduğu adam özünün maşın bazarının çölündə olan çayxanada olmasını bildirmiş, həmin vaxt İddiaçı onlardan tək qalmamasını üzərində 12000 manat pul olmasını bildirərək onunla avtomobilə baxmaq üçün getmələrini xahiş etmiş, bundan sonra onların hər üçü avtomobilə baxmaq üçün getmişlər. Avtomobilə baxmışlar, İddiaçı avtomobili sürmüş və ona bəyənməsini bildirmiş, o isə Nicata bəyənibsə götürməsini bildirmiş, avtomobilin cəriməsini yoxlatmışlar və cəriməsi olmamış, bundan sonra İddiaçı 11300 manat pulu sayaraq vermiş və avtomobili almışdır. Əlavə olaraq bildirdi ki, hazırda monitorda olan cavabdehə məxsus foto şəkildəki şəxsə İddiaçı 11300 manat onların yanında verərək avtomobili almışdır. Avtomobili aldıqdan təxminən 1-2 həftə sonra o, Gəncə Maşın Bazarında olarkən İddiaçı ona zəng vuraraq onun da maşın bazarında olmasını bildirmiş, bundan sonra Nicat onun yanında avtomobili almış olduğu şəxsə zəng vurmuş, həmin şəxs maşın bazarında peraşki satılan yerdə olduğunu bildirmiş, bundan sonra o Nicatla birlikdə həmin yerə getmiş orada avtomobili aldıqları şəxs çox söhbətdən sonra Nicata narahat olmamasını Bakıda olan avtomobilin mülkiyyətçisi ilə görüşməsini 5-10 günə yoluna qoyacağını bildirmişdir. Həmin görüş təxminən avtomobili aldıqdan 2 həftə sonra olmuşdur. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, İddiaçıla və Cavabdehla heç bir tanışlığı olmamışdır. Dostu Şahid2 ilə Gəncə Maşın Bazarına prado markalı avtomobil aparmışlar, Nicat bir Bərdəli kimi Məhərrəmi tanımış və ondan avtomobil bəyəndiyini ona baxmasını xahiş etmiş, Məhərrəm gedib isə baxacağını bildirmişdir. Onlar maşın bazarının çıxışında gedib avtomobilə baxmışlar, avtomobil yaxşı olmuş İddiaçı avtomobili almaq üçün 11300 manat pul vermiş və avtomobili götürmüşdür. Əlavə olaraq bildirdi ki, onun özü avtomobil alveri ilə məşğul deyil, maşın bazarına Məhərrəmlə elə-belə getmişdir. Avtomobil alındıqdan bir müddət sonra Nicat ona başına gələnləri danışmışdır. Hazırda monitorda olan cavabdehə məxsus foto şəkildəki şəxsə İddiaçı 11300 manat onların yanında verərək avtomobili almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, İddiaçı cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş Göygöl RİHB-nin Şirvanlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1059 saylı arayışdan görünür ki, İddiaçı ərazinin Uğurbəyli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, Cavabdeh “TOYOTA PRİUS HİBRİD” minik markalı “**-FE-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində xx.xx.2025-ci il tarixədək İddiaçı “sürücülük hüququ olduqda idarə etmək, sərancam vermək və digər hərəkətlər etmək, qeydiyyatdan çıxarmaq, bağışlamaq, qeydiyyta salmaq və ərizə vermək” səlahiyyətlərini etibar etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə verilmiş izahatdan görünür ki, Cavabdeh izahatında xx.xx.2024-cü il tarixdə “Pirius” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 11300 manata satmasını bildirmişdir. Məhkəmə iddiaçının və şahidlərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə razılaşaraq Toyota Pirus markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilini 11300 (on bir min üç yüz) manata satın almış və həmin məbləğ iddiaçı tərəfindən cavabdehə ödənilmiş, öz növbəsində cavabdeh tərəfindən bununla bağlı “Mobil notariat” tətbiqi vasitəsilə 20 oktyabr 2024-cü il tarixdə 1 il müddətinə iddiaçıya baş etibarnamə vermişdir. Bundan sonra iddiaçı bir həftə ərzində həmin avtomobili mülkiyyətinə keçirməmiş və avtomobilin mülkiyyətçisi olan Azər Əlimirzəyev qeyd olunan avtomobil üzrə vermiş olduqları etibarnamələri ləğv etdirmiş, məhkəməyə müraciəti əsasında avtomobil üzərinə həbs qoyulmuş, Toyota Pirus markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı sahibliyindən alınaraq mülkiyyətçisinə təhvil verilmişdir. Bundan sonra iddiaçı cavabdehə ödəmiş olduğu pulun qaytarması üçün müraciət etmiş, cavabdeh pulu verməkdən imtina etmiş, bundan sonra polis şöbəsinə müracitə etmiş və polisdə izahat verərkən Cavabdeh Toyota Pirus markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı satması müqabilində 11300 (on bir min üç yüz) manat pul almasını etiraf etmişdir. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11300 (on bir min üç yüz) manatı, 300 (üç yüz) manat dəymiş ziyan və ödədiyi 124 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası: Bənd 1.1. Bu qaydalar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kmdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının (bundan sonra "nəqliyyat vasitələri") özgəninkiləşdirilməsi və girov qoyulması qaydalarını müəyyən edir. Bənd 1.2. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması əqdləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanır. Bənd 1.3. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması yalnız nəqliyyat vasitəsinin Azərbaycan Respublikası DİN X4 idarəsinin qeydiyyat-imtahan hissələrində (bundan sonra "qeydiyyat məntəqələri") müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq aparılır. Məhkəmə hesab edir ki, avtomobil dövlət qeydiyyatana alınan daşınar əşya olduğundan və qanunvericilikdə göstərilən alqı-satqının aparılma qaydasına riayət olunmadan, tərəflər arasında avtomobilin alqı-satqı ilə bağlı razılaşma olmuş, alıcı olan iddiaçı razılaşma əsasında avtomobilin dəyərini cavabdehə ödəmiş, satıcı isə əşyanı təqdim etmiş, iş üzrə tərəflər həmin alqı-satqının gələcəkdə reallaşdırmaq üçün satıcı tərəfindən alıcıya avtomobillə bağlı ümumi huquqlardan istifadə edəbilməsinə dair etibarnamə vermiş və cavabdeh avtomobilin satış dəyərini 11300 manatı iddiaçıdan almış, bundan sonra avtomobilin mülkiyyətçisi etibarnamələri ləğv etdirmiş və mülkiyyətçi tərəfindən iddiaçıdan avtomobili geri almışdır. İddiaçı tərəfindən həmin 11300 manatın cavabdehə (satıcıya) ödənilməsi üçün tərəflər arasında müqavilə olmamışdır. Bununla da cavabdeh iddiaçının vəsaiti hesabına əsassız varlanmışdır. İddiaçı nəqliyyat vasitəsinin satın alınması müqabilində cavabdehə 11300 manat pulun verildiyini iddia etmiş, məhkəmə araşdırması zamanı, məhkəməyə təqdim edilən cavabdehin izahatı, şahid ifadələri ilə iddiaçıdan nəqliyyat vasitəsinin satılması ilə əlaqədar 11300 manat məbləğində pulun cavabdehin aldığı təsdiqini tapır və müəyyən edilmiş hallar işin mübahisələndirilməyən hallarıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlarla bağlı məhkəmə qeyd edtməyi zəruri hesab edir ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar). Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır ki, daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin notarial qaydada bağlanması qanunvericiliyin tələbidir və əqdin qanunvericiliklə müəyyən olunmuş formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflər arasında şifahi bağlanmış alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə zidd olduğundan etibarsız əqddir ki, Azərbaycan Republikası Mülki Mücəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir ki, daşınmaz əmlaka dair bağlanmalı olan müqavilələr notarial qaydada təsdiq olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə 15 mart 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası təsdiq edilmiş və həmin qaydaya görə nəqliyyat vasitəsinin alğısatqısına dair müqavilələr müvafiq polis orqanlarında rəsmiləşdirilməlir. Məhkəmə araşdırması müəyyən olunduğu kimi, tərəflər nəqliyyat vasitəsinin alğısatqısı ilə bağlı niyyətlərini rəsmiləşdirməmiş və iddiaçıya mülkiyyətçinin adından etibarnamə verilmişdir. Etibarnamə isə alğı-satqı müqaviləsini əvəz etməməklə bir şəxsin üçünçü şəxslər qarşısında təmsilcilik məqsədi ilə verilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin etibarnamə verilməsi yolu ilə alğı-satqısı hüquqi nəticə yaratmamış və onların rəsmiləşdirilməmiş niyyətləri ilə bağlı tərəflərin şifahi razılaşmasına dair şifahi əqd etibarsız olmuşdur. Etibarsız əqdin nəticəsində isə cavabdeh əsassız varlanmışdır və özünündə də etiraf etdiyi kimi iddiaçıdan 11300 manat pul vəsaitini almışdır. Məhkəmə hesab edir ki, belə olan təqdirdə iddianın hüquqi əsası kimi əmlak (pul) əldə etmə ilə əlaqədar əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri nəzərdən keçirilməlidir. Məhkəmənin qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, əsassız varlanma ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına əsassız varlanma ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmasın. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə iddia tələbinin 300 (üç yüz) manat dəymiş ziyan hissəsini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən ona ziyanın vurulmasını və dəymiş ziyanın yaranmasının ondan aslı olmayan səbəblərdən baş verməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Bu hissədə tələb təmin edilməməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 11300 (on bir min üç yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 124 manat məbləğində dövlət rüsumu xərcini ödəmişdir. Buna görə məhkəmə, iddia tələbinin təmin edilən hissəsinə münasibətdə məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 124 manat hissəsini Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11300 (on bir min üç yüz) manat məbləğində pul və məhkəmə xərci qismində 124 (bir yüz iyirmi dörd ) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar