Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-249/2023 15.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh və onun nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh ona satılmış qızıl-zinət əşyaları, geyim paltarları və ev məişət avadanlıqlarının dəyəri olan 18.601 manat və həmin məbləğə əldə çıxmış faydaya görə hesablanmış faiz borcu, maddi ziyana görə 1.000 manat və mənəvi ziyana görə 500 manat pul vəsaitinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehin səmimiliyinə inanaraq 13 iyul 2022-ci il tarixdə 18.601 (miqdar) manat məbləğində cavabdehə qızıl-zinət əşyaları və ev məişət avadanlıqları satmışdır. Cavabdeh söz vermişdir ki, 1-2 aya iddiaçıya olan pul borcunu ödəyəcəkdir. Lakin bu günə kimi heç bir ödəniş etməmişdir. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Müxtəlif bəhanələrlə cavabdeh bundan imtina etmişdir. Göstərilən səbəbdən iddiaçı ağır maddi vəziyyətə düşmüşdür. Bundan sonra iddiaçı Samux rayon Polis Şöbəsinə müraciət edərək cavabdeh barəsində şikayət etmişdir. Həmin polis şöbəsində araşdırma aparılmış və cavabdehin izahatı alınaraq işin polisə aid olmadığı iddiaçıya məlumat verilmişdir. Polis şöbəsindən iddiaçıya həmin məsələnin məhkəməyə aid olmasına görə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bu səbəbə görə də iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən cavabdehə satılan qeyd olunan əşyaların miqdarı və dəyəri olan soyuducu - 1 ədəd 3200 manat, televizor - 1 ədəd 1500 manat, qazan dəsti- 1 ǝdǝd 140 manat, cəmi 4840 manat, cavabdeh həmin borc məbləğindən 200 manat ödəniş etmiş və 4640 manat qalıq borc qalmışdır. Digər geyim paltarlarından və əşyalardan olan 1 ədəd idman dəsti 55 manat, 1 ədəd idman dəsti ağ 50 manat, 1 ədəd cins şalvar 35 manat, 1 ədəd yorğan lentli 90 manat, 1 ədəd kofta 12 manat, 1 ədəd idman dəsti qırmızı 50 manat, 2 ədəd mayka bəzəkli 24 manat, 1 ədəd skater dəri 90 manat, 1 ədəd köynək ağ 20 manat, 1 ədəd idman dəsti ağ qırmızı xətli 40 manat, qalıq 466 manat, köhnə borcu qalıq 245 olmuş, yəni borcu 466 cəmi 466+245=711 manat təşkil etmişdir. Qızıl-zinət əşyalarından olan kompelkt çirnel qaşlı 10qr.3mm 1200 manat, sep 15qr.93mm 1650 manat, sep 15qr.22mm 1630 manat, qolbağ 8qr.75mm 1000 manat, komplekt seplǝ 28qr.81mm 2900 manat, Tifanni qolbağ 9qr.5mm 1150 manat, qolbağ yaquar 12qr.84mm 1550 manat, komplekt yaquar 15qr.87mm 1950 manat, sep 18qr 1800 manat, komplekt 13qr.13mm 1600 manat, ayaq bağı 2qr.73mm 310 manat, 16740 manat satılmış qızıl-zinət əşyalarından, ancaq ümumi qızıldan 3490 manat ödəniş edilmiş, qalıq borc isə 13250 manat təşkil etmişdir. Cavabdeh məişət və paltar üçün ümumi qalıq borcundan 13250+4640+711 manat olmaqla cəmi 18601 manat qalmışdır. Odur ki, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı idddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdeh ondan aralarında olan şifahi razılaşma əsasında 2022-ci ilin yay aylarında bir neçə dəfəyə nisyə olaraq məişət və mətbəx avadanlıqları, pal-paltar və qızıl götürmüşdür. Götürdüyü mallara görə cavabdeh ona müəyyən hissələrlə cəmi 4190 manat (3490+200+500) pul ödəmişdir. Cavabdehin hal-hazırda ona ümumi olaraq 18601 manat borcu qalmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 izahatında iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, aralarında olan şifahi razılaşma əsasında iddiaçıdan 2022-ci ilin yay aylarında bir neçə dəfəyə nisyə olaraq cəmi 4920 manat dəyərində oalan məişət və mətbəx avadanlıqları və pal-paltar götürmüşdür. Götürdüyü mallara görə iddiaçıya borcunu ödəmiş, hal-hazırda onun iddiaçıya ancaq 690 manat borcu qalmışdır. O, iddiaçıdan qızıl almamışdır. Odur ki, iddianın qismən - 690 manatla bağlı hissədə təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş materiallarına əlavə edilmiş CD diskdəki səslər ona məxsusdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X6 iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-cü ildə Samux rayonu, Qarayeri qəsəbəsində doğulmuşdur. xx.xx.2022-ci il tarixli zəmanət talonunun surətindən görünür ki, “VESTEL” markalı paltaryuyan maşın üçün iki il müddətində zəmanət verilmişdir. xx.xx.2022-ci il tarixli zəmanət talonunun surətindən görünür ki, “LOTUS” markalı, LT 4466RFS modelli soyuducu üçün iki il müddətində zəmanət verilmişdir. Samux rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı cənab Ramil Səfərəliyevə xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən yazılmış izahatın surətindən görünür ki, onun barəsində Samux rayon Polis şöbəsinə ərizə ilə müraciət edən Səməd Əliyevin arvadı Lalədən 2022-ci ilin yay aylarında elektrik avadanlığı almışdır. Lalənin Samux rayonu Qarayeri qəsəbəsində yerləşən satış mərkəzindən bir ədəd dəyəri 3200 manat olan soyuducu və bir ədəd 1400 manat dəyərində televizor və 320 manat dəyərində mətbəx əşyası, müxtəlif növdə geyim paltarlarını şifahi razılaşma yolu ilə götürmüşdür. Həmin mallara görə ilkin ödəniş kimi 500 manat vermişdir. Ümumilikdə onun Laləyə 4920 manat qalıq borcu qalmışdır. Qeyd olunanlara əsəsən Səməd Əliyevin müraciətində 18200 manat pul borcu olmasının yalan və böhtan xarakterli olmasını bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, İddiaçı cavabdehin səmimiliyinə inanaraq 13 iyul 2022-ci il tarixdə 18.601 (miqdar) manat məbləğində cavabdehə qızıl-zinət əşyaları və ev məişət avadanlıqları satmışdır. Cavabdeh söz vermişdir ki, 1-2 aya iddiaçıya olan pul borcunu ödəyəcəkdir. Lakin bu günə kimi heç bir ödəniş etməmişdir. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Müxtəlif bəhanələrlə cavabdeh bundan imtina etmişdir. Göstərilən səbəbdən iddiaçı ağır maddi vəziyyətə düşmüşdür. Bundan sonra iddiaçı Samux rayon Polis Şöbəsinə müraciət edərək cavabdeh barəsində şikayət etmişdir. Həmin polis şöbəsində araşdırma aparılmış və cavabdehin izahatı alınaraq işin polisə aid olmadığı iddiaçıya məlumat verilmişdir. Polis şöbəsindən iddiaçıya həmin məsələnin məhkəməyə aid olmasına görə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bu səbəbə görə də iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən cavabdehə satılan qeyd olunan əşyaların miqdarı və dəyəri olan soyuducu - 1 ədəd 3200 manat, televizor - 1 ədəd 1500 manat, qazan dəsti- 1 ǝdǝd 140 manat, cəmi 4840 manat, cavabdeh həmin borc məbləğindən 200 manat ödəniş etmiş və 4640 manat qalıq borc qalmışdır. Digər geyim paltarlarından və əşyalardan olan 1 ədəd idman dəsti 55 manat, 1 ədəd idman dəsti ağ 50 manat, 1 ədəd cins şalvar 35 manat, 1 ədəd yorğan lentli 90 manat, 1 ədəd kofta 12 manat, 1 ədəd idman dəsti qırmızı 50 manat, 2 ədəd mayka bəzəkli 24 manat, 1 ədəd skater dəri 90 manat, 1 ədəd köynək ağ 20 manat, 1 ədəd idman dəsti ağ qırmızı xətli 40 manat, qalıq 466 manat, köhnə borcu qalıq 245 olmuş, yəni borcu 466 cəmi 466+245=711 manat təşkil etmişdir. Qızıl-zinət əşyalarından olan kompelkt çirnel qaşlı 10qr.3mm 1200 manat, sep 15qr.93mm 1650 manat, sep 15qr.22mm 1630 manat, qolbağ 8qr.75mm 1000 manat, komplekt seplǝ 28qr.81mm 2900 manat, Tifanni qolbağ 9qr.5mm 1150 manat, qolbağ yaquar 12qr.84mm 1550 manat, komplekt yaquar 15qr.87mm 1950 manat, sep 18qr 1800 manat, komplekt 13qr.13mm 1600 manat, ayaq bağı 2qr.73mm 310 manat, 16740 manat satılmış qızıl-zinət əşyalarından, ancaq ümumi qızıldan 3490 manat ödəniş edilmiş, qalıq borc isə 13250 manat təşkil etmişdir. Cavabdeh məişət və paltar üçün ümumi qalıq borcundan 13250+4640+711 manat olmaqla cəmi 18601 manat qalmışdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM)4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Mülki Məcəlləsinin (bundan sonra MM) 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinəgötürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini vəya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, bu növ tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi əmlakların cavabdehə verməsini sübut edilməsidir. Hazırki işdən isə görünür ki, iddiaçı iddia tələbini əsasını tam sübut edə bilməmişdir. Belə ki, iddiaçı iddia tələbinin ancaq müəyyən hissəsi ilə bağlı məhkəməyə sübut təqdim etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, cavabdeh ondan aralarında olan şifahi razılaşma əsasında 2022-ci ilin yay aylarında bir neçə dəfəyə nisyə olaraq məişət və mətbəx avadanlıqları, pal-paltar və qızıl götürmüşdür. Götürdüyü mallara görə cavabdeh ona müəyyən hissələrlə cəmi 4190 manat (3490+200+500) pul ödəmişdir. Cavabdehin hal-hazırda ona ümumi olaraq 18601 manat borcu qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, aralarında olan şifahi razılaşma əsasında iddiaçıdan 2022-ci ilin yay aylarında bir neçə dəfəyə nisyə olaraq cəmi 4920 manat dəyərində oalan məişət və mətbəx avadanlıqları və pal-paltar götürmüşdür. Götürdüyü mallara görə iddiaçıya borcunu ödəmiş, hal-hazırda onun iddiaçıya ancaq 690 manat borcu qalmışdır. O, iddiaçıdan qızıl almamışdır. Odur ki, iddianın qismən - 690 manatla bağlı hissədə təmin edilməsini xahiş edir. Məhkəmə xüsusilə qeyd edir ki, tərəflər arasında heç bir yazılı müqavilə bağlanmamışdır. Bununla belə iddiaçı tərəfində məhkəməyə üç ədəd CD disk təqdim edilmiş və həmin disklər məhkəmə iclasında, tərəflərin iştirakı ilə tədqiq edilmişdir. Məhkəmə diskdə olan səs yazıları ilə bağlı qeyd edir ki, iş üzrə tərəflər həmin səs yazılarının onlara məxsus olduğunu bildirmişlər. Məhkəmə tərəfində CD disk dinlənildikdən sonra müəyyən edilmişdir ki, cavabdeh hər nə qədər iddiaçıdan 4920 manatdan başqa nisyə əmlak götürmədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş 1 nömrəli diskdə cavabdeh özü etiraf etmişdir ki, “onun soyuducu və digər mallardan başqa iddiaçıya əlavə olaraq 5000 manat borcu vardır”. Doğrudur iddiaçı həmin borcun nə ilə bağlı olduğunu bildirməsə də, işdən göründüyü kimi həmin pulda aralarında olan nisyə alğı-satqı nəticəsində yaranmışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş 3 nömrəli diskdə cavabdeh özü “iddiaçıdan qızıl aldığını etiraf etmişdir”. Göründüyü ki, iddiaçı iddia tələbinin tam oalraq sübut edə bilməsə də, səs yazılarından tərəflərin izahatlarından müəyyən edilir ki, tərəflər arasında əmlak və qızılla bağlı nisyə alğı-satqı olmuşdur. İşdən müəyyən edilir ki:
1. Cavabdeh iddiaçıdan nisyə olaraq 4920 manat dəyərində olan məişət və mətbəx avadanlıqları və pal-paltar almışdır.
2. İddiaçı özü etiraf edir ki, götürdüyü mallara görə cavabdeh ona müəyyən hissələrlə cəmi 4190 manat pul ödəmişdir. Hal-hazırda cavabdeh iddiaçıya 690 manat borcu qaldığını bildirsə də borcun ödənilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qanunvericiliyin sübut etmə yükü ilə bağlı yuxarıda göstərilən mövqeyindən görünür ki, tələb edilən pulun iddiaçıya qaytarıldığını sübut etmək vəzifəsi bir qayda olaraq cavabdehlərin üzərinə düşür. Hazırkı işdən isə görünür ki, cavabdehin borcunu tam olaraq qaytardığını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş. Belə olan halda məhkəmə hesab edir ki, borcun tam olaraq qaytarılmış olmasını əsaslı hesab etmək mümkün deyil. Hazırki mərhələdə cavabdehin iddiaçıya borcundan 4190 manat ödədiyi sübut olunur.
3. Diskdə olan səs yazılarından da müəyyən edilr ki, cavabdehin iddiaçıya qızıllara görə 5000 manat borcu vardır. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş sübutlara əsasən cavabdehin iddiaçıdan 9920 manat dəyərində mal aldığı sübut olunur. Belə olan halda alınmış ümumi malın dəyəri 9920 manat (4920 və 5000) – 4190 alınmış mala görə ödənilmiş hissə = 5730 manat qalıq borc. Beləliklə məhkəmə hesab edir ki, cavabdehdən cəmi 5730 manat alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin maddi zərərə görə vurulmuş 1000 manat hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdehdən ona dəymiş maddi zərərə görə 1000 manat pul tələb etsə də bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ona dəymiş mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəmədə tələb irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə qeyd edir ki, MM-nin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsində qeyd edilir ki, əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında, mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 18 mart 2010-cu il tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. "Alexina və digərləri Rusiyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mənəvi ziyana görə kompensasiya məsələsinə gəldikdə, məhkəmə hazırkı vəziyyətdə Konvensiyanın pozulduğunu aşkar edərsə, bu fakt ərizəçilər üçün mənəvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər. “Kletsova Yusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X8 Hüquqları Məhkəməsi mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Beləliklə məhkəmə hesab edir ki, pozuntunun xarakteri nəzərə alınaraq, cavabdehin iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatları yaymış olmasının məhkəmə tərəfindən müəyyən edilməsi və bu məlumatların təkzib edilməsinin qət edilməsi iddiaçıya dəymiş mənəvi zərəri ədalətli kompensasiya edir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini göstərir. Həmçinin, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 9.2-ci bəndinə əsasən, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Bundan başqa MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 77.30 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 5730 (beş min yeddi yüz otuz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 77.30 manat hissəsi alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.
Hakim: Əyyub Kərimov