Məhkəmə qərarları › İş №2(066)-25/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-25/2025

15.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-25/2025 15.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən cavabdehlə paylı mülkiyyətdə olan 0.059 ha torpaq sahəsinin payına uyğun naturada bölünərək ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikah münasibətindən keçməklə ailə həyatı qurmuşlar və ailə qurduqdan sonra birgə təsərrüfat yaradaraq idarə etmişlər. Birgə nikahda olan vaxt onlar ünvan 1 ünvanında 0.059 ha torpaq sahəsi almışlar. Sonradan ailə münasibətləri alınmadığı üçün nikahlarını ləğv etdirmişlər. Nikahları ləğv edildikdən sonra məhkəmədə iddia qaldıraraq cavabdehlə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında 0.059 ha torpaq sahəsinə payının müəyyən edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)- 283/2023 saylı qətnaməsinə əsasən iddiası təmin edilərək qeyd olunan torpaq sahəsinə ½ hissədə payı müəyyən edilmiş və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış almışdır. Torpaq sahəsinə payı müəyyən edilsədə hazırda mülkiyyətindən istifadə edə bilmir. Ona görədə payına düşən torpaq sahəsinin naturada bölünərək ona verilməsi qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehlə birgə nikahda olan anası torpaq sahəsi almışdır. Cavabdehlə onlar nikahda olduqları üçün anası torpaq sahəsini cavabdehin adına almışdır. Həmin torpaq sahəsi uşaqlarına verilmıliydi. Lakin sonradan verilməmişdir. O, hazırda anası evində yaşayır. Uşaqları böyüdüklərindən anası evində yaşaya bilmir. Torpaq sahəsi boş torpaqdır. Orda ev tikmək istəyir. Buna görədə torpaq sahəsində olan payını müəyyən etdirmək üçün məhkəməyə ərizə vermişdir. Məhkəmədən iddianın təmin olunmasını və torpaq sahəsinin ona aid sağ hissəsinin müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********36 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1-də yerləşən 0,059 hektar torpaq sahəsinin ½ hissəsi Cavabdeh, ½ hissəsi isə İddiaçı adlarına daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli, AZ-İ seriyalı, 410401 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 arasında bağlanmış nikah Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2023-cü ilin 06-cı ayının 24-cü günündə 58 nömrəli qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə doğulmuş və Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə doğulmuş və Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-283/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi bölünərək iddiaçı X3 və cavabdeh X4 hər birinin ½ hissədə paylarının müəyyən edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞG/1-MT007/00211 saylı “İlkin müdiasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, vətəndaş İddiaçı və Cavabdeh ailə münasibətlərindən irəli gələn “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi və alimentin miqdarının artırılması” tələbinə dair mübahisə üzrə xx.xx.2024-cü il tarixdə, saat 10:00-da mediator X6 tərəfindən keçirilən “İlkin mediasiya sessiyası”nda İddiaçı iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat İMS xərci tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2025-ci il tarixli, 10/1295 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********36 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (İddiaçı və Cavabdeh paylı mülkiyyətlərində olan) və həmin Çıxarışa dair tərtib olunmuş A-091812 nömrəli, xx.xx.2016-cı il tarixli plan və ölçü sənədinə əsasən 0.06 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları yerində müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2025-ci il tarixli, 10/3755 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, ünvan 1-də yerləşən 0.059 ha torpaq sahəsinin planda yerləşməsini nəzərə alaraq (avtomobil yolunun olduğunu) və torpaq sahəsinə ayrıayrılıqda giriş çıxış üçün yolun olduğunu nəzərə alaraq torpaq sahəsindən iki hissəyə naturada ayrılmasının (bölünməsinin) texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bunun üçün ünvan 1-də yerləşən 0.059 ha torpaq sahəsinin tən ortasından arakəsmə divarı hörülərək iki hissəyə bölünməli və yaranmış torpaq sahələrinə giriş-çıxış üçün darvaza quraşdırılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 02 sentyabr 2025-ci il tarixli, 3-21-3-33/2-8992/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********36 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh və İddiaçı paylı mülkiyyətlərində olan 0.06 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, konfiqurasiyası və koordinatları (X və Y) əks olunmuş plan və ölçü sənədi (arxiv materiallarında və elektron kadastr sistemi məlumatlarında) aşkarlanmadı. Bu səbəbdən də, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********36 reyestr nömrəli Çıxarışın Cavabdeh adma tərtib olunmuş xx.xx.2016-cı il tarixli A-091812 nömrəli plan və ölçü sənədindəki ölçülərə və koordinatlara əsaslanılmışdır. Həmin xx.xx.2016-cı il tarixli A-091812 nömrəli plan və ölçü sənədindəki ölçülərə və koordinatlara əsasən Cavabdeh və İddiaçı ümumi birgə paylı mülkiyyətlərində olan 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin ayn-aynlıqda Cavabdeh 1/2 payına düşən 300.0 kv.m hissə, İddiaçı 1/2 payına düşən 300.0 kv.m hissənin ayrılması mümkündür. Cavabdeh və İddiaçı ayn-aynlıqda 1/2 paylanna düşən 300.0 kv.m hissələrinin ölçüləri və döngə nöqtələrinin koordinatları, rəyə əlavə edilmiş cizgi planında öz əksini tapmışdır. (Bax plan 1) Əlavə olaraq bildiririk ki. İddiaçı naturada təqdim etdiyi 0.06 ha torpaq sahəsi, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********36 reyestr nömrəli Çıxarışın Cavabdeh adına tərtib olunmuş xx.xx.2016-cı il tarixli A-091812 nömrəli plan və ölçü sənədindəki ölçülərə və koordinatlara əsasən 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olundu. Həmin üst-üstə düşməyən torpaq sahələri, cizgi planında və ortofoto görüntüdə əks olunmuşdur. (Bax plan 2) Mübahisəli əraziyə baxış keçirilərkən, cavabdeh tərəf iştirak etməmişdir. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********36 reyestr nömrəli Çıxarışın Cavabdeh adına tərtib olunmuş xx.xx.2016-cı il tarixli A-091812 nömrəli plan və ölçü sənədinə əsasən bölgünün aparılması mümkündür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2-ci maddəsinə əsaən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiya Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X9 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982- ci il tarixli qərarı, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********36 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1-də yerləşən 0,059 hektar torpaq sahəsinin ½ hissəsi Cavabdeh, ½ hissəsi isə İddiaçı adlarına daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı torpaq sahəsindən ona düşən payın naturada ayrılıb verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən normaların məzmunundan belə nəticə hasil olur ki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi mümkün olmadıqda onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi və ya öz payının ayrılmasını və yaxud öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi, iş üzrə ekspertiza təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2025-ci il tarixli, 10/3755 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, ünvan 1-də yerləşən 0.059 ha torpaq sahəsinin planda yerləşməsini nəzərə alaraq (avtomobil yolunun olduğunu) və torpaq sahəsinə ayrı-ayrılıqda giriş çıxış üçün yolun olduğunu nəzərə alaraq torpaq sahəsindən iki hissəyə naturada ayrılmasının (bölünməsinin) texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bunun üçün ünvan 1-də yerləşən 0.059 ha torpaq sahəsinin tən ortasından arakəsmə divarı hörülərək iki hissəyə bölünməli və yaranmış torpaq sahələrinə giriş-çıxış üçün darvaza quraşdırılmalıdır. Buna görə də, sadalanan qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə hüququnun təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********36 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan ünvan 1-də yerləşən 0,059 hektar torpaq sahəsinin ½ hissəsi İddiaçı adına espertiza rəyində göstərilən plan sxemə uyğun olaraq torpaq sahəsinin sağ hissəsi naturada ayrılıb ona verilməlidir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 manat dövlət rüsumu onun özünə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul Cavabdeh tutulmalı və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış paylı mülkiyyətdə olan ünvan 1-də yerləşən 0.059 ha yaşayış məntəqə təyinatlı torpaq sahəsi üzrə mütəxəssis və ekspert rəyində göstərilən cizgi plan və sxemdə göstərilən döngə nöqtələri 1-ci X-613373.9400, Y-4494816.7600; 2-ci X-613400.5500, Y-4494802.9300; 3cü X-613395.9450, Y-4494794.0550; 4-cü X-613391.3400, Y-4494785.1800; 5-ci X- 613364.7200, Y-4494798.9900; 6-cı X-613369.3300, Y-4494807.8750 ibarət olan torpaq sahəsinin ½ hissəsinə aid döngə nöqtələri 3-4-5-6-dan ibarət olan hissəsində yerləşən (295.0 kv.m) hissəsi üzərində İddiaçı payı naturada ayrılıb ona verilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh 200 (iki yüz) manat ekspertiza tədqiqatlarının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar