Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-26/2023 27.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “pul” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən sökülüb aparılmış dəmir çardağın və ya dəyəri olan 6000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, çardağın dəyəri olan 6000 (altı min) manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizə Azərbaycan Republikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən qəbul edildi. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2021-ci ilin mart ayının 9-da Göygöl rayonu, Səmədli qəsəbəsində yerləşən Cavabdeh1 məxsus evi rəsmi sənədləşdirmə işləri aparmaqla 26.000 (iyirmi altı min) manata almışdır. İddiaçı cavabdeh Qənirǝ Hüseynovaya ailə üzvləri ilə birlikdə evdən çıxmaları üçün 1 ay vaxt vermişdir. Təxminən 10 gün sonra Cavabdeh1 Elşən adlı oğlu iddiaçının iş yerinə gələrək aldığı evin ata yurdları olduğunu deyib evi geri qaytarmaq istədiyini, ancaq evə verilmiş pulu 2021-ci ilin avqust ayında verəcəyini bildirmişdir. İddiaçı isə evi ancaq onlara satmaq yolu ilə qaytara biləcəyini bildirmişdir. İddiaçı Cavabdeh1 oğlu Elşəndən evi onlara satmaq üçün ilkin olaraq 5000 manat məbləğində beh istəmişdir. Cavabdehin oğlu Elşən iddiaçı ilə razılaşsa da sonradan 5000 manat məbləğində pulu verməmişdir. Lakin iddiaçının evində qalacağı müddətdə aylıq olaraq iddiaçıya pul ödəyəcəyini bildirmişdir. Cavabdehin oğlu Elşən 2021-ci ilin mart, aprel və may ayları üçün aylıq 120 manat məbləğində iddiaçıya pul ödəmişdir. Lakin sonradan Qənirə və onun oğlu aylıq kirayə pulunu ödəməyi dayandırmışlar. Bundan sonra İddiaçı Cavabdeh1 və onun ailə üzvlərinin qeydiyyatdan çıxarılmaları üçün Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı dəfələrlə Cavabdeh1 və onun ailə üzvlərinə evi boşaldıb təhvil vermələrini tələb etsə də bundan imtina etmişlər. Buna görə də iddiaçı məcbur olub Cavabdeh1 və ailə üzvlərinin ona məxsus evdən çıxarılmaları ilə bağlı Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli müvafiq qətnaməsi ilə həmin şəxslərin qeyd olunan evdən çıxarılmaları müəyyən olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün icra şöbəsinə göndərilmişdir. Cavabdehlərin evdən çıxmaları ilə bağlı icra məmuru tərəfindən dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olsa da heç bir məhəl qoymayaraq məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmışlar. Daha sonra hiylə işlədərək məhkəmə qətnaməsini almadıqlarını əsas gətirərək apelyasiya məhkəməsinə şikayət vermişlər. Təəsüflər olsun ki, məhkəmə tərəfindən üzürsüz səbəbdən buraxılmış müddət bərpa olunaraq iş baxılması üçün Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bundan istifadə edən Cavabdeh1 və onun ailə üzvləri planlaşdırılmış qaydada qətmnamədən Apelyasiya şikayəti verməklə vaxt qazanaraq Cavabdeh1 alınmış iddiaçıya məxsus Göygöl rayonu Səmədli qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində dəmir materialdan quraşdırılmış ferma dam örtüyünü tamamilə sökərək aparmışlar. Bundan sonra iddiaçı ona məxsus evin həyətindəki dəmir çardağın oğurlanması ilə bağlı şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsi Cavabdeh1 və onun oğlanlarını dəvət edib izahatlarını alarkən çardağın ona məxsus evin həyətində nisyə qurulduğunu, təxminən 2022-ci ilin yanvar ayında həmin çardağı quran ustaların gəlib Cavabdeh1 pulunu istədikdə Cavabdeh1 isə pulu verə bilməyəcəyini bildirdikdən sonra çardağı söküb apardıqlarını və bundan sonra həmin ustaları ümumiyyətlə görmədiyini bildirmişdir. Bundan sonra Göygöl RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən cinayət işinin başlanmasının rədd olunması ilə bağlı xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuşdur. İddiaçı Cavabdeh1 evi alarkən sözü gedən dəmir çardaqla birlikdə almışdır. Həmin çardağın nisyə qurulması və yaxud sonradan sökülüb satılacağı barədə heç bir qarşılıqlı söhbət və razılaşma olmamışdır. Cavabdeh1 və oğlanlarının polisdə verdiyi bütün ifadələr yalandır. Onlar iddiaçıya məxsus dəmir çardağı qazanc əldə etmək məqsədilə əvvəlcədən planlaşdırılmış şəkildə söküb satmışlar. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı idddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvafiq qaydada məlumat verilmişdir. Buna baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildə doğulmuşdur. 23 fevral 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh1 və sonuncunun oğlu Cavabdeh2 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı Cavabdeh1 və Cavabdeh2 ilə aralarında olan alğı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin 2(066)-809/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1, X8, Cavabdeh2, X3, X5 və X9 İddiaçı məxsus olan ünvan 1ində 0,05 ha torpaq sahəsində yerləşən 198 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-994/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh1, X8, Cavabdeh2, X6, X3, X9, X2 iddiaçıya məxsus olan ünvan 1i ünvanından yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Göygöl rayon Polis şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən xüsusi mülkiyyət növlü ümumi sahəsi 198 kvadratmetr, 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. AN-İ seriyalı, ******* nömrəli, 09 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6, Cavabdeh2, X7, Cavabdeh1 satıcılar kimi, İddiaçı isə alıcı kimi göstərilməsi və satıcı Cavabdeh1 (tam hissə, ümumi sahəsi 198 kv/m olan fərdi yaşayış evini) alıcı İddiaçı satması qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6518 nömrəli, 30 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 1ində mülkiyyətində olan 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən eni 10 metr uzunluğu 21 metr olan dəmir konstruksiyalı çardağ tikilisinin yenidən bərpa olunması üçün yerinə yetirilməli yenidənqurma və tikinti-təmir işlərinin dəyəri bazar qiymətinə uyğun olaraq təqribən 5986,0 manat məbləğində təşkil etdiyini nəzərə alaraq, İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinin daxilində quraşdırılmış dəmir konstruksiyalı çardağ tikilisinin sökülməsi nəticəsində 5986,0 manat ziyanın dəydiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “pul” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, İddiaçı 2021-ci ilin mart ayının 9-da Göygöl rayonu, Səmədli qəsəbəsində yerləşən Cavabdeh1 məxsus evi rəsmi sənədləşdirmə işləri aparmaqla 26.000 (iyirmi altı min) manata almışdır. İddiaçı cavabdeh Qənirǝ Hüseynovaya ailə üzvləri ilə birlikdə evdən çıxmaları üçün 1 ay vaxt vermişdir. Təxminən 10 gün sonra Cavabdeh1 Elşən adlı oğlu iddiaçının iş yerinə gələrək aldığı evin ata yurdları olduğunu deyib evi geri qaytarmaq istədiyini, ancaq evə verilmiş pulu 2021-ci ilin avqust ayında verəcəyini bildirmişdir. İddiaçı isə evi ancaq onlara satmaq yolu ilə qaytara biləcəyini bildirmişdir. İddiaçı Cavabdeh1 oğlu Elşəndən evi onlara satmaq üçün ilkin olaraq 5000 manat məbləğində beh istəmişdir. Cavabdehin oğlu Elşən iddiaçı ilə razılaşsa da sonradan 5000 manat məbləğində pulu verməmişdir. Lakin iddiaçının evində qalacağı müddətdə aylıq olaraq iddiaçıya pul ödəyəcəyini bildirmişdir. Cavabdehin oğlu Elşən 2021-ci ilin mart, aprel və may ayları üçün aylıq 120 manat məbləğində iddiaçıya pul ödəmişdir. Lakin sonradan Qənirə və onun oğlu aylıq kirayə pulunu ödəməyi dayandırmışlar. Bundan sonra İddiaçı Cavabdeh1 və onun ailə üzvlərinin qeydiyyatdan çıxarılmaları üçün Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı dəfələrlə Cavabdeh1 və onun ailə üzvlərinə evi boşaldıb təhvil vermələrini tələb etsə də bundan imtina etmişlər. Buna görə də iddiaçı məcbur olub Cavabdeh1 və ailə üzvlərinin ona məxsus evdən çıxarılmaları ilə bağlı Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli müvafiq qətnaməsi ilə həmin şəxslərin qeyd olunan evdən çıxarılmaları müəyyən olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün icra şöbəsinə göndərilmişdir. Cavabdehlərin evdən çıxmaları ilə bağlı icra məmuru tərəfindən dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olsa da heç bir məhəl qoymayaraq məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmışlar. Daha sonra hiylə işlədərək məhkəmə qətnaməsini almadıqlarını əsas gətirərək apelyasiya məhkəməsinə şikayət vermişlər. Təəsüflər olsun ki, məhkəmə tərəfindən üzürsüz səbəbdən buraxılmış müddət bərpa olunaraq iş baxılması üçün Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bundan istifadə edən Cavabdeh1 və onun ailə üzvləri planlaşdırılmış qaydada qətmnamədən Apelyasiya şikayəti verməklə vaxt qazanaraq Cavabdeh1 alınmış iddiaçıya məxsus Göygöl rayonu Səmədli qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində dəmir materialdan quraşdırılmış ferma dam örtüyünü tamamilə sökərək aparmışlar. Bundan sonra iddiaçı ona məxsus evin həyətindəki dəmir çardağın oğurlanması ilə bağlı şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsi Cavabdeh1 və onun oğlanlarını dəvət edib izahatlarını alarkən çardağın ona məxsus evin həyətində nisyə qurulduğunu, təxminən 2022-ci ilin yanvar ayında həmin çardağı quran ustaların gəlib Cavabdeh1 pulunu istədikdə Cavabdeh1 isə pulu verə bilməyəcəyini bildirdikdən sonra çardağı söküb apardıqlarını və bundan sonra həmin ustaları ümumiyyətlə görmədiyini bildirmişdir. Bundan sonra Göygöl RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən cinayət işinin başlanmasının rədd olunması ilə bağlı xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuşdur. İddiaçı Cavabdeh1 evi alarkən sözü gedən dəmir çardaqla birlikdə almışdır. Həmin çardağın nisyə qurulması və yaxud sonradan sökülüb satılacağı barədə heç bir qarşılıqlı söhbət və razılaşma olmamışdır. Cavabdeh1 və oğlanlarının polisdə verdiyi bütün ifadələr yalandır. Onlar iddiaçıya məxsus dəmir çardağı qazanc əldə etmək məqsədilə əvvəlcədən planlaşdırılmış şəkildə söküb satmışlar. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. MPM-nin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (Mülki Məcəllə 21). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Yəni, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istənilən davranışına görə İddiaçı dəyən zərərin əvəzinin ödənilməsi üçün ilk növbədə, cavabdehlərin davranışı hüquqa zidd olmalı, daha sonra həmin davranışla vurulmuş zərər arasında səbəbli əlaqə olmalı, son olaraq cavabdehlərin həmin davranışa görə təqsiri sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki hüquqi məsuliyyəti, yəni öz hüquqa zidd davranışı ilə İddiaçı 5986,0 manat ziyan vurması iş materiallarında olan sənədlərə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən xüsusi mülkiyyət növlü ümumi sahəsi 198 kvadratmetr, 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. AN-İ seriyalı, ******* nömrəli, 09 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6, Cavabdeh2, X7, Cavabdeh1 satıcılar kimi, İddiaçı isə alıcı kimi göstərilməsi və satıcı Cavabdeh1 (tam hissə, ümumi sahəsi 198 kv/m olan fərdi yaşayış evini) alıcı İddiaçı satması qeyd edilmişdir. 23 fevral 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, iş üzrə cavabdehlər doğrudan da dəmir çardağın mövcud olduğunu, lakin ustaların dəmir çardağın söküb apardıqlarını bildirsələr də, bununla bağlı nə polis şöbəsində araşdırma aparan zaman nədə ki məhkəmə baxış iclasında sübut təqdim etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, həmin hallar sübuta yetirilmədiyindən fərziyyə xarakteri daşıyır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6518 nömrəli, 30 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 1ində mülkiyyətində olan 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən eni 10 metr uzunluğu 21 metr olan dəmir konstruksiyalı çardağ tikilisinin yenidən bərpa olunması üçün yerinə yetirilməli yenidənqurma və tikinti-təmir işlərinin dəyəri bazar qiymətinə uyğun olaraq təqribən 5986,0 manat məbləğində təşkil etdiyini nəzərə alaraq, İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinin daxilində quraşdırılmış dəmir konstruksiyalı çardağ tikilisinin sökülməsi nəticəsində 5986,0 manat ziyanın dəydiyi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinin daxilində quraşdırılmış dəmir konstruksiyalı çardağ tikilisinin sökülməsi nəticəsində ona 5986,0 manat zərər dəymişdir. Belə olan halda da, iddia 5986,0 manat zərərlə bağlı hissədə təmin edilməlidir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini göstərir. Həmçinin, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 9.2-ci bəndinə əsasən, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Bundan başqa MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 80 (səksən) manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə rəy verilmiş və rəyə “ekspertiza xərclərinə dair bildiriş” əlavə edilmişdir. Həmin bildirişdən görünür ki, Mərkəz tərəfindən məhkəmə tikintitexnikası ekspertizasının aparılması ilə əlaqədar tədqiqatın dəyəri 100 manat dəyərində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan 100 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq Mərkəzin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5986 (beş min doqquz yüz səksən altı) manat məbləğində pul və ödənilmiş 80 (səksən) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulаrаq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №2(066)-26/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-26/2023
27.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver