Məhkəmə qərarları › İş №2(066)-27/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-27/2024

08.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-27/2024 08.02.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Göygöl rayon Toğana Bələdiyyəsinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Göygöl rayon Toğana Bələdiyyəsinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 8000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun, həmçinin Toğana Bələdiyyəsindən 600 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Göygöl rayon Toğana Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh Göygöl rayon Toğana Bələdiyyəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı təxminən 2011-ci il tarixdə Göygöl rayonu Toğana kəndində ev tikmək üçün torpaq sahəsi axtarırdı. Həmin kənddə tanışıları olan bəzi şəxslərin kənd sakini Şükür adlı şəxsin torpaq sahəsini satmasını bildirmişdir. İddiaçı Şükürlə əlaqə saxladıqda Şükür ona bildirmişdir ki, 1960-ci il tarixdən istifadələrində olan (Toğana Bələdiyyəsinin mülkiyyətində olan JN-468BB saylı şəhadətnamə ilə müəyyən edilmiş) 0.06 ha torpaq sahəsini satır. İddiaçı Şükürə 8000 manatı ödəyərək həmin torpaq sahəsini şifahi alqı-satqı etmişdir. Torpaq sahəsini sənədləşdirilməsi üçün, yəni bələdiyyədən torpaq sahəsinin alqı-satqı edilməsi üçün 600 manat pulu Toğana bələdiyyəsinin hesabına ödəmişdir. Bələdiyyənin hesabına kecirtdiyi 600 manat pula dair əlində qəbz mövcüdur. Həmin torpaq sahəsində 2014-ci il tarixdə fərdi yaşayış evi tikmiş və həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Həmin evə və torpaq sahəsinə çıxarış alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 şəxsin 3 saylı Gəncə Ərazi idarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 şəxsin 3 saylı Gəncə Ərazi idarəsi xx.xx.2022-ci il tarixli, **********14 saylı bildirişlə torpaq sahəsinin Meşə Fond torpağına aid olmasını, həmcinin torpaqların alqı-satqısına dair notarial qaydada alqı-satqı müqaviləsi olmadığını göstərmişlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 şəxsin 3 saylı Gəncə Ərazi idarəsinə qarşı torpaq sahəsinə çıxarışın verilməsinə dair Gəncə İnzibati Məhkəmədə iddia qaldırmışdır. Gəncə İnzibati Məhkəməsi tərəfindən ekspertiza keçirilmiş və ekspertiza rəyində torpaq sahəsi dövlət torpağı kimi göstərilmişdir. Ekspert rəyində torpaq sahəsi dövlət fond torpağı kimi göstərildiyindən Gəncə İnzibati Məhkəmənin qərarı ilə iddia təmin edilməmişdir. İddiaçıya satılmış topaq sahəsi Bələdiyyə torpağı olmadığından 8000 manat pul Cavabdeh1, həmcinin Toğana bələdiyyəsi hesabına ödədiyi 600 manat pul Toğana Bələdiyyəsindən alınaraq ona verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahatında iddia ərizəsini müdafiə edərək göstərdi ki, Cavabdeh1 torpaq sahəsini İddiaçı satarkən həmin torpaq səhəsinin bələdiyyə torpaq sahəsi olmasını bildirmiş, lakin sonradan həmin torpaq sahəsi dövlət torpağı olmuşdur. Əgər torpaq sahəsi bələdiyyə torpağı olsa onlar Cavabdeh1 qarşı iddia qaldırmazdılar. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 verdiyi izahatında iddianı qəbul etməməsini, belə ki, İnzibati Məhkəmədə mütəxəssis tərəfindən verilmiş rəyin həqiqətə uyğun olmadığını, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla onun 1960-cı ildən istifadəsində olmasını, həmin torpaq sahəsinin 50 ildir ki, daş hasarla hasarlanmasını, Bələdiyyə torpağı bilərək özünün satmasını, həmçinin bunun qanuni olaraq Bələdiyyə vasitəsilə satılmasını bildirdi və iddianın əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşnmaz Əmlakın Dövlət Kadastrı və Reyesti Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-12444/2023 nömrəli mütəxəssis rəyində sözü gedən İddiaçı adına qeydə alınmış (A№416311 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən) 800.0 kv.m torpaq sahəsinin 650.0 kv.m hissəsi bələdiyyə mülkiyyəti olduğu, 150.0 kv.m hissəsi isə X9 ərazisi (Dövlət mülkiyyəti) ilə üst-üstə düşdüyü göstərilmişdir. Bundan əlavə mülki iş materiallarına əlavə edilmiş (Gəncə İnzibati Məhkəməsinin hakim Fikrət Hüseynovun qərarı əsasında verilmiş) “Göygöl rayon Toğanalı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 11 nömrəli qərarından görünür ki, İddiaçı satılmış 800.0 kv.m torpaq sahəsinin satıldığı zaman (2012-ci ildə) Dövlət mülkiyyətində olması, hal-hazırda da Dövlət mülkiyyətində olan torpaq sahəsinə aid olması” haqqında rəyi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşnmaz Əmlakın Dövlət Kadastrı və Reyesti Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 12444/2023 nömrəli mütəxəssis rəyi ilə təkzib olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin təqdim etdikləri sübutlar araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmişdir. İşdə olan Toğanalı Bələdiyyəsinin 20 noyabr 2012-ci il tarixli Göygöl rayonunun Toğanalı kəndində DT və XK-nin Göygöl rayon şöbəsinin mütəxəssisi E.Əliyev, Toğanalı Bələdiyyəsinin üzvü və mülkiyyətçilər H.Rüstəmov və İddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, yaradılmış komissiya yerində baxış keçirərək Göygöl rayonu Toğanalı Bələdiyyəsinin kənd daxili ərazisindəki torpaq sahəsindən cəmi 0,16 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması məqsədə uyğun hesab edilmişdir. İşdə olan A№416311 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Göygöl rayon Toğanalı bələdiyyəsinin 20 noyabr 2012-ci il tarixli 11 saylı qərarına əsasən Göygöl rayonunun Toğana kənd sakini İddiaçı 800.0 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. İşdə olan 158 nömrəli arayışdan görünür ki, Göygöl rayonu Toğanalı Bələdiyyə sədrinin 20 noyabr 2012-ci il tarixli 11 saylı qərarına əsasən X3 0.08 ha, İddiaçı 0.08 ha olmaqla cəmi 0.16 ha həyətyanı torpaq sahəsi ayrılıb fərdi yaşayış evi tikintisi üçün alqısatqı yolu ilə satılması nəzərdə tutulmuşdur. Mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Daşnmaz Əmlakın Dövlət Kadastrı və Reyesti Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə tapşırılmış və ekspertizanı aparan mütəxəssis qarşısında

1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində olan Göygöl rayon Toğanalı kəndinə aid edilmiş DWJ xəritə məlumatlarına əsasən, Göygöl rayon Toğanalı bələdiyyəsinin mülkiyyətində olan JN-468BB saylı 0.06 ha torpaq sahəsinin, JN-97A saylı 0.05 ha torpaq sahəsinin, JN-96A saylı 0.09 ha torpaq sahəsinin koordinatları və döngə nöqtələrinin yerləşmə yeri müəyyən edilərək (xəritə məlumatlarında olan sürüşmələr və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra) mütəxəssis sxemində və rəyində öz əksini tapması,

2. Toğana kəndinə aid edilmiş DWJ elektron xəritə məlumatların əsasən (xəritə məlumatlarında olan sürüşmələr və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra) Göygöl rayon Toğanalı bələdiyyəsinin mülkiyyətində olan JN-468BB saylı 0.06 ha torpaq sahəsi ilə vətəndaş İddiaçı məxsus olan Toğana kəndində yerləşən 0.08 ha (Dövlət Torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 447 nömrə ilə ucota alınmış, A№416311 saylı torpaq sahəsinin planı ölçüsü kitabcasında göstərilmiş 0.08 ha) torpaq sahəsi üst-üsdə düşürmü? əgər düşürsə hansı ölçüdə və hansı koordinat döngələri arasında düşməsi plan sxemdə və rəydə öz əksini tapması, 3.Göygöl rayon Toğanalı kəndinə aid edilmiş DWJ elektron xəritə məlumatlarına əsasən İddiaçı məxsus olan Toğana kəndində yerləşən 0.08 ha (Dövlət Torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 447 nömrə ilə ucota alınmış, AN№416311 saylı torpaq sahəsinin planı ölcüsü kitabcasında göstərilmiş 0.08 ha) torpaq sahəsi meşə fond torpağı ilə üst-üstə düşürmü? Müsbət halda hansı koordinat döngələrində və ölcülərdə.(Sxemdə və rəydə göstərilsin), 4.Göygöl rayon Toğanalı kəndinə aid edilmiş DWJ elektron xəritə məlumatlarına əsasən İddiaçı məxsus olan Toğana kəndində yerləşən 0.08 ha (Dövlət Torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 447 nömrə ilə ucota alınmış, AN№416311 saylı torpaq sahəsinin planı ölcüsü kitabcasında göstərilmiş 0.08 ha torpaq sahəsi) Göygöl rayon Toğana bələdiyyəsinin mülkiyyətində olan JN-468BB saylı 0.06 ha torpaq sahəsi, JN- 97A saylı 0.05 ha torpaq sahəsi, JN-96A saylı 0.09 ha torpaq sahəsi Göygöl rayon Toğanalı kəndinin sərhədi daxilindən kənarda yerləşirmi? Əgər kənarda yerləşirsə kənarda yerləşməsi mütəxəssis sxemində və rəyində öz əksini tapması barədə suallar qoyulmuşdur. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşnmaz Əmlakın Dövlət Kadastrı və Reyesti Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-12444/2023 nömrəli mütəxəssis rəyinə əsasən araşdırmanın nəticəsi olaraq qeyd edilənlər müəyyən olunmuşdur. 1.Göygöl (Xanlar) rayonu Toğanalı kənd ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmış, JN-97A nömrəli 500.0 kv.m torpaq sahəsinin, JN-96A nömrəli 900.0 kv.m torpaq sahəsinin və Göygöl (Xanlar) rayon Toğanalı bələdiyyəsinin mülkiyyətində olan JN-468BB nömrəli 600.0 kv.m torpaq sahələrinin naturada yerləşmə vəziyyətləri müəyyən edilərək, rəy rəyə əlavə edilmiş cizgi planda öz əksini tapmışdır. 2.Toğanalı bələdiyyəsinin mülkiyyətində olan JN-468BB nömrəli 600.0 kv.m torpaq sahəsinin 470.0 kv.m hissəsi, İddiaçı adına qeydə alınmış A№416311 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 800.0 kv.m torpaq sahəsinin 470.0 kv.m hissəsi ilə üst-üstə düşür. Qeyd edilir ki, Göygöl (Xanlar) rayon Toğanalı bələdiyyəsinin mülkiyyətində olan JN-468BB nömrəli 600.0 kv.m torpaq sahəsi və A№416311 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 800.0 kv.m torpaq sahəsi, fərqli konfiqurasiyaya malikdirlər.

3. Göygöl (Xanlar) rayonu Toğanalı kənd ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə və İddiaçı adına qeydə alınmış A№416311 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 800.0 kv.m torpaq sahəsinə istinadən, həmin 800.0 kv.m torpaq sahəsinin 650.0 kv.m hissəsi bələdiyyə mülkiyyəti, 150.0 kv.m hissəsi isə X9 ərazisi (Dövlət mülkiyyəti) ilə üst-üstə düşür. Lakin, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən, İddiaçı adına qeydə alınmış A№416311 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 800.0 kv.m torpaq sahəsinin 15.0 kv.m hissəsi JN- 97A saylı torpaq sahəsi ilə, 785.0 kv.m hissəsi isə Toğanalı kəndinin sərhədlərindən kənar ərazi ilə üst-üstə düşür.

4. JN-97A nömrəli 500.0 kv.m, JN-96A nömrəli 900.0 kv.m öz əksini tapdığı Göygöl (Xanlar) yonu Toğanalı kənd ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə istinadən, A№416311 saylı torpaq sahəsinin planı ölçüsü bəndində göstərilən 800.0 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. Lakin, 2-ci sualın cavabında d olunduğu kimi Toğanalı bələdiyyəsinin mülkiyyətində olan JN-468BB nömrəli 600.0 kv.m paq sahəsinin 470.0 kv.m hissəsi, İddiaçı adına qeydə alınmış 416311 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 800.0 kv.m torpaq əsinin 470.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin 650 kv.m sahəsi bələdiyyə torpağıdır. Belə olan halda cavabdehə qarşı qaldırılmış iddia əsaslı ola bilməz. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Toğanalı kənd Ərazi dairəsi üzrə nümayəndəliyinin 12 aprel 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Göygöl rayonu Toğanalı kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan AZ-İİ 184410 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 16 avqust 2021-ci ildə ölmüşdür. İşdə olan AZ-İ 246426 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 15 dekabr 2007-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 89.1 maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1 maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yüzü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatına hüquqi qiymət verərək, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, tərəflər arasında yaranmış mübahisə üzrə cavabdehin borclu olmasını təsdiq edən hər hansı hal aşkar edilmədi və iddiaçı məhkəməyə tələbini əsaslandıran hallara dair heç bir sübut növü təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1 və 76.2 maddələrinin tələblərinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia Cavabdeh1 8000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun alınıb İddiaçı verilməsi hissəsində qanuni əsası olmadığına görə təmin edilməməli və X1 600 manat pulun alınıb İddiaçı verilməsinə dair hissədə isə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrinə əsaslanaraq, məhkəmə

qətetdi:

İddia Cavabdeh1 8000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun alınıb İddiaçı verilməsi hissəsində təmin edilməsin. X1 600 manat pulun alınıb İddiaçı verilməsinə dair hissəsinə xitam verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid olunsun. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər

Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar