Məhkəmə qərarları › İş №2(066)-271/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-271/2023

24.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-271/2023 24.02.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X3 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiаçı X8 Təsərrüfatı Mərkəzinin Cavabdeh qаrşı “X9 vurulmuş zərərin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı X8 Təsərrüfatı Mərkəzi Cavabdeh qаrşı “X9 vurulmuş zərərin ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Tülallar kəndində yaşayan Cavabdeh tərəfindən X9 vurulmuş 123,03 (bir yüz iyirmi üç manat üç qəpik) manat məbləğində ziyanın ödənilməsi və məhkəmə xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 sentyabr 2022-ci il tarixdə mərkəzin Zurnabad meşəbəyliyinin 2 saylı meşə dolayısının meşə gözətçisi vəzifəsini icra edən X5 məlumatı əsasında 19 sentyabr 2022-ci il tarixdə mərkəzin əməkdaşları və meşə gözətçisinin iştirakı ilə dolayının ərazisindən Göygöl rayon Tülallar kəndində yaşayan Cavabdeh qanunsuz olaraq müxtəlif cinsli və diametri 3.99 m3 həcmində 9 (doqquz) ədəd vələs cinsindən, 4 (dörd) ədəd isə göyrüş cinsindən ümumilikdə 13 (on üç) ədəd vələs və göyrüş cinsindən yaş ağacları kəsib apardığını aşkar etmişdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarın 7 nömrəli əlavəsinə əsasən Göygöl rayonu, Tülallar kəndində yaşayan Cavabdeh tərəfindən X9 123,03 (bir yüz iyirmi üç manat üç qəpik) manat məbləğində ziyan vurulmuşdur. Mövcud qanunvericiliyə uyğun olaraq cavabdehin vurduğu ziyanın könüllü ödənilməsi barədə ona təklif olunsa da, o buna məhəl qoymamış və X6 tərəfindən vurulmuş ziyanın əvəzi ödənilməmişdir. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Meşələrin İnkişafı Xidməti Göygöl RMTM əməkdaşları tərəfindən tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli, 002465 nömrəli aktın surətindən görünür ki, 19 sentyabr 2022-ci il tarixdə Zurnabad meşəbəyliyinin 10 saylı meşə dolayısında yoxlama aparılarkən Göygöl rayonu Tülallar kəndində yaşayan Cavabdeh qanunsuz olaraq köküstə 13 ədəd vələs və göyrüş ağaclarını kəsdiyi aşkar edilmişdir. İnzibati tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən Göygöl RMTM-nin Zurnabad meşəbəyliyinin 10 saylı meşə dolayısının 29a kvartalından köküstə yaş ağacların kəsilərək məhv edilməsi faktı nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Zurnabad meşəbəyliyinin 10 saylı dolayısında yoxlama zamanı vətəndaş Cavabdeh tərəfindən meşə pozuntularına yol verilməsinə görə həcm və qiymətləndirmə cədvəlindən görünür ki, Cavabdeh qanunsuz olaraq meşə ərazisindən ağacları kəsdiyinə görə DMF-na ümumilikdə 123,03 (bir yüz iyirmi üç manat üç qəpik) manat məbləğində ziyan vurmuşdur. Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzi tərəfindən Göygöl rayon Tülallar kənd sakini Cavabdeh ünvanlanmış 27/11/45 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ona qanunsuz ağac kəsdiyinə görə 123 manat 03 qəpik məbləğində DMF-na ziyan vurmaqla bərabər Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsinin tələblərinin pozulması və hesablanmış ziyanın könüllü olaraq ödənilməsi bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 Təsərrüfatı Mərkəzi Cavabdeh qаrşı “X9 vurulmuş zərərin ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 sentyabr 2022-ci il tarixdə mərkəzin Zurnabad meşəbəyliyinin 2 saylı meşə dolayısının meşə gözətçisi vəzifəsini icra edən X5 məlumatı əsasında 19 sentyabr 2022-ci il tarixdə mərkəzin əməkdaşları və meşə gözətçisinin iştirakı ilə dolayının ərazisindən Göygöl rayon Tülallar kəndində yaşayan Cavabdeh qanunsuz olaraq müxtəlif cinsli və diametri 3.99 m3 həcmində 9 (doqquz) ədəd vələs cinsindən, 4 (dörd) ədəd isə göyrüş cinsindən ümumilikdə 13 (on üç) ədəd vələs və göyrüş cinsindən yaş ağacları kəsib apardığını aşkar etmişdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarın 7 nömrəli əlavəsinə əsasən Göygöl rayonu, Tülallar kəndində yaşayan Cavabdeh tərəfindən X9 123,03 (bir yüz iyirmi üç manat üç qəpik) manat məbləğində ziyan vurulmuşdur. Mövcud qanunvericiliyə uyğun olaraq cavabdehin vurduğu ziyanın könüllü ödənilməsi barədə ona təklif olunsa da, o buna məhəl qoymamış və X6 tərəfindən vurulmuş ziyanın əvəzi ödənilməmişdir. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. MPM-nin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-nin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. MM-nin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Yəni, Cavabdeh istənilən davranışına görə iddiaçı X8 Təsərrüfatı Mərkəzinə dəyən zərərin əvəzinin ödənilməsi üçün ilk növbədə, cavabdehin davranışı hüquqa zidd olmalı, daha sonra həmin davranışla vurulmuş zərər arasında səbəbli əlaqə olmalı, son olaraq cavabdehin həmin davranışa görə təqsiri sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Cavabdeh mülki hüquqi məsuliyyəti, yəni öz hüquqa zidd davranışı ilə X8 Təsərrüfatı Mərkəzinə 123,03 manat ziyan vurması iş materiallarında olan sənədlərə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan ki, Meşələrin İnkişafı Xidməti Göygöl RMTM əməkdaşları tərəfindən tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli, 002465 nömrəli aktın surətindən görünür ki, 19 sentyabr 2022-ci il tarixdə Zurnabad meşəbəyliyinin 10 saylı meşə dolayısında yoxlama aparılarkən Göygöl rayonu Tülallar kəndində yaşayan Cavabdeh qanunsuz olaraq köküstə 13 ədəd vələs və göyrüş ağaclarını kəsdiyi aşkar edilmişdir. İnzibati tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən Göygöl RMTM-nin Zurnabad meşəbəyliyinin 10 saylı meşə dolayısının 29a kvartalından köküstə yaş ağacların kəsilərək məhv edilməsi faktı nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Zurnabad meşəbəyliyinin 10 saylı dolayısında yoxlama zamanı vətəndaş Cavabdeh tərəfindən meşə pozuntularına yol verilməsinə görə həcm və qiymətləndirmə cədvəlindən görünür ki, Cavabdeh qanunsuz olaraq meşə ərazisindən ağacları kəsdiyinə görə DMF-na ümumilikdə 123,03 (bir yüz iyirmi üç manat üç qəpik) manat məbləğində ziyan vurmuşdur. Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzi tərəfindən Göygöl rayon Tülallar kənd sakini Cavabdeh ünvanlanmış 27/11/45 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ona qanunsuz ağac kəsdiyinə görə 123 manat 03 qəpik məbləğində DMF-na ziyan vurmaqla bərabər Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsinin tələblərinin pozulması və hesablanmış ziyanın könüllü olaraq ödənilməsi bildirilmişdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 123,03 (yüz iyirmi üç manat üç qəpik) manat məbləğində pul alınaraq Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar