Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-279/2023 14.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və Göygöl Regional X3 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Göygöl Regional X3 Cavabdeh qarşı X14 vurulmuş zərərin ödətdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Göygöl Regional X7 Cavabdeh qarşı X14 vurulmuş zərərin ödətdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Zurnabad kəndində yaşayan Cavabdeh tərəfindən X14 vurulmuş 129 (bir yüz iyirmi doqquz) manat 28 qəpik məbləğində ziyanın ödətdirilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Göygöl Regional X3 nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə etdiyini, 29 noyabr 2022-ci il tarixdə Mərkəzin Zurnabad meşəbəyliyinin 04 saylı meşə dolayısının meşə gözətçisi X2 məlumatı əsasında 01 dekabr 2022-ci il tarixdə mərkəzin əməkdaşları və meşə gözətçisinin iştirakı ilə dolayının ərazisindən Göygöl rayonu Zurnabad kəndində yaşayan Cavabdeh qanunsuz olaraq müxtəlif cinsli və diametri 5.61 m3 həcmində 6 (altı) ədəd vələs cinsindən yaş ağacları kəsib apardığını aşkar etmələrini, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarın 7 nömrəli əlavəsinə əsasən Göygöl rayon Zurnabad kəndində yaşayan Cavabdeh tərəfindən X14 129 (bir yüz iyirmi doqquz) manat 28 qəpik məbləğində ziyan vurulmasını, mövcud qanunvericiliyə uyğun olaraq cavabdehin vurduğu ziyanı könüllü ödəməsinin təklif olunduğunu, lakin cavabdeh tərəfindən buna məhəl qoyulmadığını, indiyədək vurulmuş ziyanın əvəzinin ödənilməməsini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında meşə dolayısında gəzərkən ağac kəsən maşının səsini eşitməsini, həmin səsin gəldiyi əraziyə getməsini, bundan sonra Cavabdeh üç dənə atla gəlməsini görməsini, həmin vaxt 6 ağacın artıq kəsilmiş vəziyyətdə yerdə olmasını, cavabdehin isə ağacın birini doğramasını, özünün qeyd olunan ağacların foto şəkillərini çəkməsini, 01 dekabr 2022-ci il tarixdə gecə saat təxminən 02 radələrində sözügedən ərazini gəzərkən bir daha cavabdehi orada tutmasını və onun kəsdiyi ağacları apararkən görməsini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 izahatında X8 ilə eyni məzmunda izahat verərək onun ifadəsini təsdiq etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və şahidlərin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zurnabad meşəbəyliyinin meşəbəyisi X6, Mərkəzin Göygöl rayon üzrə meşə mühafizə mühəndisi X5 və Zurnabad meşəbəyliyinin 4 saylı meşə dolayısının meşə gözətçisi X8 tərəfindən tərtib olunmuş 01 dekabr 2022-ci il tarixli aktın surətindən görünür ki, Göygöl rayonunun Zurnabad kənd sakini Cavabdeh qanunsuz olaraq 6 ədəd köküstə yaş vələs ağaclarını kəsib apararkən tutulmuş və tabeçilik göstərməmişdir. Cavabdeh mütəmadi olaraq meşələrdən qanunsuz ağacları kəsib aparır. İş materiallarında olan Zurnabad meşəbəyliyinin 4 saylı dolayısının vətəndaş Cavabdeh tərəfindən meşə pozuntularına yol verilməsinə görə həcm və qiymətləndirmə cədvəlindən görünür ki, vətəndaş Cavabdeh qanunsuz olaraq 6 ədəd 5.61 m3 köküstə yaş vələs ağaclarını kəsib apardığı ağacların dəyəri 129.28 (bir yüz iyirmi doqquz manat 28 qəpik) manat təşkil edir. Məhkəmə iddia üzrə mübahisə predmeti ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və zərər vurulması ilə nəticələnən hüquqazid əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Məhkəmə iclasında Cavabdeh tərəfindən Göygöl Regional X7nə 129 (bir yüz iyirmi doqquz) manat 28 qəpik dəyərində maddi zərər yetirilməsi iddiaçının nümayəndəsinin və şahidlərin ifadələri və işdə olan sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qanuni və əsaslı olduğu üçün iddia təmin edilməli, Cavabdeh 129 (bir yüz iyirmi doqquz) manat 28 qəpik məbləğində pul vəsaiti iddiaçı Göygöl Regional X3 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Odur ki, şərh edillənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 238-244 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 129 (bir yüz iyirmi doqquz) manat 28 qəpik məbləğində maddi ziyan iddiaçı Göygöl Regional X3 xeyrinə tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-279/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-279/2023
14.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver