Məhkəmə qərarları › İş №2(066)-28/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-28/2024

10.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-28/2024 10.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, İddiaçı X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2n İsa oğluna qarşı “Qanunsuz tikilinin sökülməsi tələbinə dair” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2n İsa oğluna qarşı “Qanunsuz tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, mülkiyyətində olan 0,07 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2n İsa oğlu tərəfindən tikilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı X4 məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2n İsa oğlunun mülkiyyətində olan 0,07 hektar torpaq sahəsinin boşaldılması barədə qətnamə şıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X4 iddianı müdafiə edib izahat verərək bildirdi ki, Göygöl rayon Qızılca kəndi ərazisində 0,07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Bu barədə Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********57, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 04 noyabr 2016-cı il olan Çıxarış da tərtib edilmişdir. Lakin mülkiyyətlərində olan 0,07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2n İsa oğlu oğlu tərəfindən zəbt edilmiş və onlar tərəfindən müxtəlif tikintilər aparılmışdır. Belə olan halda onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulmuşdur. Dəfələrlə cavabdehlərdən torpaq sahəsinin azad edilməsini tələb etsə də, bir nəticə əldə edə bilməmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnaməçıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2n İsa oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iddiaçı X2 izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********57, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 04 noyabr 2016-cı il olan Çıxarış məlum olur ki, X2 mülkiyyətlərinə Göygöl rayonu Qızılca kəndi ərazisində 0,07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 01 mart 2024-cü il tarixli, 3- 16-16/2-10/1003 saylı rəyindən məlum olur ki, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu Qızılca kəndində, İddiaçı xüsusi mülkiyyətində olan 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müəyyən hissələri ayrı-ayrılıqda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadə sahələri ilə üst-üstə düşür. xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu Qızılca kəndində, İddiaçı xüsusi mülkiyyətində olan 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 167.0 kv.m hissəsi Cavabdeh1, 201 kv.m hissəsi isə, Cavabdeh2 faktiki istifadə sahələri ilə üst-üstə düşür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda faktiki istifadəsində olan forpaq sahələrinin, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu Qızılca kəndində, İddiaçı xüsusi mülkiyyətində olan 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə, üst-üstə düşən hissələrində tikililər mövcuddur. Cavabdehlər Cavabdeh1 faktiki istifadə sahəsi üzərində mövcud olan tikilinin altında yerləşən torpaq sahəsinin 54.0 kv.m hissəsi, Cavabdeh2 faktiki istifadə sahəsi üzərində mövcud olan tikilinin altında yerləşən torpaq sahəsinin isə 3.8 kv.m hissəsi, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə yerləşir. Qeyd olunur ki, bu sualın 2-ci hissəsi mütəxəssislər tərəfindən cavablandırılmadığından, bu sualın 2-ci hissəsi üzrə tədqiqat aparılması mümkün olmamışdır. Tikili və qurğuların ki tərəfindən inşa edilməsi üzərində mövcud olan tikililərin kim tərəfindən inşa edilməsinin müəyyən olunması tikinti-texniki ekspertinin həll etdiyi məsələlərə aid olmadığından bu sual üzrə tədqiqat aparılmaması müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan 0,07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 167 kvadrat metr hissəsi Cavabdeh1 tərəfindən, 201 kvadrat metr hissəsi Cavabdeh2n İsa oğlu tərəfindən tutulmuşdur. edilmişdir. Həmçinin Cavabdeh1 tutmuş olduğu 167 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 54 kvadrat metr hissəsində, Cavabdeh2n İsa oğlu tutmuş olduğu 201 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3,8 kvadrat metr hissəsində qanunsuz olaraq tikinti tikmişlər. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 01 mart 2024-cü il tarixli, 3-16-16/2- 10/1003 saylı rəyinə əsasən də təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarım ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi iləəlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödədiyi dövlət rüsumu, iddia tələbləri təmin edilməsinə görə olaraq cavabdehlərdən müçtərək qaydada alınır. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pul cavabdehlərdən alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 115-ci maddəsinə əsasən ekspertiza xərci məhkəmə xərclərinə aiddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıMPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə

QƏT ETDİ:

İddiaçı X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2n İsa oğluna qarşı “Qanunsuz tikilinin sökülməsi tələbinə dair” iddiası təmin olunsun.

1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********57, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 04 noyabr 2016-cı il olan çıxarışda qeyd edilən iddiaçı X2 mülkiyyətlərində olan 0,07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 167 kvadrat metr hissəsi Cavabdeh1 və 201 kvadrat metr hissəsi Cavabdeh2n İsa oğlunun qanunsuz sahibliyindən (zəbtindən) azad edilsin və iddiaçı X3 qaytarılsın.

2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********57, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 04 noyabr 2016-cı il olan çıxarışda qeyd edilən iddiaçı X2 mülkiyyətlərində olan 0,07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 tərəfindən tutulmuş 167 kvadrat metr torpaq sahəsinin 54 kvadrat metr hissəsində, və Cavabdeh2n İsa oğlu tərəfindən tutulmuş 201 kvadrat metr torpaq sahəsinin 3,8 kvadrat metr hissəsində, qanunsuz olaraq tikilmiş tikililər onların öz hesablarına sökülsün.

3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2n İsa oğlundan müştərək qaydada ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat pul alınıb, iddiaçı X3 verilsin.

4. Ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2n İsa oğlundan müştərək qaydada alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar