Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-295/2025 04.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X8 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun müdafiəsi və evdə olan cehiz əşyalarının çıxardılaraq boşaldılması” tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda paylı mülkiyyətində olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evində olan 1 ədəd yataq dəsti (1 ədəd şfaner, 2 ədəd tumba, 1 ədəd termosu, 1 ədəd çarpayı və tabletka), 1 ədəd qonaq dəsti (servant, 1 ədəd stol, 10 ədəd stul), 1 ədəd divan və 2 ədəd kreslo, 1 ədəd jurnalni, 1 ədəd kravat, 1 ədəd paltaryuyan maşın-LG markalı, 1 dəst mətbəx mebeli, 1 ədəd ət çəkən maşın-simba, 1 ədəd gəlincik çırağı, 2 ədəd gəvə, 2 ədəd vedrə, 2 ədəd böyük ləyən, 1 ədəd zibil qabı, 3 ədəd gül qabı (1 ədəd böyük və 2 ədəd balaca), 1 ədəd gəlinlik güzgüsü, 2 ədəd böyük və 1 ədəd balaca mişka oyuncaq, 2 ədəd çaynik-(1 ədəd balaca və 1 ədəd böyük), 1 ədəd ütü, 4 ədəd aliminum qazan, 5 ədəd şirəli dəst qazan göy rəngli, 5 ədəd ləyən balaca və orta, 3 ədəd tava, 1 ədəd aş süzən, 1 ədəd yekə qazan, 3 ədəd padnus, 2 ədəd üzərik qabı, 1 ədəd tort qabı-ağzı bağlı ağ rəngli, 8 karobka mebelin hissələri, 1 ədəd çamadanda çəngəl və bıçaq dəsti, 1 ədəd krafinka və 6 ədəd bakalı, 1 ədəd meyvə qabı-güllü ağ rəngli, 10 ədəd sadə xrustal stəkan, 2 ədəd meyvə qabı balaca qırmızı və güllü, 2 ədəd şam bakalı, 6 ədəd bakal və 1 ədəd krafinkası, 1 dəst çayni servis, 6 ədəd yaşıl güllü bakal, 2 ədəd qənd qabı qızılı rəngli, 2 ədəd ağ güllü meyvə qabı, 2 ədəd bulud qabı, 5 ədəd aşağısı qırmızı və güllü bakal, 4 ədəd yekə və 2 ədəd balaca yaşıl rəngli kasa, 2 ədəd yekə göy rəngli bulud, 2 ədəd qənd qabı yaşıl rəngli, 2 ədəd sadə kül qabı, 2 ədəd kruşka qırmızı rəngli, 12 ədəd qızılı rəngli nəlbəki, 6 ədəd göy rəngli balaca nəlbəki, 12 ədəd boz rəngli daha da balaca nəlbəki, 1 ədəd ət taxtası, 1 ədəd ağ rəngli servis-6 nəfərlik, 2 ədəd sadə xrustal mürəbbə qabı, 6 ədəd müxtəlif rəngli bakal, 6 ədəd qızılı və qırmızı rəngli bakal, 1 ədəd başı qızılı rəngli krafinka və 6 ədəd bakalı, 6 ədəd güllü və qırmızı rəngli bakal, 6 ədəd rumka, 1 ədəd qırmızı rəngli meyvə qabı yekə, 1 ədəd çayni servis gümüşü rəngli, 1 ədəd karniz və pərdəsi yataq otağı üçün, 1 ədəd lüstr, 1 ədəd divar saatı, 1 ədəd pələng oyuncaq, 1 ədəd uşaq kravatı, 1 ədəd kravat örtüyü çəhrayı rəngli, əl üz dəsmalı işlənmiş 6 ədəd, 3 ədəd qətifə 2-si işlənmiş-1 ədədi təzə, 13 ədəd balınc üzü, 4 ədəd skatert, 8 ədəd prastinya, 8 ədəd çay dəsmalı-2 ədədi işlənmiş-6 ədədi təzə, 1 ədəd hamam dəsti-TAC, 3 ədəd tək adamlıq yorğan mələfəsi, 1 ədəd təzə prastinya, 8 ədəd təzə əl dəsmalı stol üçün, 3 ədəd tək döşək, 6 ədəd tək nəfərlik balınc, 6 ədəd oturaq döşəkçəsi, 4 ədəd tək yorğan üzlükləri üstündə, 1 ədəd spalni yorğan, 3 ədəd mütəkkə, 1 ədəd 2 nəfərlik döşək, 1 ədəd pxovlu ədyal, 1 ədəd divan üzlüyünün ona məxsus evindən çıxarılaraq boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiacı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh Kararan qızı ilə oğlu X5 2020-ci il tarixdə Yevlax rayon Məhkəməsinin qətnaməsi ilə boşanmışlar. Hazırda cavabdeh oğlu ilə boşanmalarına baxmayaraq həmin əşyalar onun evində qalmış və əşyaların onun evində qalması onun evinin üzərində mülkiyyət hüquqularının həyata keçirilməsinə maneçilik yaradır. O cümlədən qeyd olunan əşyların onun evində qalması həmçinin evinin otağının bərbad hala düşməsinə səbəb olur. Belə ki, cavabdeh müvəqqəti olaraq hazırda onun mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən evə gəlin gəlmiş və özünə məxsus əşyalarını da qeyd olunan mənzilə gətirmişdir. Hazırda onun mülkiyyətindəki evdə olan əşyaların siyahısını əl yazma ilə əlavə edir. Hamıya məlumdur ki, sərəncam, istifadə və sahiblik hüququ mülkiyyət hüququnun tərkib elementi olaraq hamılıqla tanınan hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab edilir. Cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmuşdur. Həmin etirazda qeyd etmişdir ki, məhkəmənin icraatında olan 2(066)-1168/2024 saylı mülki iş üzrə İddiaçı tərəfindən verilən iddia ərizəsi ilə razı deyil və heç bir sübuta əsaslanmadığına görə qanuna zidd və əsassız hesab edilməlidir. Etirazının əsasları kimi aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Birincisi, bu işə artıq bir dəfə baxılıb, bir qədər də dəqiq desə, həm Göygöl Rayon Məhkəməsi (tel:01.02.2024xx.xx.2024-cü il tarixli, 2(066)- 122/2024 saylı Qətnamə), həm də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tel:17.04.2024xx.xx.2024-cü il tarixli (2(104)-903/2024 saylı Qərardad) bu işə baxıb. Gəncə Apellyasiya Məhkəməsi Göygöl Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(066)-122/2024 saylı qətnaməsini ləğv etmiş, iddianı isə zəruri sübutlar əlavə olunmadığı üçün baxılmamış saxlamışdır. İddiaçı qeyd edilən məhkəmə qərarlarına baxmayaraq, yenə də heç bir sənədə, sübuta istinad etmədən sadəcə iddia ərizəsi yazmaqla onu süni şəkildə maddi məsuliyyətə cəlb etməyə alışır. İkincisi, İddiaçı oğlu X5 ilə aralarındakı nikah Yevlax Rayon Məhkəməsinin tel:02.03.2020xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra onlar bir dəfə qeyri-rəsmi barışmışlar və bir yerdə həmin evdə yaşamışlar. Sonradan iddiaçının onların arasındakı münasibətlərə müdaxiləsi səbəbindən yenidən ayrılmışlar. Həmin vaxtlar ona qarşı heç bir əmlak iddiası qaldırılmamışdır. İndi isə, qətnamədən 4 il sonra ona qarşı əmlak iddiasının qaldırılmasını qanunsuz hesab edir. Belə ki, bu məsələlərdə iddia müddəti 3 ildir. AR Ailə Məcəlləsinin. 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Üçüncüsü, növbəti mübahisəli məsələ həmin evin iddiaçıya məxsus olması, başqa sözlə iddiaçının həmin əmlakın mülkiyyətçisi olub-olmaması ilə bağlıdır. Belə ki, Göygöl Rayon Məhkəməsinin qətnaməsində qeyd edilir ki, həmin mənzil Qeydiyyat Vəsiqəsinə əsasən İddiaçı məxsusdur və 1 otaqdan ibarətdir. O zaman sual yaranır ki, 1 otaqlı evdə, iddiaçı Yasəmən, onun əri Məmmədov Vidadi, oğlu Məhəmmədəli, cavabdeh Tünzalə və onların iki azyaşlı övladları necə yaşaya bilərdi. Bu məsələ tamamilə yalandır, belə ki, özü həmin evə gəlin köçəndən sonra əri və onun maddi vəsaitləri hesabına həmin torpaq sahəsindəki ev genişləndirilmiş, ikinci və üçüncü otaqlar, əlavə aynəbənd tikilmişdir. Onun cehiz əşyaları da sonradan tikilən otaqlarda olmuşdur. Hal hazırda da həmin otaqlardadır. Mübahisə predmeti olan əşyalar onun ərinə məxsus olan evdədir və həmin evin İddiaçılə heç bir əlaqəsi yoxdur. Dördüncüsü, İddiaçı ərizəsində etiraf edir ki, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə ona məxsusdur. Yəni iddiaçı iddia etdiyi evin tam mülkiyyətçisi deyil və digər payçıların da adından iddia irəli sürməsi də hüquqauyğun deyil. Həmin payçılardan biri onun keçmiş əri X3r, O isə öz növbəsində ona qarşı iddia qaldırmır, əksinə onlar barışıb bir ailə kimi yaşamaq istəyirlər. AR Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Beşincisi, növbəti razılaşmadığı məqam ondan ibarətdir ki, məhkəmə qətnaməsində qeyd edilir ki, "Həmin əşyaların iddiaçının evində qalması onun evi üzərində mülkiyyət hüquqularının həyata keçirilməsinə maneçilik yaradır. O, cümlədən qeyd olunan əşyaların iddiaçının evində qalması həmçinin evin otağının bərbad hala düşməsinə səbəb olur". Lakin iddiaçı həmin halları göstərən və ya təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Baxılan iş üçün əhəmiyyət daşıyan belə halları araşdırmadan, sadəcə iddiaçının şifahi sözlərinə əsasən qətnamə çıxarılması düzgün olmazdı. Sonda qeyd edir ki, hazırda o, öz övladları ilə birgə həmin evə qayıtmaq fikrindədir və onun əri ilə bağlı bu məsələdə problemləri yoxdur. Odur ki, o, uşaqları və əri ilə həmin evdə normal bir ailə kimi birgə yaşamağa hazırdır, lakin iddiaçı hər vəhclə buna maneə olmaq istəyir. Odur ki, qeyd etdiklərinə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək göstərdi ki, 22 oktyabr 2012-ci il tarixdə oğlu ilə cavabdehin toyları olmuş və cavabdeh ona məxsus evə gəlin köçmüşdür. Həmin ev öz adınadır. Cavabdeh gəlin köçən vaxt evdə cəmi 5 ay qalmışdır. 1 ci uşağa hamilə olanda çıxıb getmiş, 2-ci uşaq olanda isə qayıtmışdır. Sonra 3-cü uşağı olanda yenə çıxıb evdən getmişdir. 2017-ci ilin yanvar ayından evə gəlmir. Bir dəfə də barışıq elan etmişdir ki, gəlsin evdə qalsın. O, gəlib evdə qalsa da, səhəri gün yenə çıxıb evdən getmişdir, 9 ildir sözügedən evdə yaşamır. Bundan sonra 2022-ci ilin sentyabr ayında cavabdehi öz yeznəsi gətirmişdir ki, evdə onlarla birlikdə yaşasın və özü buna cavabdehdir. Yenə də cavabdeh yaşamamış və evdən çıxıb getmişdir. Lakin gedərkən cehiz əşyalarını da aparmamışdır. Onun cehiz əşyalarına görə öz evində yaşamağa və tərpənməyə yeri yoxdur. Ona görə də cavabdehə məxsus cehiz əşyaları evindən çıxarılmalıdır. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının oğlu ilə 2012-ci ildə nişanlanıb həmin ildə də evləniblər. 2020-ci ildə boşanıblar. 8 ildir iddiaçıya məxsus evdə yaşamır. Əşyaları isə oradadır. İstəyir ki, iddiaçı evində ona yaşamaq üçün otaq versin ki, oda gedib yaşasın. Ayrı heç nə istəmir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Xanlar rayon Dövlət texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin 06 iyun 2005-ci il tarixli Texniki pasportunun surətindən görünür ki, Göygöl rayonunun Üçtəpə kəndində yerləşən, ümumi sahəsi 52.1 kv.m olan 1 otaqlı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin İddiaçı ünvanlanmış məktubundan görünür ki, onun fərdi yaşayış evinə dair arxiv məlumatlarının verilməsi müraciətinə baxılmış və bildirilmişdir ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Xanlar rayonu İcra Hakimiyyəti Başçısının Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 iyun 2005-ci il tarixli, 1/18 nömrəli arayışı, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi Xanlar Rayon Dövlət Arxivinin 08 avqust 2005-ci il tarixli, 435 nömrəli arayışına (imza yoxdur) əsasən İddiaçı adına 05 avqust 2005-ci il tarixli, 12/429 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-181/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə X5 arasında Göygöl rayon Üçtəpə kənd İcra Nümayəndəliyində qeydə alınmış 03 dekabr 2012-ci il tarixli nikah qeydinin pozulması, nikah pozularkən tərəflərin birgə nikahlarından olmuş 13 sentyabr 2013-cü il təvəllüdlü X7 və 14 oktyabr 2014-cü il təvəllüdlü X6 adlı uşaqların iddiaçı Cavabdeh himayəsində saxlanılması, 13 sentyabr 2013-cü il təvəllüdlü X7 adlı uşağın cavabdeh X1 alınaraq iddiaçı Cavabdeh verilməsi, cavabdeh X1 17 oktyabr 2019cu il tarixdən başlayaraq, 13 sentyabr 2013-cü il təvəllüdlü X4 və 14 oktyabr 2014-cü il təvəllüdlü X2 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə anadan olmuş və Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbаycаn Respublikаsı Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi də qəbul olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşin müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, iddiaçının oğlu Məhəmmədəli Məmmədov Cavabdeh ilə 2013-cü ildə faktiki ailə qurduqdan sonra, cavabdeh Göygöl rayonu Üçtəpə kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə yerləşdirmişdir. Qeyd edilən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçının oğlu ilə cavabdehin arasında olan münasibət pozulduğundan Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların nikahları ləğv edilmiş və bundan sonra cavabdeh həmin evi tərk edərək başqa ünvana köçmüş və özünə məxsus cehiz əşyalarını iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxartmamışdır. Tərəflər arasında evdən istifadə ilə bağlı heç bir razılaşma olmamışdır. Cavabdehin cehiz əşyalarının iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qalması iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə yaratmaqdadır. Buna görə də fərdi yaşayış evindən cavabdehə məxus əşyaların çıxarılması barədə iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Konstitusiyanın 13 və 29-cu maddələrindən irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun müdafiəsi və evdə olan cehiş əşyalarının çıxardılaraq boşaldılması” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh məxsus 1 ədəd yataq dəsti (1 ədəd şfaner, 2 ədəd tumba, 1 ədəd termosu, 1 ədəd çarpayı və tabletka), 1 ədəd Qonaq dəsti (servant, 1 ədəd stol, 10 ədəd stul), 1 ədəd divan və 2 ədəd kreslo, 1 ədəd jurnalni, 1 ədəd kravat, 1 ədəd paltaryuyan maşın-LG markalı, 1 dəst mətbəx mebeli, 1 ədəd ət çəkən maşın-simba, 1 ədəd gəlincik çırağı, 2 ədəd gəvə, 2 ədəd vedrə, 2 ədəd böyük ləyən, 1 ədəd zibil qabı, 3 ədəd gül qabı (1 ədəd böyük və 2 ədəd balaca), 1 ədəd gəlinlik güzgüsü, 2 ədəd böyük və 1 ədəd balaca mişka oyuncaq, 2 ədəd çaynik-(1 ədəd balaca və 1 ədəd böyük), 1 ədəd ütü, 4 ədəd aliminum qazan, 5 ədəd şirəli dəst qazan göy rəngli, 5 ədəd ləyən balaca və orta, 3 ədəd tava, 1 ədəd aş süzən, 1 ədəd yekə qazan, 3 ədəd padnus, 2 ədəd üzərik qabı, 1 ədəd tort qabı-ağzı bağlı ağ rəngli, 8 karobka mebelin hissələri, 1 ədəd çamadanda çəngəl və bıçaq dəsti, 1 ədəd krafinka və 6 ədəd bakalı, 1 ədəd meyvə qabıgüllü ağ rəngli, 10 ədəd sadə xrustal stəkan, 2 ədəd meyvə qabı balaca qırmızı və güllü, 2 ədəd şam bakalı, 6 ədəd bakal və 1 ədəd krafinkası, 1 dəst çayni servis, 6 ədəd yaşıl güllü bakal, 2 ədəd qənd qabı qızılı rəngli, 2 ədəd ağ güllü meyvə qabı, 2 ədəd bulud qabı, 5 ədəd aşağısı qırmızı və güllü bakal, 4 ədəd yekə və 2 ədəd balaca yaşıl rəngli kasa, 2 ədəd yekə göy rəngli bulud, 2 ədəd qənd qabı yaşıl rəngli, 2 ədəd sadə kül qabı, 2 ədəd kruşka qırmızı rəngli, 12 ədəd qızılı rəngli nəlbəki, 6 ədəd göy rəngli balaca nəlbəki, 12 ədəd boz rəngli dahada balaca nəlbəki, 1 ədəd ət taxtası, 1 ədəd ağ rəngli servis-6 nəfərlik, 2 ədəd sadə xrustal mürəbbə qabı, 6 ədəd müxtəlif rəngli bakal, 6 ədəd qızılı və qırmızı rəngli bakal, 1 ədəd başı qızılı rəngli krafinka və 6 ədəd bakalı, 6 ədəd güllü və qırmızı rəngli bakal, 6 ədəd rumka, 1 ədəd qırmızı rəngli meyvə qabı yekə, 1 ədəd çayni servis gümüşü rəngli, 1 ədəd karniz və pərdəsi yataq otağı üçün, 1 ədəd lüstr, 1 ədəd divar saatı, 1 ədəd pələng oynucaq, 1 ədəd uşaq kravatı, 1 ədəd kravat örtüyü çəhrayı rəngli, əl üz dəsmalı işlənmiş 6 ədəd, 3 ədəd qətifə 2-si işlənmiş-1 ədədi təzə, 13 ədəd balınc üzü, 4 ədəd skatert, 8 ədəd prastinya, 8 ədəd çay dəsmalı-2 ədədi işlənmiş-6 ədədi təzə, 1 ədəd hamam dəsti-TAC, 3 ədəd tək adamlıq yorğan mələfəsi, 1 ədəd təzə prastinya, 8 ədəd təzə əl dəsmalı stol üçün, 3 ədəd tək döşək, 6 ədəd tək nəfərlik balınc, 6 ədəd oturaq döşəkçəsi, 4 ədəd tək yorğan üzlükləri üstündə, 1 ədəd spalni yorğan, 3 ədəd mütəkkə, 1 ədəd 2 nəfərlik döşək, 1 ədəd pxovlu ədyal, 1 ədəd divan üzlüyü olmaqla cehiz əşyaları İddiaçı məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus 1 ədəd yataq dəsti (1 ədəd şfaner, 2 ədəd tumba, 1 ədəd termosu, 1 ədəd çarpayı və tabletka), 1 ədəd Qonaq dəsti (servant, 1 ədəd stol, 10 ədəd stul), 1 ədəd divan və 2 ədəd kreslo, 1 ədəd jurnalni, 1 ədəd kravat, 1 ədəd paltaryuyan maşın-LG markalı, 1 dəst mətbəx mebeli, 1 ədəd ət çəkən maşın-simba, 1 ədəd gəlincik çırağı, 2 ədəd gəvə, 2 ədəd vedrə, 2 ədəd böyük ləyən, 1 ədəd zibil qabı, 3 ədəd gül qabı (1 ədəd böyük və 2 ədəd balaca), 1 ədəd gəlinlik güzgüsü, 2 ədəd böyük və 1 ədəd balaca mişka oyuncaq, 2 ədəd çaynik-(1 ədəd balaca və 1 ədəd böyük), 1 ədəd ütü, 4 ədəd aliminum qazan, 5 ədəd şirəli dəst qazan göy rəngli, 5 ədəd ləyən balaca və orta, 3 ədəd tava, 1 ədəd aş süzən, 1 ədəd yekə qazan, 3 ədəd padnus, 2 ədəd üzərik qabı, 1 ədəd tort qabı-ağzı bağlı ağ rəngli, 8 karobka mebelin hissələri, 1 ədəd çamadanda çəngəl və bıçaq dəsti, 1 ədəd krafinka və 6 ədəd bakalı, 1 ədəd meyvə qabı-güllü ağ rəngli, 10 ədəd sadə xrustal stəkan, 2 ədəd meyvə qabı balaca qırmızı və güllü, 2 ədəd şam bakalı, 6 ədəd bakal və 1 ədəd krafinkası, 1 dəst çayni servis, 6 ədəd yaşıl güllü bakal, 2 ədəd qənd qabı qızılı rəngli, 2 ədəd ağ güllü meyvə qabı, 2 ədəd bulud qabı, 5 ədəd aşağısı qırmızı və güllü bakal, 4 ədəd yekə və 2 ədəd balaca yaşıl rəngli kasa, 2 ədəd yekə göy rəngli bulud, 2 ədəd qənd qabı yaşıl rəngli, 2 ədəd sadə kül qabı, 2 ədəd kruşka qırmızı rəngli, 12 ədəd qızılı rəngli nəlbəki, 6 ədəd göy rəngli balaca nəlbəki, 12 ədəd boz rəngli dahada balaca nəlbəki, 1 ədəd ət taxtası, 1 ədəd ağ rəngli servis-6 nəfərlik, 2 ədəd sadə xrustal mürəbbə qabı, 6 ədəd müxtəlif rəngli bakal, 6 ədəd qızılı və qırmızı rəngli bakal, 1 ədəd başı qızılı rəngli krafinka və 6 ədəd bakalı, 6 ədəd güllü və qırmızı rəngli bakal, 6 ədəd rumka, 1 ədəd qırmızı rəngli meyvə qabı yekə, 1 ədəd çayni servis gümüşü rəngli, 1 ədəd karniz və pərdəsi yataq otağı üçün, 1 ədəd lüstr, 1 ədəd divar saatı, 1 ədəd pələng oynucaq, 1 ədəd uşaq kravatı, 1 ədəd kravat örtüyü çəhrayı rəngli, əl üz dəsmalı işlənmiş 6 ədəd, 3 ədəd qətifə 2-si işlənmiş-1 ədədi təzə, 13 ədəd balınc üzü, 4 ədəd skatert, 8 ədəd prastinya, 8 ədəd çay dəsmalı-2 ədədi işlənmiş-6 ədədi təzə, 1 ədəd hamam dəsti- TAC, 3 ədəd tək adamlıq yorğan mələfəsi, 1 ədəd təzə prastinya, 8 ədəd təzə əl dəsmalı stol üçün, 3 ədəd tək döşək, 6 ədəd tək nəfərlik balınc, 6 ədəd oturaq döşəkçəsi, 4 ədəd tək yorğan üzlükləri üstündə, 1 ədəd spalni yorğan, 3 ədəd mütəkkə, 1 ədəd 2 nəfərlik döşək, 1 ədəd pxovlu ədyal, 1 ədəd divan üzlüyü olmaqla cehiz əşyaları İddiaçı məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-295/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-295/2025
04.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver