Məhkəmə qərarları › İş №2(066)-309/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-309/2024

14.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-309/2024 14.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacına kənar müdaxilə nəticəsində yaranmış 777.60 manat məbləğində qaz borcunun təqsirsizlik prezumpsiyasına uyğun olaraq silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh Göygöl rayon Şöbəsinin əməkdaşları Yusifli Samir, mühəndis Əkbərov Nicat və nəzarətçi Səfərov Zamin xx.xx.2023-cü il tarixdə ona aid olan yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın görünməyən alt hissəsində yerləşən hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib və nəticədə sayğac istismara yararsız vəziyyətə düşmüşdür. Göstərdiyi faktla əlaqədar olaraq adları çəkilən şəxslər tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli AKT tərtib edilmişdir. Həmin Akta əsasən abonentin saldosu çıxarılmış və ona bildirmişlər ki, 777 manat 60 qəpik məbləğində qaz sərfiyyatına görə borcu yaranıb. Barəsində tərtib edilmiş Aktı imza etməkdən imtina etmiş və bildirmişdir ki, heç bir deşici alətlə qaz sayğacına müdaxilə etməmişdir. Qaz sayğacı çıxarılaraq laboratoriyaya göndərilmiş və laborator qaydada müəyyən olunmuşdur ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib və sayğac istismara yararsızdır. Ona görə də sayğac yenisi ilə əvəz edilmişdir. Həmin faktla əlaqədar dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş və tələbnamə Gəncə X7 İdarəsinin ümumi məsələlər üzrə rəis müavini tərəfindən təsdiq olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, abonenti olduğu sayğaca hər hansı bir iti deşici alətlə müdaxilə etməmişdir. Aktı tərtib edən şəxslərlə ünsiyyətdə olduqda ona bildiriblər ki, sayğacın alt hissəsində yerləşən həmin hissə bir müddət sonra öz-özlüyündə quruyub qopur və baxış zamanı da həmin deşiyin açıldığını onlar dəfələrlə müşayiət ediblər. Onuda nəzərə çatdırır ki, barəsində tərtib edilmiş AKT onun iştirakı ilə tərtib edilməmişdir. Yuxarıda adları qeyd edilən X9 İdarəsinin əməkdaşları sayğacda olan deşiyi müəyyən etdikdən sonra sayğacı çıxarıb özləri ilə aparıblar və sənədlərdən də göründüyü kimi sayğacı laboratoriyaya təqdim ediblər. Çəkişmə prinsipinə əsaslanaraq AKT-ı tərtib etmiş şəxslərin məhkəmə iclasına dəvət edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, evinə quraşdırılan sayğaca heç vaxt müdaxilə etməmişdir. Əgər müdaxilə etmiş olsaydı limiti keçib qazın dəyərini 0.25 qəpikdən ödəmiş olmazdır. Hər ay 100-150 manat təbii qazdan istifadəyə götə borc ödəyir. Əgər müdaxilə etsəydi elə 0.12 qəpikdən ödəyərdi. Sayğac çıxarılanda özü də iştirak etmişdir. Sayğacı çıxaran vaxt cavabdeh İdarənin əməkdaşları özləri ona bildirmişdir ki, buna heç bir müdaxilə edilməmişdir. Əməkdaşlar sayğacda deşik olduğunu müəyyən etdilər amma bunun müdaxilə ilə əlaqəsi olmamasını da ona bildiriblər. Əlavə olaraq ona bildirmişlər ki, əgər sayğaca iynə yaxud başqa dəmirlə müdaxilə edilmiş olsaydı sayğaca iz düşərdi. Qeyd etmişdirlər ki, sayğacın altına plastmas kleyliyirlər oda 1-2 ildən sonra öz-özünə qırılıb düşür, bununda abonentlə əlaqəsi yoxdur. Sonra ona bildirmişlər ki, narahat olma sayğacın altında deşik olduğuna görə laboratoriyaya göndərilib yoxlanandan sonra gələcək. Lakin aktın tərtib edilməsindən onun xəbəri olmamış və o aktı imzalamaqdan imtina etməmişdir. Məhkəmədən iddianın təmin edilməsini, qaz sayğacına itirilmiş qaz sərfiyatı olaraq hesablanmış 777.60 manat borcun silinməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq cavabdeh təşkilatın nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğunda təmin edilməlidir. İşdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı Göygöl şəhəri H.Əliyev prospekti ev 21-də yerləşən fərdi yaşayış evində Zenner G-4 markalı **********7 nömrəli sayğacın hesablama mexanizminin ekranın alt tərəfində olan deşiyin olması əsası ilə çıxarılmış və Zenner G-4 markalı **********3 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, abonent İddiaçı evinə quraşdırılan sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi, dəymiş ziyanın hesablanaraq ödənilməsi göstərilmiş, abonent aktı imza etməkdən imtina etməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş dəymiş ziyanın bərpasına dair 30 dekabr 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3- 5-13432/Q001 nömrəli Aktına əsasən G-4 markalı, **********7 nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt tərəfində olan deşici alətlə deşilməsi aşkar edilmiş və cəmi 6480 m3 ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin (**********00000) saldosundan görünür ki, İddiaçı abonent hesabına 2023-cü ilin dekabr ayı üzrə akt əsasında 777.60 manat borcu hesablanmışdır. Məhkəmə baxışı zamanı iş materialları ilə müəyyən olundu ki, Cavabdeh Gəncə X8 İdarəsinin nümayəndələri abonent olan İddiaçı yaşadığı Göygöl şəhəri H.Əliyev prospekti 21 nömrəli evə quraşdırılmış Zenner G-4 markalı **********7 nömrəli qaz sayğacını 29 noyabr 2023-cü il tarixli ******* saylı sayğacında hesablama mexanizminin plastmas qapağının alt tərəfində olan deşici alətlə deşilməsi əsası ilə çıxarılmış və yerinə Zenner G-4 markalı **********3 nömrəli sayğac quraşdırılmış, bundan 1 ay sonra xx.xx.2023-cü il tarixli ******* nömrəli aktla sayğacın hesablama mexanizminin ekranın alt tərəfində olan deşiyin olması müəyyən edilmiş, Cavabdeh itirilmiş qaz sərfiyatına görə 777.60 manat vurulmuş ziyan istehlakçının istifadəsində olan yeni qaz sayğacına hesablanmışdır. Cavabdeh aktı imzalamış əməkdaşları tərəfindən akt tərtib olunarkən abonent və ya həmin evdə yaşayan ailə üzvləri iştirak etməmiş, köhnə sayğac çıxarıldıqdan dərhal sonra qablaşdırılıb üzəri möhürlənməklə ekspertizaya təqdim edilməsi üçün göndərilməsinə dair hər hansı bir tədbir görülməmişdir. Həmçinin sayğacının ekspertizadan keçirilərkən aşçarlanmış qüsurların yaranmasında abonentin ailə üzvləri və həmin evdə yaşayan şəxslərin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, bu halları təkzib edəcək hər hansı bir dəlillər cavabdeh tərəfindən irəli sürülməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, müdaxilə edilməməsi üçün üzərinə qoruyucu möhür vurulmuş, lakin köhnə sayğac çıxarılarkən nasazlığın olması aşkar edilməmiş və abonentin ailə üzvlərinə bildirilməmişdir. Həmçinin sayğacının ekspertizadan keçirilərkən aşçarlanmış həmin qüsurun yaranmasında abonentin ailə üzvləri və həmin evdə yaşayan şəxslərin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacında hesablama mexanizminin plastmas qapağının alt tərəfində olan deşici alətlə deşilməsi gözlə görünən nöqsan olmamaqla, sayğacın üzərində qoruyucu möhrünün və zədəsinin olmaması sayğacda olan bu nöqsanın abonentin təqsirli hərəkətlərindən baş verməsini istisna edir, çünki sayğaca belə bir müdaxilənin qəsdlə edilmiş olmasını ehtimal ediləcəyi halda, bu yalnız sayğacın quraşdırılmasından və üzərinə qoruyucu möhürü vurulmasından öncə edilmiş olması mümkündür. Lakin sayğac cavabdeh təşkilatın əməkdaşları tərəfindən quraşdırılmış və üzəri möhürlənmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmiş, qeyd edilən nöqsan barədə tərtib edilmiş akt sayğacı yenisi ilə əvəz etmiş şəxslər tərəfindən aşkar edilməmiş və həmin vaxt abonent və həmin evdə yaşayan ailə üzvlərinin iştirakı təmin edilməmiş, sayğac xüsusi qablaşdırma olmadan götürülmüş, sayğacda olan zədənin abonentin təqsirindən və ya istismar müddəti bitməsindən yaranması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda abonent İddiaçı aktı imzalamaqdan imtina etməsini göstərməsi onu deməyə əsas verir ki, cavabdeh təşkilatın əməkdaşları aktı tərtib edərkən abonentə onun tərəfindən heç bir müdaxilənin olmamasını bildirərək tərtib etmişdir. Göstərilənlərə əsasən cavabdehin əməkdaşları tərəfindən heç bir sübutla müəyyən edilməyən zərəri hesablayaraq itirilmiş qazın dəyərini iddiaçı olan abonentdən tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.4-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Məhkəmə qeyd edilən akt və qərarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan əlavə, məhkəmə Cavabdeh Göygöl X7 İdarəsinin xx.xx.2023-cü il tarixli ******* nömrəli aktına əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının alt tərəfində olan deşici alətlə deşilməsi qeydinin istehlakçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evindən çıxarılmış qaz sayğacının ekspertizadan keçirilərək hansı mexanizminə müdaxilə olunmasını, bu müdaxilənin abonent tərəfindən edilməli bir hərəkət olmasını və qaz sərfiyyatının nə qədər itki ilə hesablamasını müəyyən etməməkdə cavabdeh səhvə yol vermiş və bu halları təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir, belə olan halda abonentin təqsiri üzündən qaz itkisinin olmasını qəbul edilməsi yol verilməzdir və iddiaçının təqsirli hərəkətləri nəticəsindən qeyd edilən nöqsanların yaranmasını təsdiq edən sübutları cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, Cavabdeh Gəncə X7 İdarəsinin abonent İddiaçı barəsində hesabladığı itirilmiş qaz sərfiyyatı kimi 777.60 manat ziyan olaraq hesablanmış məbləğ İddiaçı abonent hesabından silinməlidır. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı istehlakçı olduğundan iddia ərizəsi verərkən dövlət rüsumu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu ödəməmişdir və iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc məbləği abonent İddiaçı (**********00000) abunə hesabından silinsin. Cavabdehndən 30 (otuz manat) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşad Mustafayev Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar