Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-32/2024 24.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “Dəymiş ziyanın ödənilməsi tələbinə dair” məhkəmədə iddia qaldıraraq, Cavabdeh müalicəsi üçün 2300 (iki min üç yüz) manat, avtomobilinə vurulan zərər görə 2200 (iki min iki yüz) manat, 5 ay işləmədiyinə üçün əldən çıxmış faydaya görə 2500 (iki min beş yüz) manat olmaqla, cəmi 7000 (yeddi min) manat pulun və ödənilmiş dövlət rüsumuna görə 90 (doxsan) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, o, Göygöl rayonunda yaşayır, taksi fəaliyyəti ilə məşğul olur. O, 07 sentyabr 2022-ci il tarixdə Göygöl şəhəri Ayaz Kazımov küçəsində idarə etdiyi VAZ-21723 markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən, Cavabdeh idarə etdiyi “FORD TRANZİT” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun idarə etdiyi avtomobilin sağ qabaq qanadını vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə o, sağ ayağınınbud və alın nahiyəsində az ağır dərəcəli bədən xəsarəti almışdır. Həmin xəsarətlərə görə o, tibb müəsissəsində müalicə almışdır. Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsinə görə Göygöl Rayon Məhkəməsinin 04 may 2023-cxü il tarixli, 1(066)-58/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdeh o, müalicə olduğu müddətdə ilkin olaraq müalicə xərclərini ödəmiş olsa da sonra ödəməkdən imtina etmişdir. Cavabdeh törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində ona müalicəsi üçün 2300 (iki min üç yüz) manat, avtomobilinə vurulan zərər görə 2200 (iki min iki yüz) manat, 5 ay işləmədiyinə üçün əldən çıxmış faydaya görə 2500 (iki min beş yüz) manat ziyan dəymişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi izahat verərək bildirdi ki, o, 07 sentyabr 2022-ci il tarixdə Göygöl şəhəri Ayaz Kazımov küçəsində idarə etdiyi “FORD TRANZİT” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən İddiaçı idarə etdiyi VAZ-21723 markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qanadını vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə o, Göygöl Rayon Məhkəməsinin 04 may 2023-cxü il tarixli, 1(066)-58/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, İddiaçı bütün müalicə xərclərini çəkmiş və İddiaçı idarə etdiyi VAZ-21723 markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan da sığorta tərəfindən ona ödənilmişdir. Məhkəmə təərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Göygöl İHB-nın Göygöl şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxx 1989-cu il tarixdə Göygöl şəhərində anadan olmaqla, Göygöl şəhəri Ağdağ qəsəbəsində yaşayır. Mülki işə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 04 may 2023-cxü il tarixli, 1(066)-58/2023 saylı hökmündən məlum olur ki, Cavabdeh 07 sentyabr 2022-ci il tarixdə Göygöl şəhəri Ayaz Kazımov küçəsində idarə etdiyi “FORD TRANZİT” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən İddiaçı idarə etdiyi VAZ-21723 markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qanadını vuraraq yol nəqliyyat hadisəsi törətməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC-nin 29 aprel 2024-cü il tarixli 24/181 nömrəli məktubundan və ödəniş qəbzindən məlum olur ki, 07 sentyabr 2022-ci il tarixdə Göygöl şəhəri Ayaz Kazımov küçəsində “FORD TRANZİT” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə VAZ-21723 markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq, İddiaçı sağlamlığına dəymiş zərərlə bağlı 1500 (min beş yüz) manat və “VAZ-21723” markalı **- RD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı isə 4165 (dörd min bir yüz altmış beş) manat sığorta ödənişi edilmişdir. Mülki işə əlavə edilmiş X1 06 may 2024-cü il tarixli 1664/2024 nömrəli məktubundan məlum olur ki, İddiaçı 09 sentyabr 2022-ci il tarixdə sağ budda deformasiya və pataloji hərəkətlik şikayəti ilə müraciət etmiş, göstərilən tibbi xitmətə görə 2800 (iki min səkkiz yüz) manat vəsait ödənilmişdir. Mülki işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 yanvar 2024-cü il tarixli,9/7998 nömrəli məhkəmə-əmtəəşünasalıq ekspertizasının ekspertizasının rəyindən məlum olur ki, 2013-cü il buraxılışı olan, “VAZ-21723” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə, dəyişilməli hissələrin qiyməti 3325manat, təmir bərpa işlərinin qiyməti 2320 manat olmaqla cəmi 5645 (beş min altı yüz qırx beş) manat təşkil edir. Ekspertiza xərclərinə dair bildirişlərdən məlum olur ki, məhkəmə məhkəmə-əmtəəşünasalıq barədə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 90 (doxsan) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçılarının izahatı və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı 07 sentyabr 2022-ci il tarixdə Göygöl şəhəri Ayaz Kazımov küçəsində idarə etdiyi VAZ-21723 markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən, Cavabdeh idarə etdiyi “FORD TRANZİT” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun idarə etdiyi avtomobilin sağ qabaq qanadını vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə iddiaçı az ağır dərəcəli bədən xəsarəti almış, avtomobilnə ziyan dəymişdir. İddiaçı müalicə xərci Cavabdeh və sığorta ödənişi ilə qarşılanmış, onun avtomobilnə dəymiş ziyan 5645 (beş min altı yüz qırx beş) manat olduğu halda ona avtomobilnə dəymiş ziyan ilə əlaqədar olaraq 4165 (dörd min bir yüz altmış beş) manat sığorta ödənişi edilmişdir. Cavabdeh onun müalicə xərcinin bir hissəsini ödəməsini iddiaçı özü də təsdiq etdi. Onun avtomobilnə dəymiş ziyan ilə əlaqədar fərq isə 1480 (bir min dörd yüz səksən) manat təşkil etmişdir ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, İddiaçı həmin yol nəqliyyat hadisəsi ilə əlaqədar müalicəsi üçün özünün xərc çəkməsini və ya gələcəkdə çəkməli olmasını, həmçinin 5 ay işləmədiyinə üçün 2500 (iki min beş yüz) manat əldən çıxmış faydaya görə ona zərər dəyməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi onun avtomobilnə dəymiş ziyan ilə əlaqədar 1480 (bir min dörd yüz səksən) manat həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına müvafiq olaraq hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Hazırki mülki iş üzrə cavabdehin iddiaçıya mənəvi ziyan vurması faktı təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-in 21.3-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Azərbaycan Respublikası MM-in 1096.2-ci maddəsinə müvafiq olaraq delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Konstitusiyanın 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. AR Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və s.) Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 90 (doxsan) manat dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” iddiası qismən təmin edilsin. Cavabdeh 1480 (bir min dörd yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə ödənilmiş 90 (doxsan) manat dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul Cavabdehdan alınaraq İddiaçı ödənilsin. İddia 5520 (beş min beş yüz iyirmi) manat hissədə təmin edilməsin. İddiaçı 50 (əlli) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(066)-32/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-32/2024
24.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver