Məhkəmə qərarları › İş №2(066)-33/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-33/2025

18.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-33/2025 18.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış təyinatlı torpaq sahəsinin naturada bölgüsü” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış təyinatlı torpaq sahəsinin naturada bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Avduləli oğlu ilə ümumi birgə mülkiyyətdə olan Göygöl rayonu Quşçu kəndində yerləşən (şəhadətnamə № JN-002F, KOD********) 0.20 ha torpaq sahəsinin, iddiaçılar İddiaçı1 və İddiaçı2 payı münasibətində naturada ayırıb ayrıca mülkiyyətlərinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə hazırlıq iclasında baxılarkən İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil məhkəməyə ərizə təqdim edərək, mülki iş üzrə yenidən məhkəməyə müraciət etmək zərurəti yarandığından hazırkı mülki iş üzrə icraatın baxılmamış saxlanılması və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh ərizənin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən ərizəçiyə qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia ərizəsi geri istənildiyindən məhkəmə xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış təyinatlı torpaq sahəsinin naturada bölgüsü” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar