Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-342/2024 01.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ‘'Azərişiq" ASC-nin nümayəndəsi tərəfindən 24 noyabr 2023-cü il tarixində 318302 nömrəli akt əsasında qanunsuz hesablanmış 650 (altı yüz əlli) manat, 81 (səksən bir) qəpik məbləğində borcun onun hesabından silinməsi və cavabdeh ‘'Azərişiq" ASC-nin nümayəndəsi tərəfindən tərtib edilmiş 24 noyabr 2023-cü il tarixində 318302 nömrəli akt üzrə icraata xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh ‘'Azərişiq" ASC-nin nümayəndəsi tərəfindən tərtib edilmiş 24 noyabr 2023-cü il tarixində 318302 nömrəli aktın etibarsız sayılması və həmin akt əsasında qanunsuz hesablanmış 650 (altı yüz əlli) manat, 81 (səksən bir) qəpik məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslnadırılmışdır ki, o ailəsilə birlikdə Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayır. Onun atası X5 13 aprel 2012-ci il tarixdə ölmüşdür. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən 24 noyabr 2023-cü il tarixdə yaşadığı ünvanın elektrik sayğacı barəsində 318302 nömrəli akt tərtib etmişlər ki, atası X2 iştirakı ilə gecə reydi zamanı sayğacdan kənar elektrik enerjisindən istifadə halı müəyyən edilmişdir ki, ancaq elektrik yükünü ölcmək mümkün olmamışdır. Buradan aydın olur ki, həmin akt etibarsızdır. Belə ki, qeyd etdiyi kimi atası X5 13 aprel 2012-ci il tarixdə ölmüşdür. Həmçinin elektrik yükünü ölcmək mümkün olmamışdırsa 650 (altı yüz əlli) manat, 81 (səksən bir) qəpik məbləğində borcun qanunsuz hesablanması məlum olur. Həmçinin cavabdeh təşkilatın əməkdaşları ailə üzvülərinin iştirakın təmin etməmişlər. O bununla bağlı cavabdeh təşkilatın Gəncə QƏRB RETSİ rəhbərliyinə dəfələrlə müraciət etsə də, ona səhvən yazılmış həmin borcun silinməsinə dair heç bir nəticə olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, o, özü sayğacdan kənar elektrik enerjisindən istifadə etməmişdir. Ona görə də iddia nın təmin edlməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında çıxış edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, abonent X5 13 aprel 2012-ci il tarixdə ölməsi barədə məlumatı İddiaçı özü "xxxx" ASC-nə müraciət etməlidir. 24 noyabr 2023-cü il tarixində 318302 nömrəli aktda qeyd edilənlər isə həqiqəti əks etdirir. Həmin akt üzrə 3326 kVt.s, dəyəri 423,38 manat hesabat getmiş, daha sonra Aktların uçotu və İcrasına nəzarət şöbəsində akta yenidən baxılaraq hesabat artırılaraq 5544 kVt.s, dəyəri 651 manat hesablanmışdır. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən Göygöl RİHB Qızılca kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxxx 1966-cı il tarixdə anadan olmaqla, Göygöl rayonu, Qızılca kəndində yaşayır. İşdə olan AZ-İ 524969 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən məlum olur ki, X5 13 aprel 2012-ci il tarixdə ölmüşdür. İşdə olan 24 noyabr 2023-cü il tarixli 318302 nömrəli aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Göygöl rayonu, Qızılca kəndində yerləşən istehlakçı X5 oğluna məxsus ünvanda X2 iştirakı ilə gecə reydi zamanı sayğacdan kənar elektrik enerjisindən istifadə halı müəyyən edilmişdir ki, ancaq elektrik yükünü ölcmək mümkün olmamışdır. X5 aktı imzalamaqdan imtina etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Cavabdeh-nin “Qərb” RETSİ-nin icra vərəqinin surətindən görnür ki, X2 yaşadığı Göygöl rayonu, Qızılca kəndində yerləşən evinin sayğacına gecə reydi zamanı sayğacdan kənar elektrik enerjisindən istifadə aşkar edilmişdir. "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən iddiaçı barəsində hesabat dövrü verilmiş sərfiyyatın dəyəri nəzərə alınmaqla cəmi dəyəri 423,38 manat təşkil edən 3326 kVt.s miqdarında itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. İş materiallarına əlavə edilmiş Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında tərtib olunmuş 609769 nömrəli protokolun surətindən görünür ki, X5 barəsində “EEİQ”-nın pozulmasına dair tərtib olunmuş AKT R 24 noyabr 2023-cü il tarixinli 318302 saylı akta əsasən 01 dekabr 2023-cü il tarixində sıradan çıxmış sayğac çıxarılaraq onun əvəzinə iddiaçının yaşayış evinə yeni sayğac quraşdırılması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 15 may 2024-cü il tarixli arayışından məlum olur ki, abonent X2 mənzilinə 22 oktaybr 2022-ci il tarixdə zavod nömrəsi ********** nömrəli elektrik sayğacı quraşdırılmış, sayğaca 24 noyabr 2023-cü il tarixində öygöl EŞ-nin əməkdaşları tərəfindən baxış keçirilərkən kənar xətt aşkar edilmişdir. Bu barədə 318302 nömrəli akt tərtib edilmiş, həmin akt üzrə 3326 kVt.s, dəyəri 423,38 manat hesabat getmiş, daha sonra Aktların uçotu və İcrasına nəzarət şöbəsində akta yenidən baxılaraq hesabat artırılaraq 5544 kVt.s, dəyəri 651 manat hesablanmışdır. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Göygöl rayonu, Qızılca kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Cavabdeh-nin əməkdaşları tərəfindən abonent İddiaçı yaşadığı evə verilən elektirik sayğacı ilə bağlı 24 noyabr 2023-cü il tarixli 318302 nömrəli akt tərtib edilmişdir ki, gecə reydi zamanı sayğacdan kənar elektrik enerjisindən istifadə halı müəyyən edilmişdir ki, ancaq elektrik yükünü ölcmək mümkün olmamışdır. Həmin aktda X2 iştirakı ilə tərtib edilməsi qeyd edilmişdir. Anacaq məhkəmə iclasında aydın oldu ki, X5 13 aprel 2012-ci il tarixdə ölmüşdür. Bütün bunlara əsasən məhkəmə hesab edir ki, İddiaçı sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi öz rəsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Qaydaların 8.33-cü maddəsinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bundan başqa cavabdeh tərəfindən akt tərtib olunarkən abonentin, habelə hal şahidlərinin iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan abonentə borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən akt tərtib olunarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə aktda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan iddiaçıya borc hesablanmışdır. Ümumiyyətlə sayğaca müdaxilənin nədə ifadə olması da aktda kifayət qədər əsaslandırılmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İşin materiallarından da göründüyü kimi sayğac evdən kənarda küçədə quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən halları və qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Məhkəmə hesab edir ki, tərtib olunan akt qüsurlu olmaqla, cavabdeh təşkilat tərəfindən istifadə edilmiş və lakin dəyəri ödənilməmiş elektrik enerjisinin sərfinin miqdarını müəyyən etməklə, abonentin qəsdlə elektrik sayğacının yararsız hala salmasını bildirməklə ehtimala əsaslanmış, habelə aktın tərtibi və borc hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bununla da iddiaçıya məxsus ünvanda sayğaca müdaxilənin mövcudluğunu və bu pozuntunun məhz abonentin təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış borc abonentin hesabından silinməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya (abonent kodu: **********00023 olan) hesablanmış borcun tələbdə göstərilən məbləğdə 650 (altı yüz əlli) manat, 81 (səksən bir) qəpik hissəsində silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 650 (altı yüz əlli) manat, 81 (səksən bir) qəpik məbləğində borc iddiaçı X2 abunə hesabından (abunə kodu: **********00023 olan) silinsin. "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-342/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-342/2024
01.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver