Məhkəmə qərarları › İş №2(066)-35/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-35/2024

03.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-35/2024 03.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Fərdi yaşayış evinə istiqamətlənmiş su axının istiqamətinin dəyişdirilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Fərdi yaşayış evinə istiqamətlənmiş su axının istiqamətinin dəyişdirilməsi tələbinə dair” iddia qaldıraraq, Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən, onun mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa etdiyi fərdi yaşayış evinə istiqamətlənmiş su axının qarşısının alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasdında iştirak edən İddiaçı iddianı müdafiə edib verdiyi izahatında bildirdi ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, reyestr nömrəsi **********48-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 30 noyabr 2011-ci il olan Çıxarışa əsasən mülkiyyətində Göygöl rayonu Qızılca kəndində 0,07 hektar həyətyanı torpaq sahəsi və üzərində fərdi yaşayış evi vardır. Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən, onun mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa etdiyi hasara, fərdi yaşayış evinə su axıdılır və bu onun tikililərinə zərər verir. Dəfələrlə on bu barədə bildirmiş olsa da Cavabdeh onun sözlərinə əhəmiyyət verməmişdir. Bu isə onun tikililərinə zərər verməkdə davam edir. Ona görə də idianın təmin edilməsini xahiş etdi. Mülki iş üzrə digər Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmaldır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxx 1963-cü il tarixdə, Cavabdeh 02 yanvar 1969-cu ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, reyestr nömrəsi **********48-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 30 noyabr 2011-ci il olan Çıxarışdan məlum olur ki, İddiaçı mülkiyyətində Göygöl rayonu Qızılca kəndində 0,07 hektar həyətyanı torpaq sahəsi və üzərində 2 mərtəbəli, fərdi yaşayış evi, hamam və tövlə vardır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 13 may 2024-cü il tarixli, 3-16-16/2-1099/2024 saylı rəyindən məlum olur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, reyestr nömrəsi **********48-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 30 noyabr 2011-ci il olan Çıxarışda qeyd edilən İddiaçı mülkiyyətində olan Göygöl rayonu Qızılca kəndində yerlə.ən 0,07 hektar həyətyanı torpaq sahəsinə və üzərində 2 mərtəbəli, fərdi yaşayış evinə doğru, Cavabdeh tərəfindən ona məxsus fərdi yaşayış evinin dam hissəsinə yağış sularının qarşısının alınması üçün quraşdırılmış su novdadının istiqamətləndirdiyi və nəticədə torpaq sahələrinin sərhədində inşa edilmiş hasar tikilisinin inşası zamanıistifadə edilmiş sement məhlulunun ovulub, töküldüyü müəyyən edilmişdir. İşin faktiki hallarından göründüyü kimi İddiaçı mülkiyyətində olan Göygöl rayonu Qızılca kəndində yerlə.ən 0,07 hektar həyətyanı torpaq sahəsinə və üzərində 2 mərtəbəli, fərdi yaşayış evinə doğru, Cavabdeh tərəfindən ona məxsus fərdi yaşayış evinin dam hissəsinə yağış sularının qarşısının alınması üçün quraşdırılmış su novdadının istiqamətləndirdiyi və nəticədə torpaq sahələrinin sərhədində inşa edilmiş hasar tikilisinin inşası zamanıistifadə edilmiş sement məhlulunun ovulub, töküldüyü buna görə də İddiaçı hüquqlarının pozulması məlum olmuşdur. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

4. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “Fərdi yaşayış evinə istiqamətlənmiş su axının istiqamətinin dəyişdirilməsi tələbinə dair” iddiası təmin edilsin. İddiaçı mülkiyyətində olan Göygöl rayonu Qızılca kəndində yerlə.ən 0,07 hektar həyətyanı torpaq sahəsinə və üzərində 2 mərtəbəli, fərdi yaşayış evinə doğru, Cavabdeh tərəfindən ona məxsus fərdi yaşayış evinin dam hissəsinə yağış sularının qarşısının alınması üçün quraşdırılmış su novdadından axan suyun qarşısı, Cavabdeh hesabına alınsın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar