Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-365/2024 05.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı cavabdehlər X2, Məmmədova (Cabbarova) Rəqsanə Aydın qızına, Məmmədquliyeva (Quluyeva) Sədiyə Rafiq qızına, Məmmədquliyeva (Mehdiyeva) Turanə Arzu qızına, Məmmədquluyev (Quluyev) Tural Arzu oğluna və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmazın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin naturada bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X2, Məmmədova (Cabbarova) Rəqsanə Aydın qızına, Məmmədquliyeva (Quluyeva) Sədiyə Rafiq qızına, Məmmədquliyeva (Mehdiyeva) Turanə Arzu qızına, Məmmədquluyev (Quluyev) Tural Arzu oğluna və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmazın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin naturada bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə ümumi birgə mülkiyyətdə olan Göygöl rayonu Quşqara kəndində yerləşən **********82 reyestr nömrəli, 1.1185 ha torpaq sahəsinin və **********126 reyestr nömrəli 0.984 ha torpaq sahəsinin onun payına münasibətdə naturada ayrılıb ayrıca mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.06, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər X2, Məmmədova (Cabbarova) Rəqsanə Aydın qızına, Məmmədquliyeva (Quluyeva) Sədiyə Rafiq qızına, Məmmədquliyeva (Mehdiyeva) Turanə Arzu qızına, Məmmədquluyev (Quluyev) Tural Arzu oğluna və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmazın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin naturada bölgüsü” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-365/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-365/2024
05.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver