Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-38/2025 03.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3 və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiаçılar İddiaçı3, İddiaçı2 və X3 cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdehnə qarşı “mülkiyyətdən keçən kabel xəttinin yer altından çıxarılaraq mülkiyyətin azad edilməsi və ya kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiаçılar İddiaçı3, İddiaçı2 və X3 cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdehnə qarşı “mülkiyyətdən keçən kabel xəttinin yer altından çıxarılaraq mülkiyyətin azad edilməsi və ya kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətdən keçən kabel xəttinin yer altından çıxarılaraq mülkiyyətin azad edilməsi və ya kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 bildirdi ki, qeyd olunan torpaq sahələri oğulu Fizulinin mülkiyyətindədir. İddia ərizəsində qeyd olunan kabel xətti İddiaçı2 və X2 məxsus olmuş torpaq sahəsindən keçmişdir. Əvvəlki məhkəmə iclasında iddia ərizəsində olan nöqsanlar onun diqqətinə çatdırılsa da hazırda tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edə bilmir. O, kabelin torpaqdan çıxarılmasını və onlara kompensasiya ödənilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 bildirdi ki, əvvəlki məhkəmə icalsında iddia ərizəsində olan nöqsanlar onun diqqətinə çatdırılsa da hazırda tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edə bilmir. Torpaq sahələrinin hər ikisi onun adınadır, lakin mülkiyyət sənədlərinin bir qisminin harada olmasını bilmədiyi üçün məhkəməyə təqdim edəbilmir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, iddia ərizəsində iddia tələbi dəqiq göstərilməmiş, iddiaçıların xahişinin əsası olan mülkiyətlərin hansı hüquq əsasında onlara məxsus olması barədə sənədlər məhkəməyə təqdim edilməmiş, hesab edir ki iddia ərizəsi mahiyyəti üzrə tam dəqiqləşdirilmiş formada təqdim edilmədiyindən və iş üzrə zəruri olan sübutlar təqdim edilmədiyindən hazırkı iş üzrə iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh İddiaçı2 məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sədrlik edən iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin dəlillərində və xahiş etdi hissəsində qeyri-müəyyənlik və tələbin dəqiq olmaması mövcuddur. Belə ki, iddiaçılar mülkiyyətdən keçən kabel xəttinin yer altından çıxarılaraq mülkiyyətin azad edilməsi və ya kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etsələrdə, qeyd olunan torpaq sahəsinin harda yerləşməsi, kimə məxsus olması və iddia ərizəsində tələb edilmiş olan kompensasiyanın necə və nədən yaranması, hansı məbləğdə hesablanması və tələb edilməsi əsaslandırmamaqla ümumi olaraq tələb irəli sürülmüşdür. Bundan əlavə iddiaçıların hər biri tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinə dair sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmənin əvvəlki hazırlıq iclasında iddiaçıların diqqətinə qeyd edilən çatışmazlıqlar çatdırılmasına baxmayaraq aradan qaldırmamışdır. Bununla da müəyyən olunur ki, iddiaçılar iddia ərizəsində tələbin əsaslandırdığı halları göstərməmiş və zəruri süut sübutları təqdim etmədiklərindən nəticədə tələbdə qeyri-müəyyənlik yaranmış və məhkəmə tərəfindən vaxt verilməsinə baxmayaraq aradan qaldırılmamışdır. Göstərilən nöqsanlar məhkəmənin əvvəlki hazırlıq iclasında iddiaçıların diqqətinə çatdırılmaqla, aradan qaldırılması məqsədilə məhkəmə hazırlıq iclası dəfələrlə təxirə salınmış, lakin iddiaçılar göstərilən nöqsanları aradan qaldırmamışlar. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Həmin Məcəllənin 149.2.3–cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-cı maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi barədə sübutlar təqdim edilmədən və tələbdə olan qeyri-müəyyənlik aradan qaldırılmadan iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün deyildir və bu səbəbdən ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.06, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiаçılar İddiaçı3, İddiaçı2 və X3 cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdehnə qarşı “mülkiyyətdən keçən kabel xəttinin yer altından çıxarılaraq mülkiyyətin azad edilməsi və ya kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-38/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-38/2025
03.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver