Məhkəmə qərarları › İş №2(066)-385/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-385/2025

21.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-385/2025 21.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 (on beş min) manat pulun və ödədiyi 135 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh uzun illərdir ki, tanıyır və yaxşı münasibətləri olmuşdur. 2023-cü ilin yanvar ayında Göygöl şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 23-də yaşayan Cavabdeh sahibkarlıqla məşğul olmaq üçün ondan 15000 (on beş min) manat borca pul istəmişdir. Həmin vaxt pulu alanda ona borcunu bir-iki ay müddətinə qaytaracağını bildirmişdir. Lakin, sonradan Cavabdeh 15000 manat borcunu ödəyə bilmədiyindən xx.xx.2024-cü il tarixdə ona iltizam yazaraq 2024-cü ilin iyul ayında borcunu qaytaracağı ilə bağlı öhdəlik götürmüş və öz imzası ilə təsdiq etmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 15000 (on beş min) manat pulun alınıb ona qaytarılmasını tələb edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaram iş üzrə tərəflər sonuncu məhkəmə iclasına gəlməmişlər, İddiaçı ilə mobil telefon vasitəsilə əlaqə saxlanılan vaxt İddiaçı məhkəmənin inzibati binasında olmasını, anidən təzyiqinin qalxmasını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə sonuncu məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən məhkəmə icalsında iştirak etməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

5. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, 2023-cü ilin yanvar ayında yaşadığı ünvan 1-də evinin həyətində Cavabdeh borca 15000 manat pul vermişdir. Pulu verərkən yanlarında onlardan başqa adam olmamışdır. Cavabdehə inandığından aralarında heç bir sənəd imzalanmamışdır. Sonradan Cavabdeh borcunu ödəmədiyindən ondan iltizam almışdır. Ənvər ondan borc pulu mator və mis alıb-satmaq üçün işinə sərf etmək məqsədi ilə almışdır. O həmin pulu elə-belə vermiş, sələm kimi verməmiş, üzərində hər hansı pul almamışdır. Əlavə olaraq bildirdi ki, məhkəməyə təqdim edilmiş pulun verilməsi barədə ərizəni cavabdehin özü yazmışdır və həmin ərizənin əsli evdədir. O, həmin pulu cavabdehə 2 ilə yaxındır vermişdir. Təxminən 2023-cü ilin yay aylarında, öz yaşadığı ünvan 1 ünvanında qapıda cavabdehə pulu vermişdir. Videonu həmin vaxt çəkməmiş daha sonra çəkmişdir. Ənvərlə yaxın və dost olmuşdur. Ənvər pulu keçən ilin yayında qaytarmalı olmuş, Ənvər onu aldatmış bu səbəbdən o gözləmişdir. Ənvər usta olmaqla mator yığır və mis alıb-satır. O pulu bu səbəbdən ona borc kimi vermiş, Ənvər ona arada borc pul verdiyi üçün hörmət edəcəyini bildirmiş lakin nə qədər hörmət edəcəyi barədə danışmamışlar. O cavabdehə sələm verməmiş, cavabdehin atası və əmisi oğlu ilə yaxın olmuş, özü ilə ünsiyyəti olmuş cavabdeh ona pulu bir ilə qaytaracağını bildirmişdir. O pulu yay aylarında verməsi yadındadır, lakin hansı ay olması yadında deyil. O cavabdehə pulu may ayından sonra iyun və iyul ayında bir dəfəyə vermişdir. O fikirindən çıxdığı üçün ərizədə pulu yanvar ayında verdiyini yazmış, lakin hazırda yay aylarında verməsini demişdir. Məhkəməyə təqdim edilmiş borcun olması barədə ərizə cavabdehin özü tərəfindən yazılmışdır. Həmin ərizəni cavabdeh onun yanında yazmış və onların yanında başqa heç kəs olmamışdır. Cavabdehin ondan borc almasını bilən başqa bir nəfər şahid var. Lakin həmin insan hazırda Rusiya Federasiyasında olduğundan onun iştirakını məhkəmədə təmin edə bilmir. O pulu cavabdehə 2023-cü ilin yanvar ayında çöldə oturub vermiş, lakin günü yadında deyil. Həmin vaxt onların ikisi olmuş, pul üzərində olmamış, pulu evdən götürüb cavabdehə vermişdir. O, cavabdehə pulun verilməsi barədə iltizamı pulu verdiyi gündən bir neçə gün sonra yazdırmış, lakin nə vaxt yazdırmasını xatırlamır. Cavabdeh borcu olması barədə iltizamı yazan vaxt onların yanında heç kəs olmamışdır. Məhkəməyə təqdim olunmuş video onun evinin qabağında çəkilmiş və onların yanında heç kəs olmamışdır. Həmin video yazının nə vaxt çəkilməsini dəqiq xatırlamır, telefonunda tarixə baxa bilər. İddia tələbi ilə bağlı hər hansı dəyişiklik istəmir və qeyd etdiklərindən əlavə məhkəməyə təqdim etmək istədiyi sübutu yoxdur. İşin məhkəmə baxışına təyin edilməsinə etirazı yoxdur. O pulu öz yaşadığı evdə vermiş, lakin məhkəməyə verdiyi ərizədə texini səhv olaraq, cavabdehin ünvanında verilməsi yazılmışdır. Cavabdeh pulu ona bir il müddətə qaytarmal idi, məhkəməyə veridyi ərizədə texini səhv olaraq bir-iki aya yazılması göstərilmişdir. İddia ərizəsini özü imzalamışdır. Cavabdeh və ya Larisa ona 7000 (yeddi min) manat pul verməmişdir.

6. Məhkəmənin xx.xx.2025-ci il tarixə təyin edilmiş iclasında dindirilmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o İddiaçı 10000 manat borc pul almış, ona olan borcunu gecikdiyi üçün onun ziyanını qarşılayacağını bildirmişdir. O, iddiaçıdan 15000 manat pul almasını təsdiqləmir. 2023-cü ildə Arif yaşadığı S.Hacıyev küçəsində olan evdə ondan 10000 (on min) manat pul almış, pulu üç-dörd aya qaytaracağına söz vermiş lakin qaytara bilməmiş, bu səbəbdən sexini satmış və Arifə olan 10000 (on min) manat borcundan 7000 (yeddi min) manatını qaytarmış və ona 3000 (üç min) manat borcu qalmışdır. O, öz sexini Larisa adlı şəxsə sataraq borcundan 7000 (yeddi min) manatını Arifə qaytarmışdır. Arifə borcu olduğu üçün Larisa 7000 manat pulu Arifə vermişdir. O Larisa ilə alqı-satqı etmiş və Arifə borcu olduğu üçün Larisa 7000 (yeddi min) manat pulu Arifə vermişdir. Onu videoya keçən il çəkmişlər, Arifdən 10000 manat borca pul almış, lakin aldığı borc pulu qaytara bilmədiyi üçün Arifə vurulmuş zərər olaraq 15000 manat borcu olmasını bildirmişdir.

7. Məhkəmənin xx.xx.2025-ci il tarixə təyin edilmiş iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, 47 ildir ki, Göygöldə yaşamaqla Azərbaycan Respublikasının vətandaşıdır. İddiaçı və Cavabdeh tanıyır, onlarala hər hansı qohumluğu, ədavəti və düşmənçəliyi yoxdur. Arifin Ənvərə hansı məbləğdə pul verməsini bilmir. Onun obyektinin yanında Ənvərin 49 kvadratlıq yeri olmuşdur. Həmin yeri Ənvər etibarnamə ilə Arifə vermişdir. Ənvərin Arifə borcu olduğundan həmin yeri satmaq istədiyini ona bildirmişdir. O həmin yeri təqribən iki ay bundan əvvəl 7000 (yeddi min) manata Ənvərdən satın almışdır. Ənvərin Arifə borclu olduğundan satın aldığı obyektin dəyərindən 5000 manat pulu Asan xidmət Mərkəzində Arifə vermiş sonra isə bundan bir həftə sonra Arifə təkrar 2000 manat bir daha verməklə, ümumilikdə Arifə 7000 manat pul vermişdir. Onlar həmin 7000 manatın borc pulu olmasını bildirmişlər. Sonra onlardan yenə aralarında borclarının qalıb-qalmamasını soruşduqda onlar bir söz deməmişlər. Ənvər ona Arifə borcu olmasını və Arifin onu sıxmasını bu səbəbdən obyekti satmasını bildirmişdir. O, Arifdən Ənvərin ona yenə borclu olması ilə dəfələrlə soruşmuş lakin Arif bu haqqda heçnə deməmişdir. O, iki ay bundan əvvəl obyekti satın almışdır. O, Ənvərə yazığı gəldiyindən dolanması üçün hazırda da həmin obyektdə işləməsini icazə vermişdir. Həmin obyekt qanunla və çıxarışla Ənvərə məxsus olmuşdur. O bilmişdir ki, Ənvərin Arifə borcu var və o, Ənvərdən obyekti aldıqdan sonra Arifə 5000 manat və 2000 manat olmaqla ümumilikdə 7000 manat pul vermişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İş materiallarına əlavə edilmiş; - AZE seriyalı, 13146312 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Xanlar şəhərində anadan olmuşdur və Azərbaycan Respublikası vətəndaşıdır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1974-cü ildə anadan olmuşdur və Azərbaycan Respublikası vətəndaşıdır. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli iltizamın surətindən görünür ki, Göygöl şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 23-də yaşayan Cavabdeh 2023-cü ilin yanvar ayında İddiaçı borca götürdüyü 15000 manat pulu 2024-cü ilin iyul ayında qaytarmasını öz öhdəliyinə götürmüşdür. - Cd diskdə olan bir ədəd videogörüntüdən görünür ki, Cavabdeh İddiaçı 15000 manat pul qaytaracağına söz vermişdir. - Göygöl Rayon Məhkəməsinin hakim köməkçisi Xəyal Hüseynli tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli telefonoqramdan görünür ki, Göygöl Rayon Məhkəməsinin hakim köməkçisi X7 həmin məhkəmənin hakimi Rəşad Mustafayevin icraatında olan İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(066)-385/2025 nömrəli mülki işlə bağlı 21 may 2025-ci il tarixdə özünə məxsus (051)-717-57-57 nömrəli mobil telefonla İddiaçı məxsus (055)-861-36-66 nömrəli mobil telefonla əlaqə saxlayıb məhkəmə iclasında iştirakının zəruriliyini bildirmiş və xx.xx.2025-ci il tarixə, saat 11:15-ə təyin olunmuş iddia ərizəsinə baxılmasına dair məhkəmə iclasında iştirakının zəruri olması barədə lazımi qaydada xəbərdar etmiş. İddiaçı cavabında məhkəmənin inzibati binasında olmasını, şahidin məhkəməyə gəlməsi gözlənilən vaxt, anidən təyziqinin qalxmasını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və məhkəmə tərəfindən yekun məhkəmə aktı çıxarılmasını xahiş etdi.

10. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

11. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir.

12. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

13. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

14. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: - 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. - 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. - 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. - 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

16. Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

17. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

18. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

19. İddiaçı cavabdehə 15000 manat borc pul verdiyini iddia edir. Məhkəmə hesab edir ki, bu halda birincisi, həmin məbləğdə pulun borc məqsədilə cavabdehə verilibverilməməsi, ikincisi borcun verilməsi sübuta yetirildiyi halda, borc müqaviləsinin qanuna uyğun bağlanıb-bağlanmaması aspektindən çıxış edərək mübahisəyə hüquqi qiymət verilməlidir.

20. Birinci aspektlə bağlı məhkəmə qeyd edir ki, borc müqaviləsinin anlayışını verən MM-nin 739.1-ci maddəsinin mənasından da göründüyü kimi, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları mülkiyyət hüququnun borcluya keçirilməsi borc müqaviləsinin bağlanmasının əsas şərtidir. Mülkiyyət hüququnun keçirilməsi isə pulun və ya digər əvəz edilən əşyaların borc alana fiziki olaraq, yaxud tərəflərin razılaşmasına uyğun formada verilməsi ilə mümkün ola bilər.

21. Hazırkı mübahisədə də, İddiaçı Cavabdeh 15000 manat borc verilməsini bildirir. Məhkəmə hesab edir ki, bu 15000 manat məbləğində pulun cavabdehə verilməsini iddiaçı sübut etməlidir.

22. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, İddiaçı 2023-cü ilin yanvar ayında yaşadığı Göygöl şəhəri S.Hacıyev küçəsi ev 11-də yerləşən evin həyətində Cavabdeh borc olaraq 15000 manat pul vermiş və bu barədə aralarında heç bir sənəd olmamışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə iddiaçı cavabdehdən 15000 manat borc pulla bağlı iltizam almışdır. Daha sonra isə cavabdehin borcunu etiraf etməsi barədə mobil telefon vasitəsilə videosunu çəkmişdir.

23. Məhkəmə iddia tələbinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bu hallarla bağlı mövqeyi qətidir. Belə ki, həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1.və 76.2. maddələri).

25. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz.

27. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

28. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

29. «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

30. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

31. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya 15000 manat borcu olmasına dair məhkəmə iclasında tədqiq olunması üçün iddiaçı tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.

33. Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübütla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin məhkəmə baxışı zamanı iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini tam olaraq iddiaçı yerinə yetirə bilməmiş 15000 (on beş min) manat pulu şəxsən cavabdehə verməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinə yalnız Cavabdeh İddiaçı 15000 manat pul ödəməsini öhdəliyinə götürməsinə dair iltizamın kserosurəti və cavabdehin 15000 manat pulu iddiaçıya qaytaracağına dair söz verməsi barədə videogörüntü əlavə edilmişdir ki, həmin iltizam və videogörüntü mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki məhkəmə iclaslarında iştirak edən İddiaçı ziddiyətli ifadələr verməklə, pulu cavabdehə yay aylarında verməsinin yadında olması, lakin hansı ay olmasının yadında olmaması, cavabdehə pulu may ayından sonra iyun və iyul ayında bir dəfəyə verməsini, fikirindən çıxdığı üçün ərizədə pulu yanvar ayında verdiyini yazmasını, lakin məhkəmə iclasında yay aylarında verməsini deməsini, o cavabdehə pulun verilməsi barədə iltizamı pulun verdiyi gündən bir neçə gün sonra yazdırmış, lakin nə vaxt yazdırmasını xatırlamamasını, cavabdeh borcu olması barədə iltizamı yazan vaxt onların yanında heç kəsin olmamasını, məhkəməyə təqdim olunmuş videonun evinin qabağında çəkilməsini və onların yanında heç kəsin olmamasını, həmin video yazının nə vaxt çəkilməsini dəqiq xatırlamamasını, telefonunda tarixə baxa biləcəyini, pulu öz yaşadığı evdə verməsini, lakin məhkəməyə verdiyi ərizədə texini səhv olaraq, cavabdehin ünvanında verilməsinin yazıldığını, cavabdehin pulu ona bir il müddətində qaytarmalı olsa da, məhkəməyə verdiyi ərizədə texini səhv olaraq bir-iki aya yazılmasını, iddia ərizəsini özünün imzalamasını, cavabdeh və ya Larisanın ona 7000 (yeddi min) manat pul verməməsini göstərməklə cavabdehə 15000 manat pulun verilməsini tədiq edən mötəbət sübut təqdim etməmiş, həmçinin cavabdeh məhkəmə icalsında İddiaçı 10000 manat borc pul almasını, ona olan borcunu gecikdiyi üçün onun ziyanını qarşılayacağını bildirərək iddiaçıdan 15000 manat pul almadığını, 2023-cü ildə Arif yaşadığı Göygöl şəhəri S.Hacıyev küçəsində olan evində 10000 (on min) manat pul almasını, pulu üç-dörd aya qaytaracağına söz verməsini lakin qaytara bilməməsini, bu səbəbdən sexini satmasını və Arifə olan 10000 (on min) manat borcundan 7000 (yeddi min) manatını qaytarmasını və ona 3000 (üç min) manat borcu qalmasını, öz sexini Larisa adlı şəxsə sataraq borcundan 7000 (yeddi min) manatını Arifə qaytarmasını, Arifə borcu olduğu üçün Larisanın 7000 manat Arifə verməsini, Larisa ilə alqı-satqı etməsini və Arifə borcu olduğu üçün Larisanın 7000 (yeddi min) manat pulu Arifə verdiyini, onun videoya keçən il çəkilməsini, Arifdən 10000 manat borca pul almasını lakin aldığı borc pulu qaytara bilmədiyi üçün Arifə vurulmuş zərər olaraq 15000 manat borcu olmasını bildirməsini göstərmişdir. Bununla belə məhkəmə iclasında iştirak edən şahid ifadəsində obyektinin yanında Ənvərin 49 kvadratlıq yeri olmasını, Ənvərin Arifə borcu olduğundan həmin yeri satmaq istədiyini ona bildirməsini, onun həmin yeri təqribən iki ay bundan əvvəl 7000 (yeddi min) manata Ənvərdən satın almasını, Ənvərin Arifə borcu olduğundan satın aldığı obyektin dəyərindən 5000 manat pulu Asan xidmət Mərkəzində Arifə verməsini və bundan bir həftə sonra isə Arifə təkrar 2000 manat bir daha pul verməklə ümumilikdə Arifə 7000 manat pul verməsini, onların həmin 7000 manatın borc pul olmasını bildirmələrini, sonra onlardan yenə aralarında borclarının qalıb-qalmamasını soruşduqda onların bu haqda bir söz deməmələrini, Ənvərin Arifə borcu olmasını bilməsini və Ənvərdən satılan obyekti aldıqdan sonra Arifə 5000 manat və 2000 manat olmaqla ümumilikdə 7000 manat pul verməsini bildirmişdir.

34. Məhkəmə araşdırması zamanı müəyyən oldu ki, İddiaçı Cavabdeh 10000 (on min) manat borc pul verməsi öz təsdiqini tapır. Belə ki, cavabdehin iddiaçıdan yalnız 10000 (on min) manat borc pul almasını məhkəmə iclasında verdiyi özünün ifadəsi ilə öz təsdiqini tapmış, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı olan borcu 10000 (on min) manat olmuş və həmin borcdan 7000 (yeddi min) manatı ödənilmiş, hazırkı borc məbləği 3000 (üç min) manat təşkil edir.

35. İddiaçı Cavabdeh 10000 manat məbləğində borc pulun verilməsi ilə bağlı müqavilənin etibarlılıq (qanuna uyğun bağlanıb-bağlanmaması) məsələsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, yuxarıda göstərilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmasıdır. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.

36. Əqdin yazılı formasına əməl edilməmə o halda etibarsızlığa səbəb olur ki, belə forma tələbi ya qanunda, ya da tərəflərin özlərinin razılaşmasında nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 740-cı maddəsində də borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin müddəada borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun subyektlərin tərkibi ilə şərtləndirilmişdir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

37. İşin şərh edilən hallarıdan da göründüyü kimi, 10000 manat məbləğində pul borc məqsədilə cavabdehə verilmişdir. Başqa sözlə, 10000 manat məbləğində pulun cavabdehə borc verilməsi faktı baş vermişdir. Lakin Mülki Məcəllənin 740-cı maddəsinin məzmunundan da göründüyü kimi, borcun məbləği 3000 manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, qanunla müəyyən edilmiş yazılı formaya əməl edilməməsi nəticəsində 10000 manat məbləğində pulun verilməsi faktını özündə əks etdirən hüquqi nəticə baş vermişdir. Lakin bu hüquqi nəticənin etibarlı borc müqavələsi statusuna gətirən qanuni əsas, yəni yazılı borc müqaviləsinin bağlanmaması qeyd edilən hüquqi nəticəni etibarsız etmişdir. Məcburi forması göstərildiyi halda, müqavilənin həmin formada bağlanmamasının onun etirbasız əqd olması ilə nəticələnməsi isə qanunun imperativ tələbidir. Belə ki, Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

38. Mülki Məcəllənin 337.1-ci maddəsində əhəmiyyətsiz və mübahisələndirilən olmaqla əqdlərin iki növü göstərilmişdir. Aralarındakı əsas fərq isə ondan ibarətdir ki, mübahisələndirilən əqdlər bağlandıqdan sonra onlar barəsində mübahisə irəli sürülənə qədər etibarlı görünsələr də, əhəmiyyətsiz əqdlər bağlandıqları andan etibarsız olur və elə ilk andan heç bir hüquqi nəticə yaratmaq qabiliyyətinə malik olmur. İddiaçı tərəfindən verilmiş pula dair müqavilə də əhəmiyyətsiz əqddir, tərəflər arasında həmin müqavilənin yazılı forma tələbinə əməl edilməmişdir.

39. Lakin məhkəmə qeyd edir ki, borc müqaviləsinin qanunla müəyən edilmiş forma və məzmununa riayət edilməməsi onun predmeti olan pulun qaytarılmamasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə əldə edilənlərin qaytarılmasının hüquqi əsasları nəzərdə tutulmuşdur.

40. Əhəmiyyətsiz əqdlər üzrə əldə edilənlərin geri qaytarılması ilə ilə bağlı AR Konstutusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.... Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

41. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə hazırkı mübahisə üzrə belə qənaətə gəlir ki, iddiaçının cavabdehə verdiyi 10000 manat məbləğində pul vəsaitinə münasibətdə cavabdeh heç bir hüquqi əsas olmadan varlanmışdır. Pulun verilməsinin hüquqi əsas yaratmaması ilə bağlı əsaslar isə yuxarıda ətraflı şərh edilmişdir. Odur ki, iddiaçı cavabdehdən verdiyi pulu geri qaytarılmasını tələb edə bilər.

42. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbi, yəni cavabdehə verilmiş 10000 manatın ödənilməmiş 3000 manat hissəsində tələb edilməsi tam əsaslıdır.

43. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə iclasında müəyyən olunmuş hallar əsas götürülməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3000 (üç min) manat məbləğində pul alınaraq iddiaçı X1 verilməsi barədə qətnamə qəbul edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

44. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

45. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.

46. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 135 manat məbləğində dövlət rüsumu xərcini ödəmişdir.

47. Buna görə məhkəmə, iddia tələbinin təmin edilən hissəsinə münasibətdə məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 50 manat hissəsini Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.

V. Nəticə:

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat borc pul məbləği və 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar