Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-403/2023 29.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiаçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “evdən istifadə hüquqna xitam verilməsi” tələbinə dаir mülki işə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “evdən istifadə hüquqna xitam verilməsi” tələbinə dаir iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evdən Cavabdeh istifadə hüququna xitam verilməsinə və ödənilmiş 100 (yüz) manat 40 (qırx) qəpik dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, buna baxyamaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Hazırki işdən görünür ki, iddiaçı cavabdehlərin “istifadə hüquqlarına xitam verilməsi” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələblə bağlı aidiyyəti üzrə DİN-nin müvafiq qurumuna müraciət etməli, imtina olunduğu təqdirdə isə inzibati məhkəməyə müraiciət etməlidir. MPM-nin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və MPM-nin 261, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “evdən istifadə hüquqna xitam verilməsi” tələbinə dаir mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, göstərilən tələblə bağlı aidiyyəti üzrə DİN-nin müvafiq qurumuna müraciət etməli, tələbinin təmin olunmasından imtina edildiyi və ya hərəkətsizlik göstərildiyi halda isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Əyyub Kərimov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ _ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçt: Elektron ünvan İş № 2(066)-403/2023 «29» mart 2023-cü il Bank "xxxx" ASC-yə ünvan: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 27 Cavabdeh ünvan: Göygöl rayonu, Üçtəpə kəndi Göygöl Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(066)-403/2023 nömrəli qərardadının surəti məlumat üçün sizə göndərilir. Qoşma: qərardadın surəti “ 02 “ səhifə (hər ünvana). Hörmətlə, hakim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №2(066)-403/2023
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-403/2023
29.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver