Məhkəmə qərarları › İş №2(066)-421/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-421/2025

21.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-421/2025 21.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «evdən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «evdən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, yəni İddiaçı mülkiyyətində olan Göygöl rayonunun Üçtəpə kəndində 0.16 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli olmaqla, ümumi sahəsi 76.9 kv.m olan yaşayış evindən Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göygöl rayonunun Üçtəpə kəndində 0.16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 76.9 kv.m olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə ona məxsusdur. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışı da vardır. Bildirir ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Onlar 2003-cü ildə evlənib 2004-cü ilə qədər birgə yaşamışlar. 20 ildən artıqdır ki, ayrı yaşayırlar. Bu səbəbdən məhkəmə qaydasında ayrılmışlar. Bu barədə nikahın pozulması haqqında şəhadətnamə də vardır. Qeyd edir ki, mülkiyyətində olan fərdi yaşayış evini 16 iyul 2014cü ildə Nümayəndə1 Nemət oğlu bağışlama müqaviləsinə əsasən ona bağışlamışdır. Buna dair iddia ərizəsinə bağışlama müqaviləsi də əlavə edilmişdir. Adı çəkilən Cavabdeh onun mülkiyyət hüququnu pozur. Onunla 20 ildən artıqdır ki, ayrı yaşamalarına və cavabdehin ona məxsus mənzildən isitifadə hüququnu itirməsinə baxmayaraq bugünə qədər onun evində pasport qeydiyyatındadır. Ona bu barədə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. O, cavabdehi özünə məxsus olan Göygöl rayonunun Üçtəpə kəndində 0.16 ha torpaq sahəsində yerləşən evindən qeydiyyatdan çıxarmaq üçün Göygöl Rayon Polis Şöbəsinə müraciət etmiş, lakin ona imtina edilmişdir. İmtinada “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsaslanaraq qeyd edilmişdir ki, şəxs yaşayış yerini dəyişdirdikdə, başqa ölkədə yaşayış yeri seçdikdə, azadlıqdan məhrum olduqda, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə və yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə” məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır. Odur ki, o, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh faktiki olaraq onun evində yaşamasa da, formal olaraq onun evində qeydiyyatda durur. O, evində yaşamamasına görə ona məxsus olan evdən istifadə hüququnu da itirmişdir. Həmçinin o, əsassız olaraq evindən pasport qeydiyyatından bu günə kimi çıxmamışdır ki, bu da onun və ailəsinin mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxartmışdır. O, ayrıldıqları vaxtdan, yəni 20 ildir ki, ayrıldıqlarına görə bir dəfə də olsun onun evinə gəlməmişdir. Müvafiq təşkilatlar isə ondan əlavə olaraq 1 (bir) nəfər üçün də Mənzil Kommunal xərclərin ödənilməsini tələb edirlər. O özü isə heç bir yerdə işləmir. Başqa gəliri yoxdur. Ona görə də əlavə xərc ödəməyə imkanı çatmır. Bir halda ki, cavabdeh onun evində yaşamır, onun evində qeydiyyatda olması da qanuna uyğun deyil. Bu səbəbdən cavabdehin ona məxsus olan evdən istifadə hüququ itirilmiş hesab edilməlidir. Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə baxış iclası tel:21.05.2025xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Bildirilir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqətə uyğun deyildir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya cavabdeh 20 ildən artıqdır ki, onun mülkiyyətində olan evdə yaşamır. Məlumat üçün bildirilir ki, iddiaçı ilə cavabdeh 2024-cü ilin oktyabr ayına kimi birlikdə Rusiya Federasiyasında yaşamışdırlar və sonuncu dəfə övladının təhsilinin başlaması ilə əlaqədar İddiaçı qızı ilə birlikdə Rusiya Federasiyasından Azərbaycana qayıtmışdır. İddiaçı iddiada qeyd etdiyi 20 ildən artıq birlikdə yaşamamaqları tərəflərin birgə nikahdan olan 18 və 19 yaşlı uşaqlarının olması ilə də təkzibini tapır. Bundan başqa http://N.QarayevCavabdeh daima Azərbaycan Respublikasına gəlib getmiş və gələrkən də ailəsi ilə birlikdə İddiaçı adına olan evdə yaşamışdır. İşin faktiki hallarından da görünür ki, Göygöl rayonu, Üçtəpə kəndində 0.16 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76.9 kv.m fərdi yaşayış evi cavabdeh İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsi iddiaçı üçün alınmış və ilkin sənədləri iddiaçının qardaşının adına olmuşdur. Həmin torpaq sahəsindəki ev də iddiaçının vəsaiti hesabına tikilmişdir. Tərəflər evlənərkən ev sadə təmirli olmuşdur. Qeyd edilən torpaq və onun üzərindəki evə dair tel:28.03.2014xx.xx.2014-cü il tarixdə iddiaçının qardaşı Nümayəndə1 adına çıxarış alınmışdır. İddiaçı həmin dövrdə Rusiya Fedrasiyasında işlədiyi üçün iddiaçının tapşırığına əsasən iddiaçının sahibliyində olan Göygöl rayonu, Üçtəpə kəndində 0.16 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76.9 kv.m fərdi yaşayış evi tel:16.07.2014xx.xx.2014cü il tarixdə bağışlama müqaviləsinə əsasən iddiaçının qardaşı Nümayəndə1 tərəfindən cavabdeh İddiaçı bağışlanılmışdır. Həmin əmlak http://R.QarayevNümayəndə1 tərəfindən http://A.Hüseynovayaİddiaçı yox, qardaşının əmlakı kimi ailəyə bağışlanılmışdır. http://N.QarayevCavabdeh tərəfindən cavabdeh http://A.Hüseynovayaİddiaçı qarşı məhkəmədə "Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı 0430764 nömrəli, tel:1514011537********** qeydiyyat nömrəli, tel:23.07.2014xx.xx.2014-cü il tarixli çıxarışa əsasən cavabdeh İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində 0.16 ha torpaq sahəsinə və onun üzərində yerləşən, ümumi sahəsi 76.9 kv.m fərdi yaşayış evinə iddiaçı Cavabdeh 2/3 payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəkdir. Hazırda həmin işlə bağlı mediasiya təklifi qarşı tərəfə göndərilmişdir. "Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1 № li qərarının tələblərinə əsasən İddiaçı mülkiyyətində olan ev birgə nikah dövründə əldə edilmiş əmlakdır. Belə ki, Həmin qərarın 5.7-ci bəndində göstərilmişdir ki, ər-arvad arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumunun onun mənafeyi baxımından çıxış etməsi, yəni mübahisə halında sözügedən bağışlamanı məhz qohumuna etdiyini bildirməsi və hətta geri tarixə buna dair yazılı əqd tərtib etməsinə şübhələr olduqda, sübutun mötəbərliyinə digər sübutlarla yanaşı qiymət verilməlidir. Bu zaman bağışlamanı etmış qohumun artıq nikah pozulduqdan sonra verdiyi məlumat deyil, bağışlama zamanı ortaya qoyduğu niyyət o zamankı həqiqi iradəsi nəzərə alınmalıdır. Bu isə hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməlidir. Məsələn, valideynin nikahdan qısa müddət sonra oğlunun (qızının) doğum günündə verdiyi hədiyyənin məhz övladına edilmiş bağışlama sayılması daha ağlabatan göründüyü halda, illərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Yuxarıda qeyd etdiklərindən də göründüyü kimi İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində 0.16 ha torpaq sahəsinə və onun üzərində yerləşən, ümumi sahəsi 76.9 kv.m fərdi yaşayış evinə Cavabdeh payının tanınması tələbinə dair iş olacaqdır. Odur ki, qeyd etdiklərinə əsasən əgər mümkünsə "Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı 0430764 nömrəli, tel:1514011537********** qeydiyyat nömrəli, tel:23.07.2014xx.xx.2014-cü il tarixli çıxarışa əsasən cavabdeh X2 mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində 0.16 ha torpaq sahəsinə və onun üzərində yerləşən, ümumi sahəsi 76.9 kv.m fərdi yaşayış evinə iddiaçı Cavabdeh 2/3 payının müəyyən edilməsi tələbinə dair" iddia ərizəsi icraata qəbul edilib baxılanadək hazırki işin icraatının dayandırılması, bu mümkün deyilsə ərizədə qeyd edilənlərə əsasən http://N.QaraeyvinCavabdeh həmin evə istifadə hüququnun olması əsası ilə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı izahatında iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə 2003-cü ildə evlənmişlər, 4 ay keçdikdən sonra Rusiyaya getmişlər. Onlar nikaha 2006-cı ildə daxil olub 2024-cü ildə ayrılıblar. Özünə məxsus olan evi cavabdehin atası əvvəl tikmiş və tikinti yarımçıq qalmışdır. Evlilik müddətində öz vəsaitləri hesabına torpaqda olan tikintini özləri davam etdirmişlər. Cavabdeh 1 il əvvəl Rusiya Federasiyasından bura toy məclisinə gəlmişdir. Özünə məxsus olan evdə cavabdehə aid heç bir əşya yoxdur. Demək olar ki, 20 ildir ki, onunla ayrı yaşayır. 2014-cü ildə Rusiyadan gəldikləri vaxt ona bildiriblər ki, Rusiyada olan evlər cavabdehin adına olduğuna görə burdakı evi də ona bağışlama yolu ilə verəcəklər. Özünün adına Rusiyada ev olmadığına görə, o da heç olmasa mübahisəli evi onlardan istəmişdir və bundan sonra ev keçmiş qayını tərəfindən ona bağışlama yolu ilə verilmişdir. Cavabdeh 22 il ərzində arabir Rusiyadan Azərbaycana gəlib gedib. Ona məxsus olan evə isə 4 ildən bir yada ki, ildə 1 dəfə gəlmişdir. O, hər il Azərbaycana gəlməmişdir. Cavabdeh orada yaşayır və işləyir, həyatını orada qurub. Gələndə bir neçə gün Üçtəpə kəndində qalıb, ən çox atasıgilin evində qalmışdır. Orada əvvəl iki məhlə olub. Sonradan torpaqlar alıblar. Torpağın biri Nemətin adına, o biri Ramilin adına alınmışdır. Həmin torpağın biri boş olub, digərində isə tikinti olub. Nemətin nikahın pozulmasından və hər bir şeydən xəbəri olmuşdur. Nikahları Rusiya Federasiyasında məhkəmə qaydasında pozulmuşdur. Özü məhkəmədə iştirak etməmiş, iştirak etmək üçün başqasına etibarnamə vermişdir. Məhkəmə müddəti 6 ay çəkmişdir. Özü 20 ildir ki, Rusiyaya uşaqlarının yanına gedib gəlmişdir. Cavabdeh isə heç vaxt uşaqlarına baxmayıb və onların saxlanmasında köməklik etməyib. Boşanandan sonra özü Rusiyadan qayıdıb burada Asan xidmətə müraciət etmiş, şəxsiyyət vəsiqəsində şəkili dəyişməsə də, ancaq subay olması haqqında məlumat vəsiqədə qeyd edilmişdir. Əgər bir halda ki, cavabdehlə ayrılıb, ona görə özünə məxsus olan evdən qeydiyyatdan çıxarılmasını istəyir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh nümayəndəsi (qardaşı) Nümayəndə1 izahatında iddianı qəbul etməyərək göstərdi ki, Cavabdeh onun qardaşıdır. Qardaşı hazırda Rusiyadadır. O, bir ildən bir, iki ildən bir Rusiyadan gəlib öz evində və atasının evində qalıb getmişdir. Əvvəl torpaq özünün adına olub. Sonradan torpaqda tikinti işləri aparılmışdır. Əslində mübahisəli evi qardaşı Nemətə bağışlamaq istəmiş, lakin Nemət Rusiya vətəndaşı olduğuna görə evi Aynura Hüseynovaya bağışlamışdır. Onlardan əlavə bir qardaşları da var, o da atasıgilnən qalır. Qardaşı Nemət keçən ilin yanvar ayında Rusiyadan gəlmişdir. Onun həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı vardır. Ev iddiaçıya bağışlanmamışdan əvvəl evin 3 otağı hazır vəziyyətdə təmirli olub. Bu işnən bağlı məhkəməyə başqa sübutlar təqdim edəcəkdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 izahatında iddianı qəbul etməyərək göstərdi ki, mülki işin icraatının dayandırılmasını istəyir. Belə ki, qarşı tərəfə birgə nikah dövründə əldə edilən əmlakda payın müəyyən edilməsi üçün təklifdə göndərilib. Müddət başa çatdıqdan sonra Mediasiya təşkilatına müraciət edəcəkdir. Hesab edir ki, bu işlər bir-biri ilə sıx bağlıdır. Ali Məhkəmənin Plenum qərarında qeyd edilib ki, bağışlama müqaviləsi əgər tərəfələrin bir qohumu tərəfdən bağışlanırsa, sırf ona bağışlanmış hesab olunmur, bu ümumi ailəyə bağışlanmış sayılır. Təqdim etdiyi ərizədə daha da aydın olur ki, gələcəkdə Nemətin bu evə gözlənilən mülkiyyət hüququ yaranır. Çünki əmlak birgə nikah dövründə əldə edilib. İddiaçı həmin vaxtlar heç bir yerdə işləməyib. Ancaq Cavabdeh işləyib və ev onun vəsaiti hesabına tikilmişdir. Ev Nemətin qardaşının adına olsa da, Nemət burada olmadığına görə qardaşı Ramil iddiaçıya bağışlamışdır. Evi öz bibisi qızının adına keçirib ki, ailə üçün ev öz adlarında olsun. Hazırda iddiaçı nə iş görübsə Cavabdeh bundan xəbəri olmamışdır. Həmçinin nikahın pozulmasından da onun məlumatı olmamışdır. Tərəflərin nikahı 2024-cü il tarixdə pozulmuşdur. Hüquqlarını müdafiə etdiyi Nemət bildirir ki, iddiaçı borc edib başqa şəxslərdən və kiməsə söz verib beh aldığına görə həmin evdən onu qeydiyyatdan çıxartmaq istəyir ki, evi satsın. Bu işləri də gizlin formada edir ki, cavabdehin heçnədən xəbəri olmasın. Qanunvericilikdə nəzərdə tutulmuşdur ki, əgər məhkəmədə bu işin nəticəsinə təsir edəcək hansısa iş varsa işin icraatı dayandırılmalıdır. Təqdim etdiyi ərizədə qeyd etmişdir ki, mümkün olduqda mülki işin icraatı dayandırılsın və ya mümkün deyilsə iddia rədd edilsin. İddiaçı bildirir ki, 20 ildən artıqdır ki, guya Cavabdehlə bir yerdə yaşamır. Halbuki tərəflərin birgə nikahlarından 19 yaşında qızları və 18 yaşında oğulları var. Sorğu edərək cavab almışdır ki, Nemət 2024-cü ilin yanvar ayında ölkəyə gəlib, fevral ayında isə qayıtmışdır. Gəldiyi müddətdə də ailəsi ilə birlikdə qalmışdır. İddiaçının qeyd etdikləri xüsusatlar əsassızdır. Hər bir halda Mənzil məcəlləsində istifadə hüququna dair ehtiva edir ki, mülki işin icraatı dayandırılsın. Odur ki, mülki işin icraatının dayandırılmasını və ya mümkün deyilsə iddianın rədd edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Göygöl rayonu Üçtəpə kəndində 0.16 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 76.9 kvm-dən ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı İddiaçı verilmiş arayışdan aydın olur ki, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh 09 noyabr 2022-ci il tarixdən Xanlar (Göygöl) rayonu Üçtəpə kəndində qeydiyyatdadır. Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Üçtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh Göygöl rayon Üçtəpə kəndində qeydiyyatda olmasına baxmayaraq 2004-cü ildən X3 yaşayır. Məlumat üçün bildirilmişdir ki, bu müddət ərzində ayrı-ayrı illərdə o, Göygöl rayon Üçtəpə kəndində qısa müddətli yaşayıb. Göygöl rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 15 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, cavab olaraq ona bildirilmişdir ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində pasport qeydiyyatında olan Cavabdeh qeydiyyatda olduğu ünvandan məcburi qaydada çıxarılması onların səlahiyyəti daxilində deyildir. Odur ki, qanuna müvafiq qaydada aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məqsədə müvafiqdir. 1 saylı Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun 16 iyul 2014-cü il tarixli, Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən görünür ki, Nümayəndə1 özünə məxsus olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0.16 hektar torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 76.9 kv/m, yaşayış sahəsi 31.5 kv/m, yardımçı sahəsi 45.4 kv/m olan 1 (bir) otaqlı fərdi yaşayış evini və fərdi yaşayış evinin tərkib hissəsi olan Liter B, 1 mərtəbəli ayaqyolu, tikinti altı sahə 2 kv.m Liter İ, 1 mərtəbəli talvar, tikinti altı sahə 43 kv.m olan 20000 (iyirmi min) manat dəyərində qiymətləndirilən daşınmaz əmlakı İddiaçı bağışlamışdır. Samara Vilayəti VVAQ idarəsinin Samara şəhər dairəsinin Sovetskiy rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİ EP 837333 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah X7 şəhər Sovetskiy rayon məhkəməsinin 53 saylı məhkəmə sahəsinin sülh hakiminin 6 iyun 2024cü il tarixli qərarı əsasında pozulmuşdur və bu barədə 2024-cü il avqust ayının 15-ci günündə nikahın pozulması haqqında ********************2 saylı akt qeydi ilə tərtib olunmuşdur. Nikah pozulduqdan sonra arvada Hüseynova soyadı verilmişdir. Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, vətəndaş Cavabdeh tərəfindən İddiaçı ailə münasibətlərindən irəli gələn “birgə nikah dövründə əldə edilmiş əmlaka payın tanınması” tələbinə dair təklif göndərilmişdir. Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Üçtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Göygöl rayon Üçtəpə kəndində RX ******* nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəli, **********32-10301 reyestr nömrəli ünvanda yerləşən fərdi yaşayış evində (mənzil) xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh daimi pasport qeydiyyatındadır. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə anadan olmuş və Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin ediləbilməz. İlk növbədə qeyd olunmalıdır ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin evə münasibətdə istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. İşin halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh 2003-cü ildə el adəti üzrə evlənib nikahlarını 2006-cı ildə rəsmiləşdirmişlər. Tərəflər nikahda olduqları müddətdə iddiaçının keçmiş qayını Nümayəndə1 mülkiyyətində olan Göygöl rayon Üçtəpə kəndində 0.16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini 16 iyul 2014-cü il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən iddiaçıya bağışlamış və bağışlamada heç bir qeyd şərt göstərilməmişdir. Hazırda sözügedən Göygöl rayonunun Üçtəpə kəndində 0.16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 76.9 kv.m olan mübahisəli fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı müllkiyyətindədir. Tərəflərin izahatlarından da görünür ki, Cavabdeh Rusiya Federasiyası və Azərbaycan Respublikası vətəndaşı olmaqla daimi Rusiya Federasiyasında yaşamaqla ilin müəyyən vaxtlarında Azərbaycan Respublikasına gəlmiş, Göygöl rayon Üçtəpə kəndində yerləşən öz atasının evində və iddiaçıya məxsus evdə bir neçə gün qalıb sonra ölkəni tərk etmişdir. Sonradan ər-arvad arasında olan narazılıqlara görə onların ailə münasibətləri kəsilmiş və aralarında olan nikah 2024-cü il tarixdə Samara Vilayəti, Samara şəhər Sovetskiy Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Hazırda iddiaçı qeyd edilən fərdi yaşayış evində, cavabdeh isə Rusiya Federasiyasında yaşayır. İddiaçı Cavabdeh qarşı «evdən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Göygöl rayonunun Üçtəpə kəndində 0.16 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli olmaqla, ümumi sahəsi 76.9 kv.m olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında göstərmişdir ki, əgər bir halda ki, cavabdehlə nikahları pozulmaqla ayrı yaşayırlar, ər-arvad deyillər və mülkiyyətində olan evdə cavabdehə aid ev əşyaları yoxdur, özünə məxsus olan evdən cavabdehin istifadə hüququ itirilmiş hesab edilməklə pasport qeydiyyatından çıxarılmasına nail olsun. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh 2006-cı il tarixdə iddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə quraraq mübahisəli yaşayış sahəsinə müvəqqəti gəlib getmiş və həmin vaxt yaşayış sahəsinin mülkiyyətçisi cavabdehin qardaşı olmuş, cavabdehin ikili vətəndaşlığı olduğundan daimi olaraq isə Rusiya Federasiyasında yaşamışdır. Həmin yaşayış sahəsinə dair mülkiyyət hüququ 2014-cü il tarixdən bağışlama müqaviləsinə əsasən iddiaçının adına qeydə alınmışdır. Yaşayış sahəsinin mülkiyyət forması 2014-cü ildən dəyişdiyindən və tərəflər arasında münasibət 2006-cı ildə yaranması ilə bağlı mübahisə Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından Cavabdeh yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı münasibətdə nikahları pozulduğundan və ər-arvad olmamaqla hazırda onun ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, ona məxsus yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, cavabdeh ilə hazır ki, yaşayış sahəsinin mülkiyyətçisi arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamış, birgə nikah dövründə iddiaçıya qeyd edilən fərdi yaşayış evi əvəzsiz və heç bir şərt göstərilmədən bağışlanılmış, həmçinin cavabdeh yaşayış sahəsinin əvvəlki mülkiyyətçisinin ailə üzvü hesab edilməməklə onunla da heç bir müqavilə bağlanılmamışdır. Belə müqavilə bağlanılmadığına görə, cavabdehin yaşayış sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 158-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ ilə yanaşı göstərilənlər də əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məsələyə Plenumun qeyd olunan mövqeyindən yanaşdıqda məlum olur ki, iddiaçı ilə cavabdehin arasında olan nikahları pozulduqdan sonra onların ər-arvad münasibətlərinin mövcud olması, mübahisəli mənzildə birgə yaşamaları və cavabdehin fərdi yaşayış evinə olan ehtiyacını mülkiyyətçinin evindən arabir istifadə etməklə qarşılamaq məcburiyyətində olması iş üzrə müəyyən edilmir. Yuxarıda sadalanan sübutlardan görünür ki, mübahisəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir, cavabdeh isə həmin evdə paport qeydiyyatında olsa da onun həmin evdən istifadə hüququna nikah pozulmaqla xitam verilmişdir. Bununla yanaşı cavabdehin mübahisəli mənzilə pasport qeydiyyatına alınması isə həmin mənzilə istifadə hüququnun yaranması üçün əsas vermir. Qeyd olunanlardan belə nəticə əldə olunur ki, Cavabdeh hazırda mübahisəli fərdi yaşayış evindən istifadə hüququ yoxdur. Mövcud olmayan hüququn itirilməsi də hüquqi baxımdan mümkünsüzdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarnda əks olunmuş mövqeyə görə“ İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).” Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı «evdən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı, iddiaçının mülkiyyətində olan Göygöl rayonunun Üçtəpə kəndində 0.16 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli olmaqla, ümumi sahəsi 76.9 kv.m olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməklə pasport qeydiyyatından çıxarılmasına nail olmaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarı ilə aşağıdakılar müəyyən edilmişdir; 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə belə hesab ki, iddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evdən istifadə hüququnun olmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində pasport qeydiyyatına alınması onun həmin fərdi yaşayış evinə istifadə hüququnun yaranması üçün əsas olmadığından, iddiaçının mülkiyyətində olan Göygöl rayonunun Üçtəpə kəndində 0.16 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli olmaqla, ümumi sahəsi 76.9 kv.m olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüququ yoxdur. Mövcud olmayan hüququn itirilməsi də hüquqi baxımdan mümkünsüz olduğundan iddia tələbi təmin edilməməli, həmçinin hazırki qətnamədə göstərilənlər Cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmasına əsas hesab olunmalıdır. Beləliklə, məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «evdən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «evdən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar