Məhkəmə qərarları › İş №2(066)-428/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-428/2024

03.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-428/2024 03.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X6 Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Cavabdeh2 Vaqif oğlu və Cavabdeh3 qarşı “alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi, mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Cavabdeh2 Vaqif oğlu və Cavabdeh3 qarşı alğı-satqı müqaviləsi faktının müəyyən edilməsi və çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Qarabulaq kəndində 5248,6 kvm həyətyanı torpaq sahəsində yerləşən 2/33-də evi yarımzirzəmi olmaqla 29,6 kvm, yaşayış mərtəbəsinin ümumi sahəsi 47,0 kvm., o cümlədən yaşayış sahəsi 47,0 kvm.,iki yaşayış otağı, açıq eyvan 80,9 kym.tövlə 30,4/16,7 kvm.dair alğı-satqı müqaviləsinin baş tutmuş müəyyən edilməsi və Göygöl rayonu, Qarabulaq kəndində 5248,6 kvm həyətyanı torpaq sahəsində yerləşən 2/33-də evi yarımzirzəmi olmaqla 29,6 kvm, yaşayış mərtəbəsinin ümumi sahəsi 47,0 kvm., o cümlədən yaşayış sahəsi 47,0 kvm., iki yaşayış otağı, açıq eyvan 80,9 kvm. tövlə 30,4/16,7 kvm-ya dair çıxarışın verilməsini Azərbaycan Respublikası Əmlak Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik Hüquqi şəxsinin 3saylı Gəncə Ərazi İdarəsinə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Babayev X4 Vahid (Vaqif) Həşim oğlunun, X2, Cavabdeh2 (Vaqif) oğlunun və Cavabdeh3 ümumi razılığı əsasında alğı-satqı yolu ilə notariat qaydada onlara məxsus olan Göygöl rayonu, Qarabulaq kəndində 5248,6 kvm həyətyanı torpaq sahəsində yerləşən 2/33-də evi yarımzirzəmi olmaqla 29,6 kvm., yaşayış mərtəbəsinin ümumi sahəsi 47,0 kvm., o cümlədən yaşayış sahəsi 47,0 kvm., iki yaşayış otağı, açıq eyvan 80,9 kvm.tövlə 30,4/16,7 kvm. 2004-cü ildə çıxarışla və texniki pasport ilə birlikdə və 2005-ci ildə Dövlət aktında qeyd olunan 3,0619 ha və 2.317 ha pay torpağı olan mülkləri almışdır. Həmin andan iddiaçı qeyd etdiyi mülkə sahiblik və idarə edir və torpaq vergisini ödəyir. İddiaçının oğlu ailəsi ilə birlikdə həmin ünvanda yaşayırlar və təsərrüfatla məşğul olurlar. Cavabdehlər pay torpağını iddiaçıya satılmasını inkar etməsinə baxmayaraq, pay torpağını ona satılmasını məhkəmə təsdiq etmiş və bu barədə məhkəmənin qüvvəyə minmiş qərarı vardır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1487/2023 nömrəli qərardadı ilə iddiаçı İddiaçı cavabdehlər Cavabdeh2 Vaqif oğlu, Cavabdeh3 və DƏDRXnin 3 saylı ərazi idarəsinə qarşı qarşı “müqavilənin bağlanmış hesab edilməsi və orqanın üzrərinə çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dаir mülki iş üzrə icraata xitam verilməsi və iddiaçıya “orqanın üzərinə çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbi ilə bağlı hissədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti qurumuna müraciət etməli, tələbinin təmin olunmasından imtina edildiyi və ya hərəkətsizlik göstərildiyi halda isə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət edə bilməsinin izah edilməsi qərara alınmışdır. İş üzrə İddiaçı Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)- 1487/2023 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-427/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 2(066)-1487/2023 saylı mülki iş üzrə 20 noyabr 2023-cü il tarixli qərardadının qismən, “iddianın “müqavilənin bağlanmış hesab edilməsi” hissəsində MPMnin 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir” hissəsində ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün işin Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-427/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli müşayiət məktubu ilə Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)- 1487/2023 nömrəli qərardadından İddiaçı verdiyi şikayət baxıldıqdan sonra mülki iş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Cavabdeh2 Vaqif oğlu və Cavabdeh3 qarşı alğı-satqı müqaviləsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə məhkəmə hazırlıq iclasında baxılması 03 may 2024-cü il tarixə, saat 14:30-a təyin edilmiş və bu barədə iş üzrə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşməsinə dair məhkəməyə ərizə verərək, onun Göygöl rayonu Qarabulaq kəndində yerləşən mülkün 5248,6 kvm həyətyanı torpaq sahəsinə dair Cavabdeh2 Vaqif oğlu və Cavabdeh3 ilə alğı-satqı müqaviləsi bağlanmış hesab edilsin” kimi qeyd edilməsi və onun Göygöl rayonu, Qarabulaq kəndində yerləşən mülkün 5248,6 kvm həyətyanı torpaq sahəsinə dair “mülkiyyət hüququ tanınsın” kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Xanlar (indiki Göygöl) rayonu Qarabulaq kəndində yerləşən 47.0 kvm.sahəsi olan 2 yaşayış otağından ibarət yaşayış evini Xanlar rayon Notariusunda bağlanmış xx.xx.2004-cü il tarixli 4Ə-1-184 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən verilmiş Qeydiyyat vəsiqəsi ilə onun mülkiyyətindədir. O mülkiyyətində olan həmin evin yerləşdiyi torpaq sahəsinin sənədləri olmadığı üçün alqı-satqı müqaviləsi bağlanan zaman müqavilədə göstərilməmişdir. Lakin cavabdehlər həmin torpaq sahəsini ona satmış və torpaq onun istifadəsindədir. Onun hazırki iddia tələbində hüquqi marağı mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsini mülkiyyətinə keçirməkdir. Onun tərəfindən əvvəllər məhkəmədə qaldırılmış iddia tələbində göstərilən Göygöl rayonu Qarabulaq kənd ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN- 052 F, KOD 50808028 0,75 ha və JN-052 G, KOD 50808028 tutmuş hesab edilməsi, 0,17 ha şəhadətnaməli torpaq sahələrinə dair əqdin baş tutmuş hesab edilməsinə dair iddiasında göstərilən torpaq sahəsi ilə onun evinin yerləşdiyi 5248,6 kvm həyətyanı torpaq sahəsi eyni torpaq sahəsidir. Hazırki iddia tələbini icraata qəbul edilərək baxılmasını, iddiasının təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iddia ərizəsini və ona əlavə edimiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-687/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiаçı İddiaçı Cavabdeh2 Vaqif oğlu və Cavabdeh3 qarşı “əqdin bağlanmış hesab edilməsi, şəhadətnamələrin ləğv edilməsi və torpaqların onun adına dövlət qeydiyyatına alınması” tələbinə dаir iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Göygöl rayonu Qarabulaq kənd ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-052 F, KOD 50808028 0,75 ha və JN-052 G, KOD 50808028 tutmuş hesab edilməsi, 0,17 ha şəhadətnaməli torpaq sahələrinə dair əqdin baş tutmuş hesab edilməsi, Göygöl rayonu Qarabulaq kənd ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-052 F, KOD 50808028 0,75 ha və JN-052 G, KOD 50808028 0,17 ha torpaq sahələrinə dair şəhadətnamələrin ləğv edilməsi, Göygöl rayonu Qarabulaq kənd ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair 0,75 ha və 0,17 ha torpaq sahələrinə dair bütövlüklə onun adına dövlət qeydiyyatına alınmasına dair və ödənilən dövlət rüsumunun cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(066)-687/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İş üzrə qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3551/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiаçı İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-687/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə İddiaçı vəkili X3 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4306/2020 nömrəli, xx.xx.2020ci il tarixli qərarı ilə iddiаçı İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3551/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli, 2(066)-924/2023 nömrəli qərardadının surətindən görünür ki, iddiаçı İddiaçı Cavabdeh2 Vaqif oğlu və Cavabdeh3 qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl (Xanlar) rayonu, Qarabulaq kəndi 2 (iki) yaşayış. Otaq sahəsi 47.0 kvm mənzildən ibarət olan yaşayış evi, 80,9 kv.m açıq eyvan, 30,4/16,7 kv.m tövlə və həyətyanı torpaq sahəsi 5248,6 kv.m ümumi torpaq sahəsi 7541,8 kv.m ibarət olan mülkə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli, 2(066)-924/2023 nömrəli qərardadı ilə iddiаçı İddiaçı Cavabdeh2 Vaqif oğlu və Cavabdeh3 qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dаir mülki iş üzrə icraata xitam verilmişdir. İşin məhkəmədə müəyyən edilmiş faktiki halı bundan ibarət olmuşdur ki, Xanlar (indiki Göygöl) rayonu Qarabulaq kəndində yerləşən 47.0 kvm.sahəsi olan 2 yaşayış otağından ibarət yaşayış evini Xanlar rayon Notariusunda bağlanmış xx.xx.2004-cü il tarixli 4Ə-1-184 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasında verilmiş Qeydiyyat vəsiqəsi əsasında İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o həmin evi alarkən onun yerləşdiyi torpaq sahəsini də satın almış, lakin torpağın sənədləri olmadığı üçün alqı-satqı müqaviləsində torpağın satılması göstərilməmişdir. İddiaçı tərəfindən əvvəllər məhkəmədə qaldırılmış iddia tələbində göstərilən Göygöl rayonu Qarabulaq kənd ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-052 F, KOD 50808028 0,75 ha və JN-052 G, KOD 50808028 tutmuş hesab edilməsi, 0,17 ha şəhadətnaməli torpaq sahələrinə dair əqdin baş tutmuş hesab edilməsinə dair iddiasında göstərilən torpaq sahəsi ilə ona məxsus evin yerləşdiyi 5248,6 kvm həyətyanı torpaq sahəsi ilə eyni torpaq sahəsidir. İddiaçı qeyd edilən torpaq sahəsini mülkiyyətinə keçirə bilməsi üçün əvvəllər məhkəməyə müraciət etmiş, lakin iddia tələbi təmin edilməmişdir. Buna baxmayaraq yenidən qeyd edilən torpaq sahəsi ilə bağlı iddia tələbi irəli sürmüşdür. İddiaçının dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında olan mübahisəyə artıq hüquqi qiymət verildiyindən və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcud olduğundan, bundan sonra tərəflərin aralarında dəyişiklik olmadığından eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Həmçinin məhkəmə qeyd edir ki, mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 2(066)- 1487/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qərardadının iddia tələbinin inzibati orqana yönələn hissəsi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-427/2024 nömrəli qərardadı ilə qüvvədə saxlanıldığından, təkrarən iddia tələbinin bu hissəsinə münasibət bildirilməməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Cavabdeh2 Vaqif oğlu və Cavabdeh3 qarşı ““alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi, mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar