Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-431/2024 16.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi, İddiaçı, cavabdeh X5 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı “Maddi ziyanın ödənilməsi tələbinə dair” barədə iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “Maddi ziyanın ödənilməsi tələbinə dair” məhkəmədə iddia qaldıraraq, Cavabdeh vurmuş olduğu maddi ziyana görə 3840 (üç min səkkiz yüz qırx) manat, ödənilmiş dövlət rüsumuna görə 120 (yüz iyirmi) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, o, Göygöl şəhərində yaşayır. Cavabdeh onunla qonşuluqda yaşayır. Cavabdeh 03 iyul 2023-cü il tarixdə saat 21:00 radələrində onu döyərək, ona az-ağır bədən xəsarətləri yetirmişdir. Bu əməlinə görə Cavabdeh Göygöl Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 1(066)-13/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh cinayət əməlinə görə ona maddi ziyan dəymişdir. Belə ki, o Cavabdeh onu döyməsinə görə onun burnu sınmış, tənəffüz pozğunluğu, burunun əhəmiyyətli dərəcədə deformasiyası baş vermişdir. Buna görə də o, X3 13 yanvar 2024-cü il tarixdə əməliyyat olunmuş və bu məqsədlə 3840 (üç min səkkiz yüz qırx) manat pul xərcləmişdir. Cavabdeh isə ona hər hansı bir köməklik etməmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi izahat verərək bildirdi ki, o, 03 iyul 2023-cü il tarixdə saat 21:00 radələrində İddiaçı döyməmiş, ona azağır bədən xəsarətləri yetirməmişdir. İddiaçı 13 yanvar 2024-cü il tarixdə öz gözəlliyi ümün əməliyyat olunmuşdur. Odur ki, o, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1979-cu il tarixdə Xanlar şəhərində anadan olmaqla, Göygöl şəhəri Sabir küçəsi ev 01-də yaşayır. Mülki işə əlavə edilmiş “X8”ın tibbi sənədlərindən və qəbzlərdən məlum olur ki, İddiaçı müayinə olunması ilə əlaqədar olaraq, “X8”na 340 manat pul ödəmişdir. Mülki işə əlavə edilmiş X1 tibbi sənədlərindən və qəbzlərdən məlum olur ki, İddiaçı 13 yanvar 2024-cü il tarixdə X2 burun tənəffüsünün çətinliyi, ciddi nəfəs darlığı,xarici xarici görkəmində olan kəskin deformasiyalar şikayətləri ilə daxil olmuş buna görə əməliyyat olunmuş və bu məqsədlə 3500 (üç min beş yüz) manat pul xərcləmişdir. Mülki işə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 1(066)-13/2023 saylı hökmündən məlum olur ki, Cavabdeh 03 iyul 3023-cü il tarixdə saat 21 radələrində aralarında baş vermiş mübahisə zamanı İddiaçı sifət nahiyyəsindən vuraraq ona burun tənəffüsünün pozğunluğu və əhəmiyyətli dərəcədə deformasiyası ilə müşayət edilən burun sümüklərinin iki hissədən (yerdəyişmə və izlənilən) sınığı, sol yanaq və alt çənə nahiyələrinin yumuşaq toxumalarının əzilməsi, sol yanaq nahiyəsinin selikli qişasının yarası, sil gözün travmadan sonrakı vəziyyəti, hər iki gözün alt qapaqlarının və üst dodağın dəri səthinin qancırları, üst dodağın selikli qişasının qansızması ilə müşayət edilən xəsarətlər yetirməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 120 (yüz iyirmi) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçılarının və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh 03 iyul 3023-cü il tarixdə saat 21 radələrində aralarında baş vermiş mübahisə zamanı İddiaçı sifət nahiyyəsindən vuraraq ona burun tənəffüsünün pozğunluğu və əhəmiyyətli dərəcədə deformasiyası ilə müşayət edilən burun sümüklərinin iki hissədən (yerdəyişmə və izlənilən) sınığı, sol yanaq və alt çənə nahiyələrinin yumuşaq toxumalarının əzilməsi, sol yanaq nahiyəsinin selikli qişasının yarası, sil gözün travmadan sonrakı vəziyyəti, hər iki gözün alt qapaqlarının və üst dodağın dəri səthinin qancırları, üst dodağın selikli qişasının qansızması ilə müşayət edilən xəsarətlər yetirmiş, bu əməlinə görə məhkum edilmişdir. İddiaçı isə həmin xəsarətlərə görə müfaviq tibbi əməliyyat edilmişdir. İddiaçı buna görə də 3840 (üç min səkkiz yüz qırx) manat məbləğində pul xərcləmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı 3840 (üç min səkkiz yüz qırx) manat zərər görməsi mötəbər sübutları ilə sübuta yetirildiyindən, o, həmin məbləğdə maddi ziyanın əvəzini tələb etməkdə haqlıdır. İddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına müvafiq olaraq hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Hazırki mülki iş üzrə cavabdehin iddiaçıya mənəvi ziyan vurması faktı təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-in 21.3-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Azərbaycan Respublikası MM-in 1096.2-ci maddəsinə müvafiq olaraq delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Konstitusiyanın 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. AR Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və s.) Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə qət etdi: İddiaçı cavabdeh X7 qarşı “Maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilsin. Cavabdeh X4 1100 (bir min bir yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 120 (yüz iyirmi) manat məbləğində pul cavabdeh X4 alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-431/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-431/2024
16.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver