Məhkəmə qərarları › İş №2(066)-432/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-432/2024

07.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-432/2024 07.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X2 Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Azərbaycan Respublikası İN yanında ƏMDX-nin DƏDKR-i publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 və Azərbaycan Respublikası İN yanında ƏMDX-nin DƏDKR-i publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlkəri Dövlət Xidməti Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94.7 rv.m olan yaşayış evinin Cavabdeh1 adıma qeydə alınmasına dair xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdi. Cavabdeh1 mülki işin baxılmamış saxlanılmasına və ərizənin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlkəri Dövlət Xidməti Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən onun razılığını almaq mümkün olmadığı kımı, iddiaçının iradəsi iddia ərizəsinin qaytarılması istiqamətində olduğundan, məhkəmə hesab edir ki, buna zərurət də mövcud deyildir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 və Azərbaycan Respublikası İN yanında ƏMDX-nin DƏDKR-i publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar