Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-432/2025 07.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Bağışlanma müqavilələrinin və bu müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakdakı payının müəyyən edilməsi və evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Bağışlanma müqavilələrinin və bu müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakdakı payının müəyyən edilməsi və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həyat yoldaşı X2 ilə birgə nikah dövründə əldə etdikləri Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən evlərinə dair həyat yoldaşı X2 ilə Cavabdeh2 arasında bağlanmış bağışlanma müqaviləsinin və həmin müqavilə əsasında cavabdeh Rufinin adına verilmiş çıxarışın ləğv edilməsi, həmçinin bu əmlaka dair cavabdehlərin arasında bağlanmış Bağışlama müqaviləsinin və bu müqavilə əsasında cavabdeh Asifin adına verilmiş çıxarışın ləğv edilməsi, birgə nikah dövründə əldə etdikləri bu mülkdəki 1/2 hissə payının və həyat yoldaşının hissəsinə dair vərəsəlik payının müəyyən edilməsi və bu evə köçürülməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəməyə ərizə göndərərək, iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddianın geri istənilməsi qəbul edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Bağışlanma müqavilələrinin və bu müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakdakı payının müəyyən edilməsi və evə köçürülmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-432/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-432/2025
07.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver