Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-452/2025 07.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Heydərova (Cəmilova) Ruhiyyə Musa qızına qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi və mənəvi ziyanın və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 ona vurduqları, yəni torpaq sahəsini zəbt etmələri səbəbindən çəkdiyi mənəvi istirablara və psixi sarsıntılarına görə 2000 min manat mənəvi ziyanın və torpaq sahəsini 10 il ərzində əkib becərdiklərinə görə əldə edəcəyi kənt təsərrüfatı məhsullarını əldə edə bilmədiyinə görə əldən çıxmış fayda olan hər ilə görə 1000 min manat olmaqla, cəmi 10.000 min manat əldə çıxmış fayda olan pulun və məhkəmlər üçün xərclədiyi 500 manat məhkəmə xərclərinin cavabdehlərdən alınaraq, ona ödənilməsi barədə və hazırkı məhkəmə üçün ödədiyi dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Aqrar İslahat Komisiyasmm 1997-ci il 31 oktyabr tarixli 15 saylı qərarı ilə ona 1,28 hektar kənt təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır və torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə onun mülkiyyətinə verilmişdir. Bir neçə il həmin torpaq sahəsindən qanunu əsaslarla mülkiyyətçi kimi istifadə etmiş və məhsul götürmüşdür. Lakin, 2003-ci il tarixdən onun xəbəri və məlumatı olmadan 1 il torpaq sahəsini əkməməyindən istifadə edən cavabdeh həmin torpaq sahəsini istifadə edərək, zəbt etmişdir və bu günkü günə qədər də onların zəbtində qalmaqda davam edir. Onların bu torpaq zəbti ilə əlaqədar olaraq, dəfələrlə cavabdehə və ailə üzvlərinə bildirmişdir ki, həmin torpaq sahəsini zəbtdən azad etsinlər və torpaq sahəsini özünə qaytarsınlar. Lakin, cavabdeh və ailə üzvləri torpaq sahəsini ona qaytarmaqdan imtina etmişlər. Torpaq sahəsindən istifadə etməklə yalnız özləri məhsul götürmüşlər və bu ötən illər ərzində və məhkəmə prosesləri gedən ərəfədə də cavabdehlər onun torpaq sahəsini qanunsuz və əsassız şəkildə zəbt edərək istifadə etmişlər, təsərrüfat işləri aparmışlar və hər ildə mövsümü olaraq, onun yerinə özləri məhsul götürmüşlər, götürülən məhsul da özləri üçün istifadə etmişlər. Ona məxsus olan 1,28 hektar sahədə olan kənt təsərüffatı torpaq sahəsini 11 il ərzində cavabdehlər istifadə etsələr də ona 1 manat da olsun götürdükləri məhsuldan ödəniş etməmişlər və nəticədə 11 il ərzində məhsul götürə bilmədiyimə görə əldə edəcəyi faydadan illər ərzində məhrum olmuş və nəticə etibarı ilə hər il ərzində götürə bilmədiyi məhsula görə ona cavabdehlər maddi ziyan vurmuşlar. Cavabdehlərin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin qaytarılması barədə nəhayət məhkəməyə müraciət etməli olmuş və məhkəmə qətnaməsi ilə torpaq sahəsinin ona qaytarılması və cavabdehlərin torpaq sahəsini zəbtdən azad etmələri müəyyən edilmişdir. Bununla hətta cavabdehlər kifayətlənməyərək, işə apellyasiya və Ali Məhkəməyə qədər uzatmışlar. Ali Məhkəmənin yekun məhkəmə qərarına əsasən iş onun xeyrinə qüvvədə qalmışdır və bununla da cavabdehlərin qanunsuz hərəkətləri birbaşa təsdiq olunmuşdur. Cavabdehlər təkcə onu əldən çıxmış fayda ilə maddi ziyana salmamışlar, həmdə işin rayon, apellyasiya və ali məhkəməsinə getməsinə görədə vaxtını almışlar, həm də ona məhkəmə xərcləri və dövlət rüsumları ilə əlaqədar olaraq, xeyli miqdarda maddi ziyan vurmuşlar. Onların vurduqları maddi ziyan yəni məhkəmə xərcləri ilə bağlı düşünür ki, 500 manatdan çoxdur. Ancaq əldə edəcəyi məhsulları götürə bilməyəcəyinə görə həmin məhsulları onlar əldə etdiyinə görə əldən çıxmış faydanı isə ən azı 10.000 min manat qiymətində dəyənləndirir. Belə ki, hər il həmin torpaq sahəsini əkib becərmiş olsaydı, ən azı 3-4 ton buğda və ya arpa dənli bitkisi əldə etmiş olardı ki, hazırkı bazar qiyməti ilə 1 kq buğdanın qiyməti 70 qəpikdir və 1 kq arpanın qiyməti isə 60 qəpikdir. Düşünür ki, hər il mövsümü olaraq, cavabdehlər həmin torpaq sahəsindən ən azı 1000-1500 manat məbləğində məhsul götürmüş olmuşlar və onların günahı ucbatından hər il 1000-1500 manat həcmində maddi ziyan görərək əldə edəcəyi məhsuldan məhrum olmuşdur. Ümumillikdə cavabdehlər torpaq sahəsini zəbt etməklə əldə çıxmış fayda ilə birlikdə ona 10.000 min manat maddi ziyanı vurmuşlar və indiyədək məhkəmə üçün gördüyü işlərlə bağlı 500 manat məhkəməyə xərclədiyi maddi ziyanı vurmuşlar və həmçinin bu illər ərzində mənəvi istirab çəkdirdiklərinə görə 2000 min manat mənəvi zərər görmüşdür. Bütün bu maddi və mənəvi ziyanlar cavabdehlər tərəfindən ödənilməlidir. Buna görə də məhkəmədə iddia qaldırmalı olmuşdur. Hesab edir ki, işə baxan məhkəmə ədalətli qaydada iddia tələbimi araşdıraraq iddiasının təmin edilməsi barədə hüquqi və qanuni əsası olan qətnamə qət etmiş olacaqdır. Bundan sonra İddiaçı iddia həcminin artırılması barədə ərizə təqdim edərək, iddia həcminin artırılmasının qəbul edilməsi iddia tələbindən əlavə olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ekspert rəyi verilməsi üçün, xx.xx.2025-ci il tarixli QXM/481-M saylı Qiymətləndirmə hesabatının xidmət haqqı olan tərəfindən ödənilmiş 300 (üç yüz) manat pulunda cavabdehlərdən tutulmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi və mənəvi ziyanın və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 ona vurduqları, yəni torpaq sahəsini zəbt etmələri səbəbindən çəkdiyi mənəvi istirablara və psixi sarsıntılarına görə 2000 min manat mənəvi ziyanın və torpaq sahəsini 10 il ərzində əkib becərdiklərinə görə əldə edəcəyi kənt təsərrüfatı məhsullarını əldə edə bilmədiyinə görə əldən çıxmış fayda olan hər ilə görə 1000 min manat olmaqla, cəmi 10.000 min manat əldə çıxmış fayda olan pulun və məhkəmlər üçün xərclədiyi 500 manat məhkəmə xərclərinin cavabdehlərdən alınaraq, ona ödənilməsi barədə və hazırkı məhkəmə üçün ödədiyi dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)- 452/2025 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə baxış iclası zamanı müstəqil qiymətləndirici təyin edilmiş və Ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertlərinə həvalə edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ekspert rəyi verilməsi üçün, xx.xx.2025-ci il tarixli QXM/481-M saylı Qiymətləndirmə hesabatının xidmət haqqı 300 (üç yüz) manat onun tərəfindən ödənilmiş və bu rəydə də öz əksini tapmışdır. Bu səbədən hazırda iddia həcminin artırılması zərurəti yaranmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-452/2025 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə baxış iclası zamanı müstəqil qiymətləndirici təyin edilmiş və bu hazırlıq mərhələsində müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ərizəsində göstərilənlərə uyğun izahat verərək göstərdi ki, 2004-cü ildə Ruhiyyə Cəmilovadan 1 ha 24 sot torpaq sahəsini həmin vaxtın qiymətinə uyğun olaraq nağd qaydada almış və aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsini 10 il müddətinə istifadə etmişdir. Torpaq sahəsi Ruhiyyənin adına olmuş və onunla 7 nəfərin iştirakı ilə öz aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. 2014-cü ildə torpaq sahəsini əkmək üçün getdikdə həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən əkilməsini görmüşdür. Bundan sonra Ruhiyyəni Murovdağ qəsəbəsində tapmış və vəziyyəti ondan soruşmuşdur. Həmin vaxt Ruhiyyənin qaynatası da sağ olmuşdur. Ruhiyyə müxtəlif bəhanələr gətirmiş və torpağı ucuz satmasını bildirib onunla razılaşmamışdır. Ruhiyyə onunla razılaşmadıqda o, məhkəməyə müraciət edəcəyini bildirmiş və bundan sonra məhkəməyə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinə və Gəncə İnzibati Məhkəməyə müraciət etmiş, hər iki məhkəmə onun xeyrinə qərar qəbul etmiş, Cavabdeh1 həmin qərarlardan şikayət etsə də Gəncə Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ilə qeyd olunan qərarlar qüvvədə saxlanılmışdır. Bundan sonra o həmin torpaq sahəsinə çıxarış almış, həmin torpaq sahəsi 2024-cü ilin payızından onun istifadəsindədir və həmin torpağa 2024-cü ildə buğda əkmiş və dövlətdən 146 manat subsidiya almışdır. Mənəvi zərərlə bağlı qeyd edir ki, onun kəntdə hörməti olmuş və həmin kəntdə 21 il direktor kimi işləmişdir. Bu hadisələrə görə xəstələnmiş, Bakıda tibb üniversitetinin nəzdində cərrahi xəstəliklər klinikasında və Göygöl rayon xəstəxanada müalicə almış, bu hadisələr onun səhətinə çox mənfi təsir etmişdir. O, torpaqdan qeyd etdiyi vaxtlarda istifadə etməməsi barədə əldən çıxmış fayda barədə statistika idarəsindən sənəd təqdim etmişdir. O həmin torpaqdan əkdiyi zaman ən azı 2 ton məhsul götürmüş və həmin məhsulun qiymətini ortalama 50 qəpik götürmüş və ona uyğun hesablama aparmışdır. Həmin torpaqda buğda əkmək üçün keçən il toxumluq məhsulu isə 60 qəpiyə almış və torpağa 220 kq toxum səpmişdir. İddiasında göstərdiyi 500 manat isə onun çəkdiyi vəkil xidmət haqqı, apellyasiya və inzibati məhkəmələr üçün çəkdiyi xərclərdir. Ona 10000 manatdan çox maddi və mənəvi ziyan dəymişdir. Əlavə olaraq bildirdi ki, torpaq sahəsini 2004-cü ildə almışdır. Həmin torpaqdan 2014-cü ilə kimi istifadə etmişdir. O, 1 ha 24 sot torpaq sahəsi almış, həmin torpaq sahəsinin 81 sotu əkin üçün uyğundur. Geri qalan hissəsi isə biçənəkdir. Biçənək yeri 46 sotdur. Torpağın 81 sotu əkin üçün, 46 sotu isə biçənək üçündür. Onun məhkəməyə təqdim etdiyi çıxarışlardan 81 sot olan əkin üçün, 34 sot olan isə biçənək üçündür. 2004-dən 2014-cü ilədək torpaqdan o istifadə etmiş daha sonra cavabdehlər torpağı onun əlindən almış, 10 il torpaqdan istifadə edə bilməmiş, bundan sonra isə birdə 2024-cü ilin payızında həmin torpaqdan istifadə etmişdir. Cavabdeh1 saxta çıxarış almış və kənd nümayəndəliyi tərəfindən verilmiş arayış verilərkən həmin çıxarış əsas götürürək torpaq sahəsindən 2004-dən 2019-a kimi onun istifadə etməsini göstərmişlər. Həmin torpaq sahəsindən götürülən məhsulun 10 sentinerə qədəri onun xərcini ödəmiş, geri qalan hissəsi isə onun qazancı olmuşdur. Çəkilmiş xərclərlə bağlı reyestr xidmətinə də çıxarış almaq üçün ödəniş etmişdir. X5 qəsəbəsində tapmış, həmin vaxt Ruhiyyənin qaynatası İman kişi də sağ olmuş və olanlar barədə Ruhiyyəyə dedikdə Ruhiyyə ona torpağı ucuz satmasını bildirmiş, o isə Ruhiyyəyə həmin vaxt qiymətin elə olmasını demişdir. O, Ruhiyyəyə ondan pul almasını və hiylə edib torpağı qardaşına bağışlamasını bildirmişdir. O, Cavabdeh1 torpaqdan çıxmasını və onun torpağından istifadə etməməsini deməmişdir. Cavabdeh2 torpaqdan çıxmalarını və torpaqdan istifadə etməməsi barədə 2014-cü ildə bildirmişdir. Həmin vaxtdan sonra Ruhiyyəni görməmişdir. Torpağın dövlət aktı onda olmuş və aralarında sülh ola biləcəyini düşündüyü üçün o, 2020-ci ildə məhkəməyə müraciət etmişdir. 2014-cü ilədək həmin torpaq sahəsinə görə subsidyanı o almışdır. 2019-cu ilədək subsidyanı o almamışdır. 2014-cü ildə Ruhiyyəyə torpaqla bağlı problem olması barədə bildirsə də gözləmiş və 2020-ci ildə məhkəməyə müraciət etmişdir. Bu məsələ ilə bağlı Cavabdeh1la heç bir danışığı olmamışdır. O, torpaq sahəsini 2004-cü ildə Cavabdeh2 almış və 7 nəfərin işitakı ilə topraq sahəsinin pulunu ödəmiş, bu haqqda akt tərtib edilmiş və həmin akt kənd nümayəndəsi tərəfindən təsdiqlənmişdir. Həmin torpaq sahəsindən 2014-cü ilədək istifadə etmiş, 2014-cü ildə isə torpaq sahəsinin əkilməsini görmüş və bu haqqda soruşduqda ona torpaq sahəsinin Cavabdeh1 tərəfindən əkilməsi bildirilmiş, bundan sonra o Cavabdeh2 Murovdağ qəsəbəsində tapmış və bu haqqda soruşduqda, Ruhiyyə müxtəlif bəhanələr gətirmiş və torpaq sahəsini ucuz qiymətə satmasını bildirmişdir. O isə Ruhiyyəyə 7 nəfərin iştirakı ilə imza atmasını bildirmişdir. Cavabdeh tərəflər dövlət aktını itirməsi barədə müraciət etmiş və əlavə dövlət aktı almışlar, bundan sonra isə Ruhiyyə həmin torpaq sahəsini qardaşı Asəfə bağışlamış, lakin bu halı məhkəmələr təsdiq etməmiş, Göygöl Rayon Məhkəməsinin və Gəncə İnzibati Məhkəməsinin qərarları onun xeyrinə qəbul edilmiş, Gəncə Apellyasiya və Ali Məhkəmənin qərarları ilə onun xeyrinə olan qərarlar qüvvədə saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin yekun qərarı ona çıxarış verilməsi barədə olmuş və həmin qərar icraya yönəldilmiş və o öz adına torpaq sahəsinə dair çıxarış almışdır. Keçən mövsümdə həmin torpaq sahəsini o özü əkmiş və bu ildə məhsulunu götürmüşdür. Bu hadisələrdən sonra xəstələnmiş və ürəyində problemlər yaranmışdır. Göygöl xəstəxanasında müayinə edilmiş və onu Gəncə şəhərinə mrt üçün göndərmişlər, Gəncə şəhərində mrt olunduqdan sonra Bakı şəhərinə getmiş və Bakıda tibb üniversitetinin nəzdində cərahi xəstəliklər klinikasında müalicə almışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, topraq sahəsi bacısı Ruhiyyənin olmuşdur. 2019-cu ildə bacısı ona Məhəmmədin onu bezdirməsini və torpaq sahəsini onun adına keçirməsini bildirmişdir. 2019-cu ilədək torpaq Ruhiyyənin adına olmuşdur. İnzibati məhkəmədə olarkən ona Göygöl Rayon Məhkəməsinə getməsi bildirilmişdir. Torpaq sahəsi Göygöl rayonu, Quşçu kəndindədir və Göygöl Rayon Məhkəməsinin əvvəlki hakimi saxta sənədlə həmin torpaq sahəsini Məhəmmədə vermiş və onun adına olan çıxarışı ləğv etmişdir. Həmin qərardan Apellyasiya şikayəti versə də qərar qüvvədə saxlanılmışdır. Bacısı Ruhiyyə torpaq sahəsini 2019-cu ildə ona notarial qaydada bağışlamış və bundan sonra o həmin torpaq sahələrinə çıxarış almışdır. O torpaq sahəsini cəmi bir il əkmişdir. Torpaq sahəsindən 2019-cu ildən 2024-cü ilədək istifadə etmişdir. O həmin dövürdə Məhəmmədi görməmiş və onunla heç bir söhbəti olmamış, torpaqla bağlı Məhəmmədlə görüşməmişdir. 2020-ci ildə Göygöl Rayon Məhkəməsinin hakimi Qələmdar müəllim iddiaçı Məhəmmədin xeyrinə qərar vermiş, lakin ona heç bir qərar verilməmişdir. 2019-cu ildə torpaq sahəsini adına keçirmiş və 5 il həmin torpaqdan istifadə etmişdir. 2024-cü ildə isə onun adına olan çıxarışı ləğv olunmuş və həmin vaxtdan torpaq sahəsindən iddiaçı istifadə etmiş, onun tərəfindən iddiaçıya qarşı heç bir qanuna zidd hərəkət edilməmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Heydərova (Cəmilova) Ruhiyyə Musa qızı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh Heydərova (Cəmilova) Ruhiyyə Musa qızı iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 2004-cü ildə qeyd olunan torpağı İddiaçı vermiş, həmin vaxt orada 7 nəfər olmamış, sadə ağ kağıza Məhəmmədin ona 125 şirvan verməsi onun isə pulu qəbul etməsi barədə imza çəkmişdir. Onun qaynatası və qaynanası qaçqın və şəhid ailəsi olduqlarından, onlara Murovdağ qəsəbəsində ev verilmiş və bu səbəbdən həmin qəsəbəyə köçmüşlər. Torpağı qalmaması üçün tanıdıqları və hörmət etdikləri İddiaçı əkməsi üçün vermişlər və Məhhəmməd Aslanov həmin torpağı 2004-cü ildən 2019-cu ilədək əkmişdir. 2015-2016-cı illərdə Məhəmməd onlara gəlmiş və ondan torpağı onun adına sənədləşdirməsini istəmiş, o isə Məhəmmədə həmin torpağa görə ona verdiyi pulu çıxarmasını və torpağı ona verə bilməyəcəyini bildirmişdir. Torpaq sahəsi onun olduğu üçün həmin torpağı 2019-cu ildə qardaşına pay etmişdir. Bundan sonra iddiaçı məhkəmədə onun iştirakı olmadan çıxarışları ləğv etdirmişdir. Həmin torpaq sahəsindən 2004-cü ildən 2019-cu ilədək İddiaçı istifadə etmişdir. Onun qardaşı olan digər Cavabdeh1 ilə aralarında bağışlama olmuş və torpaq sahəsindən 2019-cu ildən 2024-cü ilədək qardaşı Asəf istifadə etmişdir. 2019-cu ildə torpağı qardaşına pay etdikdən bir müddət sonra qardaşı Asəf ona zəng vuraraq İddiaçı məhkəmə yolu ilə çıxarışları ləğv etdirməsini bildirmişdir. O isə məhkəmədə iştirak etmədiyini bildirmiş, bundan sonra isə həmin qətnamələrdən şikayət versələr də qətnamə dəyişdirilməmişdir. Əlavə olaraq bildirdi ki, torpaq sahəsini 125 şirvana iddiaşı Məhəmmədə icarəyə vermiş, torpağı iddiaçıya satmamışdır. Məhəmməd torpaqdan 2019cu ilədək istifadə etmiş, 2019-cu ildə isə həmin torpağı qardaşına bağışlamışdır. Torpağın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamədən onun xəbəri olmamışdır. 2019-cu ildən sonra 2020, 2021, 2022 və 2023-cü illərdə torpağı qardaşı Asəf əkmişdir. Son məhkmədən sonra 2024-cü ildə Məhəmməd torpaqdan istifadə etmiş, həmin vaxta kimi isə Məhəmməd onlara torpaqdan çıxması barədə heç nə deməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehlərin ifadələrini dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nin Qarabulaq kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-47-22/3-2/85 saylı arayışdan görünür ki, İddiaçı Göygöl rayonu, Quşçu kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarına əlavə edilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1948-ci ildə Ermənsitan, Vardenis rayonunda andan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş «Torpağa mülkiyyət hüququna dair» JN-0079, KOD 50808038 saylı Dövlət aktından görünür ki, Xanlar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarı ilə X1 təsərrüfatı məhsulları istehsalı üçün 1.28 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********08 reyestr nömrəli (********** qeydiyyat nömrəli), xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Göygöl rayonu, Quşçu kəndində yerləşən 0.4634 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********3 reyestr nömrəli (********** qeydiyyat nömrəli), xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən Göygöl rayonu, Quşçu kəndində yerləşən 0.8156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2024-cü il qeydiyyat tarixli, reyestr nömrəsi **********75 olan Çıxarışdan görünür ki, Göygöl rayonu, Quşçu kəndində yerləşən 0.3466 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2024-cü il qeydiyyat tarixli, reyestr nömrəsi **********74 olan Çıxarışdan görünür ki, Göygöl rayonu, Quşçu kəndi ərazisində yerləşən 0.8155 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-421/2020 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Göygöl rayonunun, Quşçu kəndində yerləşən Xanlar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 31 oktyabr tarixli 15 saylı qərarı ilə X4 verilmiş 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 2004-cü ildə X8 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Göygöl rayonunun, Quşçu kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması, Göygöl rayon Dövlət Notariat Kontorunun xx.xx.2019-cu il tarixli 4Ə-38 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv edilməsi, iddianın Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli **********08 və 5**********3 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi hissəsində baxılması rayon məhkəməsinə aid olmadığına görə təmin edilməməsi, İddiaçı iddianın həmin hissəsinə baxılması üçün X10 Məhkəməsinə müraciət etməli olmasının izah edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-848/2023 saylı qərardadından görünür ki, cavabdeh Heydərova (Cəmilova) Ruhiyyə Musa qızının Göygöl Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(066)-421/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə aktlarının elektron bazasından əldə edilməklə iş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1557/2023 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(066)-421/2020 nömrəli qətnaməsi qismən – Göygöl rayon Dövlət Notariat Kontorunun xx.xx.2019-cu il tarixli 4Ə-38 reyestr nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddianın təmin edilməsi, X8 ilə Cavabdeh1 arasında Göygöl rayon Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-38 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Qətnamə qalan - Göygöl rayonunun Quşçu kəndində yerləşən Xanlar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 31 oktyabr tarixli 15 saylı qərarı ilə X4 verilmiş 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 2004-cü ildə X8 ilə İddiaçı arasında alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi və Göygöl rayonunun Quşçu kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması hissələrində dəyişdirilmədən saxlanması qət edilmişdir. Məhkəmə aktlarının elektron bazasından əldə edilməklə iş materiallarına əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2591/2022 saylı qərarından görünür ki, iddia təmin edilmiş, Cavabdeh1 adına aparılmış **********08 və 5**********3 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli qeydiyyatların ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximəti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Məhkəmə aktlarının elektron bazasından əldə edilməklə iş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(104)-24/2024 saylı qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2591/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nin Qarabulaq kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-47-22/3-2/34 saylı arayışdan görünür ki, Dövlət tərəfindən verilmiş Torpağa Mülkiyyət hüququna dair JN: 0079, KOD 50808038 saylı Dövlət Aktında göstərilən 1.28 ha torpaq sahəsi 2019-cu ildən 2024-cü ilə kimi Cavabdeh1 istifadəsində olmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nin Qarabulaq kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-47-22/3-2/35 saylı arayışdan görünür ki, Dövlət tərəfindən verilmiş Torpağa Mülkiyyət hüququna dair JN: 0079, KOD 50808038 saylı Dövlət Aktında göstərilən 1.28 ha torpaq sahəsi 2004-cü ildən 2019-cu ilə kimi İddiaçı istifadəsində olmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Statistika İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 2014-2024-cü illər ərzində Göygöl rayonunda buğdanın orta məhsuldarlığı: 2014-cü il - 17,1; 2015-ci il – 29,1; 2016-cı il – 25,3; 2017-ci il - 24,8; 2018-ci il - 26,3; 2019-cu il - 26,5; 2020-ci il - 24,1; 2021-ci il – 31,8; 2022-ci il – 31,1; 2023-cü il – 15,2; 2024-cü il – 29,0; arpanın orta məhsuldarlığı: 2014-cü il - 16,1; 2015-ci il – 27,0; 2016-cı il – 21,1; 2017-ci il - 20,2; 2018-ci il - 24,5; 2019-cu il - 24,8; 2020-ci il - 27,5; 2021-ci il – 29,9; 2022-ci il – 29,9; 2023-cü il – 18,4; 2024-cü il – 27,9 kimi olmuşdur. İş materiallarına əlavə edilmiş X14 İnkişaf Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-22-3-25/2-21/2025 saylı məktubdan və məktuba əlavə edilmiş məlumatdan görünür ki, 2019-cu ilə qədər subsidiyaların verilməsi Kənd Ərazi Komissiyaları tərəfindən təşkil olunmuşdur. X14 İnkişaf Mərkəzi tərəfindən 2019-2020-ci il mövsümündən başlayaraq fermerlərə becərdikləri kənd təsərrüfatı məhsullarına X9 İnformasiya Sistemində qeydiyyata alındıqdan sonra dövlət vəsaiti hesabına ödənilən subsidiyaların fermer kartları vasitəsilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ödənilməsinə başlanılmışdır. Məktubunuzda göstərilən PX seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli **********8 qeydiyyat nömrəli çıxarışla 2019-2020-ci məhsul ilindən 2023-2024-cü məhsul ilinə qədər 0.8156 ha torpaq sahəsində buğda əkilməsi barədə Cavabdeh1 adına Quşçu kəndi ərazisində əkin bəyanı qeydə alınmışdır. xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla 0.8155 ha torpaq sahəsində 2024-2025-ci il mövsümündə İddiaçı adına Quşçu kəndi ərazisində buğda əkini bəyan edilmişdir. JN 0079 Kodu 50808038 xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla 0.3466 ha torpaq sahəsinin 2019-2025-ci illər ərzində əkin bəyanı yoxdur. X15 üzrə 1.29 ha torpaq sahəsinə və PX seriyalı ******* nömrəli xx.xx.2019- cu il tarixli **********3 qeydiyyat nömrəli çıxarışla 0.4634 ha torpaq sahəsinə 2019-cu ildən 2025-ci ilə qədər EKTİS-də heç bir əkin bəyanı aparılmamışdır. Əlavə olaraq bildiririk ki, subsidiya əmsalına uyğun olaraq 2019- 2020-ci il mövsümündə buğda əkinin 1 hektarına 200 manat, 2020-2021-ci, 2021-2022-ci il mövsümündə 210 manat, 2022-2023-cü və 2023-2024-cü əkin mövsümlərində 220 manat, 2024-2025-ci əkin məvsümündə isə 230 manat müəyyən edilmişdir. Göygöl rayonunun dəmyə əkinlər aparılan ərazilərində dənli bitkilərin əkilib becərilməsinə təxminən 1 hektara çəkilən xərc orta hesabla əvvəlki illərdə 200-250 manatdan başlayaraq 2025-ci ilə qədər 350-400 manat arasında dəyişmişdir. Mövsüm vaxtı 1 kq buğdanın təxminən orta bazar qiyməti isə 2014-cü ildə 0.20-0.22 manat, 2024-cü ildə isə orta bazar qiyməti - 0.30-0.35 manat aralığında dəyişmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, QXM/481-M saylı qiymətləndirmə hesabatından görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2024-cü il qeydiyyat tarixli, reyestr nömrəsi **********74 olan Çıxarışla qeydə alınmış Göygöl rayonu, Quşçu kəndi ərazisində yerləşən 0,8155 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 2014-cü ildən 2024-cü ilədək olan dövr ərzində hər illər üzrə torpaqdan təyinatı üzrə istifadə edilməməsi nəticəsində Əkin və becərmə əməliyyatları xərcləri çıxıldıqdan sonra İllik mənfət aşağıdakı kimidir: 2014-cü il üzrə 700 manat; 2015-ci il üzrə 740 manat; 2016-cı il üzrə 755 manat; 2017-ci il üzrə 836 manat; 2018-ci il üzrə 845 manat; 2019-cu il üzrə 780 manat; 2020-ci il üzrə 780 manat; 2021-ci il üzrə 810 manat; 2022-ci il üzrə 870 manat; 2023-cü il üzrə 700 manat; 2024-cü il üzrə 945 manat. Həmçinin İddiaçı xüsusi mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Zidməti Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2024-cü il qeydiyyat tarixli, reyestr nömrəsi **********75 olan Çıxarışla qeydə alınmış Göygöl rayonu, Quşçu kəndində yerləşən 0,3466 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 2014-cü ildən 2024-cü ilədək olan dövr ərzində hər illər üzrə torpaqdan təyinatı üzrə istifadə edilməməsi nəticəsində Əkin və becərmə əməliyyatları xərcləri çıxıldıqdan sonra İllik mənfət aşağıdakı kimidir: 2014-cü il üzrə 0 manat; 2015-ci il üzrə 200 manat; 2016-cı il üzrə 296 manat; 2017-ci il üzrə 310 manat; 2018-ci il üzrə 357 manat; 2019-cu il üzrə 337 manat; 2020-ci il üzrə 380 manat; 2021-ci il üzrə 355 manat; 2022-ci il üzrə 346 manat; 2023-cü il üzrə 318 manat; 2024-cü il üzrə 295 manat. İddiaçı xüsusi mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Zidməti Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2024-cü il qeydiyyat tarixli, reyestr nömrəsi **********75 olan Çıxarışla qeydə alınmış Göygöl rayonu, Quşçu kəndində yerləşən 0,3466 ha və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2024-cü il qeydiyyat tarixli, reyestr nömrəsi **********74 olan Çıxarışla qeydə alınmış Göygöl rayonu, Quşçu kəndi ərazisində yerləşən 0,8155 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 2014-cü ildən 2024-cü ilədək olan dövr ərzində hər illər üzrə ayrı-ayrılıqda torpaqdan təyinatı üzrə istifadə edilməməsi nəticəsində əldən çıxmış faydanın və vurulmuş zərərin məbləği: 11 955 (on bir min doqquz yüz əlli beş) manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin məcəllənin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin, qanunla və ya müqavilədə daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları bundan ibarətdir ki, İddiaçı 2004-cü ildə Göygöl rayonu, Quşçu kəndində yerləşən «Torpağa mülkiyyət hüququna dair» JN-0079, KOD 50808038 saylı Dövlət aktına əsasən Xanlar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarı ilə X1 təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1.28 ha torpaq sahəsini qarşılıqlı razılaşma əsasında satın almış, lakin torpaq sahəsini öz adına rəsmiləşdirmədən həmin torpaq sahəsindən 2019-cu ilədək istifadə etmiş, 2019-cu ildə cavabdeh Heydərova (Cəmilova) Ruhiyyə Musa qızı qeyd olunan torpaq sahəsini bağışlama müqaviləsi əsasında qardaşı olan digər Cavabdeh1 hədiyyə etmiş və nəticədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********08 reyestr nömrəli (********** qeydiyyat nömrəli), xx.xx.2019cu il qeydiyyat tarixli çıxarışla Göygöl rayonu, Quşçu kəndində yerləşən 0.4634 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, həmçinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********3 reyestr nömrəli (********** qeydiyyat nömrəli), xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən Göygöl rayonu, Quşçu kəndində yerləşən 0.8156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi 2019-cu il tarixdə Cavabdeh1 istifadəsində olmaqla onun tərəfindən əkilmiş və torpaq sahəsini əkilməsini görən İddiaçı yalnız Cavabdeh2 (Cəmilova) müraciət etmiş, lakin Cavabdeh2 (Cəmilova) müxtəlif bəhanələr gətirərək iddiaçı ilə razılaşmamış və nəticədə İddiaçı Cavabdeh2 (Cəmilova) ilə aralarında torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair Göygöl Rayon Məhkəməsinə müraciət etmiş və Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-421/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Göygöl rayonunun, Quşçu kəndində yerləşən Xanlar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 31 oktyabr tarixli 15 saylı qərarı ilə X4 verilmiş 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 2004-cü ildə X8 ilə onun arasında bağlanmış alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi, Göygöl rayonunun, Quşçu kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması, Göygöl rayon Dövlət Notariat Kontorunun xx.xx.2019-cu il tarixli 4Ə-38 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv edilməsi, iddianın Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli **********08 və 5**********3 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi hissəsində baxılması rayon məhkəməsinə aid olmadığına görə təmin edilməməsi, İddiaçı iddianın həmin hissəsinə baxılması üçün X10 Məhkəməsinə müraciət etməli olmasının izah edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1557/2023 saylı qətnaməsi ilə qeyd olunan qətnamədən Cavabdeh2 (Cəmilova) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(066)-421/2020 nömrəli qətnaməsi qismən – Göygöl rayon Dövlət Notariat Kontorunun xx.xx.2019-cu il tarixli 4Ə-38 reyestr nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddianın təmin edilməsi, X8 ilə Cavabdeh1 arasında Göygöl rayon Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-38 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Qətnamə qalan - Göygöl rayonunun Quşçu kəndində yerləşən Xanlar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 31 oktyabr tarixli 15 saylı qərarı ilə X4 verilmiş 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 2004-cü ildə X8 ilə İddiaçı arasında alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi və Göygöl rayonunun Quşçu kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması hissələrində dəyişdirilmədən saxlanması qət edilmişdir. X11 Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2591/2022 saylı qərarı ilə Cavabdeh1 adına aparılmış **********08 və 5**********3 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli qeydiyyatların ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximəti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-24/2024 saylı qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2591/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2024-cü il qeydiyyat tarixli, reyestr nömrəsi **********75 olan Çıxarışla Göygöl rayonu, Quşçu kəndində yerləşən 0.3466 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2024-cü il qeydiyyat tarixli, reyestr nömrəsi **********74 olan Çıxarışla Göygöl rayonu, Quşçu kəndi ərazisində yerləşən 0.8155 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmış və torpaq sahəsi yenidən 2024-cü ilin payızında iddiaçının istifadəsinə verilmiş və qeyd olunan torpaq sahəsinə İddiaçı tərəfindən buğda əkilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi və mənəvi ziyanın və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 ona vurduqları, yəni torpaq sahəsini zəbt etmələri səbəbindən çəkdiyi mənəvi istirablara və psixi sarsıntılarına görə 2000 min manat mənəvi ziyanın və torpaq sahəsini 10 il ərzində əkib becərdiklərinə görə əldə edəcəyi kənt təsərrüfatı məhsullarını əldə edə bilmədiyinə görə əldən çıxmış fayda olan hər ilə görə 1000 min manat olmaqla, cəmi 10.000 min manat əldə çıxmış fayda olan pulun və məhkəmlər üçün xərclədiyi 500 manat məhkəmə xərclərinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə və hazırkı məhkəmə üçün ödədiyi dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı iddia həcminin artırılması barədə ərizə təqdim edərək, iddia həcminin artırılmasının qəbul edilməsi iddia tələbindən əlavə olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ekspert rəyi verilməsi üçün, xx.xx.2025-ci il tarixli QXM/481-M saylı Qiymətləndirmə hesabatının xidmət haqqı olan tərəfindən ödənilmiş 300 (üç yüz) manat pulunda cavabdehlərdən tutulmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, QXM/481-M saylı qiymətləndirmə hesabatına əsasən İddiaçı xüsusi mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Zidməti Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2024-cü il qeydiyyat tarixli, reyestr nömrəsi **********75 olan Çıxarışla qeydə alınmış Göygöl rayonu, Quşçu kəndində yerləşən 0,3466 ha və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2024-cü il qeydiyyat tarixli, reyestr nömrəsi **********74 olan Çıxarışla qeydə alınmış Göygöl rayonu, Quşçu kəndi ərazisində yerləşən 0,8155 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 2014-cü ildən 2024-cü ilədək olan dövr ərzində hər illər üzrə ayrı-ayrılıqda torpaqdan təyinatı üzrə istifadə edilməməsi nəticəsində əldən çıxmış faydanın və vurulmuş zərərin məbləği: 11955 (on bir min doqquz yüz əlli beş) manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdehlər isə iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, iddianın vurulmuş maddi zərərin əldən çıxmış fayda ilə bağlı hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən qeyd olunan torpaq sahəsindən 2004-cü ildən 2014-cü ilədək istifadə etməsini, 2014-cü ildən isə torpaq sahəsindən istifadə edə bilməməsini və 2014-cü ildən torpaq sahəsindən istifadə edə bilmədiyi üçün 10.000 manat əldə çıxmış faydanı tələb etməsinə baxmayaraq, göstərilən məbləğdə maddi ziyan dəyməsini, göstərilən müddətdə torpaq sahəsindən istifadə etməməsi və torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində ona dəymiş maddi və mənəvi zərərin hər iki cavabdehin təqsiri ucbatından yaranmasına dair iddiaçı heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, məhkəmə iddiaçının torpaq sahəsindən 2014-cü ildən 2024-cü ilədək istifadə edə bilməməsi, 2014-cü ildə Ruhiyyəyə torpaqla bağlı problem olması barədə bildirsə də, torpağın dövlət aktının onda olması və aralarında sülh ola biləcəyini düşündüyü üçün 2020-ci ildə məhkəməyə müraciət etməsi ilə bağlı dəlilləri ilə razılaşmır və göstərilənlərlə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nin Qarabulaq kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlarla, X14 İnkişaf Mərkəzi tərəfindən verilmiş məktub və məktuba əlavə edilmiş məlumat, həmçinin cavabdehlərin izahatları ilə müəyyən edilmişdir ki, Torpağa Mülkiyyət hüququna dair JN: 0079, KOD 50808038 saylı Dövlət Aktında göstərilən 1.28 ha torpaq sahəsi 2004-cü ildən 2019-cu ilə kimi İddiaçı; 2019-cu ildən 2024-cü ilə kimi isə Cavabdeh1 istifadəsində olması müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh2 (Cəmilova) hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Belə ki, İddiaçı məhkəmə iclasında verdiyi izahatında torpaq sahəsinin əkilməsi və onun sahibliyinə qatarılması barədə Cavabdeh2 (Cəmilova) bildirməsini, bu məsələ ilə bağlı Cavabdeh1la heç bir danışığının olmamasını; Cavabdeh1 torpağı ona bağışlandıqdan sonra istifadə etməsini və adına tərtib edilmiş sənədlər ləğv edildikdən sonra torpaqdan istifadə etməməsini bildirmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı 2019-cu ildən 2024-cü ilədək olan beş il ərzində torpağı ona satan şəxs Cavabdeh2(Cəmilova) hərəkətləri nəticəsində məhrum olmuş və torpaqdan istifadə edəbilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya əldən çıxmış fayda qismində vurulmuş maddi zərərin həcmi 2019-cu ildən 2024-cü ilədək olan dövür ərzində vurulmuşdur və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, QXM/481-M saylı qiymətləndirmə hesabatında göstərilən məbləğlərə uyğun zərər məbləği müəyyən edilməli, İddiaçı xüsusi mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2024-cü il qeydiyyat tarixli, reyestr nömrəsi **********74 olan Çıxarışla qeydə alınmış Göygöl rayonu, Quşçu kəndi ərazisində yerləşən 0,8155 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2019-cu ildən 2024-cü ilədək lan dövr ərzində hər illər üzrə torpaqdan təyinatı üzrə istifadə edilməməsi nəticəsində Əkin və becərmə əməliyyatları xərcləri çıxıldıqdan sonra İllik mənfət cəmi 3940 manat (illər üzrə 780+780+810+870+700=3940) məbləğində əsas götürülməli, həmçinin İddiaçı xüsusi mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Zidməti Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2024-cü il qeydiyyat tarixli, reyestr nömrəsi **********75 olan Çıxarışla qeydə alınmış Göygöl rayonu, Quşçu kəndində yerləşən 0,3466 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2019-cu ildən 2024-cü ilədək dövr ərzində hər illər üzrə torpaqdan təyinatı üzrə istifadə edilməməsi nəticəsində Əkin və becərmə əməliyyatları xərcləri çıxıldıqdan sonra İllik mənfət cəmi 1736 manat (illər üzrə 337+380+355+346+318=1736) məbləğində əsas götürülməli və ümumilikdə 5676 (beş min altı yüz yetmiş altı) manat əldən çıxmış fayda cavabdeh Heydərova (Cəmilova) Ruhiyyə Musa qızından iddiaçının xeyrinə tutulmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsanhüquqlarının və X6 haqqında” konvensiyanın müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində müəyyən edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Yenə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 8-cü bəndində məhkəmlərə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə hesab edir ki, iddianın mənəvi zərərə dair hissəsi qismən təmin edilməlidir. Belə ki, mənəvi zərər şəxsin əmlak və ya şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. "Konstitusiya Məhkəməsinin adıçəkilən qərarında qeyd olunur ki, mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir". Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır: "Konstitusiya Məhkəməsinin məlum qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Konstitusiya ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmalı və hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır". İşin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh2 (Cəmilovanın) təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçı satın aldığı torpaq sahəsindən uzun müddət istifadə edə bilməmiş, maddi qazancından məhrum olunmaqla gündəlik həyat tərzindən uzaqlaşaraq uzun illər məhkəmələrə və dövlət orqanlarına müraciət etmək məcburiyyətində qalmış və nəticədə əsəb və sarsıntı keçirmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Həmçinin iddiaçıya vurulmuş zərərin aradan qaldırılması ilə bağlı bu müddət ərzində cavabdeh tərəfindən hər hansı bir addım atılmamışdır. Baxılan işdə məhkəmənin yuxarıdakı hüquqi mövqeyinə görə Cavabdeh2 (Cəmilovanın) hüquqazidd hərəkətləri nəticəsində iddiaçının mənəvi əzab və sarsıntı keçirməsi şübhəsizdir. Bu səbəbdən də məhkəmə iddiaçının mənəvi sarsıntı keçirməsi barədə dəlillərini əsaslı sayır və hesab edir ki, ona həqiqətən mənəvi zərər dəymişdir. Lakin, məhkəmə pozuntunun xarakterini və ağırlıq dərəcəsini, cavabdehin yaşını, maddi və sosial vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, cavabdeh Heydərova (Cəmilova) Ruhiyyə Musa qızından mənəvi zərərə görə 500 (beş yüz) manat pulun tutulmasını ağlabatan, ədalətli və qanuni sayır. İddia tələbinin məhkəmlər üçün xərclədiyi 500 manat məhkəmə xərclərinin cavabdehlərdən alınıb ona verilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin ona vurduğu ziyan nəticəsində 500 manat məhkəmə xərcləri qeyd etsə də, buna dair məhkəməyə hər hansı bir mötəbər sübutu təqdim etməmişdir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iş üzrə iddiaçının 127.50 (bir yüz iyirmi yeddi manat, əlli qəpik) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 81.76 (səksən bir manat yetmiş altı qəpik) manat dövlət rüsumu cavabdeh Heydərova (Cəmilova) Ruhiyyə Musa qızından tutulub iddiaçıya verilməli, məhkəmə xərcinin 45,74 (qırx beş manat, yetmiş dörd qəpik) manat hissəsi iddiaçının özünə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının pozulduğu müəyyən olunduğundan və iş üzrə keçirilmiş xx.xx.2025-ci il tarixli QXM/481-M saylı Qiymətləndirmə hesabatının xidmət haqqı olan iddiaçı tərəfindən ödənilmiş 300 (üç yüz) manat cavabdeh Heydərova (Cəmilova) Ruhiyyə Musa qızından tutularaq İddiaçı ödənilməsi məqsədə müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Heydərova (Cəmilova) Ruhiyyə Musa qızından 5676 (beş min altı yüz yetmiş altı) manat maddi zərər, 500 (beş yüz) mənəvi zərər, 81.76 (səksən bir manat yetmiş altı qəpik) manat dövlət rüsumu və 300 (üç yüz) manat qiymətləndirmə xidmət xərci olmaqla ümumilikdə 6557,76 (altı min beş yüz əlli yeddi manat yetmiş altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-452/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-452/2025
07.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver