Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-454/2024 15.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Məmmədov Mübariz İsfəndiyar оğlunun sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qаrşı “akt əsasında hesablanmış borc məbləğinin silinməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qаrşı “akt əsasında hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən 21 noyabr 2023-cü il tarixli akt əsasında qanunsuz **********00041 nömrəli abunə koduna hesablanmış 700 (yeddi yüz) manat məbləğində borcun azaldılaraq 30 (otuz) manat məbləğində saxlanmasını və 09 yanvar 2024-cü il tarixli 318316 nömrəli akt üzrə hesablanmış 400 (dörd yüz) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə izahatında göstərdi ki, İddiaçı Göygöl rayonu, Qızılca kəndində yaşayır. İddiaçı elektirik enerjisini sayğac vasitəsi ilə əldə edir və kənd təsərrüfatı ilə məşğul olur. İstifadə etdiyi elektrik enerjisini vaxtlı-vaxtında ödəyən abonentdir. 21 noyabr 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları kənd ərazisində yoxlama işləri aparmışlar. Onun xəbəri olmadan guya "xxxx" ASC-nin əməkdaşları onun yaşadığı evin həyətinə basxış keçirmişlər və sayğacdan kənar elektrik xətti müəyyən etmişlər. Ancaq həmin akt hal şahidlərinin iştirakı olmadan tərtib edilməsinə görə saxtadır. Həmin akta əsasən o, 700 manat cərimə edilmişdir. Həmçinin "xxxx" ASC-nin əməkdaşları 09 yanvar 2024-cü il tarixdə kənd ərazisində yoxlama işləri aparmışlar. Onlar yenə də əsassız olaraq sayğacdan kənar elektrik xəttinin müəyyən edilməsi barədə 09 yanvar 2024-cü il tarixli 318316 nömrəli akt tərtib etmişlər. Hazırda "Azərişıq” ASC-nin əməkdaşları iddiaçıdan həmin borcun ödənilməsini tələb edirlər, əks halda elektrik enerjisinin verilişini dayandıracaqlarını bildirirlər. O, isə həmin borcun qanunsuz olaraq hesablandığını və borcun silinməsini tələb edir. Lakin tələbın heç bir nəticəsı olmadığına və qanunsuzluq formasında dəfələrlə iddiaçının evinə elektrik verilişinin dayandırlmasını tələb etmişlər və elektrik enerjisi verilişi dayandırılmışdır. Bu səbəblərə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək qeyd etdi ki, 21 noyabr 2023-cü il tarixdə və 09 yanvar 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərfindən aparılan yoxlama zamanı elektrik sayğacından kənar xətt olduğuna görə istehlakçıya itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmış, bu zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi əsassız olmasına görə rədd edilməlidir. Mülki işə əlavə edilmiş Azərişıq ASC-nin 21 noyabr 2023-cü il tarixli, aktının surətindən görünür ki, yoxlama zamanı abonent sayğacdan kənar X1 etmişdir. Mülki işə əlavə edilmiş Azərişıq ASC-nin 09 yanvar 2024-cü il tarixli 318316 nömrəli akt aktının surətindən görünür ki, yoxlama zamanı abonent sayğacdan kənar X1 etmişdir. Mülki işə əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş "xxxx" surətindən məlum olur ki, Azərişıq ASC-nin abunə haqqında saldosundan görünür ki, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı 928,83 manat borc hesablanmışdır. "xxxx" ASC-nin “Qərb” RETSİ-nin AKT komissiyasının sədrinin xx.xx.2024-cü il tarixli icra vərəqinin surətindən görünür ki, fərdi abonent Əsgər Əsgərova 109 yanvar 2024-cü il tarixli 318316 nömrəli akt üzrə 780, 89 manat dəyərində borc yazılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Göygöl rayonu, Kəmərli kəndində yaşayır. İddiaçı elektirik enerjisini sayğac vasitəsi ilə əldə edir və kənd təsərrüfatı ilə məşğul olur. 21 noyabr 2023-cü il tarixdə və 24 yanvar 2024-cü il tarixdə İddiaçı sayğacdan kənar X1 etməklə elektrik qaynaq aparatı ilə metallları qaynaq etmişdir. "xxxx" ASC-nin əməkdaşları bunu aşkar edərək, 21 noyabr 2023-cü il tarixli və 24 yanvar 2024cü il tarixli 318316 nömrəl akt tərtib etmişlər. Həmin akt əsasında "xxxx" ASC-nin “Qərb” RETSİ-nin mütəxəssisləri tərəfindən Əsgər Əsgərova 780, 89 manat borc hesablanmışdır. Güründüyü kimi İddiaçı 21 noyabr 2023-cü il tarixdə və 24 yanvar 2024-cü il tarixdə sayğacdan kənar X1 etməklə elektrik qaynaq aparatı ilə metallları qaynaq etmişdir. Bu halı məhkəmə iclasında İddiaçı tərəfindən etiraf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi əsassız olmasına görə təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “X1 qaydalarının” 7.6-cı bəndinə görə, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. Qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin “Qaydaların” 7.9-cu bəndinə görə, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. “X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 8.2-ci bəndinin tələbinə görə, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır (Qaydaların 8.15-ci bəndi). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа Avropа İnsаn Hаqlаrı Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. MPM-nin 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsаsən və MPM-nin 216-220, 227, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏTETDİ: İddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qаrşı “akt əsasında hesablanmış borc məbləğinin silinməsi” tələbinə dаir iddiası əsassız olmasına görə təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(066)-454/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-454/2024
15.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver