Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-465/2024 31.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənirzadə İlham İbadət oğlunun katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayaon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən sayğacsız elektrik enerjisindən istifadəyə görə tətbiq edilmiş 1489,05 manat cərimənin silinməsinə dair dair qətnamə çıxarasınız. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh təşkilatın nümayəndələri tərəfindən 17 yanvar 2024-cü il tarixdə yaşadıqları evin həyətində quraşdırılmış sayğaca baxış keçirərək tərtib etdikləri həmin tarixli aktda göstərmişlər ki, reyd zamanı abonent sayğacdan kənar əlavə xətt vasitəsi ilə işlədiciləri birbaşa şəbəkəyə qoşub istifadə etmişdir. Həmçinin qeyd etmişlər ki, istifadə olunan kənar xəttə əl çatmadığı üçün yükü ölçmək mümkün olmamışdır. (Xəttin en kəsiyinin S-2x10 mm) Həmin aktla abonent kimi ona 1489,05 manat cərimə tətbiq edilmişdir. Əslində qeyd olunanlar işin hallarına uyğun devildir. Belə ki, düzdür o, sayğacdan kənar elektrik enerjisindən istifadə etmiş, amma aktda göstərildiyi kimi dirəklərlə ötürülən ümumi xəttə yox, sayğaca gələn xəttdən istifadə etmişdir. Təbiidir ki, bu da əlçatandır. Sayğaca gələn xəttdən ancaq həyətlərinin perimetri boyunca, yəni 40 metr uzunluğunda sahəni işıqlandırmaq üçün istifadə etmişlər. Bundan ötrü 8 ədəd ağ ekonom lampadan istifadə olunmuşdur. Bu da hardasa, 2023-cü ilin 23 noyabrından akt tərtib olunan günə, yəni xx.xx.2024-cü il tarixə kimi davam etmişdir. Aydındır ki, 1 ay 24 gün müddətdə qeyd edilən 8 ədəd ağ ekonom lampa 1489,05 manat dəyərində elektrik enerjisi işlədə bilməz. Bildirir ki, o sayğaca girməyən xəttdən özbaşına istifadə etməmişdir. Bu Göygöl rayon Elektrik Şəbəkəsinin işçilərindən aktı tərtib etmiş Rasim Salmanovun və Əziz Rzayevin təklifi ilə edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə X4 nəzarətçiləri Rasim Salmanov və Əziz Rzayev elektrik sayğacı həyətdə quraşdırıldığından bildirmişlər ki, ona sayğacdan kənar əlavə xətt vermək mümkündür, tez-tez kəndə gəlib-getmək onlar üçün çətinlik yaradır, maşına, benzinə görə əlavə xərc çəkirlər, onlara hörmət etsə, ona sayğacdan kənar xətt versinlər. Bu səbəbdən də 23 noyabr 2023-cü il tarixdə Rasim Salmanovun özünə 70 manat pul vermişdir. Əziz Rzayevin kartına isə xx.xx.2023-cü il tarixdə 20 manat, 10.01,2024-cü il tarixdə də 20 manat köçürmüşdür. Əgər cavabdeh təşkilatın vəzifəli şəxsləri, yəni nəzarətçiləri qeyd edilən təşəbbüsdə olmasaydılar, o heç vaxt qeyd edilən qaydada həyətlərinin ətrafının işaqlandırılması üçün istifadə etməzdi. Onu da bildirir ki, yaşadıqları Çaykənd kəndində, eləcə də onlarda elektrik enerjisinin sərfiyyatı smart kartla ödənilir. Onların evdə olan işlədicilərə görə istifadə etdikləri enerjiyə görə kartla ödəniş etmişlər. Qeyd edilən müddətdə də, yəni xx.xx.2023-cü il tarixdən 17.01,2024-cü il tarixə kimi olan müddətdə də elektrik enerjisinə görə cmart kartla ödəniş olunmuşdur. X5 əməkdaşlarının tərtib etdikləri akt həqiqətə uyğun deyildir, qeyd edilən qısa bir müddətdə göstərilən 1489,05 manat enerji sərfiyyat ola bilməz. Sayğacdan kənar istifadə edilmiş enerjidən küçənin işıqlandırılması üçün istifadə edildiyindən hesab edir ki, X4 əməkdaşlarının tərtib etdikləri aktda göstəriən 1489,05 manat məbləğində cərimə cavabdeh təşkilatın əməkdaşlarının özlərinin təşəbüsü ilə olduğundan və küçənin işıqlandırılması üçün istifadə edildiyindən silinməlidir. Məhkəmə baxışı zamanı belə bir hal da aydınlaşdırılmalıdır ki, xx.xx.2024-cü il tarixdə evdə heç kəs olmadığı və həyət darvazası arxadan bağlı olduğu halda onlar həyətə necə girmişlər. Çünki həyət darvazası olduqca hündürdür, darvaza da arxadan xüsusi ötürücü ilə bağlanır ki, onu da özündən başqa heç kəs bağlayıb aça bilməz. İddiaçı əvvəlki məhkəmə iclası zamanı iddiasını müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, sayğaca gələn xəttdən ancaq həyətlərinin perimetri boyunca, yəni 40 metr uzunluğunda sahəni işıqlandırmaq üçün istifadə etmişlər. Bundan ötrü 8 ədəd ağ ekonom lampadan istifadə olunmuşdur. Bu da hardasa, 2023-cü ilin 23 noyabrından akt tərtib olunan günə, yəni xx.xx.2024-cü il tarixə kimi davam etmişdir. Yaşadıqları ev mərhum anası X2 adına olduğundan qeyd olunan aktda da onun adı yazılmışdır. Ev vərəsəlik qaydasında onun adına keçmədiyindən abonent (istehlakçı) kimi mərhum anasının adı yazılmışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı təmsil etdiyi hüquqi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, akt qanunvericiliyin tələbinə uyğun tərtib olunmuş, hesablama düzgün aparılmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə gedən elektrik xəttinə və sayğaca baxış keçirilmiş, iddiaçı olan abonentin kənar xəttdən istifadə etməsi aşkar edilmiş və vurulmuş ziyan olaraq 1488.48 manat hesabat aparılmışdır. Həmçinin iddiaçı özü iddia ərizəsinin məzmununda və məhkəmə iclası zamanı kənar xəttdən istifadə etməsini etiraf etmişdir. Odur ki, göstərdikləri halları nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, 327048 nömrəli aktdan görünür ki, həmin tarixdə Göygöl rayonu, Çaykənd kəndində yerləşən abonent X3 məxsus ünvanda elektrik sayğacına baxış keçirilərkən kənar xəttdən istifadə etdiyi müəyyən edilmiş, və istifadə olunan kənar xəttə əl çatmadığı üçün yükü ölçmək mümkün olmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli akt əsasında tərtib edilmiş icra vərəqində göstərilən hesabatdan görünür ki, W=4,0kvt x 24 saat x 0.7 x 180 gün=12096 kvt.s, W1=1200 kvt.s x 0,08 manat; W2=600 kvt.s x 0,09 manat; W3=10296 kvt.s x 0,13 manat olaraq hesabat aparılmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı yaşadığı Göygöl rayonu, Çaykənd kəndində olan evinə quraşdırılmış elektrik sayğacına və elektrik xəttinə Azərişıq ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş, bu zaman kənar xətti aşkar edilmiş, bu barədə akt tərtib edilərək 1488.48 manat hesabat aparılmışdır. Məhkəmə iddiaçının dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı məhkəmə iclası zamanı sayğacdan əlavə kənar xətdən istifadə etməsini etiraf etmiş, Azərişıq ASCnin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə baxış keçirilən zaman kənar xətt aşkar edilmiş, həmçinin iddiaçı özü tələbinin əsaslı olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının: 8.17-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qərarın 7.17.-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinin hesablaşma uçotunun sxeminin dəyişdiril-məsi, həmçinin uçot cihazlarını qidalandıran ölçü transformatorlarının yerlərinin dəyişdirilməsi və əvəz olunması müvafiq olaraq elektrik enerjisinin alqı-satqı münasibətlərində olan tərəfin rəsmi razılığı ilə yerinə yetirilə bilər. 7.18. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qərarın 8.17-1-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 9.1-ci maddəsinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.3-ci maddəsinə əsasən Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün istehlakçı, o cümlədən subabonent aşağıdakıları yerinə yetirməlidir: 9.3.1-ci maddəsinə əsasən ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə; 9.3.2-ci maddəsinə əsasən qəza zamanı enerjisistemdə yük çıxarıldıqda məsul yükləri ayıraraq ehtiyatlandırılmış xarici təchizat elektrik xətlərinə qoşmaqla texnoloji və qəza bronlarının tələbatını təmin etmək üçün elektrik təchizatı sxemini təkmilləşdirməyə; 9.3.3-ci maddəsinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən rele mühafizələrinə, avtomat və qoruyucu qurğulara qoyulmuş işləmə hədlərinə (ustavka) riayət etməyə, ehtiyatın avtomatik qoşulması qurğularının quraşdırılmasını enerjitəchizatı müəssisəsilə razılaşdırmağa, onlarda müəyyən olunmuş müddətlərdə profilaktik sınaq və sazlama işlərini aparmağa; 9.3.4-ci maddəsinə əsasən enerjitəchizatı müəssisəsinin və X1 Agentliyinin tələbinə əsasən istehlakçının elektrik qurğularının işi ilə müəyyənləşdirilən elektrik enerjisinin keyfiyyətinə fasiləsiz, vaxtaşırı və epizodik nəzarət etməyə, balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa; 9.3.5-ci maddəsinə əsasən “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun olaraq, elektrik enerjisi istehlakının texniki-nəzarət uçotunu təşkil və istismar etməyə; 9.3.6-ci maddəsinə əsasən elektrik qurğularına xidmət üçün ixtisaslı elektrotexniki heyətlə təmin etməyə, elektrik qurğularına xidmət edən heyəti öyrətməyə, təlimatlandırmağa və onları avadanlıqlaşdırılmış iş yeri ilə, mühafizə vasitələri ilə, alətlərlə, lazımi materiallarla və təlimatlarla təmin etməyə; 9.3.7-ci maddəsinə əsasən qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə; 9.3.8-ci maddəsinə əsasən elektrik enerjisi istehlakı rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaət ilə istifadəsinə, elektrik təsərrüfatının texniki vəziyyətinə və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsitələri əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə; 9.3.9-ci maddəsinə əsasən elektrik enerjisindən səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarının və digər texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin rəsmi tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə. Həmçinin müəyyən olunur ki, Göygöl rayonu, Çaykənd kəndində yerləşən abonent Meyvə Yusibovaya məxsus ünvanda elektrik sayğacına baxış keçirilərkən kənar xəttdən istifadə etdiyi müəyyən edilmiş, hesabat aparılmaqla elektirik enejisindən istifadəyə görə 1488.48 manat borc hesablanmış və borc hesablanarkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının tələblərinə riayət olunmuşdur. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi özlüyündə əsassız olduğu üçün, iddia müddətinin tətbiq edilməsinə zərurət qalmamışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(066)-465/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-465/2024
31.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver