Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-488/2025 03.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və nümayəndəsi (atası) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1080 (bir min səksən) manat pul tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh tanıyır. Cavabdeh onların kəndinə gələrək daima olaraq stol-stul satırdı. Bundan başqa sosial şəbəkədə mebelləri reklam edirdi. Onlar reklamlara baxaraq bəyəndikləri haqda cavabdehə bildirmişlər. Cavabdeh onların yaşadığı evə gələrək, evin mətbəxini ölçmüşdür. Daha sonra quraşdıracağı mətbəx mebelini 1080 (bir min səksən) manata razılaşmışlar. Cavabdeh Eşən Həsənov mebel materialının pulunu almaq üçün əvvəlcədən 1080 manat lazım olmasını onlara bildirmişdir. O, şəxsi bank kartından cavabdehə məxsus bank kartına bir dəfə 500 (beş yüz) manat, ikinci dəfə 500 (beş yüz) manat daha sonra isə 80 (səksən) manat olmaqla, cəmi 1080 manat pul göndərmişdir. O, şifahi müqaviləyə əsasən Cavabdeh hesabına 1080 manat göndərmişdir. Cavabdeh 1080 manat pulu mülkiyyətinə keçirmişdir. O öhdəlikdən irəli gələn vəzifəsini yerinə yetirmişdir. Lakin, Cavabdeh şifahi müqavilədən irəli gələn öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə onun evinə gedərək, mətbəx mebelini quraşdırmasını və ya 1080 manat pulun qaytarılmasını tələb etmişdir. Lakin, cavabdeh müxtəlif bəhanələrlə müqavilədən irəli gələn öhdəliyi yerinə yetirməmişdir. O məcbur qalaraq, Göygöl rayon Polis Şöbəsinə müraciət etmiş və məhkəməyə müraciət olunması məsləhət edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib bildirdi ki, Cavabdeh əvvəlcə sotol-stul dəsti almış və Elşən gətirib qapılarında quraşdırdıqdan sonra pulunu vermişdir. Sonradan həmin şəxsin sosial şəbəkəsində mətbəx mebellərinin endirimdə olması barədə paylaşımını görmüşdür. Sonra onunla danışaraq mətbəx mebeli üçün gəlib ölçü götürməsini istəmişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində onlar gəlib mətbəx mebeli üçün ölçü götürmüşlər. Ölçü etdikdən sonra cavabdeh pulun yarı hissəsini göndərməsini istəmişdir. O, bir dəfə 500 (beş yüz) manat, ikinci dəfə 500 (beş yüz) manat daha sonra isə 80 (səksən) manat olmaqla, cəmi 1080 manat cavabdehə pul göndərmişdir. Cavabdeh ona “aspirator” və “moyka” hədiyyə olunacağını ona bildirmiş, cavabdeh daha sonra onlara mətbəx üçün divan stol-stul almalarını o isə isdəmədiklərini, yalnız mətbəx mebelini gətirib quraşdırmasını istəmişdir. Cavabdeh əvvəl mebeli 2022-ci ilin avqust ayının 15-nə söz vermiş, sonra avqust ayının 30-na sonra sentyabr axırına, sonra isə oktyabr ayının axırına gətirəcəyini demişdir. Həmin vaxtdan hazıradək onun mebelini gətirməmişdir. Dəfələrlə cavabdehin evlərinə getmişdir. Cavabdehin atası şəkər xəstəsidir, atası onlara cavabdehin dəfələrlə belə etməsini, ona görə torpağını satmasını evində olan qızılları satmasını bildirmişdir. 2023-cü ildə cavabdehi tapmışlar. Cavabdeh onlara başqa mebel göstərmişdir. Daha sonra onlara seçdikləri rəngdən qalmamasını dediyindən onlar başqa rəng seçmişlər. Cavabdeh onlara 2023-cü ilin fevral ayının 15-nə kimi mebeli gətirəcəyini bildirsə də yenə gətirməmişdir. O, Goranboy Rayon Polis Şöbəsinə müraciət etmiş ona həmin ərazi üzrə Göygöl Rayon Polis Şöbəsinə müraciət etməsini bildirmişlər. O, Göygöl Rayon Polis Şöbəsinə müraciət etmişdir. İddia tələbinin təmin edilməsini və cavabdehə ödədiyi 1080 (bir min səksən) manat məbləğində pulunun alınmasını xahiş edir. Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi (atası) Nümayəndə bildirdi ki, cavabdehin dəfələrlə onları aldatmasını, onun barəsində polis şöbəsinə müraciət etmələrini, cavabdehə əvvəllər ondan şikayıət etmək istəməmələrini pulu hissə-hissə olmaqla ödəməsini istəsədə o pulu ödəməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, 5315 99** **** 8192 nömrəli kartdan 5243 75** **** 1170 nömrəli kart hesabına 500 manat, 500 manat və 80 manat olmaqla cəmi 1080 (bir min səksən) manat məbləğində pul köçürülmüşdür. İşdə olan Goranboy RİHB Düzqışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Xəlilova X2 rayonunun Düzqışlaq kəndində qeydiyyatda olmaqla yaşayır. İşdə olan Cavabdeh tərəfindən Göygöl Rayon Polis Şöbəsinə verilmiş xx.xx.2024cü il tarixli izahatın surətindən görünür ki, Cavabdeh 2022-ci ilin avqust ayında Goranboy rayon sakini İddiaçı mebel almaq üçün 1080 manat pul almasını etiraf etmişdir. Beləliklə, məhkəmə baxışında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən, iddiaçı cavabdehdə 1080 (bir min səksən) manat pul vermiş və bu pulun müqabilində cavabdeh iddiaçıya mətbəx mebeli gətirməsini öhdəsinə götürmüşdür. Lakin hazırki vaxtadək cavabdeh öhdəliyə əməl etməmişdir. İddiaçı cavabdehdən öhdələyini icra etmədiyi üçün ona verdiyi pulun geri ödənilməsini tələb etsə də, Cavabdeh könüllü olaraq iddiaçıdan aldığı pulu geri qaytarmaqdan imtina edir. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər arasında mətbəx mebelinin alqı-satqısına dair şifahi razılığa gəlinmiş, cavabdeh iddiaçı ilə olan şifahi razılaşmanın şərtlərinə əməl etməyək mətbəx mebelini verməmiş və iddiaçıdan aldığı 1080 manat pulu qaytarmamışdır. Bununla da cavabdeh iddiaçıdan hər hansı qanuni və ya müqavilə əsası olmadan 1080 (bir min səksən) manat məbləğində pul alaraq onun hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 1080 (bir min səksən) manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı olduğuna görə dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün iddia predmetinin dəyəri olan 30.80 (otuz manat səksən qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1080 (bir min səksən) manat pul məbləği tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30.80 (otuz manat, səksən qəpik) manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-488/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-488/2025
03.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver