Məhkəmə qərarları › İş №2(066)-506/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-506/2025

21.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-506/2025 21.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, cavabdehlər Cabbarova (Məmmədova) Rəqsanə Aydın qızının, Cavabdeh3 (Məmmədquliyeva Sədiyə) Rafiq qızının və Mehdiyeva (Məmmədquliyeva) Turanə Arzu qızının iştirakları ilə, İddiaçı cavabdehlər Verdiyeva (Məmmədova) Əfsanə Aydın qızına, Cabbarova (Məmmədova) Rəqsanə Aydın qızına, Cavabdeh3 (Məmmədquliyeva Sədiyə) Rafiq qızına, Mehdiyeva (Məmmədquliyeva) Turanə Arzu qızına və Quluyev (Məmmədquliyev) Tural Arzu oğluna qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin sənəd üzrə bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddia tələbinin dəlilləri; İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Məmmədquliyeva (Cavabdeh3) Sədiyə Rafiq qızına, Cavabdeh4 və Məmmədquliyev (Quluyev) Tural Arzu oğluna qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin sənəd üzrə bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə ümumi birgə mülkiyyətdə olan Göygöl rayonu Quşqara kəndində yerləşən (**********82 reyestr nömrəli) 1.1185 ha torpaq sahəsinin və (**********126 reyestr nömrəli) 0.984 ha torpaq sahəsinin onun payına münasibətdə sənəd üzrə ayrılıb ayrıca mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Göygöl rayonu Quşqara kəndində yerləşən 1.1185 ha (**********82 reyster nömrəli) torpaq sahəsi və 0.984 ha (**********126 reyster nömrəli) torpaq sahəsi mərhum anası X7, onun və cavabdehlər Cavabdeh1, X8, X1, X2 və X5 ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahələri üzərində sərəncam verə və ondan istədiyi kimi istifadə edə bilmir. Belə ki, torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğundan torpaq sahəsi əkilərsə və yaxud istifadə ediliərsə dövlət tərəfindən torpaq sahəsinin becərilməsi üçün ayrılan maddi yardım cavabdehlərin iştirakı olmadan alına bilməz. Həmçinin əgər torpaq sahəsi əkilərsə ortaqlıq qaydasında əkilməlidir və qazancdan onlarada pay verilməlidir. Onlarda həmin torpaq sahəsini əkib becərmək istəmirlər. Dəfələrlə cavabdehlər Cavabdeh1, X11, X3, X4 və X9 ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi və hər birinə ayrıca qaydada torpaq sahəsinin ayrılması barədə razılıq ərizələri verilməsini istəsədə onlar həmin razılıq ərizəsini verməkdən qəsdən yayınmışlar. Torpaq sahələrinin ümumi birgə mülkiyyətdə olması həmin torpaq sahəsindən istifadə etməsinə maneələr yaradır və torpaq sahəsi üzərində sərəncam vermək hüququ məhdudlaşır. Hazırda mübahisəli ümümi mülkiyyətdə olan kənd təsərrüfatlı torpaq sahələri tərəflərin payına uyğun olaraq naturada bölünməlidir. Cavabdehlərin təqsiri ucbatından ümumi mülkiyyətində olan 0.984 ha və 1.1185 ha Kənd təsərrüfatlı təyinatlı Torpaq sahələri naturada bölünmədiyindən öz payından sərbəst şəkildə istifadə edə bilmir. Buna görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh Cabbarova (Məmmədova) Rəqsanə Aydın qızı bildirdi ki, ümumi birgə mülkiyyətdə olan Göygöl rayonu Quşqara kəndində yerləşən 1.1185 ha və 0.984 ha torpaq sahələrindən iddiaçının payının ayrılmasına razıdır. Məhkəmədən iddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 (Məmmədquliyeva Sədiyə) Rafiq qızı bildirdi ki, ümumi birgə mülkiyyətdə olan Göygöl rayonu Quşqara kəndində yerləşən 1.1185 ha və 0.984 ha torpaq sahələrindən iddiaçının payının ayrılmasına razıdır. Məhkəmədən iddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Mehdiyeva (Məmmədquliyeva) Turanə Arzu qızı bildirdi ki, ümumi birgə mülkiyyətdə olan Göygöl rayonu Quşqara kəndində yerləşən 1.1185 ha və 0.984 ha torpaq sahələrindən iddiaçının payının ayrılmasına etiraz edir. Məhkəmədən iddianın təmin olunmamasını xahiş edir. İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmənin xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə baxışı iclasının onun və iddiaçının iştirakı olmadan keçirilib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin iştirakları olmadan məhkəmə baxışını mümkün hesab edir. Cavabdehlər Cavabdeh1 və Məmmədquliyev (Quluyev) Tural Arzu oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin 03 aprel 2025-ci il tarixli iclasında iştirak etmiş İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə bildirmişdir ki, iddiaçı maddi imkanı aşağı olduğu üçün sosial almaq üçün müraciət etmiş lakin, onun adına birgə mülkiyyətdə torpaq sahələri olduğu üçün imtina edilmişdir. Torpaq sahələri əkin yeri olsada yarasız yerdədir. Həmin yerdə su, işıq və qaz yoxdur. Tərəflərin arasında yaxınlıq olmadığından və birgə mülküyyətçilərdən biri Sədaqət Məmmədova vəfat etdiyindən torpaq sahələrinə dair pay bölgüsünü məhkəmədən kənar qaydada edə bilmirlər. Torpaq sahələrinə dair aralarında heç bir mübahisələri yoxdur. Torpaq sahələrinin hər hansı bir hissəsinin iddiaçıya verilməsinə iddiaçının heç bir etirazı yoxdur. İddiaçı yalnız sosial almaq üçün torpaq sahələrindən payının ayrılmasını istəyir. İddiaçının tələbi yalnız torpaq sahəsindən sənəd üzrə onun payının ayrılmasıdır. İşin halları İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə doğulmuş və Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarına əlavə edilmiş Х-ЖГ seriyalı, 360279 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə Göygöl (Xanlar) rayonu Quşqara kəndində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 1984-cü ilin noyabr ayının 06-cı günündə 45 nömrəli qeyd aparılmışdır. (atası X16, anası isə X12r). İş materiallarına əlavə edilmiş Göygöl rayon Quşqara kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 724286 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2015-ci ildə vəfat etmişdir, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin mart ayının 07-ci günündə 04 nömrəli qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********26 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhərində yerləşən 0,984 hektar torpaq sahəsi Cavabdeh1, X7, X8, İddiaçı, X1, X2 və X5 ümumi birgə mülkiyyətlərindədir və daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********82 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl rayonu Quşqara kəndində yerləşən 1,1185 hektar torpaq sahəsi Cavabdeh1, X7, X8, İddiaçı, X1, X2 və X5 ümumi birgə mülkiyyətlərindədir və daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2025-ci il tarixli, 10/3122 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Göygöl rayonu Quşqara kəndində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli 1.1185 ha torpaq sahəsinin və Göygöl rayonu Quşqara kəndində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********6 reyestr nömrəli 0.984 ha torpaq sahəsindən iddiaçının 1/7 payına düşən sahələrin ayrılması (bölünməsi) mümkündür. Bunun üçün, iddiaçının payına düşən Göygöl rayonu Quşqara kəndində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli 1.1185 ha torpaq sahəsindən 1598.0 m2 və Gəncə şəhərində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********6 reyestr nömrəli 1298.0 m2 torpaq sahəsi ayrılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1.-ci maddəsinə görə Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2-ci maddəsinə əsaən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiya Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X21 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982- ci il tarixli qərarı, X22rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışlardan görünür ki, Göygöl rayonu Quşqara kəndində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli 1.1185 ha torpaq sahəsi ümumi birgə Cavabdeh1, X7, X8, İddiaçı, X1, X2 və X5 adlarına daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin Gəncə şəhərində yerləşən xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli 0.984 ha torpaq sahəsi ümumi birgə Cavabdeh1, X7, X8, İddiaçı, X1, X2 və X5 adlarına daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahələrindən sənəd üzrə payının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən normaların məzmunundan belə nəticə hasil olur ki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyada öz payına uyğun hissəsində payının müəyyən edilməsini məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi, iş üzrə ekspertiza təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2025-ci il tarixli, 10/3122 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Göygöl rayonu Quşqara kəndində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli 1.1185 ha torpaq sahəsinin və Gəncə şəhərində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********6 reyestr nömrəli 0.984 ha torpaq sahəsindən iddiaçının 1/7 hissəsinə payı müəyyən edilir və sənəd üzərindən payına düşən sahələrin ayrılması (bölünməsi) mümkündür. Bunun üçün, iddiaçının payına düşən Göygöl rayonu Quşqara kəndində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli 1.1185 ha torpaq sahəsindən 1/7 hissəsinə 1598.0 m2 sahə üzərində və Gəncə şəhərində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********6 reyestr nömrəli 0.984 ha torpaq sasəsinin 1/7 hissəsinə 1298.0 m2 torpaq sahəsinin sənəd üzərində payı müəyyən ediliməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, ümumi birgə mülküyyətdə olan Göygöl rayonu Quşqara kəndində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli 1.1185 ha torpaq sahəsinin 1/7 (yeddidə bir) hissəsi (1598,0 m2) üzərində və Gəncə şəhərində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli 0.984 ha torpaq sahəsinin 1/7 (yeddidə bir) hissəsi (1298,0 m2) üzərində İddiaçı sənəd üzrə payı müəyyən edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X10 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Ümumi birgə mülküyyətdə olan Göygöl rayonu Quşqara kəndində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli 1.1185 ha torpaq sahəsinin 1/7 (yeddidə bir) hissəsi (1598,0 m2) üzərində və Gəncə şəhərində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli 0.984 ha torpaq sahəsinin 1/7 (yeddidə bir) hissəsi (1298,0 m2) üzərində İddiaçı sənəd üzrə payı müəyyən edilsin. İddiaçı 100 (bir yüz) manat ekspertiza tədqiqatlarının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X10 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar