Məhkəmə qərarları › İş №2(066)-514/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-514/2023

25.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-514/2023 25.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Göygöl şəhərində 25 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldırıb Cavabdeh məxsus olan 13 adda cehiz əşyalarının ona məxsus mülkdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə Göygöl rayon Murovdağ qəsəbəsində 1 otaqlı yaşayış evi tikərək orada yaşamışdır. Cavabdeh nəvəsi X1 həyat yoldaşı olub. Nəvəsi Qadir valideyinləri ilə Kəlbəcər rayonunun ərazisi işğal olunandan sonra Samux rayonu, Karayeri qəsəbəsində məskunlaşmış və orada böyüyüb boya başa çatmış, 2018-ci ildə cavabdehlə ailə həyatı qurmuşdur. Onlar ailə həyatı quranda iddiaçıya məxsus cehiz əşyaları Karayeri qəsəbəsinə cavabdehin valideyinlərinin evinə aparılıb və toyları olan vaxtda iddiaçı həmin evə gəlin köçüb. Onlar bir ilə yaxın orada yaşadıqdan sonra iddiaçının nəvəsi Qadir Göygöl rayonu Murovdağ qəsəbəsində qəbir daşları düzəldilən sexdə işə düzəlmiş, məsafə uzaq olduğu üçün iddiaçıdan xahiş etmişlər ki, Murovdağ qəsəbəsində 1 otaqlı evdə onun yanında yaşasınlar. İddiaçı razılıq vermiş və bir müddət onlar müvəqqəti olaraq onunla yaşamışlar. Sonradan aralarında baş vermiş narazılığa görə ayrıldılar və hər ikisi valideyinlərinin yanına qayıtdılar. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən nikahları ləğv edilmişdir. Bundan sonra cavabdeh Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq iddiaçıya məxsus evə köçürülməyini xahiş etmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilsə də, qeyd olunan qətnamədən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Göygöl Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rǝdd edilmişdir. Bundan sonra iddiaçı dəfələrlə cavabdehə cehiz əşyalarını çıxarmasını tələb etsə də, o, özünə məxsus əşyaları onun evindən çıxarmır. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahatında iddianı müdafiə etdiyini, evin bütün kommunal xərclərinin iddiaçının adına olmasını, cavabdehin iddiaçının evində yaşamamasını və onun özünə məxsus olan 13 adda olan cehiz əşyalarını iddiaçının evindən çıxarmamasını bildirdi və odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, oiş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, iş üzrə Göygöl Rayon Məhkəməsinin 03 sentyabr 2020ci il tarixli 2(066)-611/2020 saylı qətnaməsi qismən-iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh X3 faktiki istifadəsində və sahibliyində olan Göygöl rayonu, Murovdağ qəsəbəsində yerləşən heç kimin mülkiyyətində olmayan fərdi yaşayış sahəsinə köçürülməsi hissəsində ləğv eüdilmiş və iddia həmin hissədə də təmin edilməmişdir. İşdə olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Sİddiaçı xx xxxx 1937-ci ildə Kəlbəcər rayonunun A.Ayrım kəndində doğulmuş, Kəlbəcər şəhəri Q.Nəbi küçəsi ev 70 də qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 79.4-cü maddəsinə əsasən müvəqqəti sakinlər onlarla razılaşdırılmış müddət bitdikdən sonra, belə müddət razılaşdırılmadıqda isə kirayəçinin və ya onunla birlikdə yaşayan ailə üzvlərinin müvafiq tələbi irəli sürüldüyü gündən yeddi gün müddətində yaşayış sahəsini boşaltmağa borcludurlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Göygöl rayonunun Murovdağ qəsəbəsində yerləşən ev İddiaçı istifadəsində və sahibliyində olsa da, qeyd olunan evin üzərində mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Bununla belə iddiaçının öz mülkiyyətində olmayan evdən cavabdehin cehiz əşyalarının çıxarılmasını tələb etməsi əsassızdır. Odur ki, həmin iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdikləri sübutlar əsasında baxır və yalnız onlardan istifadə edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi göstərdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə təmin edilməməlidir. Məhkəmə göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-244 və 360-cı maddələrinə əsaslanaraq QƏTETDİ: İddiaçı cavabdeh Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən bir ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar