Məhkəmə qərarları › İş №2(066)-517/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-517/2023

11.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-517/2023 11.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlakın dəyərinin müəyyən edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlakın dəyərinin müəyyən edilməsi” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Göygöl Rayon Məkməsinin qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarixli, 2(066)-664/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh onun xeyrinə tutulmalı olan 4 predmetdən ibarət qonaq dəsti mebelinin, "İndezit" markalı soyuducunun, "Samsunq" markalı televizorun, qısa dalğalı elektrik sobasının, 12 ədəd xrustal stəkanın, 4 ədəd şirniyyat qabının, 2 ədəd meyvə qabının, 1 ədəd mərtəbəli qabın, 2 ədəd vazanın, 12 ədəd yastı rümkanın, 12 ədəd bakalın, 12 ədəd tort qabının, 6 ədəd qənd qabının, 18 ədəd nəlbəkinin, 6 ədəd rümkanın, 36 ədəd Rusiya Federasiyası istehsalı olan stəkanın, 6 ədəd mürəbbə qabının, 8 ədəd konfet qabının, 2 ədəd dəm çaynikinin, 3 ədəd gül qabının, 1 fincan dəstinin və 1 qab dəstinin dəyərinin yuxarıda göstərilən qiymətlərdə və cəmi 4582 manat dəyərində olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarixli, 2(066)-664/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh iddiaçının xeyrinə 1500 manat dəyərində inəyin, 2900 manat dəyərində zinət əşyalarının və qiyməti göstərilməmiş bir neçə məişət əşyasının tutulması qət edilmişdir. Qətnamənin inəyə və zinət əşyalarına dair hissəsi icra edilmiş, cavabdehdən iddiaçının xeyrinə 4400 manat tutulmuş, lakin qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə tutulmuş məişət əşyalarının qiyməti müəyyən edilmədiyindən qətnamənin həmin əşyalar üzrə icrası mümkün olmamışdır. Ona görə də iddiaçı bu iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göygöl Rayon Məhkəməsinin 2(066)-664/2019 nömrəli qətnaməsi üzrə qeyd edilən məişət əşyalarından olan 4 predmetdən ibarət qonaq dəsti mebelinin, "İndezit" markalı soyuducunun, "Samsung" markalı televizorun, qısa dalğalı elektrik sobasının, 12 ədəd xrustal stakanın, 4 ədəd şirniyyat qabının, 2 ədəd meyvə qabının, 1 ədəd mərtəbəli qabın, 2 ədəd vazanın, 12 ədəd yastı rümkanın, 12 ədəd bakalın, 12 ədəd tort qabının, 6 ədəd qənd qabının, 18 ədəd nəlbəkinin, 6 eded rumkanın, 36 ədəd Rusiya Federasiyası istehsalı olan stəkanın, 6 ədəd mürəbbə qabının, 8 ədəd konfet qabının, 2 ədəd dəm çaynikinin, 3 ədəd gül qabının, 1 fincan dəstinin və 1 qab dəstinin Cavabdeh tərəfindən ələ keçirildiyi üçün ondan tutulması qət edilmişdir. Həmin əşyaların qiyməti məhkəmə tərəfindən müəyyən edilməliyindən, özləri isə ya gizlədildiyindən, ya da başqa üsulla yoxa çıxarıldığından nə özlərinin nə də dəyərlərinin cavabdehdən alınması mümkün olmamışdır. Ona görə də yeni bir məhkəmə prosesi ilə həmin əşyaların qiymətlərinin müəyyn edilməsinə ehtiyac yaranmışdır. Yuxarıda sadalanan əşyaların qiyməti işə baxılan zaman aşağıdakı kimi olmuşdur: 4 predmetdən ibarət qonaq dəsti mebel 1400 manat, "İndezit" markalı soyuducu 1100 manat, Samsunq" markalı televizor 1200 manat, qısa dalğalı elektrik sobası 150 manat, 12 ədəd xrustal stəkan 90 manat, 4 ədəd şirniyyat qabı 40 manat, 2 ədəd meyvə qabı 24 manat, 1 ədəd mərtəbəli qab 28 manat, 6 ədəd qənd qabı 24 manat, 12 ədəd bakal 60 manat, 12 ədəd tort qabı 48 manat, 6 ədəd qənd qabı 42 manat, 18 ədəd nəlbəki 54 manat, 6 ǝded rumka 30 manat, 36 ədəd Rusiya Federasıyası istehsalı olan stəkan 108 manat, 6 ədəd mürəbbə qabı 30 manat, 8 ədəd konfet qabı 56 manat, 2 ədəd dəm çayniki 20 manat, 3 ədəd gül qabı 30 manat, 1 fincan dəsti 36 manat və 1 qab dəsti 42 manat olmaqla həmin əşyaların cəmi dəyəri 4582 manat təşkil edir. İddiaçının əri Rafiq Hüseynov xx.xx.2017-ci ildə öləndən sonra oğlanları İddiaçı tək görüb, üstünə ayaq almışlar. Xüsusən iddiaçının böyük oğlu Elsevər 2018-ci ilin iyun ayının 14-dən iddiaçıya qənim kəsilmişdir. İddiaçıdan 11.000 manat şəhid pulunu dövlətdən alıb, ona verməyini tələb etmişdir. İddiaçı isə onun tələbini rədd edəndə, otağına soxulub, onu döymüş, əşyalarını dağıtmış və bu günə kimi ya özü, ya da arvadı bütün əmlakını talamışdır. Talanmış əmlakın müəyyən hissəsini iddiaçı məhkəmə yolu ilə tələb edib, almışdır. Münaqişə yaranan vaxtdan Cavabdeh 2 dəfə iddiaçıya məxsus evi yandırmışdır. İddiaçı qorxub, evini tərk etmişdir. Cavabdeh ikinci dəfə iddiaçının evini yandırandan sonra barəsində cinayət işi açılmışdır. Hazırda həmin fakt üzrə istintaq aparılır. İddiaçı iddia ərizəzsində göstərdiyi əşyaların qiymətinin məhkəmə tərəfindən müəyyən edilməsi zərurəti yarandığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ilk iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə doğulmuşdur. Göygöl rayonu, Topalhəsənli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Qarabağ müharibəsi əilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən verilmiş Ş seriyalı, 023241 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı şəhid ailəsi statusu verilmişdir. xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)- 564/19 nömrəli, 19.06.19 tarixli icra sənədinə əsasən dəyəri 4400 manat olan qızıl-zinət əşyalarının dəyəri ödənilmiş, məişət əşyalarından isə 1 ədəd qonaq dəsti, “İndesit” markalı soyuducu, “Samsung” markalı televizor tələbkara təhvil verilmiş, lakin tələbkar əşyaları götürməkdən imtina etmişdir. İcra vərəqəsində göstərilən digər əşyalar isə yaşayış evində müəyyən edilməmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-664/2019 nömrəli, 19 iyun 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh ölmüş 1 baş inǝyǝ görə 1500 manat, 1 ədəd çəkisi 50 qram olan 583 əyyarlı tross formalı klonlu (qızıl onluq) boyunbağına görə 2900 manat tutularaq iddiaçı Hüseynova Dilǝfrus Teymur qızının xeyrinə ödənilməsi və Cavabdeh 04 predmetdən ibarət 1 ədəd qonaq dəsti mebelinin, "İndesit" markalı soyuducunun, "Samsunq" markalı telefizorun, 1 ədəd qısa dalğalı elektrik sobasının, 12 ədəd xrustal stəkanın, 4 ədəd şirniyyat qabının, 2 ədəd meyvə qabının, 1 ədəd mərtəbə qabının, 2 ədəd vazanın, 12 ədəd yastı rümkanın, 12 ədəd bakalın, 12 ədəd tort qabının, 6 ədəd qənd qabının, 18 ədəd nəlbəkinin, 6 ədəd rumkanın, 12 ədəd sadə nəlbəkinin, 12 ədəd rumkanın, 4 ədəd xurma qabının, 12 ədəd rumkanın, 36 ədəd Rusiya istehsalı olan stəkanın, 6 ədəd mürəbbə qabının, 8 ədəd konfet qabının, 2 ədəd dəm çaynikinin, 3 ədəd gül qabının, 1 ədəd fincan dəsti və 1 ədəd qab dəstinin naturada alınaraq iddiaçı Hüseynova Dilǝfrus Teymur qızına verilməsi qt edilmişdir. Azərbaycan Respulbikası Ədliyyə Nazirliyi Məkhəmə Ekspertizası Mərkəzinin 03 iyul 2023-cü il tarixli, 9/2851 nömrəli ekspert rəyindən görünür ki, 1 ədəd ümumi dəyəri 850 manat olan 4 predmetdən ibarət qonaq dəsti mebeli, 1 ədəd ümumi dəyəri 300 manat olan “İndesit” markalı soyuducu, 1 ədəd ümumi dəyəri 350 manat olan “Samsung” markalı televizor, 1 ədəd ümumi dəyəri 60 manat qısa dalğalı elektrik sobası, 12 ədəd ümumi dəyəri 60 manat 12 ədəd xrustal stəkanı, 4 ədəd ümumi dəyəri 32 manat 4 ədəd şirniyyat qabı, 2 ədəd ümumi dəyəri 30 manat 2 ədəd meyvə qabı, 1 ədəd ümumi dəyəri 15 manat 1 ədəd mərtəbəli qab, 2 ədəd ümumi dəyəri 30 manat 2 ədəd vaza, 12 ədəd ümumi dəyəri 48 manat 12 ədəd yastı rumka, 12 ədəd ümumi dəyəri 60 manat 12 ədəd bakal, 12 ədəd ümumi dəyəri 48 manat 12 ədəd tort qabı, 6 ədəd ümumi dəyəri 30 manat 6 ədəd qənd qabı, 18 ədəd ümumi dəyəri 36 manat 18 ədəd nəlbəki, 6 ədəd ümumi dəyəri 18 manat 6 ədəd rumka, 36 ədəd ümumi dəyəri 72 manat 36 ədəd Rusiya Federasiyası istehsalı stəkanı, 6 ədəd ümumi dəyəri 18 manat 6 ədəd müərəbbə qabı, 8 ədəd ümumi dəyəri 56 manat 8 ədəd konfet qabı, 2 ədəd ümumi dəyəri 14 manat 2 ədəd dəm çayniki, 3 ədəd ümumi dəyəri 30 manat 3 ədəd gül qabı, 1 ədəd ümumi dəyəri 20 manat 1 fincan dəsti, 1 ədəd ümumi dəyəri 25 manat 1 qab dəstinin müvafiq aparılmış tədqiqat nəticəsində, internet saytlarının məlumatından, Respublikada yerləşən ticarət mərkəzlərində mövcud olan qiymətlərdən, məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında torplanmış məlumatlardan istifadə edilməklə iddia ərizəsində qeyd edilən istifadə olmuş əşyaların orta bazar qiymətləri müəyyən olunmuşdur. İddia ərizəsində adları istifadə olmuş əşyaların nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2202 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı “əmlakın dəyərinin müəyyən edilməsi” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Göygöl Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarixli, 2(066)- 664/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh iddiaçının xeyrinə 1500 manat dəyərində inəyin, 2900 manat dəyərində zinət əşyalarının və qiyməti göstərilməmiş bir neçə məişət əşyasının tutulması qət edilmişdir. Qətnamənin inəyə və zinət əşyalarına dair hissəsi icra edilmiş, cavabdehdən iddiaçının xeyrinə 4400 manat tutulmuş, lakin qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə tutulmuş məişət əşyalarının qiyməti müəyyən edilmədiyindən qətnamənin həmin əşyalar üzrə icrası mümkün olmamışdır. Ona görə də iddiaçı bu iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göygöl Rayon Məhkəməsinin 2(066)-664/2019 nömrəli qətnaməsi üzrə qeyd edilən məişət əşyalarından olan 4 predmetdən ibarət qonaq dəsti mebelinin, "İndezit" markalı soyuducunun, "Samsung" markalı televizorun, qısa dalğalı elektrik sobasının, 12 ədəd xrustal stakanın, 4 ədəd şirniyyat qabının, 2 ədəd meyvə qabının, 1 ədəd mərtəbəli qabın, 2 ədəd vazanın, 12 ədəd yastı rümkanın, 12 ədəd bakalın, 12 ədəd tort qabının, 6 ədəd qənd qabının, 18 ədəd nəlbəkinin, 6 eded rumkanın, 36 ədəd Rusiya Federasiyası istehsalı olan stəkanın, 6 ədəd mürəbbə qabının, 8 ədəd konfet qabının, 2 ədəd dəm çaynikinin, 3 ədəd gül qabının, 1 fincan dəstinin və 1 qab dəstinin Cavabdeh tərəfindən ələ keçirildiyi üçün ondan tutulması qət edilmişdir. Həmin əşyaların qiyməti məhkəmə tərəfindən müəyyən edilməliyindən, özləri isə ya gizlədildiyindən, ya da başqa üsulla yoxa çıxarıldığından nə özlərinin nə də dəyərlərinin cavabdehdən alınması mümkün olmamışdır. Ona görə də yeni bir məhkəmə prosesi ilə həmin əşyaların qiymətlərinin müəyyn edilməsinə ehtiyac yaranmışdır. Yuxarıda sadalanan əşyaların qiyməti işə baxılan zaman aşağıdakı kimi olmuşdur: 4 predmetdən ibarət qonaq dəsti mebel 1400 manat, "İndezit" markalı soyuducu 1100 manat, Samsunq" markalı televizor 1200 manat, qısa dalğalı elektrik sobası 150 manat, 12 ədəd xrustal stəkan 90 manat, 4 ədəd şirniyyat qabı 40 manat, 2 ədəd meyvə qabı 24 manat, 1 ədəd mərtəbəli qab 28 manat, 6 ədəd qənd qabı 24 manat, 12 ədəd bakal 60 manat, 12 ədəd tort qabı 48 manat, 6 ədəd qənd qabı 42 manat, 18 ədəd nəlbəki 54 manat, 6 ǝded rumka 30 manat, 36 ədəd Rusiya Federasıyası istehsalı olan stəkan 108 manat, 6 ədəd mürəbbə qabı 30 manat, 8 ədəd konfet qabı 56 manat, 2 ədəd dəm çayniki 20 manat, 3 ədəd gül qabı 30 manat, 1 fincan dəsti 36 manat və 1 qab dəsti 42 manat olmaqla həmin əşyaların cəmi dəyəri 4582 manat təşkil edir. İddiaçının əri Rafiq Hüseynov xx.xx.2017-ci ildə öləndən sonra oğlanları İddiaçı tək görüb, üstünə ayaq almışlar. Xüsusən iddiaçının böyük oğlu Elsevər 2018-ci ilin iyun ayının 14-dən iddiaçıya qənim kəsilmişdir. İddiaçıdan 11.000 manat şəhid pulunu dövlətdən alıb, ona verməyini tələb etmişdir. İddiaçı isə onun tələbini rədd edəndə, otağına soxulub, onu döymüş, əşyalarını dağıtmış və bu günə kimi ya özü, ya da arvadı bütün əmlakını talamışdır. Talanmış əmlakın müəyyən hissəsini iddiaçı məhkəmə yolu ilə tələb edib, almışdır. Münaqişə yaranan vaxtdan Cavabdeh 2 dəfə iddiaçıya məxsus evi yandırmışdır. İddiaçı qorxub, evini tərk etmişdir. Cavabdeh ikinci dəfə iddiaçının evini yandırandan sonra barəsində cinayət işi açılmışdır. Hazırda həmin fakt üzrə istintaq aparılır. İddiaçı iddia ərizəzsində göstərdiyi əşyaların qiymətinin məhkəmə tərəfindən müəyyən edilməsi zərurəti yarandığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Аzərbаycаn Respublikаsının Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Oxşar normalar Azərbaycan Respublikasının Mülki Məcəlləsində də öz əksini tapmışdır. Belə ki, Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilmiş əmlakların dəyəri qəbul edilmiş qətnamədə göstərilmədiyindən qətnamənin icrasında çətinliklər yaranır. Belə ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-664/2019 nömrəli, 19 iyun 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh ölmüş 1 baş inǝyǝ görə 1500 manat, 1 ədəd çəkisi 50 qram olan 583 əyyarlı tross formalı klonlu (qızıl onluq) boyunbağına görə 2900 manat tutularaq iddiaçı Hüseynova Dilǝfrus Teymur qızının xeyrinə ödənilməsi və Cavabdeh 04 predmetdən ibarət 1 ədəd qonaq dəsti mebelinin, "İndesit" markalı soyuducunun, "Samsunq" markalı telefizorun, 1 ədəd qısa dalğalı elektrik sobasının, 12 ədəd xrustal stəkanın, 4 ədəd şirniyyat qabının, 2 ədəd meyvə qabının, 1 ədəd mərtəbə qabının, 2 ədəd vazanın, 12 ədəd yastı rümkanın, 12 ədəd bakalın, 12 ədəd tort qabının, 6 ədəd qənd qabının, 18 ədəd nəlbəkinin, 6 ədəd rumkanın, 12 ədəd sadə nəlbəkinin, 12 ədəd rumkanın, 4 ədəd xurma qabının, 12 ədəd rumkanın, 36 ədəd Rusiya istehsalı olan stəkanın, 6 ədəd mürəbbə qabının, 8 ədəd konfet qabının, 2 ədəd dəm çaynikinin, 3 ədəd gül qabının, 1 ədəd fincan dəsti və 1 ədəd qab dəstinin naturada alınaraq iddiaçı Hüseynova Dilǝfrus Teymur qızına verilməsi qt edilmişdir. Göründüyü kimi, Göygöl Rayon Məhkəməsinin 2(066)-664/2019 nömrəli, 19 iyun 2019cu il tarixli qətnaməsində hazırki iddia ərizəsində göstərilmiş əmlakların alınıb verilməsi qeyd edilsə də, qətnamədə əmlakların dəyəri müəyyən edilmədiyindən əmlakların naturada qaytarılması mümkün olmadıqda onların dəyəri cavabdeh tərəfindən alına bilinmir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin, Azərbaycan Respulbikası Ədliyyə Nazirliyi Məkhəmə Ekspertizası Mərkəzinin 03 iyul 2023-cü il tarixli, 9/2851 nömrəli ekspert rəyindən görünür ki, 1 ədəd ümumi dəyəri 850 manat olan 4 predmetdən ibarət qonaq dəsti mebeli, 1 ədəd ümumi dəyəri 300 manat olan “İndesit” markalı soyuducu, 1 ədəd ümumi dəyəri 350 manat olan “Samsung” markalı televizor, 1 ədəd ümumi dəyəri 60 manat qısa dalğalı elektrik sobası, 12 ədəd ümumi dəyəri 60 manat 12 ədəd xrustal stəkanı, 4 ədəd ümumi dəyəri 32 manat 4 ədəd şirniyyat qabı, 2 ədəd ümumi dəyəri 30 manat 2 ədəd meyvə qabı, 1 ədəd ümumi dəyəri 15 manat 1 ədəd mərtəbəli qab, 2 ədəd ümumi dəyəri 30 manat 2 ədəd vaza, 12 ədəd ümumi dəyəri 48 manat 12 ədəd yastı rumka, 12 ədəd ümumi dəyəri 60 manat 12 ədəd bakal, 12 ədəd ümumi dəyəri 48 manat 12 ədəd tort qabı, 6 ədəd ümumi dəyəri 30 manat 6 ədəd qənd qabı, 18 ədəd ümumi dəyəri 36 manat 18 ədəd nəlbəki, 6 ədəd ümumi dəyəri 18 manat 6 ədəd rumka, 36 ədəd ümumi dəyəri 72 manat 36 ədəd Rusiya Federasiyası istehsalı stəkanı, 6 ədəd ümumi dəyəri 18 manat 6 ədəd müərəbbə qabı, 8 ədəd ümumi dəyəri 56 manat 8 ədəd konfet qabı, 2 ədəd ümumi dəyəri 14 manat 2 ədəd dəm çayniki, 3 ədəd ümumi dəyəri 30 manat 3 ədəd gül qabı, 1 ədəd ümumi dəyəri 20 manat 1 fincan dəsti, 1 ədəd ümumi dəyəri 25 manat 1 qab dəstinin müvafiq aparılmış tədqiqat nəticəsində, internet saytlarının məlumatından, Respublikada yerləşən ticarət mərkəzlərində mövcud olan qiymətlərdən, məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında torplanmış məlumatlardan istifadə edilməklə iddia ərizəsində qeyd edilən istifadə olmuş əşyaların orta bazar qiymətləri müəyyən olunmuşdur. İddia ərizəsində adları istifadə olmuş əşyaların nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2202 manat müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh tərəfindən qaytarılmalı olan əmlakların dəyəri 2202 manat olması müəyyən edilməlidir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini göstərir. Həmçinin, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 9.2-ci bəndinə əsasən, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Bundan başqa, MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, 42.2 (qırx iki manat iyirmi qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə rəy verilmiş və rəyə “ekspertiza xərclərinə dair bildiriş” əlavə edilmişdir. Həmin bildirişdən görünür ki, Mərkəz tərəfindən məhkəmə tikintitexnikası ekspertizasının aparılması ilə əlaqədar tədqiqatın dəyəri 50 (əlli) manat dəyərində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdehdən tutularaq Mərkəzin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-664/2019 nömrəli qətnaməsi əsasında Cavabdeh alınaraq İddiaçı qaytarılmalı olan əmlakların dəyəri - 1 ədəd ümumi dəyəri 850 manat olan 4 predmetdən ibarət qonaq dəsti mebeli, 1 ədəd ümumi dəyəri 300 manat olan “İndesit” markalı soyuducu, 1 ədəd ümumi dəyəri 350 manat olan “Samsung” markalı televizor, 1 ədəd ümumi dəyəri 60 manat qısa dalğalı elektrik sobası, 12 ədəd ümumi dəyəri 60 manat 12 ədəd xrustal stəkanı, 4 ədəd ümumi dəyəri 32 manat 4 ədəd şirniyyat qabı, 2 ədəd ümumi dəyəri 30 manat 2 ədəd meyvə qabı, 1 ədəd ümumi dəyəri 15 manat 1 ədəd mərtəbəli qab, 2 ədəd ümumi dəyəri 30 manat 2 ədəd vaza, 12 ədəd ümumi dəyəri 48 manat 12 ədəd yastı rumka, 12 ədəd ümumi dəyəri 60 manat 12 ədəd bakal, 12 ədəd ümumi dəyəri 48 manat 12 ədəd tort qabı, 6 ədəd ümumi dəyəri 30 manat 6 ədəd qənd qabı, 18 ədəd ümumi dəyəri 36 manat 18 ədəd nəlbəki, 6 ədəd ümumi dəyəri 18 manat 6 ədəd rumka, 36 ədəd ümumi dəyəri 72 manat 36 ədəd Rusiya Federasiyası istehsalı stəkanı, 6 ədəd ümumi dəyəri 18 manat 6 ədəd müərəbbə qabı, 8 ədəd ümumi dəyəri 56 manat 8 ədəd konfet qabı, 2 ədəd ümumi dəyəri 14 manat 2 ədəd dəm çayniki, 3 ədəd ümumi dəyəri 30 manat 3 ədəd gül qabı, 1 ədəd ümumi dəyəri 20 manat 1 fincan dəstinin və 1 ədəd qab dəsti 25 manat olmaqla, cəmi 2202 (iki min iki yüz iki) manat məbləğində olması müəyyən edilsin. Cavabdeh 42.2 (qırx iki manat iyirmi qəpik) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulаrаq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov. İş № 2(066)-517/2023 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN QƏTNAMƏDƏNÇİXARİŞ Göygöl Rayon Məhkəməsi 11 sentyabr 2023-cü il Göygöl şəhəri. Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlakın dəyərinin müəyyən edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-664/2019 nömrəli qətnaməsi əsasında Cavabdeh alınaraq İddiaçı qaytarılmalı olan əmlakların dəyəri - 1 ədəd ümumi dəyəri 850 manat olan 4 predmetdən ibarət qonaq dəsti mebeli, 1 ədəd ümumi dəyəri 300 manat olan “İndesit” markalı soyuducu, 1 ədəd ümumi dəyəri 350 manat olan “Samsung” markalı televizor, 1 ədəd ümumi dəyəri 60 manat qısa dalğalı elektrik sobası, 12 ədəd ümumi dəyəri 60 manat 12 ədəd xrustal stəkanı, 4 ədəd ümumi dəyəri 32 manat 4 ədəd şirniyyat qabı, 2 ədəd ümumi dəyəri 30 manat 2 ədəd meyvə qabı, 1 ədəd ümumi dəyəri 15 manat 1 ədəd mərtəbəli qab, 2 ədəd ümumi dəyəri 30 manat 2 ədəd vaza, 12 ədəd ümumi dəyəri 48 manat 12 ədəd yastı rumka, 12 ədəd ümumi dəyəri 60 manat 12 ədəd bakal, 12 ədəd ümumi dəyəri 48 manat 12 ədəd tort qabı, 6 ədəd ümumi dəyəri 30 manat 6 ədəd qənd qabı, 18 ədəd ümumi dəyəri 36 manat 18 ədəd nəlbəki, 6 ədəd ümumi dəyəri 18 manat 6 ədəd rumka, 36 ədəd ümumi dəyəri 72 manat 36 ədəd Rusiya Federasiyası istehsalı stəkanı, 6 ədəd ümumi dəyəri 18 manat 6 ədəd müərəbbə qabı, 8 ədəd ümumi dəyəri 56 manat 8 ədəd konfet qabı, 2 ədəd ümumi dəyəri 14 manat 2 ədəd dəm çayniki, 3 ədəd ümumi dəyəri 30 manat 3 ədəd gül qabı, 1 ədəd ümumi dəyəri 20 manat 1 fincan dəstinin və 1 ədəd qab dəsti 25 manat olmaqla, cəmi 2202 (iki min iki yüz iki) manat məbləğində olması müəyyən edilsin. Cavabdeh 42.2 (qırx iki manat iyirmi qəpik) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulаrаq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar