Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-517/2025 24.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «itirilmiş və istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə, iddiaçı Cavabdeh X2rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dаir ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «itirilmiş və istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borcunu könüllü ödəmədiyinə görə 1669.21 manat məbləğində pulun və ödənilmiş 36.69 manat dövlət rüsumunun alınaraq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN ********** M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, mülki iş 2(066)-517/2025 sayla qeydiyyata alınmışdır. İddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə İddiaçı Gəncə X10 İdarəsi ilə Cavabdeh (kod:**********00000) arasında xx.xx.2020-ci il tarixli № 11936 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçı ilə Paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, Paylayıcınm İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətinə tam ödənilməlidir. Qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməlidir. Bağlanılmış müqaviləyə əsasən Cavabdeh İddiaçı Gəncə X10 İdarəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Gəncə X10 İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilərək dəyişdirilmiş və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına” göndərilmişdir. Laboratoriyanın rəyinə əsasən qaz sayğacının üzərinə maqnit qoyaraq hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi müəyyən edilmişdir. Bundan sonra həmin rəyin əsasında itirilmiş qazın hesablanması üçün xx.xx.2024-cü il tarixdə №0400576 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş təbii qazın dəyərinin hesabatı aparılmışdır. Hesabatın nəticələrinə əsasən G-4 markalı qaz sayğacın nominal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 4320m3 hesabat aparılaraq və 0.12 qəpiyə vurularaq 518.40 manat dəyərində dəymiş ziyan hesablanmışdır. Həmçinin cavabdeh hər ayın sonuna istifadə etdiyi təbii qazın dəyərini ödəmədiyinə görə 1150.81 manat debitor borcu da yaranmışdır. Lakin Cavabdeh müqavilənin öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini ödəməmişdir. Bunun da nəticəsində istifadə etdiyi təbii qazın dəyərinə görə cavabdehin İddiaçı Gəncə X10 İdarəsinə ümumilikdə 1669.21 manat məbləğində debitor borcu yaranmışdır. Məhkəməyə qədər müddət ərzində cavabdehə tərəflərindən göstərilən borcun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli, HŞxx/xx-0145 saylı xəbərdarlıq məktubunun verilməsinə baxmayaraq abonent tərəfindən tam ödəniş həyata keçirilməmişdir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əməl etməmiş və İddiaçı Gəncə X10 İdarəsinə 1669.21 manat məbləğində debitor borcu yaranmışdır. Borc əsaslıdır, istehlakçı tərəfindən ödənilməlidir. Lakin cavabdeh borcu könüllü ödəməkdən imtina edir. Həmçinin iddiaçı Cavabdeh İddiaçınə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 400576 nömrəli, xx.xx.2024-cü il tarixli aktın və barəsində qanunsuz hesablanmış 518 (beş yüz on səkkiz) manat məbləğində cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, mülki iş 2(066)- 684/2025 sayla qeydiyyata alınmışdır. İddia tələbini onunla əsaslandırmışdır ki, Göygöl rayonu Qırıxlı kəndində yerləşən abonent kodu **********00000 olan qaz sayğacı onun adınadır. xx.xx.2024-cü il tarixdə Qaz İdarəsinin əməkdaşları ünvana gələrək axşam yoxlama zamanı sayğacın üzərində maqnit aşkarlandığını bildirmişlər və ona 400576 saylı akta əsasən qanunsuz 518 manat itirilmiş qaz hesablamışlar, sayğaca kim maqnit qoyub məlumatlar yoxdur. Hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 400576 nömrəli, xx.xx.2024-cü il tarixli akt və ona hesablanmış borc tam əsassızdır. Sayğaca kim tərəfindən müdaxilə edilməsi barədə məlumatları yoxdur. Göygöl Rayon Məhkəməsinin 2(066)-684/2025 saylı, 21 may 2025-ci il tarixli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin icraatında olan, iddiaçı Cavabdeh İddiaçınə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia üzrə 2(066)-684/2025 saylı mülki iş, İddiaçı Cavabdeh qarşı «itirilmiş və istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair 2(066)-517/2025 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 İddiaçı Cavabdeh qarşı «itirilmiş və istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsini müdafiə edərək və iddia tələbinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Göygöl rayonu, A.Fərzəliyev qəsəbəsində yaşayan Cavabdeh ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında İddiaçı tərəfindən Cavabdeh istifadə etmiş olduğu təbii qazın dəyəri və həmin ünvanda dəymiş ziyan aktı tərtib edildiyinə görə 1669.21 manat borc xəbədarlıqla tələb edilmiş, lakin Cavabdeh normal qaydada ödəniş aparmamış, bu səbəbdən qeyd olunan borc məbləğinin İddiaçınə ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Əlavə olaraq bildirdi ki, 518.40 manatdan qalan pul təbii qazdan istifadəyə görə yaranmış, abonentin sayğacın üzərinə maqnit qoyması nəticəsində itirilmiş qazın hesablanması üçün xx.xx.2024-cü il tarixdə akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş təbii qazın dəyərinin hesabatına əsasən 518.40 manat hesablama aparılmışdır. Sayğacın üzərində maqnit olması barədə akt tərtib edilmişdir. Aktda göstərilmişdir ki, qarşı tərəf aktı imzalamaqdan imtina etmişdir. Onlarda hər hansı mütəxəssis rəyi və ya ekspert rəyi yoxdur. Sayğac 2024-cü ilin mart ayında çıxarılmışdır. Sayğacın üzərində maqnit olması barədə ekspertiza təyin edilməmiş, akt tərtib edilmiş və foto şəkillər çəkilmişdir. Sayğaca baxış keçirilən zaman o iştirak etməmiş, bu səbəbdən həmin vaxt abonentə məlumat verilibverilməməsini bilmir. Tərəflərindən verilmiş iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh onun tərəfindən cavabdeh X2rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsini müdafiə edərək və iddia tələbinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, sayğacın üzərində maqnit olması barədə və ona akt yazılması barədə heç bir xəbəri olmamış və akt yazılarkən ona məlumat verilməmişdir. Onun maqniti kimin sayğacın üzərinə qoyması, çəkməsi və aktın yazılmasından xəbəri olmamışdır. Həmin aktı yazanlardan biri onun keçmiş qudasıdır və onlar gedib maqniti özləri qoyub çəkirlər. O, sayğacın yazdığı məbləğlə razılaşır, lakin ona akt əsasında hesablanmış 518.40 manat məbləğlə razılaşmış, belə ki ona zərər vurmaq üçün yalan yerə sayğacın üzərinə maqnit qoymuşlar. Tərəfindən verilmiş iddia tələbinin təmin edilməsini və ona əsassız hesablanmış 518.40 manat məbləğin onun hesabından silinməsini xahiş etdi. X1 qarşı olan iddia tələbinin 1150.81 manat hissəsində iddianı qəbul edir və istifadə etmiş olduğu sərfiyyatın dəyərini ödəyəcəkdir. Onun tərəfindən qaldırılmış iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərələri dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı Cavabdeh X2rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dаir iddiası təmin, İddiaçı Cavabdeh qarşı «itirilmiş və istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddiası isə qismən təmin edilməlidir. İddiaçı Cavabdeh X2rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dаir iddiası üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, 11936 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci maddəsindən görünür ki, Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə edilmiş abonentin (**********00000) saldosundan görünür ki, Cavabdehnln abonent hesabına 2024-cü ilin mart ayı üzrə akt əsasında 518.40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, abonent Cavabdeh ünvan 1 ünvanında yerləşən evinə quraşdırılan sayğaca baxış keçirilmiş və yoxlama zamanı sayğacın üzərinə maqnit qoyaraq mexanizmin işlənməsinin qarşısının alınması halı aşkar edilmiş, itirilmiş qazın həcminin hesablanması və dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmiş, abonent aktı imza etməkdən imtina etməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş dəymiş ziyanın bərpasına dair 27 mart 2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, G-4 markalı, **********9 nömrəli qaz sayğacının üzərinə maqnit qoyaraq hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi aşkar edilmiş və cəmi 4320 m3 ziyan hesablanmışdır. İddiaçı İB tərəfindən borclu Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, HŞ-xx/xx- 0145 saylı xəbərdarlıq məktubundan görünür ki, borcluya 1669.21 manat borcun məbləği barədə məlumat verilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Cavabdeh xx.xx.1979-cu il tarixdə Göygöl (Xanlar) rayonu, Balçılı kəndində anadan olmuşdur. Məhkəmə baxışı zamanı iş materialları ilə müəyyən olundu ki, İddiaçı Gəncə X11 İdarəsinin nümayəndələri abonent olan Cavabdeh yaşadığı ünvan 1 nömrəli evə quraşdırılmış sayğaca baxış keçirilmiş və xx.xx.2024-cü il tarixli ******* nömrəli aktla qaz sayğacının üzərinə maqnit qoyaraq hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi əsası ilə İddiaçı itirilmiş qaz sərfiyatına görə 518.40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat vurulmuş ziyan istehlakçının istifadəsində olan qaz sayğacına borc hesablanmışdır. İddiaçı aktı imzalamış əməkdaşları tərəfindən akt tərtib olunarkən abonent və ya həmin evdə yaşayan ailə üzvləri iştirak etməmiş, sayğacın üzərinə maqnit qoyulması nəticəsində sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsinin aydınlaşdırılması barədə ekspertizaya təqdim edilməsi üçün göndərilməsinə dair hər hansı bir tədbir görülməmiş və sayğaca müdaxilənin nədən ibarət olması aydınlaşdırılmamış, məhkəməyə təqdim edilmiş foto şəkildə qaz sayğacının üzərində maqnitin olmasını müəyyən etmək mümkün olmamış, həmçinin sayğaca müdaxilə edilməsi ilə bağlı abonentin, ailə üzvləri və həmin evdə yaşayan şəxslərin təqsiri olması barədə İddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş və irəli sürülməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, sayğaca müdaxilə edilməməsi üçün üzərinə qoruyucu möhür vurulmuş, lakin qaz sayğacının üzərinə maqnit qoyaraq hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi aşkar edilməsi və abonentin və onun ailə üzvlərinə bildirilməmişdir, foto şəkillərdə sayğacın üzərində maqnitin qoyulmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin sayğac ekspertizadan keçirilməmiş, sayğacın üzərinə maqnit qoyulması nəticəsində sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsinin aydınlaşdırılması barədə ekspertizaya təqdim edilməsi üçün göndərilməmiş və aşkarlanmış, həmin qüsurun yaranmasında abonentin ailə üzvləri və həmin evdə yaşayan şəxslərin təqsiri olması barədə İddiaçı tərəfindən tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müdaxilənin məhz abonent və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmiş, qeyd edilən nöqsan barədə tərtib edilmiş akt tərtib edilərkən sayğac ekspertizadan keçirilməmiş, sayğacın üzərinə maqnit qoyulması və sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsinin aydınlaşdırılması barədə ekspertizaya təqdim edilməsi üçün göndərilməmiş, qüsurun yaranması və abonentin ailə üzvlərinin, həmin evdə yaşayan şəxslərin təqsiri olması barədə İddiaçı tərəfindən tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* aktda abonent Cavabdeh adından və onun xəbəri olmadan aktın imzalanmasından imtina edilməsinin göstərilməsi onu deməyə əsas verir ki, cavabdehin əməkdaşları tərəfindən heç bir sübutla müəyyən edilməyən zərəri hesablayaraq itirilmiş qazın dəyərini iddiaçı olan abonentdən tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.4-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Məhkəmə qeyd edilən akt və qərarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan əlavə, məhkəmə İddiaçı Göygöl X10 İdarəsinin xx.xx.2024-cü il tarixli ******* nömrəli aktına əsasən sayğacın üzərinə maqnit qoyaraq mexanizmin işlənməsinin qarşısının alınması qeydinin istehlakçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evində quraşdırılmış qaz sayğacının ekspertizadan keçirilərək sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsinin aydınlaşdırılmamaqla və qaz sərfiyyatının nə qədər itki ilə hesablamasını müəyyən etməməkdə və ümumiyyətlə qaz sayğacının üzərində maqnitin olmasını müəyyən etməməklə İddiaçı səhvə yol vermiş və bu halları təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir, belə olan halda abonentin təqsiri üzündən qaz itkisinin olmasını qəbul edilməsi yol verilməzdir və abonentin təqsirli hərəkətləri nəticəsindən qeyd edilən nöqsanların yaranmasını təsdiq edən sübutları İddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh X2rşı «əsassız hesablanmış borcun silinməsi» tələbi əsaslıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh X2rşı «əsassız hesablanmış borcun silinməsi» tələbi təmin edilərək, İddiaçı Gəncə X10 İdarəsinin abonent Cavabdeh barəsində hesabladığı itirilmiş qaz sərfiyyatı kimi 518.40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat ziyan olaraq hesablanmış məbləğ Cavabdeh abonent hesabından silinməlidır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı «itirilmiş və istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə İddiaçı Gəncə X10 idarəsi ilə Cavabdeh (kod: **********00000) arasında xx.xx.2020-ci il tarixli, 11936 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçı ilə paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikden (göndərildikdən) sonra 1 (bir) ay müddətinə tam ödənilməlidir. Bağlanılmış müqaviləyə əsasən Cavabdeh "Azəriqaz” X7 X10 İdarəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Lakin, Cavabdeh müqavilənin öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini ödəməmişdir. Bunun da nəticəsində istifadə etdiyi təbii qazın dəyərinə görə cavabdehin İddiaçı Gəncə X10 İdarəsinə 1150.81 manat məbləğində debitor borcu yaranmışdır. Məhkəməyə qədər müddət ərzində cavabdehə borcun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli, HŞ-xx/xx-0145 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borcun ödənişi təmin edilməmişdir. Bu səbəbə görə də İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Prezidentinin «Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında» 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9cu bəndinə görə İddiaçı İB təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 3.2.1-ci bəndinə əsasən, qazdan istifadə edən istehlakçılar istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. İddiaçı Cavabdeh qarşı «itirilmiş və istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddiası üzrə işin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi tərəflər arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə” bağlanmış, bundan sonra İddiaçı İB tərəfindən cavabdehin evində qaz sayğacı quraşdırılmış və abonentin adına rəsmiləşdirilmişdir. Cavabdeh isə təbii qazdan istifadəyə görə aylıq borcunu ödəməli olduğu halda o, bu məbləği ödəməkdən yayınmış və nəticədə debitor borc və itirilmiş qazın dəyərinə görə 1150,81 (bir min yüz əlli manat, səksən bir qəpik) manat məbləğində borcu yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı İB cavabdehə qarşı yığılmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, İddiaçı Cavabdeh qarşı «itirilmiş və istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddia tələbi isə qismən təmin edilməli olduğundan 31,5 (otuz bir manat, əlli qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh X2rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dаir iddiası təmin edilsin. İddiaçı tərəfindən hesablanmış 518.40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat borc məbləği abonent Cavabdeh (**********00000) abunə hesabından silinsin. İddiaçı Cavabdeh qarşı «itirilmiş və istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh istifadə edilmiş təbii qazın dəyəri 1150,81 (bir min yüz əlli manat, səksən bir qəpik) manat məbləğində pul və məhkəmə xərci olaraq 31,5 (otuz bir manat, əlli qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı hesabına (Kod 805573, VÖEN ********** M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ********************) ödənilsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-517/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-517/2025
24.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver