Məhkəmə qərarları › İş №2(066)-52/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-52/2024

04.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-52/2024 04.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “Dəymiş ziyanın ödənilməsi tələbinə dair” barədə iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı “Dəymiş ziyanın ödənilməsi tələbinə dair” məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 vurmuş olduğu maddi ziyana görə 4000 (dörd min) manat, ödənilmiş dövlət rüsumuna görə 61 (altmış bir) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, özünə məxsus olan “KİA OPTİMA minik” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Cavabdeh1 əvvəldən tanıyır. 14 sentyabr 2022-ci il tarixdə özünə məxsus olan “KİA OPTİMA minik” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin yağını dəyişdirmək üçün Cavabdeh1 5-30, CHEMPİOL markalı mühərrik yağı almış və onun özü tərəfindən həmin yağ avtomobilinin mühərrikinə tökülmüşdür. Həmin vaxtı avtomobilinin cəmi 111300 km məsafə getməsi məlum olmuşdur. Cavabdeh1 isə mühərrikinə tökülmüş yağa görə avtomobilinin cəmi 117000 km məsafə getməsinə zəmanət vermiş və o, bunlara görə Cavabdeh1 70 manat pul ödəmişdir. Ancaq bir müddət sonra isə mühərrikinin yağının dəyişdirilməsinə 2300 km məsafə qalmış, 02 mart 2023-cü il tarixdə mühərrikin xəbərdarlıq işığı yanaraq mühərrikdə nasazlıq olması barədə xəbərdarlıq etmişdir. Dərhal avtomobili mühərrik ustasının yanına aparmış, usta avtomobilə texniki baxış keçirmiş, nasazlığı yağa görə olmasını bildirmiş, mühərrikin içərisini açıb, yağı boşaldanda isə mühərrikdə 5 litr əvəzinə 2 litr qara rəngli keyfiyyətini itirmiş, mazut kimi yağ olması məlum olmuşdur. Yenidən başqa mühərrik yağı töküb, avtomobili idarə etmək istəsə də avtomobili işə sala bilməmişdir. Məlum olmuşdur ki, avtomobilin mühərriki sıradan çıxmışdır. Onun tələbi əsasında Cavabdeh1 Bakı şəhərində yerləşən nümayəndəlikdən avtomobilinə tökmüş olduğu yağa dair müvafiq sertfikatlar almışdır. Məlum olmuşdur ki, Cavabdeh1 avtomobilinə tökmüş olduğu yağın sertfikatının müddəti 09 mart 2020-ci il tarixdə bitmişdir. Bütün bunlarla da məlum olmuşdur ki, Cavabdeh1 ona mənşəyi məlum olmayan, sertfikatının müddəti bitmiş 5-30, CHEMPİOL markalı mühərrik yağı satmışdır. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Cavabdeh1 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xitmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xitmətinin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, o, İddiaçı yaxından tanımaqla yaxşı münasibətləri vardır. 14 sentyabr 2022-ci il tarixdə İddiaçı məxsus olan “KİA OPTİMA minik” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin yağını dəyişdirmək üçün Cavabdeh1 5-30, CHEMPİOL markalı mühərrik yağı almış və həmin yağ cavabdehin özü tərəfindən həmin yağ avtomobilinin mühərrikinə tökülmüşdür. O, həmin vaxtı İddiaçı yanında olmaqla onu müşahidə etmişdir. Ancaq bir müddət sonra isə həmin avtomobilin mühərrikdə nasazlıq yaranmış, usta avtomobilə texniki baxış keçirmiş, nasazlığı yağa görə olmasını bildirmiş, mühərrikin içərisini açıb, yağı boşaldanda isə mühərrikdə 5 litr əvəzinə 2 litr qara rəngli keyfiyyətini itirmiş, mazut kimi yağ olması məlum olmuşdur. Məlum olmuşdur ki, avtomobilin mühərriki sıradan çıxmışdır. Məhkəmə iddiaçının izahatını şahid ifadəsini dinləyib və iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1982-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş avtomobilin texniki pasportundan məlum olur ki, “KİA OPTİMA minik” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. Mülki işə əlavə edilmiş çoxməqsədli yağ məhsullarının logistikası və marketinqi üzrə təsdiq sertifikatından məlum olur ki, həmin sertifikatının müddəti 09 mart 2020-ci il tarixdə bitmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası “Avtomotoserviz və ticarət” İB-nin “Avtomotoserviz və ticarət” Gəncə müəsissəsinin 03 mart 2023-cü il tarixli02/03 nömrəli Akt-Rəyindən məlum olur ki, İddiaçı şifahi müraciəti əsasında məxsus olan “KİA OPTİMA minik” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vizual baxış keçirilmişdir. Vizual baxış zamanı avtomobilin mühərriki nasazdır, işləmir, gələcək istismar və istifadəsi qeyri-mümkündür, tam təmir eilməldir. Avtomobilin mühərrikinin sıradan çıxmasına səbəb isə keyfiyyətsiz mühərrik yağından istifadə edilməsi olmuşdur. Avtomobilin mühərrikinə tökülmüş yağın keyfiyyət göstəricisinin aşağı olması, eləcədə mineral yağ olmasına görə mühərrikin “dirsəkli valı” sıradan çıxmış və yağ nasosunun 8 ədəd vkladışları yararsız hala düşməsinə görə mühərrik tam təmir olunmalıdır. Mülki işə əlavə edilmiş CHEMPİOL markalı mühərrik yağının və COMMA markalı mühərrik yağının dəyidirilməsinə dair olan qəbzlərdən məlum olur ki, 14 sentyabr 2022-ci il tarixdə CHEMPİOL markalı mühərrik yağı 111300 km məsafədə dəyidirilmiş mühərrikinə tökülmüş yağa görə avtomobilinin cəmi 117300 km məsafə getməsinə zəmanət vermiş, 02 mart 2023-cü il tarixdə COMMA markalı mühərrik yağının dəyidirilməsi 111500 km məsafədə dəyidirilmiş mühərrikinə tökülmüş yağa görə avtomobilinin cəmi 119000 km məsafə getməsinə zəmanət vermişdir. Mülki işə əlavə edilmiş qaimələrdən məlum olur ki, “KİA OPTİMA minik” markalı **- SR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin mühərrikinin tam təmir olunması üçün 4200 (dörd min iki yüz) manat, pul vəsaiti tələb olunur. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçılarının və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı məxsus olan “KİA OPTİMA minik” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinə keyfiyyətsiz yağ tökməsi səbəbindən “KİA OPTİMA minik” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki sıradan çıxmış, yararsız hala düşmüş, mühərrikiin tam təmir edilməsinə ehtiyac yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh1 İddiaçı 4000 (dörd min) manat ziyan vurması mötəbər sübutları ilə sübuta yetirildiyindən, İddiaçı Cavabdeh1 maddi ziyanın əvəzini tələb etməkdə haqlıdır. Ona görə də, iddia bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına müvafiq olaraq hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Hazırki mülki iş üzrə cavabdehin iddiaçıya mənəvi ziyan vurması faktı təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-in 21.3-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Azərbaycan Respublikası MM-in 1096.2-ci maddəsinə müvafiq olaraq delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Konstitusiyanın 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. AR Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və s.) Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 qarşı “Dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilsin. Cavabdeh1 4000 (dörd min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 60 (altmış) manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar