Məhkəmə qərarları › İş №2(066)-524/2023

Göygöl Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(066)-524/2023

19.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-524/2023 19.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, İddiaçı, vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 19 iyun 2023-cü il tarixdə Göygöl rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh 6000 (altı min) manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 81 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı işə qiyabi icraat qaydasında baxılmasını xahiş edərək, bu barədə məhkəməyə yazılı ərizəni təqdim etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.1-ci və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edərək, bu barədə qərardad qəbul etdi. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən “Çinarlı” yeməkxanasını işlədir. Cavabdeh ilə həmkəndlidir. Bəşirin atası Azərin xahişi ilə onu yanına işə götürmüşdür. Bəşir onun yanında işlədiyi müddətdə mal-heyvan alveri etdiyini yaxşı qazancı olduğunu deyərək onu inandırmış və demişdir ki, “pul ver alver edim qazancını bölək” . O, əvvəlcə cavabdehə 3000 manat pul vermiş, cavabdeh dediyi kimi həmin pula heyvan alıb sataraq qazancından ona da verərək onun etibarını qazanmışdır. Bundan sonra 2022-ci ilin təxminən aprel- may aylarında cavabdehdən ona verəsi olduğu 3000 manatı istədikdə cavabdeh 20-25 ədəd xırda buynuzlu heyvanı ona gösərərək demışdir ki, 3000 manatda ver heyvanları aparım Tovuz rayonunun bazarında satım gətirim pulun özünü və eləcədə qazancından sənə verim, əgər Tovuzda sata bilməsəm gətirib Gəncə bazarında satıb sənin pulunu və qazancını verəcəm. Cavabdehə inanıb htf nutşvgt 3000 manat da vermış və bundan bir neçə gün sonra cavabdehdən xəbər çıxmadığına görə ona zəng etməyə başlamış, cavabdeh onun zənglərinə cavab verməmış, evinə getdıkdə isə hər dəfə bir bəhanə ilə gizlənib çıxmamışdır. Cavabdehin hərəkəti barədə PŞ-nə şikayət ərizəsi vermişdir. Təhqiqatçı tərəfindən ona mülki qaydada məhkəmədə iddia qaldrmaq hüququ izah edilmişdir. Odur ki, məhkəmədə həmin iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdeh 6000 (altı min) manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 81 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı, vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil eyni məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdi. X1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o İddiaçı işlətdiyi Göygöl rayonu Üçtəpə kəndində yerləşən “Çinarlı” yeməkxanasında adminstrator, Cavabdeh isə həmin yeməkxanada ofisiant isləmişdir. Cavabdeh dəfələrlə onun yanında İddiaçı mal-hevan alveri etmək məqsədi ilə pul istəmişdir. 2-3 dəfə İddiaçı onun yanında Cavabdeh 5-6 min manat pul vermişdir. X2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, İddiaçı işlətdiyi Göygöl rayonu Üçtəpə kəndində yerləşən “Çinarlı” yeməkxanasında kababçı, Cavabdeh ısə ofisiant işləmişdir. Onun yanında İddiaçı Cavabdeh mal-hevan alveri etmək məqsədi ilə bur neçə dəfə pul vermişdir. Məhkəmə iddiaçının və şahidin izahatını dindəyib iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan və protokollardan görünür ki, Cavabdeh izahatı alınması üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dəfələrlə zəng edilməsinə baxmayaraq nömrə bağlı olduğu üçüm əlaqə yaradılması mümkün olmamışdır.Toplanmış materialın araşdırmanın davam etdirilrək AR CM-nin 178-ci maddəsinə hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə Göygöl RPŞ-nin istintaq bölməsinə göndərilməsi qərara alınmışdır. İşdə olan Göygöl rayon İHB-nın Üçtəpə kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 370 nömrəli arayışında Cavabdeh Göygöl rayonu Üçtəpə kəndində qeydiyyatda olmasına baxmayaraq qaşadığı ünvanın onlara məlum olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdikləri sübutlar əsasında baxıb yalnız onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi göstərdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim)öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1 maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1 maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmini Məcəllənin 399.1 maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmini Məcəllənin 405.1 maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmini Məcəllənin 406.1maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmini Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmini Məcəllənin 443.1maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmini Məcəllənin 448.1maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-244 və 360-cı maddələrinə əsaslanaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul və İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 81 (saksən bir) manat cəmi 6081 (altı min səksən bir) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra, 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Göygöl Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğv etmə müddəti bitdikdən sonra, tərəflər 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar