Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-56/2023 20.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi, iddiaçı X7, onun vəkili X5 və Cavabdeh1 iştirakı ilə, İddiаçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl şəhərində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 13 saylı hərbi şəhərciyində yaşayan və hərbiçi olan ər-arvad cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona borclu olduqları 5400 manat məbləğdə pulun və onun faizi olan 1220 manat məbləğdə pulun, məhkəməyə ödənilmiş 88 manat məbləğdə dövlət rüsumunun və vəkil üçün ödənilmiş 100 manat xidmət haqqının cavabdehlərdən alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 şəhəri 13 saylı hərbi şəhərcikdə yaşayır. Cavabdehlər Cavabdeh1 və onun arvadı Cavabdeh2 yaxşı tanıyır və münasibətləri normal şəkildə olmuşdur. İddiaçının cavabdehlərlə tanışlıq münasibəti olduğuna görə cavabdehlər iddiaçıdan borc pul verməsini xahiş edərək onların problemi olduğu üçün 5400 manat məbləğdə pula etiyacları olmasını bildirmişlər. Həmçinin iddiaçıya pulu 5-6 ay müddətində geri qaytaracaqlarına söz vermişlər. İddiaçı cavabdehlərlə şəxsi münasibəti olduğuna görə və onlara inandığı üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5400 manat məbləğdə pulu bankdan kredit götürərək borc pul vermişdir. Cavabdehlər həmin 5400 manat pulu və onun 1220 manat faizini kredit müqaviləsi və cədvəli əsasında onlara ödəyəcəklərini bildirmişlər. Lakin cavabdehlər iddiaçıdan borc pulu aldıqdan sonra bir neçə müddət keçməsinə baxmayaraq, həmin pulu nə iddiaçıya qaytarmaq istəməmiş, nə də banka heç bir ödəniş etməmişdir. Lakin hər dəfə cavabdehlər müxtəlif bəhanələrlə iddiaçıya borclu olduğu pulu qaytarmaqdan imtina etmişlər və müxtəlif bəhanələr gətirərək pulunu bugünkü günə qədər qaytarmamışlar və banka olan kredit borcunu ödəməmişlər. Buna görə də iddiaçı məcburiyyət qarşısında qalaraq, məhkəmədə cavabdehlərə qarşı pul tələbinə dair iddia qaldırmaq qərarına gəlmişdir. Odur ki, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X5 iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, o və arvadı doğrudan da iddiaçıdan 5400 manat məbləğində borc pul almışdır. Həmin puldanda müəyyən məbləğdə borcu qaytarmışdır. 2022-ci ilin avqust ayından sonra isə iddiaçıya heç bir ödəniş etməmişdir. Bununla bağlı olan qəbzlərin hamısını isə məhkəməyə təqdim edir. Hal-hazırda onların iddiaçıya 1500 manat borcu qalmışdır. Məhkəmə, tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 09738307 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1987-ci ildə doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə Cavabdeh2 tərəfindən yazılmış izahatın surətindən görünür ki, o, Göygöl şəhərində yerləşən hərbi hissədə Afət Əliyeva ilə bir yerdə xidmət edir. 13 iyun 2021-ci il tarixdə X3 adına "xxxx" ASC-dən 5400 manat kredit götürülmüşdür. Həmin kreditin götürülüb Cavabdeh2 verilməsi məqsədi övladının səhhəti ilə əlaqədar olmuşdur. Afət Əliyevanın adına götürülmüş kreditin 12 aylıq müddəti Cavabdeh2 tərəfindən ödənilmişdir. Cavabdeh2 Afət Əliyevanın adına götürülmüş pul kreditinin müqavilə və qrafikə uyğun olaraq ödəyəcəyini bildirmiş və yazdığı izahatı öz imzası ilə təsdiq etmişdir. Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə Cavabdeh1 tərəfindən yazılmış izahatın surətindən görünür ki, o, Göygöl şəhərində yerləşən hərbi hissədə xidmət edir və hal hazırda gizir hərbi rütbəsindədir. Həyat yoldaşı Cavabdeh2 da həmin hərbi hissədə hərbi qulluqçudur. Afət Əliyevanın onun barəsində etdiyi müraciətlə tanış olmuşdur. 13 iyun 2021-ci il tarixdə X3 adına "xxxx" ASC-dən 5400 manat kredit götürülmüşdür. Həmin kreditin götürülüb ona verilməsi məqsədi övladının səhhəti ilə əlaqədar olmuşdur. Afət Əliyevanın adına götürülmüş kreditin cədvəl əsasında 12 aylıq müddəti ayda 275 manat olmaqla Cavabdeh1 tərəfindən ödənilmişdir. Cavabdeh1 Afət Əliyevanın adına götürülmüş pul kreditinin müqavilə və qrafikə uyğun olaraq ödəyəcəyini bildirmiş və yazdığı izahatı öz imzası ilə təsdiq etmişdir. "xxxx" ASC ilə X7 arasında bağlanmış 13 iyul 2021-ci il tarixli, 800804-230168/1 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana 5400 manat məbləğində krediti illik 20 (iyirmi) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə şəxsi istehlak məqsədi üçün vermişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarixli, 9/8692 nömrəli ekspert rəyindən görünür ki, cavabdeh X3 iddiaçı "xxxx" ASC-yə olan borcu əsas borc üzrə 2594,70 manat, faiz borcu üzrə 28,83 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X1 şəhəri 13 saylı hərbi şəhərcikdə yaşayır. Cavabdehlər Cavabdeh1 və onun arvadı Cavabdeh2 yaxşı tanıyır və münasibətləri normal şəkildə olmuşdur. İddiaçının cavabdehlərlə tanışlıq münasibəti olduğuna görə cavabdehlər iddiaçıdan borc pul verməsini xahiş edərək onların problemi olduğu üçün 5400 manat məbləğdə pula etiyacları olmasını bildirmişlər. Həmçinin iddiaçıya pulu 5-6 ay müddətində geri qaytaracaqlarına söz vermişlər. İddiaçı cavabdehlərlə şəxsi münasibəti olduğuna görə və onlara inandığı üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5400 manat məbləğdə pulu bankdan kredit götürərək borc pul vermişdir. Cavabdehlər həmin 5400 manat pulu və onun 1220 manat faizini kredit müqaviləsi və cədvəli əsasında onlara ödəyəcəklərini bildirmişlər. Lakin cavabdehlər iddiaçıdan borc pulu aldıqdan sonra bir neçə müddət keçməsinə baxmayaraq, həmin pulu nə iddiaçıya qaytarmaq istəməmiş, nə də banka heç bir ödəniş etməmişdir. Lakin hər dəfə cavabdehlər müxtəlif bəhanələrlə iddiaçıya borclu olduğu pulu qaytarmaqdan imtina etmişlər və müxtəlif bəhanələr gətirərək pulunu bugünkü günə qədər qaytarmamışlar və banka olan kredit borcunu ödəməmişlər. Buna görə də iddiaçı məcburiyyət qarşısında qalaraq, məhkəmədə cavabdehlərə qarşı pul tələbinə dair iddia qaldırmaq qərarına gəlmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında “maddi nemətlər”-də mülkiyyət (əmlak) hüquqlarının hüdudları daxilində dəyərləndirilir. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi pulun iddia etdiyi məbləğdə cavabdehlərə verməsinin sübut edilməsidir. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıdan cəmi 5400 manat borc alması iş materialları ilə tam sübut olunur. Belə ki, iş materiallarında olan Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə Cavabdeh1 və Cavabdeh2 tərəfindən yazılmış izahatın surətindən görünür ki, onlar, X3 adına 5400 manat borc almışlar. Həmçinin məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, doğrudan da iddiaçıdan 5400 manat məbləğində borc pul almışdır. Bundan başqa, "xxxx" ASC ilə X7 arasında bağlanmış 13 iyul 2021-ci il tarixli, 800804- 230168/1 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana 5400 manat məbləğində krediti illik 20 (iyirmi) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə şəxsi istehlak məqsədi üçün vermişdir. Göründüyü kimi, iş üzrə iddiaçı cavabdehlərə pulu "xxxx" ASC götürərək vermişdir. İş materiallarına əlavə edilmiş müxtəlif tarixli ödəniş qəbzlərindən görünür ki, "xxxx" ASC-yə iddiaçı və cavabdeh tərəfindən müəyyən vaxtlarda ödənişlər edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, o, borcundan bir hissəsini qaytarmışdır. 2022-ci ilin avqust ayından sonra isə iddiaçıya heç bir ödəniş etməmişdir. Belə olan halda, xx.xx.2022-ci il tarixə X3 "xxxx" ASC-yə olan borcunu müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarixli, 9/8692 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixə X3 "xxxx" ASC-yə olan borcu əsas borc üzrə 2594,70 manat, faiz borcu üzrə 28,83 manat müəyyən edilmişdir. Bundan başqa, iddiaçı tərəfdən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərlərdən də görünür ki, həmin tarixlərdə iddiaçının özü tərəfindən "xxxx" ASC-yə 276 manat və 603 manat pul ödənmişdir. Eyni zamanda qeyd edilməlidir ki, yuxarıda qeyd edilmiş iki qəbzdən başqa iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixədək olan bütün qəbzlər iş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarixli, 9/8692 nömrəli ekspert rəyində isə borc məbləği xx.xx.2022-ci il tarixə hesablandığından və iddiaçının özü tərəfindən avqust ayında ödənilmiş 276 manat və 603 manat pulda həmin rəydə əhatə olundiğundan həmin məbləğlər cavabdehlərdən tutulacaq borca əlavə edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlərdən 3502.53 (2594.70 (ekspert rəyi əsasında ödəniləcək əsas məbləğ) + 28.83 (ekspert rəyi əsasında ödəniləcək faiz borcu) + 276 + 603 (iddiaçı tərəfindən 2022-ci ilin avqust ayında ödənilmiş məbləğlər)) manat pul tutularaq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə isə təmin edilməməlidir. Qanunvericiliyin sübutetmə yükü ilə bağlı yuxarıda göstərilən mövqeyindən görünür ki, tələb edilən qalan pulun iddiaçıya qaytarıldığını sübut etmək vəzifəsi bir qayda olaraq cavabdehlərin üzərinə düşür. Hazırkı işdən isə görünür ki, cavabdehlərin borcunu qaytardığını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, borcun tam olaraq qaytarılmış olmasını əsaslı hesab etmək mümkün deyil. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 55.02 manatı cavabdehlərdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə rəy verilmiş və rəyə “ekspertiza xərclərinə dair bildiriş” əlavə edilmişdir. Həmin bildirişdən görünür ki, Mərkəz tərəfindən məhkəmə tikintitexnikası ekspertizasının aparılması ilə əlaqədar tədqiqatın dəyəri 100 manat dəyərində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan 100 manat məbləğində pul iş üzrə tərəflərdən tutularaq Mərkəzin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3502.53 manat borc və ödənilmiş dövlət rüsumunun 55.02 manatı alınaraq iddiaçı X4 verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat iddiаçı X7, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulаrаq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov. İş № 2(066)-56/2023 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN QƏTNAMƏDƏNÇİXARİŞ Göygöl Rayon Məhkəməsi 20 aprel 2023-cü il Göygöl şəhəri. Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi, iddiaçı X7, onun vəkili X5 və Cavabdeh1 iştirakı ilə, İddiаçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3502.53 manat borc və ödənilmiş dövlət rüsumunun 55.02 manatı alınaraq iddiaçı X4 verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat iddiаçı X7, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulаrаq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №2(066)-56/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-56/2023
20.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver