Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-59/2025 07.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və cavabdeh X2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-yi tərəfindən qanunsuz və əsassız olaraq ona yazılmış 216 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göygöl rayon Çaylı kəndində mülkiyyətində yaşayış evi var. Qeyd olunan yaşayış evinə kommunal xidmətlərə görə sayğaclar quraşdırılb, o cümlədən təbii qaza görə də qaz sayğacı quraşdırılıb. Ona məxsus G-4 markalı, ******* nömrəli qaz sayğacı xx.xx.2021-ci ildə Azərqazın işçiləri tərəfindən saz vəziyyətdə sökülərək yenisi ilə əvəz edilmiş və ona sayğaca heç bir müdaxilə olmaması bildirilmişdir. Bu barədə aktda tərtib edilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, qanunsuz və əsassız olaraq ona 216 manat məbləğində cərimə yazılıb, səbəbini öyrənəndə məlum olmuşdur ki, guya o sayğaca müdaxilə etmiş və sayğacın hesablama mexanizmini şüşəsi alt hissəsi deşici alətlə deşilib. Halbu ki, göstərilənlərin hamısı qanunsuz və əsassız yazılıb. Yuxarıda qeyd etdiyi kimi ona məxsus sayğac dəyişəndə heç bir problemi olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək və əlavə olaraq bildirdi ki, onun evinə məxsus sayğac sökülmüş və yenisi ilə əvəz edilmiş, həmin vaxt sayğacın möhürü yerində olmuş və müayinə olunmaq üçün götürülmüş və 4 aydan sonra X2 işçiləri gəlmiş və ona sayğaca müdaxilə olunduğunu və ona 216 manat cərimə yazılmasını bildirmişlər. O isə imtina etmiş və sayğaca müdaxilə etmədiyini, sayğac götürülərkən plombunun üzərində olmasını və 4 ay keçdikdən sonra ona gəlib demişlər ki, sayğaca müdaxilə etmişdir. Əlavə olaraq bildirdi ki, o Göygöl rayon Çaylı kəndində yaşayır. Sayğac 2021-ci ilin aprel ayında çıxarılmış, sayğac çıxarılarkən o iştirak etməmiş həmin vaxt işdə olmuş, onun əvəzinə evdəkilər akta imza etmişlər. Sayğac çıxarılarkən möhürü üzərində olmuşdur. Sayğacın çıxarılmasını ona arvadı demişdir. Sayğac çıxarılıb aparılarkən evdəkilər iştirak etmişlər. Sayğac çıxarılıb sayğaca baxış keçirilməsi ilə bağlı ona məlumat verməmişlər. Ona 2021-ci ilin avqust ayında gəlib sayğca müdaxilə etməsini demişlər. O terminal vasitəsi ilə ödəniş edərkən borcun silinməsini görmüş bu səbəbdən müraciət etməmiş, lakin sonradan ödəniş etdikdə borcun olmasını görmüş və bu səbəbdən hazırda müraciət etmişdir. Sayğac çıxarılarkən arvadı Gəncəliyeva Sonya iştirak etmişdir. O, aktdakı imzaya baxdıqdan sonra onlarda elə bir imza olmamasını bilmişdir. X2 əməkdaşları tərəfindən baxış keçirilmək istəyəndə onlar evə baxış keçirilməsinə etiraz etməmişlər, yalnız hesablanmış cərimədən imtina etmişlər. X2 əməkdaşları evə daim baxmışlar. Onlarda 2021ci ildə hamam kalonkası olmuşdur. Onların ünvanından sökülən sayğac quraşdırılmış ilk sayğac olmuşdur. Məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh X2 nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddianı qəbul etmirlər. İddiaçı ifadəsində bildirir ki, sayğac çıxarıldıqdan 4 ay sonra məlumat olmuşdur. Sayğac kütləvi formada çıxarıldıqdan sonra Bakı şəhərində olan laborotoriyaya göndərilir. Həmin laborotoriyada dövlət yoxlamasında keçirilir. Təxminən 2000-2500 sayğac çıxarıldıqdan sonra Bakı şəhərində laborotoriyada dövlət yoxlamasında keçirilir. Laborotoriya rəyi daxil olduqdan sonra vətəndaşa təbii qazın istifadə qaydalarının pozulması haqqında akt tərtib olunur və vətandaşın həmin vaxtdan dəymiş ziyanın yazılmasından məlumatı olur. Uzun müddət keçməsinə baxmayaraq vətandaş tərəfindən məhkəmədə iddia qaldırılmamış və iddia müddəti demək olar ki, ötürülmüşdür. Abonentə dəymiş ziyanla bağlı 216 manat hesablama aparılmışdır. Əlavə olaraq bildirdi ki, 2021-ci il tarixdə abonentə sayğaca müdaxilə halı aşkar edilmişdir. Abonentin evinə baxış keçirilmişdir. Abonentin evinə baxış ev sahibinin iştirakı ilə keçirilir. Çıxarılan sayğac təxminən 5 il əvvəl quraşdırılmışdır, növbəti yoxlama ilə bağlı sayğac çıxarılmışdır. Onlar sayğacı çıxararkən sayğacda vizual qüsür olmamış, lakin laborotoriyada müəyyən edilmişdir. Sayğac bağlanır daha sonra möhürlənir. Sayğaclar kütləvi şəkildə quraşdılarkən əvvəl sayğaclar quraşdırılmış daha sonra isə möhürlənmişdir. Sayğacın yararlı və yararsız olması ilə bağlı müayinə olunması üçün götürülmüşdür. Abonent hər hansı inzibati məsuliyyətə cəlb edilməmişdir. Sayğac çıxarıldıqdan sonra ola bilə ki, 10-15 gün sonra laborotoriyaya göndərilsin. Qaz sayğacı abonentin evinə Cavabdeh İB tərəfindən quraşdırılmışdır. Qeyd olunan məsələdən sayğaclar quraşdırılarkən abonentdən maraq naminə istifadə etmişlər. Sayğacın az yazmasında abonent maraqlı olur. Sayğacın hesablama xexanizminin qlapanın alt hissəsinin deşici alətlə deşilməsinin neçə faiz qaz itkisi olmasını laborotoriya müəyən edir. Məhkəmədən iddianın əsassız olması, yəni iddia müdətinin ötürülüdüyündən iddianın əsassız olmasını xahiş etdi. Məhkəmə iş üzrə tərəfləri dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğunda təmin edilməlidir. İşdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı Çaylı kəndində yerləşən fərdi yaşayış evində Elister G-4 markalı ******* nömrəli sayğac növbəti yoxlama zamanı əvəz olma əsası ilə çıxarılmış və Elister G-4 markalı ******* nömrəli sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, abonent İddiaçı evinə quraşdırılan sayğaca ARDNŞ-i Azəriqaz İB-i Qaz sayğacının yoxlanması barədə AKT № MSK 29/1710-03316-1 nömrəli rəyinə əsasən sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin plastmas qapağının üst hissəsi deşici alətlə deşilməsi, sayğacın dəyərinin ödənilməsi və dəymiş ziyanın hesablanaraq ödənilməsi göstərilmiş, abonent aktı imza etməkdən imtina etməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş dəymiş ziyanın bərpasına dair 31 avqust 2021-ci il tarixli tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli MSK-29/1710- 03316-1 nömrəli Aktına əsasən G-4 markalı, ******* nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının üst hissəsi deşici alətlə deşilməsi aşkar edilmiş və cəmi 2160 m3 ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin (**********00000) saldosundan görünür ki, İddiaçı abonent hesabına 2021-ci ilin avqust ayı üzrə akt əsasında 216 (iki yüz on altı) manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşdır. Məhkəmə baxışı zamanı iş materialları ilə müəyyən olundu ki, Cavabdeh Gəncə X9 İdarəsinin nümayəndələri abonent olan İddiaçı yaşadığı Göygöl rayonu, Çaylı kəndində olan evə quraşdırılmış Elister G-4 markalı ******* nömrəli sayğacı növbəti yoxlama zamanı əvəz olma əsası ilə xx.xx.2021-ci il tarixli, ******* saylı aktla çıxarılmış və Elister G-4 markalı ******* nömrəli sayğac quraşdırılmış, bundan sonra xx.xx.2021-ci il tarixli ******* nömrəli aktla sayğacın hesablama mexanizminin plastmas qapağının üst hissəsi deşici alətlə deşilməsi aşkar edilmiş, Cavabdeh itirilmiş qaz sərfiyatına görə 216 manat vurulmuş ziyan istehlakçının istifadəsində olan yeni qaz sayğacına hesablanmışdır. Cavabdeh aktı imzalamış əməkdaşları tərəfindən akt tərtib olunarkən abonent iştirak etməmiş, köhnə sayğac çıxarıldıqdan dərhal sonra qablaşdırılıb üzəri möhürlənməklə ekspertizaya təqdim edilməsi üçün göndərilməsinə dair hər hansı bir tədbir görülməmiş, həmçinin sayğacının ekspertizadan keçirilərkən aşkarlanmış qüsurların yaranmasında abonentin ailə üzvləri və həmin evdə yaşayan şəxslərin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, bu halları təkzib edəcək hər hansı bir dəlillər cavabdeh tərəfindən irəli sürülməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, sayğaca müdaxilə edilməməsi üçün üzərinə qoruyucu möhür vurulmuş, lakin köhnə sayğac çıxarılarkən nasazlığın olması aşkar edilməmiş və abonentin ailə üzvlərinə bildirilməmişdir. Həmçinin sayğacının ekspertizadan keçirilərkən aşkarlanmış həmin qüsurun yaranmasında abonentin ailə üzvləri və həmin evdə yaşayan şəxslərin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacında sayğacın çıxış plastmas borusunun deşilməsi gözlə görünən nöqsan olmamaqla, sayğacın üzərində qoruyucu möhrünün və zədəsinin olmaması sayğacda olan bu nöqsanın abonentin təqsirli hərəkətlərindən baş verməsini istisna edir, çünki sayğaca belə bir müdaxilənin qəsdlə edilmiş olmasını ehtimal ediləcəyi halda, bu yalnız sayğacın quraşdırılmasından və üzərinə qoruyucu möhürü vurulmasından öncə edilmiş olması mümkündür. Lakin sayğac cavabdeh təşkilatın əməkdaşları tərəfindən quraşdırılmış və üzəri möhürlənmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmiş, qeyd edilən nöqsan barədə tərtib edilmiş akt sayğacı yenisi ilə əvəz etmiş şəxslər tərəfindən aşkar edilməmiş və həmin vaxt abonentin iştirakı təmin edilməmiş, sayğac xüsusi qablaşdırma olmadan götürülmüş, sayğacda olan zədənin abonentin təqsirindən və ya istismar müddəti bitməsindən yaranması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktda abonent İddiaçı adından və onun xəbəri olmadan aktı imzalanmasının göstərilməsi onu deməyə əsas verir ki, cavabdehin əməkdaşları tərəfindən heç bir sübutla müəyyən edilməyən zərəri hesablayaraq itirilmiş qazın dəyərini iddiaçı olan abonentdən tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.4-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Məhkəmə qeyd edilən akt və qərarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan əlavə, məhkəmə Cavabdeh Göygöl X8 İdarəsinin xx.xx.2021-ci il tarixli ******* nömrəli aktına əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının üst hissəsi deşici alətlə deşilməsi qeydinin istehlakçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evindən çıxarılmış qaz sayğacının ekspertizadan keçirilərək hansı mexanizminə müdaxilə olunmasını, bu müdaxilənin abonent tərəfindən edilməli bir hərəkət olmasını və qaz sərfiyyatının nə qədər itki ilə hesablamasını müəyyən etməməkdə cavabdeh səhvə yol vermiş və bu halları təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir, belə olan halda abonentin təqsiri üzündən qaz itkisinin olmasını qəbul edilməsi yol verilməzdir və iddiaçının təqsirli hərəkətləri nəticəsindən qeyd edilən nöqsanların yaranmasını təsdiq edən sübutları cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, Cavabdeh Gəncə X8 İdarəsinin abonent İddiaçı barəsində hesabladığı itirilmiş qaz sərfiyyatı kimi 216 (iki yüz on altı) manat ziyan olaraq hesablanmış məbləğ İddiaçı abonent hesabından silinməlidır. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı istehlakçı olduğundan iddia ərizəsi verərkən dövlət rüsumu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu ödəməmişdir və iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 216 (iki yüz on altı) manat borc məbləği abonent İddiaçı (**********00000) abunə hesabından silinsin. Cavabdehndən 30 (otuz manat) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-59/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-59/2025
07.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver