Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-601/2025 18.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı X1 Cavabdeh1nə, Cavabdeh3 X2, Daşınar və Daşınmaz Əmlakların Satışı Üzrə “X4” MMC-yə qarşı «hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdi: İddiaçı X1 Cavabdeh1nə, Cavabdeh3 X2, Daşınar və Daşınmaz Əmlakların Satışı Üzrə “X4” MMC-yə qarşı «hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Göygöl rayon Balçılı kəndində yerləşən 0.128 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evinə dair "xxxx" MMC-nin 05 dekabr 2023-cü il tarixli, 54/01- 1 № li hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmsını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Daşınar və Daşınmaz Əmlakların Satışı Üzrə “X4” MMC adında hüquqi şəxs elektron məhkəmə informasiya sistemində aşkarlanmadığından cavabdehi müəyyən etmək mümkün olmamış, həmçinin iddiaçı tərəfindən ərizə məhkəməyə verilərkən qanunvericiliyin tələbinə uyğun məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbzin əsli təqdim edilməmiş, həmçinin iddia ərizəsi tərəflərin sayına uyğun olaraq iddia ərizəsinə əlavə edilməmişdir. Bununla da müəyyən olunur ki, iddia ərizənin formasına və məzmununa dair tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Qanunun 1.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin Qanunun 8.1.2-ci maddəsində qeyd edilmişdir ki, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmçinin qiymətləndirilməyən iddia olduğu halda 100 manat dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəlləni 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı X1 Cavabdeh1nə, Cavabdeh3 X2, Daşınar və Daşınmaz Əmlakların Satışı Üzrə “X4” MMC-yə qarşı «hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev İş № 2(066)-601/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan iddiaçı X1 Cavabdeh1nə, Cavabdeh3 X2, Daşınar və Daşınmaz Əmlakların Satışı Üzrə “X4” MMCyə qarşı «hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizənin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxılır. Prosessual hərəkət saat 11:30-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin icraata qəbul edilmədən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 11:40-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-601/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-601/2025
18.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver