Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-602/2024 15.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X2 Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Ərizəçi İddiaçı “barışıq sazişinin təsdiq olunmasına və aliment işinin xitam olunmasına” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı “barışıq sazişinin təsdiq olunmasına və aliment işinin xitam olunmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədinin icrası ilə bağlı “İcra haqqında” Qanunun 20.1.2-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq olunmasını və aliment işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə ərizəçi məhkəmə iclasına gəlməmişdir. Ərizəçi məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.06, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: Ərizəçi İddiaçı “barışıq sazişinin təsdiq olunmasına və aliment işinin xitam olunmasına” dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-602/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-602/2024
15.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver