Məhkəmə qərarları › İş №2(066)-637/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-637/2025

07.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-637/2025 07.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcunu könüllü ödəmədiyinə görə 1 570.00 manat məbləğində pulun və ödənilmiş 35.70 manat dövlət rüsumunun alınaraq “Azəriqaz” İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN ********** M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, “Azəriqaz” İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə ididiaçı X1 Gəncə X5 İdarəsi ilə Cavabdeh (kod **********00000) arasında xx.xx.2024-cü tarixli, № XS-25-5572/24 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilmasi üçün İstehlakçı ilə Paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Həmin müqavilanin 3.4-cü bəndinə əsasən, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətinə tam ödənilməlidir. Qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifada edilmiş təbii qazın dəyəri tam odənilməlidir. Bağlanılmış müqaviləyə əsasan Cavabdeh "X1 Gəncə X5 İdarəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Lakin, Cavabdeh müqavilənin öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini ödəməmişdir. Bunun da nəticəsində istifadə etdiyi təbii qazın dəyərinə görə cavabdehin "Azəriqaz” X3 X5 İdarəsinə 1 570.00 manat məbləğində debitor borcu yaranmışdır. Məhkəməyə qədər müddət ərzində cavabdehə tərəflərindən göstərilən borcun ödənilməsi barədə xx.xx.2025-ci il tarixli, HŞ-01/13-050 saylı xəbərdarlıq məktubunun rəsmi verilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçı Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə şəhərində qeydiyyatda olduğu üçün iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə əlavə olunmuş cavabdehə aid AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda faktiki yaşayış yeri ünvan 1 ünvanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1.-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Məhkəmə iş üzrə iddiaçını dinləyib, məhkəmənin hazırki mərhələsini və ərzənin dəlillərini nəzərə alaraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli, mülki iş ərazi aidiyyəti üzrə iddiaçının yaşadığı yer üzrə məhkəməyə, yəni Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263, 264, 403.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar