Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-647/2024 12.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayaon Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evinə əsassız hesablanmış 4324,32 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evinə VİKO tipli, 3x230/400 gərginli işıq sayğacı quraşdırılmışdır. xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilatın nümayəndələri ünvana gələrək 333563 nömrəli akt tərtib etmişlər. Aktda qeyd edilir ki, reyd zamanı şəbəkənin A,B, C fazalarında gərginlik vardır, lakin sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın "B" fazasında sərf olunan elektrik enerji qeyd edilmir. "xxxx" ASC-nin Qərb RETSİ-nin AKT komissiyasının sədrinin icra vərəqəsinə əsasən Rəşid Bayramovdan (fərdi abonent) 4324,32 manat pul tələb olunur. Beləliklə qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt atası X2 adına yazılmışdır. X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bundan başqa, evdə o, öz ailəsi ilə yaşayır və onun evin işıq sayğacına tərəfindən heç bir müdaxilə olunmamışdır. Buna heç zərurət də yox idi. Bundan başqa, o tələb olunan məblələğlə qəti razı deyil. Həmin məbləğin necə hesablanması da çox şübhəlidir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilatın nümayəndələri təxminən 3-5 nəfər adlarını bilmədiyi əməkdaşlar yaşadığı ünvana gəlmişlər, o həmin əməkdaşları qarşılamış onlar sayğacı yoxlamış bundan sonra çıxıb getmişlər. Lakin sabah 10-11 radələrində onlar bir daha onun yaşadığı ünvana gəlmişlər və sayğacda problem olmasını və sayğacın dəyişdirilməsinin lazım olduğunu bildirmişlər. O “problem deyil dəyişin” demiş çünki əvvəllərdə onun sayğacla bağlı şikayətləri olmuş belə ki, bəzən o aylıq 89 manat sərfiyyatla bağlı pul ödəmişdir. Onun iştirakı ilə sayğac dəyişdirilmiş həmin vaxt ona sənəd verilməli və onun da imzalamalı olması bildirilmiş və ona hazırda avtomobildə akt olmadığı və yarım saat ərzində gətirib tərtib edib verəcəklərini bildirmişlər. Lakin o, ailəsi ilə birgə toy mərasimi üçün getməsi səbəbindən gözləyə bilməyəcəyini bildirmiş, bundan sonra cavabdeh təşkilatın nümayəndələri sabahsı gün aktı götürməsini təklif etmişlər və bu şəkildə razılaşmışlar. Lakin sabahsı gün ona zəng vurmamışlar. Daha sonra ona zəng vurub onu sayğaca baxış keçirilməsi üçün dəvət etmişlər lakin onun onurğasında problem olması səbəbindən o iştirak edə bilməcəyini bildirmişdir. Həmin vaxtdan 3-4 gün sonra onun ünvanına məlumat gəlmiş həmin məlumatda cərimə edilməsi göstərilmiş və sayğacda plata aşkar edilməsi göstərilmişdir. O bundan sonra məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirdi ki, onun sayğacı 3 fazadır. Sayğac onların ünvanına nə vaxt qurarşıdırlmasını xatırlamır. Lakin özü və ya digər şəxs tərəfindən sayğaca müdaxilə edilməsi ilə bağlı heç bir məlumatı yoxdur. Onu sayğaca baxış keçirilməsi ilə bağlı dəvət etmişlər, lakin onun onurğasında problem olması səbəbindən gedə bilməmişdir. Sayğac onun yanında çıxarılmış daha sonra yenisi qoyulduqadan sonra cavabdeh təşkilatın nümayəndələri getmişlər. CD diskdə olan sayğacda olmuş qurğu ilə bağlı heç bir məlumatı yoxdur. Həmin evdə 2 il bundan qabaq atası yaşamış və vəfat etmişdir. İddianın təmin edilməsini və əsassız hesablanmış 4324,32 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə təmsil etdiyi hüquqi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı yaşadığı evin elektrik sayğacına baxış keçirilən zaman nəzarətçi mühəndis sayğacda olan fazaların birinin elektrik enerjisinin qeyd etmədiyini aşkar etmiş və bundan sonra idarəyə məlumat vermiş, bundan sonra "xxxx" ASC-nin əməkdaşları tərəfindən reyd keçirilmiş və qeyd olunan sayğac abonentin evindən götürülüb laborotoriyada baxış keçirilməsi üçün qablaşdırılmış və laborotoriyada baxış keçirilərkən video görüntü ilə qeydə alınmışdır. Əlavə olaraq bildirdi ki, nəzarətçi mühəndis həmin sayğaca baxış keçirərkən sayğacın fazlarından birinin işləmədiyini görmüş, o bundan şüphələndiyi üçün bununla bağlı idarəyə bildirmişdir. Sayğac açıldıqda məlum olmuşdur ki, sayğaca uzaqdan pultla idarə olunan sistem yığılmışdır. Bu isə sayğaca açıq aşkar müdaxilə olunduğunu göstərir. Sayğacda olan möhür salamat olmuşdur. Abonentin evinə sayğac xx.xx.2018-ci ildə qoyulmuşdur. Akt qanunvericiliyin tələbinə uyğun tərtib olunmuş, hesablama düzgün aparılmışdır. “Odur ki, göstərdikləri halları nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X5 baş mütəxəssis işləyir. İddiaçı sayğacına o, aparıcı mühəndis və keçmiş satış rəisi ilə birgə baxış keçirmişdir. Onlar sayğacı yoxlamış bu zaman aydın olmuşdur ki, sayğaca A, B və C fazaları daxil olur lakin sayğacın B fazasında sayğac sərf olunmuş elektrik enerjisini qeyd etmir. xx.xx.2024-cü il tarixdə onlar qeyd olunan nöqsanı aşkar etmişlər və bu barədə yerində yazmışlar və sayğacı laborotoriyada baxış keçirilməsi üçün götürmüşlər. Bundan sonra laborotoriyada baxış keçirilərkən sayğaca müdaxilə olduğu və sayğacın içərisində qurğu olması aşkar edilmiş, onlara bu barədə sənəd gəlmiş və onlara sayğacın açılması bildirilmişdir. Daha sonra isə məbləğin çox olması sayğacın məhkəmə qərar verilənədək qoşulması bildirilmiş bu səbəbdən onlar sayğacı qoşmuşlar. O borcun hesablanmasında iştirak etməmişdir. Abonentə cəriməni komissya hesablamışdır. Hesablama 90 gün müddətinə aparılmışdır və 24 saat götürülmüşdür. Adətən 3 fazalı sayğac abonentin ərizəsi əsasında quraşdırılır belə ki, abonent istifadə etdiyi məişət texnikasının sərf etdiyi enerji ilə bağlı müraciət etdikdən sonra abonentin evinə baxış keçirilir və ona texniki şərt açılır və abonent rüsumu banka ödədikdən sonra üç fazalı sayğac ünvana quraşdırılır. Sayğac götürülərkən nəzarətçi iştirak etməmişdir. O, sayğaca laborotoriyada baxış keçirilərkən iştirak etməmişdir. Sayğacı laborotoriyanın əməkdaşı götürür və qablaşdırıb aparır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, "xxxx" ASC-də Göygöl rayonu Yeni Qızılca və Bəhrəmbəy kəndləri üzrə nəzarətçi mütəxəssis işləyir. Ay ərizndə sayğaclara bir dəfə baxış keçirilir. O sayğaclara baxış keçirən zaman İddiaçı yaşadığı evin elektrik sayğacında B fazasının elektirik enerjisini qeydə almadığını görmüş və şübhələndiyi üçün idarəyə bu haqqda məlumat vermişdir. Həmin vaxt o sayğacda hər hansı qüsurun olmasından xəbəri olmamışdır. Sadəcə B fazasının yazmaması səbəbindən şüphələnmişdir. Onlar sayğacın aktiv göstəricilərini götürəndə sayğacın ekranında fazaların sərfiyyatı göstərilir. İdarəyə məlumat verildikdən sonra sayğac söküldükdə o həmin yerdə olmamışdır. Onlar sayğacdan götürüldükdən sonra abonentin xəttini dayandırmışlar daha sonra isə məhkəmə qərardadına əsasən xətti hazırkı işə baxılanadək bərpa etmişlər. Laborotoriyada baxış keçirilən zaman onu dəvət etməmişlər. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 01-ci ayının 06-cı günündə 03 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZE ******** seriyalı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Amasya Rayonun Əzizbəyov kənd sovetliyi tərəfindən verilmiş olan İİ-СЛ seriyalı, 279535 nömrəli, 20 may 1978-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı (atası X6, anası X3) xx.xx.1978-ci il tarixdə Amasya rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1978-ci ilin 05-ci ayının 20-ci günündə 16 nömrəsi ilə qeyd edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 333563 nömrəli aktdan görünür ki, həmin tarixdə Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən abonent X4 məxsus ünvanda elektrik sayğacına baxış keçirilərkən şəbəkənin A,B,C fazalarında gərginlik olduğu, lakin sayğaca baxış keçirilən zaman sayğacın B fazasında sərf olunan elektrik enerjisini qeyd etmədiyi məlum olmuşdur. İş materiallarına əlavə edilmiş “məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması” haqqında 728495 saylı protokoldan görünür ki, Qızılca kənd sakini Rəşid Bayramova (abunə kodu **********00093) məxsus 05152619 nömrəli, 15100 A 100 V 220/380 tipli, 044454 göstəricili sayğacın müayinəsi zamanı daxili cxpmdə “B” fazasının gərginlik dövrəsinə uzaqdan idarə olunan qurğu yerləşdirilməsi məlum olmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli akt əsasında tərtib edilmiş icra vərəqində göstərilən hesabatdan görünür ki, W=100A x 0,22 kv x 24saat x 0.7 x 90 gün=33264 kvt.s x 0.13 manat; olmaqla 4324.32 manat vurulmuş ziyan olaraq hesabat aparılmışdır. İş materiallarına əlavə edilmiş CD diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilərkən müəyyən olundu ki, mərhum abonent Rəşid Bayramova (abunə kodu **********00093) məxsus 05152619 nömrəli, 15100 A 100 V 220/380 tipli, 044454 göstəricili sayğaca baxış keçirilərkən sayğacın korpusunun arxa hissəsinin xüsusi alət vasitəsi ilə deşildiyi və həmin deşiklərin üzərinin izolyasiya lenti vasitəsi ilə örtürüldüyü, sayğacın alt qapaq möhrünün deşiklərinin genişlənməsi və üzərində çızıqlar olması, sayğacın korpusunun açıldıqdan sonra sayğacın daxilinə “B” fazasının gərginlik dövrəsinə uzaqdan idarə olunan qurğu yerləşdirildiyi aşkar edilmişdir. Həmçinin sayğacın göstəricisinə baxış keçirilərkən sayğacın göstəricisinin 044454 olması müəyyən edilir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(066)-12/2024 nömrəli qərardadından görünür ki, Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00093) verilən elektirik enerjisinin dayandırılması cavabdeh "xxxx" ASC-yə qadağan edilsin və elektirik enerjisinin verilməsi məhkəmənin icraatında olan 2(066)-647/2024 nömrəli işə baxılıb həll olunanadək bərpa edilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən abonent mərhum X4 məxsus ünvanda yerləşən elektrik sayğacına və sayğaca gələn xəttə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş, bu zaman şəbəkənin A,B,C fazalarında gərginlik olduğu, lakin sayğaca baxış keçirilən zaman sayğacın B fazasında sərf olunan elektrik enerjisini qeyd etmədiyi məlum olmuş, bundan sonra sayğac dəyişdirilərək yenisi ilə əvəz edilmiş, abonentə məxsus sayğac qablaşdırılaraq götürülmüş və bu barədə akt tərtib edilmişdir. Sayğacın laboratoriya şəraitində müayinəsi zamanı daxili sxemində “B” fazasının gərginlik dövrəsinə uzaqdan idarə olunan qurğu yerləşdirilməsi məlum olmuş, bundan sonra abonentə 4324.32 manat hesabat aparılmışdır. Həmçinin köhnə sayğac yenisi ilə əvəz edilərkən mərhum abonentin həmin yaşayış evində yaşayan oğlu iş üzrə İddiaçı şəxsən iştirak etmiş və aktı imzalamadan getmiş, bundan sonra götürülmüş elektrik sayğacına laborotoriya şəraitində baxış keçirilərkən dəvət edilməsinə baxmayaraq İddiaçı iştirak etmək istəməmişdir. Məhkəmə iddiaçının dəlillərini əsassız hesab edərək qeyd edir ki, xx.xx.2024-cü il tarixdə Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən mərhum abonent X4 məxsus ünvanda elektrik sayğacına baxış keçirilərkən şəbəkənin A,B,C fazalarında gərginlik olduğu, lakin sayğaca baxış keçirilən zaman sayğacın B fazasında sərf olunan elektrik enerjisini qeyd etmədiyi məlum olmuş, onun sayğacı qablaşdırılaraq götürlümüş və yenisi ilə əvəz edilmişdir. Qeyd olunan məsələ ilə bağlı cavabdeh təşkilatın nümayəndələri tərəfindən 333563 nömrəli akt tərtib edilmiş, aktın surtətinin İddiaçı təqdim edilməsi təklif edilsə də o özü ailəsi ilə birgə toy mərasiminə getməsi səbəbindən gözləyə bilməyəcəyini bildirmiş, daha sonra Rəşid Bayramova (abunə kodu **********00093) məxsus 05152619 nömrəli, 15100 A 100 V 220/380 tipli, 044454 göstəricili sayğacın laboratoriya şəraitində müayinəsi zamanı iştirakı ilə bağlı İddiaçı cavabdeh təşkilat tərəfindən məlumat verilsə də o, onurğasında olan problem səbəbindən iştirak edə bilməyəcəyini bildirmişdir. İddiaçı sayğaca müdaxilə edilməsini etiraf etməməsinə baxmayaraq, sayğaca baxış keçirilən zamanı qeydə alınmış video görüntü iddiaçının bu dəlilini əsassız olmasını göstərir. Həmçinin iddiaçı özü tələbinin əsaslı olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının: 8.17-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qərarın 7.17.-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinin hesablaşma uçotunun sxeminin dəyişdirilməsi, həmçinin uçot cihazlarını qidalandıran ölçü transformatorlarının yerlərinin dəyişdirilməsi və əvəz olunması müvafiq olaraq elektrik enerjisinin alqı-satqı münasibətlərində olan tərəfin rəsmi razılığı ilə yerinə yetirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qərarın 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.1-ci maddəsinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.3-ci maddəsinə əsasən Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün istehlakçı, o cümlədən subabonent aşağıdakıları yerinə yetirməlidir: 9.3.1-ci maddəsinə əsasən ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə; 9.3.2-ci maddəsinə əsasən qəza zamanı enerjisistemdə yük çıxarıldıqda məsul yükləri ayıraraq ehtiyatlandırılmış xarici təchizat elektrik xətlərinə qoşmaqla texnoloji və qəza bronlarının tələbatını təmin etmək üçün elektrik təchizatı sxemini təkmilləşdirməyə; 9.3.3-ci maddəsinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən rele mühafizələrinə, avtomat və qoruyucu qurğulara qoyulmuş işləmə hədlərinə (ustavka) riayət etməyə, ehtiyatın avtomatik qoşulması qurğularının quraşdırılmasını enerjitəchizatı müəssisəsilə razılaşdırmağa, onlarda müəyyən olunmuş müddətlərdə profilaktik sınaq və sazlama işlərini aparmağa; 9.3.4-ci maddəsinə əsasən enerjitəchizatı müəssisəsinin və X1 Agentliyinin tələbinə əsasən istehlakçının elektrik qurğularının işi ilə müəyyənləşdirilən elektrik enerjisinin keyfiyyətinə fasiləsiz, vaxtaşırı və epizodik nəzarət etməyə, balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa; 9.3.5-ci maddəsinə əsasən “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun olaraq, elektrik enerjisi istehlakının texniki-nəzarət uçotunu təşkil və istismar etməyə; 9.3.6-ci maddəsinə əsasən elektrik qurğularına xidmət üçün ixtisaslı elektrotexniki heyətlə təmin etməyə, elektrik qurğularına xidmət edən heyəti öyrətməyə, təlimatlandırmağa və onları avadanlıqlaşdırılmış iş yeri ilə, mühafizə vasitələri ilə, alətlərlə, lazımi materiallarla və təlimatlarla təmin etməyə; 9.3.7-ci maddəsinə əsasən qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə; 9.3.8-ci maddəsinə əsasən elektrik enerjisi istehlakı rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaət ilə istifadəsinə, elektrik təsərrüfatının texniki vəziyyətinə və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsitələri əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə; 9.3.9-ci maddəsinə əsasən elektrik enerjisindən səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarının və digər texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin rəsmi tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə. Həmçinin müəyyən olunur ki, Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən abonent mərhum X4 məxsus ünvanda elektrik sayğacına baxış keçirilərkən sayğaca müdaxilə edildiyi müəyyən edilmiş, W=100A x 0,22 kv x 24saat x 0.7 x 90 gün=33264 kvt.s x 0.13 manat aparılmaqla elektirik enejisindən istifadəyə görə 4324.32 manat borc hesablanmış və borc hesablanarkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının tələblərinə riayət olunmuşdur. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-647/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-647/2024
12.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver