Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-65/2025 08.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı və cavabdeh X2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə ona hesablanmış 479 (dörd yüz yetmiş doqquz) manat məbləğində cərimənin qanunsuz və əsassız olduğu üçün silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evinə Cavabdeh İB-nin Gəncə X10 İdarəsinin Göygöl XS-i (qaz paylayıcı) tərəfindən qaz sayğacı quraşdırılmış və istifadəsinə verilmişdir. 31 may 2024-cü il tarixdə Cavabdeh İB-nin Gəncə X10 İdarəsinin Göygöl XS-i tərəfindən ******* nömrəli akt tərtib edilərək yaşadığı evdə olan qaz sayğacı çıxarılmış və yenisi ilə əvəz olunması üçün dəyişdirilmişdir. Həmin akta əsasən guya onun təqsiri üzündən G-4 markalı, 12519646 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağı fiziki təsir nəticəsində üst hissəsindən sınmış və yan sol hissədən gövdədən tamamilə aralanmışdır. Buna görə də ona əsassız şəkildə 479 (dörd yüz yetmiş doqquz) manat cərimə yazılmışdır. O ümumiyyətlə qaz sayğacına müdaxilə etməmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağına fiziki təsir göstərməmiş, eyni zamanda sayğacın üst hissisindən sınması və yan sol hissədən gövdədən tamamilə aralanması onun təqsiri üzündən baş verməmişdir. Sayğacın saz vəziyyətdə olmasına nəzarət etmək qaz paylayıcının üzərinə düşür. Yəni vaxtlı-vaxtında istehsalçı sayğacın işlək vəziyyətdə olub-olmamasını yoxlamalı və baş verə biləcək hər hansı hadisənin qarşısını almalıdır. Azəriqaz” İB-nin Gəncə X10 İdarəsinin Göygöl XS-i tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktı və bunun əsasında ona yazılmış 479 (dörd yüz yetmiş doqquz) manat cəriməni qanunsuz və əsassız hesab edir və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək göstərdi ki, o sayğacın niyə qırılmasını və nədən qırılmasını bilmir. Sayğacı dəyişmişlər və bundan sonra ona cərimə hesablanmışdır ki, sayğacı sındırmışlar. O sayğacının yaxşı yazmaması barədə şikayət etmiş, bundan sonra Cavabdeh İB-dən əməkdaş gəlib sayğacın qırılmasını bildirmiş və şəklini çəkib oğluna atmışdır ki, sayğac hardansa qırılıb, o isə ərizə ilə müraciət etmişdir ki, sayğacını dəyişsinlər, sayğacı çox yazır. Sayğacı dəyişmişlər o isə bununla bağlı sayğacın dəyişməsi üçün 92 manat rüsum ödəmişdir. Əlavə olaraq bildirdi ki, sayğacın zərərini ödəmişdir. Bundan sonra isə ona 479 (dörd yüz yetmiş doqquz) manat cərimə hesablanmışdır. Sayğac dəyişdirilərkən o evdə olmuşdur. Sayğaca hündürlükdən taxta düşsə idi o sayğacın şüşəsini də tam sınıdırardı. Lakin sayğacın kənarı bir az aralanmışdır. O bundan əvvəl sayğacının az yazması ilə əlaqədar sayğacının dəyişdirilməsi ilə bağlı 15 yanvarda ərizə yazmışdır. Aprel ayında isə onun sayğacını dəyişmişlər və ona guya sayğacın onların sındırması ilə bağlı cərimə hesablanmışdır. Sayğaca taxta düşüb sınmasını heç kəs görməmişdir. Onların evində usta yay aylarında iştirak etmişdir. Aktı ona imzalatmışlar. Məhkəmədən iddiasının təmin edilməsini və ona hesablanmış cərimənin silinməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin Gəncə X10 İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı tərəf olaraq məlumatsız olmasını və sayğacın çox yazması üçün müraciət etməsini bildirir. Lakin əvvəlki məhkəmə iclasında iddiaçı etiraf etmişdir sayğaca taxta düşməsini, həmçinin yerində baxış keçirilən zaman sayğac çıxarılmış və akt tərtib olunarkəndə həmin akt imza edilmişdir. xx.xx.2024-cü il tarixdə sayğacın çıxarılma və quraşdırılma aktı tərtib edilmiş və dəymiş ziyanla bağlı 492 manat hesablama aparılaraq iddiaçıdan tələb edilmiş, qarşı tərəf isə onlarla razılaşmayaraq məhkəmədə iddia qaldırmışdır. Sayğaca taxta düşməsi ilə əlaqədar iddiaçı Cavabdeh İB-nə müraciət etmişdir. Əlavə olaraq bildirdi ki, Cavabdeh İB-nə sayğacların dəyişdirilməsi ilə bağlı müraciətlər çox olması səbəbindən iddiaçıya məxsus sayğac aprel ayında dəyişmişdir. Sayğaca dəymiş zərər 92 manat iddiaçı tərəfindən ödənilmişdir. İtirilmiş qaz sərfinə görə 3 ay müddət götürülmüşdür. Standart olaraq 3 ay müddət götürülür. Sayğacda olan nöqsan 2024-cü ilin aprel ayında aşkar edilmişdir. İddiaçı mexaniki sayğacın smart sayğacla əvəz edilməsi ilə bağlı Cavabdeh İB-nə müraciət etmiş, ərizədə hər hansı müdaxilə qeyd edilməmişdir. Nəzarətçi hər ay sayğcalara baxış keçirir və sayğacın göstəricilərinə baxır. Qeyd olunan qüsur nəzarətçinin gözündən yayına bilər. Sayğac xx.xx.2024-cü il tarixdə götürülmüşdür. Növbədənkənar yoxlamanı müraciət edilərkən və ya gözlə görünən vizual görüntü olarsa keçirilir. İddiaçı inzinbati məsuliyyətə cəlb edilməmişdir. Qazdan istifadə ilə bağlı onlar yeni qanunuvericiliyə əsasən 12 saatı əsas götürməlidirlər. Abonentin 3 ay ərzində etdiyi ödənişlər istifadəyə görə etmişdir. Hesablama isə dəymiş ziyanla bağlı götürülmüşdür. Cavabdeh İB-nə sayğacın dəyişdirilməsi ilə bağlı müraciət edildikdən sonra dərhal dəyişdirilməlidir. Sayğaca nəzarətçilər tərəfindən ayda 1 dəfə baxış keçirilir. Texniki baxışdan sonrakı müddət ərzində hesabat aparılmalıdır. Texniki baxış ildə 1 dəfə keçirilir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dinidirilmiş Şahid izahatında göstərdi ki, İddiaçı onun anasıdır. Onlarda qaz sayğaclarına nəzarət edən Arif adlı şəxsdir. Həmin şəxs təxminən yay aylarında ona zəng edib qaz sayğacında qüsur aşkar edildiyini, sayğacın qırılmasını bildirmiş, həmin vaxt o işdə olmuş və Arif adlı şəxsə qeyd olunan qüsurun çəkib ona atmasını istəmişdir. Çünki evdə elə bir uşaq olmamış ki, gedib sayğacı vurub sındırsın. Bundan sonra Arif adlı şəxs sayğacın şəklini çəkib ona atmış, o baxdıqda həqiqətəndə sayğacın qırılmasını görmüşdür. Belə ki, sayğacın yan tərəfində qırıq olmasını və yanının aralandığını görmüş, lakin sayğacın blomu yerində olmuş və ona müdaxilə olunmamış, həmçinin qaz sızıntısı olmamışdır. Həmin evdə qardaşı yaşadığından o bununla bağlı qardaşına məlumat vermişdir. Bundan sonra Cavabdeh İB-nə məlumat vermişlə, həmin günün səhəri Cavabdeh İB-nin əməkdaşları gəlmiş, təxminən 90 manat pul ödəmişlər və sayğacın yenisi quraşdırılmışdır. Bundan təxminən 2 ay sonra onlara məlumat gəlmişdir ki, onlar sayğaca müdaxilə etdiklərindən 500 manat cərimə hesablanmışdır. Onlar sayğaca müdaxilə etməmişlər. O həmin evin yanında ev tikdirir və özləri ehtimal etmişlər ki, anasıgilin evinin üzərinə material yığmışlar ola bilər ki, usta iş görərkən material düşmüş, yaxud da evin qarşısında 4-5 ağac əkmişlər və uşaqlar futbol oyanayarkən həmin ağacları qırmışlar həmin vaxt olmuşdur. Əlavə olaraq bildirdi ki, onlara sayğacın sınması ilə bağlı nəzarətçi Arif bildirmişdir. Arif onlara bunu təxminən yay aylarında bildirmişdir. Sayğacın nə vaxt dəyişməsini dəqiq xatırlamır. Yanvarda sayğacın düzgün yazmaması ilə bağlı smart kartla dəyişilməsi ilə bağlı müraciət etmişlər. Arif onlara sayğacın yanının zədələnməsini bildirdikdən sonra onun qardaşı Cavabdeh İB-nə müraciət etmişdir. Arif sayğaca baxmaq üçün tək gəlmişdir. Arif onlara sayğacın yanının zədələnməsini bildirdikdən sonra onun qardaşı Cavabdeh İB-nə müraciət etmiş, onun səhəri isə Cavabdeh İB-nin əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dinidirilmiş X8 izahatında göstərdi ki, Cavabdeh İB-də 2011-ci ildən nəzarətçi vəzifəsində işləyir, İddiaçı ilə hər hansı qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Hər ay sayğaclara nəzarət edirlər. İddiaçı sayğacına baxan zaman sayğacın qabaq krişkasının aralanmasını görmüşdür. Həmin vaxt sayğacın möhürü üzərində olmuşdur. Sayğacın üzərinə nəsə düşmüş və qabaq krişqası aralanmışdır. Əlavə olaraq bildirdi ki, o iddiaçıya məxsus sayağca bir ay əvvəldə baxmışdır. O sayğaca baxan zaman sadəcə krişqasının aralanmasını görmüşdür. Hər hansı qaz sızması olmamışdır. O bu barədə idarəyə dərhal məlumat vermişdir. Sayğac dəyişdirilən zaman o iştirak etməmişdir. Sayğacın məlumat verildikdən sonra nə vaxt dəyişdirilməsi dəqiq yadında deyil. O sayğacı görəndə sayğacın hesablama mexnizmi işləmiş, yalnız krişqası zədəli olmuş, qoruyucu möhürü üzərində olmuş, həmin zədə gözlə görünən olmuşdur və sayğac sərfiyyatı qeydə almış, qaz sızması olmamışdır. O bundan 1 ay əvvəl sayğaca baxmış və həmin vaxt qeyd etdiyi zədə olmamışdır. O sayğacda olan zədəni aydınlaşdırmaq üçün ev sahibinə zəng vurmuş və ev sahibi ola bilsin ki, taxta düşməsini bildirmişdir. Sayğacın qoruyucu möhürü üzərində olmuş və həmin qoruyucu möhür üzərində ola-ola sayğaca hər hansı müdaxilə edilə bilməzdi. Sayğacdan kənar xətt aşkarlanmamışdır. İşdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı Göygöl şəhəri, İ.Məmmədov küçəsi 101 saylı ünvanda yerləşən fərdi yaşayış evində Elister G-4 markalı 12519646 nömrəli sayğac növbədən kənar yoxlama zamanı (dövlət yoxlaması) əvəzlənmə əsası ilə çıxarılmış və GCZ tipli, G-4 markalı ******* nömrəli sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Metrologiya İnstitutu "xxxx" MMC-nin 0591 saylı aktından görünür ki, 12519646 sayğac nömrəli, Elister G-4 markalı sayğac yoxlanılmış, yoxlama nəticəsində 20570947 №-li plomb kəsilərək qutu açılmış, sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağı fiziki təsir nəticəsində üst hissədən sınıb və yan sol hissədən gövdədən tamamilə aralanması, daxili qulaqcıqlarda fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunmuşdur. Bu halda qaz keçir, hesablama mexanizimi açıq vəziyyətdədir, sərfi qeydə almır. Sayğac istismara yararsızdır. İş materiallarına əlavə edilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Azərbaycan Metrologiya İnstitutu "xxxx" MMC-nin 0591 saylı məktubuna əsasən sayğacın “sayğacın hesablama mexanizminin qapağı fiziki təsir nəticəsində üst hissədən sınması və sol hissədən gövdədən aralanması, dəymiş ziyanın hesablanaraq ödənilməsi, abonentin aktı imza etməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş dəymiş ziyanın bərpasına dair 31 may 2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2024-cü il tarixli AKT № 0591 №-li Aktına əsasən G-4 markalı, 12519646 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağı fiziki təsir nəticəsində üst hissədən sınıb və yan sol hissədən gövdədən tamamilə aralanması aşkar edilmiş və cəmi 4104 m3 ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin (**********00000) saldosundan görünür ki, İddiaçı abonent hesabına 2024-cü ilin may ayı üzrə akt əsasında 492,48 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh İB-nin Gəncə X10 İdarəsinin Göygöl XS-nə ünvanlanmış ərizədən görünür ki, ünvan 3ki qaz sayğacının smart tipli sayğacla əvəz edilməsinə könəklik göstərilməsi xahiş edilmiş və ərizə xx.xx.2024-cü il tarixdə İ-009 nömrə ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən yararsız vəziyyətə salınmış G-4 markalı, 125/9646 nömrəli sayğacın dəyəri 92.21 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Xanlar rayonu, Tülallar kəndində anadan olmuşdur və ünvan 5 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Göygöl rayon MKTİB tərəfindən verilmiş xx.xx.2024 tarixli, 2846 saylı arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanda yaşayır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Cavabdeh Gəncə X10 İdarəsinin nəzarətçisi X8 abonent olan İddiaçı yaşadığı ünvan 5 ünvanda yerləşən evə quraşdırılmış Elister G-4 markalı 12519646 nömrəli sayğaca baxış keçirərkən sayğacın üst qapağının zədələnməsi müəyyən edilmiş, bu barədə abonentə və Cavabdeh İB-nə məlumat verilmiş, İddiaçı tərəfindən G-4 markalı, 12519646 nömrəli sayğacının dəyəri 92.21 manat xx.xx.2024-cü il tarixdə ödənilmiş və həmin tarixdə qaz sayğacı əvəzlənməsi əsası ilə xx.xx.2024-cü il tarixli aktla çıxarılmış və GCZ tipli, G-4 markalı ******* nömrəli sayğac quraşdırılmış, bundan sonra xx.xx.2024-cü il tarixli ******* nömrəli aktla Azərbaycan Metrologiya İnstitutu "xxxx" MMC-nin 0591 saylı məktubuna əsasən sayğacın “sayğacın hesablama mexanizminin qapağı fiziki təsir nəticəsində üst hissədən sınması və sol hissədən gövdədən aralanması, dəymiş ziyanın hesablanaraq ödənilməsi göstərilmiş, Cavabdeh itirilmiş qaz sərfiyatına görə 492,48 manat vurulmuş ziyan istehlakçının istifadəsində olan yeni qaz sayğacına hesablanmışdır. Köhnə sayğac çıxarıldıqdan dərhal sonra qablaşdırılıb üzəri möhürlənməklə ekspertizaya təqdim edilməsi üçün göndərilməsinə dair hər hansı bir tədbir görülməmiş, həmçinin sayğacının ekspertizadan keçirilərkən aşkarlanmış qüsurların yaranmasında abonentin ailə üzvləri və həmin evdə yaşayan şəxslərin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, bu halları təkzib edəcək hər hansı bir dəlillər cavabdeh tərəfindən irəli sürülməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, sayğaca müdaxilə edilməməsi üçün üzərinə qoruyucu möhür vurulmuş və sayğac əvəz edilərkən üzərində olmuş, məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh İB-nin nəzarətçisi X8 izahatında sayğacda olan qüsurun əvvəlki aylarda onun tərəfindən baxış keçirilərkən aşkarlanmamasını, onun tərəfindən sayğacda qüsur aşkarlanarkən qoruyu möhürün üzərində olması və həmin qoruyucu möhür üzərində ola-ola sayğaca hər hansı müdaxilə edilə bilinməməsi, sayğacın sərfiyatın hesablayan mexanizminin işlək vəziyyətdə olması, qaz sızıntısının olmamasını və kənar xətt olmamasını bildirmişdir. Həmçinin sayğacının ekspertizadan keçirilərkən aşkarlanmış həmin qüsurun yaranmasında abonentin ailə üzvləri və həmin evdə yaşayan şəxslərin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla belə İddiaçı tərəfindən zədələnmiş G-4 markalı, 125/9646 nömrəli qaz sayğacının dəyəri olaraq 92.21 manatı ödəmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacında sayğacın hesablama mexanizminin qoruyucu qapağı fiziki təsir nəticəsində üst hissədən sınması və yan sol hissədən gövdədən tamamilə aralanması gözlə görünən nöqsan olmaqla, sayğacın üzərində qoruyucu möhrünün və möhürdə hər hansı zədənin olmaması sayğacda olan bu nöqsanın abonentin təqsirli hərəkətlərindən baş verməsini istisna edir, həmçinin qaz sayğacının zədələnməsi nəticəsində sərfiyatı qeydə alan mexnizm işlək vəziyyətdə olmuş və sayğacdan qaz sızması olmamış, sayğacın işlək olmayan hissələri zədəli olmuş, İddiaçı tərəfindən zədələnmiş G-4 markalı, 125/9646 nömrəli sayğacın dəyəri 92.21 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci bəndinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı nəzrə alınır. Həmin Qaydaların 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Belə ki, “‘Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486- VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizastı haqqında" Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: “Qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsim dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bır nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəricəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11 -ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.”Qeyd olunan məddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bır nüsxəsi isə inzibati xəta haqqında ış uzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanın və yə məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi X2 əməkdaşları tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar inzibatı xəta haqqında ış üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmiş, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanın və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən abonentin şəxsi hesabına borc kimi yazılıraq tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.4-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edilən akt və qərarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan əlavə, məhkəmə Cavabdeh Göygöl X9 İdarəsinin xx.xx.2024-cü il tarixli ******* nömrəli aktına əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağı fiziki təsir nəticəsində üst hissədən sınıb və yan sol hissədən gövdədən tamamilə aralanması qeydinin istehlakçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evindən çıxarılmış qaz sayğacının ekspertizadan keçirilərək hansı mexanizminə müdaxilə olunmasını, bu müdaxilənin abonent tərəfindən edilməli bir hərəkət olmasını və qaz sərfiyyatının nə qədər itki ilə hesablamasını müəyyən etməməkdə cavabdeh səhvə yol vermiş və bu halları təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir, belə olan halda abonentin təqsiri üzündən qaz itkisinin olmasını qəbul edilməsi yol verilməzdir və iddiaçının təqsirli hərəkətləri nəticəsindən qeyd edilən nöqsanların yaranmasını təsdiq edən sübutları cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, Cavabdeh Gəncə X9 İdarəsinin abonent İddiaçı barəsində hesabladığı itirilmiş qaz sərfiyyatı kimi 492,48 manat ziyan olaraq hesablanmış məbləğin iddia tələbində göstərilən hissəsində 479 (dörd yüz yetmiş doqquz) manatı İddiaçı abonent hesabından silinməlidır. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı istehlakçı olduğundan iddia ərizəsi verərkən dövlət rüsumu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu ödəməmişdir və iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 479 (dörd yüz yetmiş doqquz) manat borc məbləği abonent İddiaçı (**********00000) abunə hesabından silinsin. Cavabdehndən 30 (otuz manat) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-65/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-65/2025
08.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver