Məhkəmə qərarları › İş №2(066)-661/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-661/2025

29.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-661/2025 29.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (oğlu) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 1230 (min iki yüz otuz) manat və dövlət rüsumuna görə ödədiyi 32 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehi uzun müddətdir tanıyır. Rəfiqə kimi yaxın dostluq münasibətləri olmuşdur. 2020-ci ilin əvvəllərində kreditlə "xxxx" MMC-dən Cavabdeh 1400 manat dəyərində bir dəst divan-kreslo, o isə 400 manat dəyərində 1 ədəd mobil telefon almışlar. Onun iş yeri və əmək haqqı kartı olduğu üçün qeyd olunan əşyalar kredit kimi onun adına rəsmiləşdirilmişdir. Həmin əşyalardan 1 ədəd 400 manat dəyərində olan mobil telefonu o aldığı üçün kreditini o ödəməli, 1 dəst 1400 manat dəyərində divan-kreslonun kreditini isə cavabdeh ödəməli olmuşdur. Onlar avadanlıqları götürdükdən sonra ona aid mobil telefonun kreditini ödəsə də cavabdeh divan-kreslonun kreditindən 300 manat ödəsə də qalan 1100 manat borcunu ödəməmişdir. "xxxx" MMC onu məhkəməyə vermiş və Göygöl Rayon Məhkəməsinin 2(066)-366/2020 saylı qətnaməsi əsasında məcburi icra qaydasında cavabdehin borcuna görə 1100 manat, məcburi icra olunduğu üçün 130 manat icra haqqı tutulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib bildirdi ki, O, 2020-ci ildə Gəncə şəhərində telefon götürən zaman, rəfiqəsi İradə gəlib onun yanına gəlmiş və ona oğluna toy etdiyini, qudalarının onlara gələcəyini ona divan-kreslo lazım olmasını və ona divan-kreslo götürməsini istəmişdir. O gedib oradan götürməyi təklif etdikdə. İradə ona həmin yerdən telefon götürməsini və ödəmədiyi üçün ona vermədiklərini bildirmiş və onun adına götürməsini istəmişdir. O əvvəlcə razılaşmamış, lakin İradə ona and-aman etmiş, yalvarmış və özünün ödəniş edəyəcəyini bildirmiş və onu razı salmışdır. Bundan sonra onun adına kreditlə 1464 manata divankreslo götürülmüşdür. O, İradəyə arxayın olmuşdur ki, borcu ödəyir. Lakin bir gün pensiyasını aldıqda pulunun kəsilməsini görmüşdür. Bundan sonra bankdan bu haqqda maraqlandıqda ona onun pensiyasından məhkəmədən tutulma olduğu bildirilmiş, bundan sonra icra məmuru Anar müəllimin yanına gəlmiş və Anar müəllim ona divan-kreslonun pulunun ödənilməməsi səbəbindən pensiyasından pul tutulduğu bildirilmişdir. Bundan sonra o, onlara getmiş və bir neçə dəfə söz söhbətdən sonra İradənin böyük oğlu pulu onun ödəyəcəyini bildirimişdir. 3 ay 90 manat olmaqla ödəniş etmişlər, bundan sonra İradənin oğlu qayınlarının yanına Rusiyaya işləmək üçün getmiş, bundan sonra bir neçə dəfə onların evinə getsə də onlar pul ödəməmişlər. O, İradənin oğlunun nömrəsini almış və onunla danışan zaman o gələndə bir dəfəlik ödəyəcəyini bildirmişdir. Bundan sonra İradənin oğlu Rusiyadan gələndən sonra onun yanına getmiş, İradənin oğlu ona qayınlarının pulunu ödəmədəyini, onun pulunu göndərən zaman borcu bağlayacağını bildirmiş və bundan sonra o təkrar Rusiyaya getmişdir. 5 ildir ki, onu süründürürlər. O bir dəfə İradənin oğlunu, bir dəfə isə İradəni icra məmuru Anarın yanına gətirmiş və icra məmurundan borcu onların adına keçirməsini bildirmiş, lakin icra məmuru bunun mümkün olmadığını bildirmişdir. Əlavə olaraq bildirdi ki, Göygöl Rayon Məhkəməsinin qətnaməsi ilə ondan həmin məbləğ tutulmuşdur. 2020-ci ildə o, Gəncə şəhərində “Kontakt Home”dan öz adına divan-kreslo alaraq, cavabdeh İradəyə vermişdir. İradənin anası ilə icra hakimiyyətində bir yerdə işləmiş və onların tanışlıqları da oradan yaranmışdır. Ona 3 dəfə 90 manat, bir dəfə isə keçən il kartına 100 manat pul vurmuşlar və bir dəfə gəlininə 50 manat vermişlər. Ona cəmi 420 manat pul ödəmişlər. Onun pensiyasından 136 manat icra haqqı tutmuşlar. Onun öz aldığı telefona görə məhkəməyə verilib-verilməməsini dəqiq bilmir. Ona 3 dəfə 90 manat olmaqla pulu İradənin böyük ğlu Elçin ödəmiş, 100 manatı isə İradəgil özü ödəmişdir. O iki dəfə telefonuna görə 60 manat ödəmiş həmin məbləğ divankresloya çıxıldığından o borcundan ödəməmişdir. İlkin ödəniş olaraq İradə divan-kresloya görə 61 manat ödəmiş və divan-kreslonun qiyməti 1403 manat qalmışdır. Həmin məbləğdən 420 manat ona ödənilmişdir. Bundan başqa isə tərəfindən öz aldığı telefona və İradəyə vediyi divan-kresloya görə 130 manat icra haqqı ödəmişdir. Məhkəmədən sonra ona 3 dəfə 90 manat pul ödənmiş, keçən il isə 100 manat kartına vurulmuş, 50 manatı isə gəlini Kamiləyə Elçin və arvadı Kapital Bankın qarşısında vermiş, gəlini isə gətirib 50 manat pulu ona vermişdir. Cavabdehlər tərəfindən ona nə pul verilmişsə o bildirmişdir və qeyd etdiyi məbləğdən başqa ona hər hansı pul verilməmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən Cavabdeh nümayəndəsi (oğlu) Nümayəndə bildirdi ki, Cavabdeh ilə İddiaçı uzun müddətdir ki, yaxın rəfiqədirlər. Onlar birlikdə “Kontakt Home” mağazalar şəbəkəsinə gedib bir ədəd telefon və bir ədəd divan-kreslo almışlar, həmin divan-kreslo Rəna xanımın öz evinə gəlmiş və o şəxsən gedib Rəna xanımın həyətindən divanı götürmüşdür. Divan-kreslo İradə xanıma alınmış, lakin Rəna xanımın adına götürülmüşdür. Onlar 1400 manata İradə xanım və Rəna xanım razılaşmışlar. Həmin məbləğdən bir ay rəsmi olaraq “Kontak Home”-yə 61 manat İradə tərəfindən ödənilmiş, daha sonra isə Rəna xanım İradəyə onun telefonun da ödənişinin olmasını və 61 manatı ona verməsini özünün üzərinə qoyub ödəyəcəyini bildirmişdir. Divan evlərinə gəldiyi ilk gündən atası Novruz İsayev divanın baha olması səbəbindən narazılıq etmiş və Rəna xanıma divanı istəmədiklərini bildirmiş, Rəna xanım isə İradə xanım ilə danışdığını özlərinin ödənişləri ödəyəcklərini bildirmişdir. Daha sonra İradə xanım 3 ay 61 manatdan ödəniş etmiş, bundan sonra isə İradə xanım və Rəna xanım iki il ödəniş etməmişlər. Həmin müddətə “Kontakt Home” mağazasından Rəna xanımın telefonuna dəfələrlə telefonun bağlanması barədə smslər gəlmiş, sonra Rəna xanımın telefonu İMEİ-dən bağlanmış və o işin məhkəməlik olmasını bilmişdir. Bundan sonra Rəna xanım gəlib maraqlandıqda ona pensiyadan 50 faiz tutulması bildirilmiş, Rəna xanım gəlib bunu İradə xanıma demişdir. Müəyyən səbəblərə görə artıq 5 ildir ki, İradə xanım həmin evdə yaşamır və evdən müəyyən səbəblərə görə uzaqlaşdırılmışdır. O dəfələrlə Rəna xanıma İradə xanımın o evdə yaşamadığını, Novruz bəyin ödəniş etməyəcəyini onlar arasında razılaşmalarını və yaxud gedib divanı aparmasını bildirmişdir. Əlavə olaraq bildirdi ki, anası İradə divanı istəyib götürmüş və evə gətirmişdir. O Bakıda olan müddətdə Rəna xanım özü burada olmamış, kəntdə olan evlərində qalmış və Rəna xanım gəlini Kamilə xanıma onlardan pul almasını tapşırmışdır. Kamilə onlardan hər dəfə pul aldıqda ona əlbəəl pul verilmiş və rəsmi şəkildə verilməmişdir. Ümumilikdə 817 manat pul verilmişdir. İsayev Elçin 3 uşaq atasıdır və güc çatdığı qədər 40-50 manat olmaqla pullar ödəmiş, həmin pulu gəlini Kamilə xanımın nə yalan danışması və həmin pulun Rəna xanıma çatmaması Rəna xanımın problemidir. 817 manat pul verilməsini rəsmi təsdiq edə bilmirlər, belə ki pullar əlbə-əl verilmişdir. Onlar Rəna xanımın dedikləri ilə razılaşmırlar, belə ki ona 1 dəfə deyil 3 dəfə 61 manat ödənilmişdir. Onların 817 manat pulu qaytarmaları barədə sübutları sadəcə bir kağıza verilmiş pulların gəlinləri tərfindən yazılmasıdır və bundan başqa sübutları yoxdur. Hazırda mebel onlardadır və 6 aydır ki, qapıda sellofanda götürmələri üçün qoyulmuşdur. Mebel gələndə onun atası Rəna xanıma mebeli götürüb aparmasını və onun pulun ödəyə bilməyəcəyini bildirimişdir. Onun böyük qardaşı Elçin Qazaxıstanda 3 aylıq sezonla işləyir və gəlir. Rəna xanım o Bakıda olarkən dəfələrlə ona zəng etmiş, o isə Rəna xanıma evlə danışıb yolunu tapacağını bildirmişdir. O, Elçinlə danışıb hər ay gücü nəyə çatırsa verməsini və problem olmamasını, divanı faktiki olaraq götürdüklərini və bunun sübut olmasını bildimişdir. Bundan sonra ay-ay gücləri nəyə çatmışsa 40-50 manat ödənişlər etmişlər. 50 manat söhbəti də qarşı tərəfdən danılmış, dəqiqliklə yeri deyildikdən sonra Rəna xanımın gəlini Kamilə boynuna almışdır. Ümumi olaraq 817 manat əlbə-əl pul verilmiş, lakin pulun verilməsi barədə təsdiqi yoxdur. Rəna xanım ona zəng etmiş, ona ağrıdığını və əməliyyat ediləcəyini bildirmiş, onun özü şəxsən bu il 100 manat Rəna xanımın kartına pul ödəmişdir. İcra xidmətinə onları çağırmamışlar və o icra xidmət haqqı ödəməmişdir. Onun qardaşı 817 manat pulu ayba-ay vermişdir. 2022-ci ildən həmin məbləğ bu günə qədər ödənmişdir. Divan 2020-ci ildə onların evinə gəlmişdir. Hər ay ilik ödənişdən bu yana 3 ay 61 manat ödənmişdir. 2022-ə qədər Rəna xanım onların evinə gəlməmiş, 2022-ci ildə İradə xanım ödəməkdən boyun qaçırdıqdan sonra Rəna xanım onların evinə gəlmiş və bundan sonra bu hadisə onların ailələrinə yayılmışdır. Rəna xanıma 817 manat, 3 dəfə 91 manat və 100 manat pul verilmişdir. Rəna xanımın gəlini pulun verilməsini yaxşı bilir. 817 manatın qaytarılmasına dair onların hər hansı sübutları yoxdur. Həmin məbləği onun qardaşı Rəna xanımın oğlu Anara və gəlininə verilmişdir. Anara bir dəfə qapıda 70 manat verilmiş hətda Anar pulunun olmadığını yaxşı ki vermələrini bildirmişdir. Pulun verilməsini təsdiq edən şahidləri ancaq sentyabr ayında məhkəməyə gətirə bilər. Onlar Rəna xanıma 817 manat, bundan başqa 100 manat onun tərəfindən Rəna xanımın kartına göndərilmiş, 3 ay divan ilk götürüləndə 61 manat, 3 dəfə isə 90 manat olmaqla ödənilmişdir. Məhkəmədən iddianın qismən 500 manat hissəsində təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının və cavabadehin nümayəndəsinin (oğlunun) izahatını dinləyərək, iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023-cü il tarixli inkasso sərəncamlarından görünür ki, İddiaçı ABC-Telecom MMC-nin hesabına xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023-cü il tarixlərində 2(066)- 366/2020 saylı icra sənədinə əsasən 90 manat pul tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024-cü il tarixli inkasso sərəncamlarından görünür ki, İddiaçı ABC-Telecom MMC-nin hesabına xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində 2(066)-366/2020 saylı icra sənədinə əsasən 110 manat pul tutulmuşdur. İş materiallarına əlavə edilmiş 15.02.202 və xx.xx.2024-cü il tarixli inkasso sərəncamlarından görünür ki, İddiaçı Göygöl Rayon İcra və Probasiya Şöbəsinin-nin hesabına xx.xx.2024-cü il tarixdə 110 manat, xx.xx.2024-cü il tarixdə isə 24.20 manat pul 2(066)-366/2020 saylı icra sənədinə əsasən tutulmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-366/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı KRESLO LİBRO, DİVAN KİTAB LİBRO üçün 1281 manat ödənilməmiş hissə, 128 manat cərimə, cəmi 1409 manat, İMEİ kodu **********36154 Samsung J2 telefon üçün 432 manat ödənilməmiş hissə, 43 manat cərimə, cəmi 475 manat, ümumilikdə 1884 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1914 (bir min doqquz yüz on dörd) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli icra vərəqindən və xx.xx.2020ci il tarixli məktubdan görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-366/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi Göygöl Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. Beləliklə, məhkəmə baxışında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən, iddiaçı öz adına 1464 manat dəyərində "xxxx" MMC-dən KRESLO LİBRO, DİVAN KİTAB LİBRO almış və cavabdeh vermiş, həmin məbləğin 61 manat hissəsi ilkin ödəniş olaraq cavabdeh tərəfindən öədənilmiş və cavabdeh KRESLO LİBRO, DİVAN KİTAB LİBRO üçün 1403 manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin hazırki vaxtadək cavabdeh öhdəliyə əməl etməmişdir. İddiaçı cavabdehdən öhdələyini icra etmədiyi üçün ondan pulun ödənilməsini tələb etsə də, Cavabdeh könüllü olaraq iddiaçının onun üçün aldığı KRESLO LİBRO, DİVAN KİTAB LİBRO pulunu tam şəkildə ödəməkdən imtina etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-366/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı KRESLO LİBRO, DİVAN KİTAB LİBRO üçün 1281 manat ödənilməmiş hissə, 128 manat cərimə, cəmi 1409 manat, İMEİ kodu **********36154 Samsung J2 telefon üçün 432 manat ödənilməmiş hissə, 43 manat cərimə, cəmi 475 manat, ümumilikdə 1884 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1914 (bir min doqquz yüz on dörd) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmiş, qeyd oluna məbləğlər iddiaçıya məxsus əmək haqqı kartından tutulmuş və "xxxx" MMC-nin hesabına ödənilmiş, həmçinin qeyd olunan icra sənədi üzrə İddiaçı həmin məbləğin 7% məcburi icra ödənişi, yəni 134.20 manat pul Göygöl Rayon İcra və Probasiya Şöbəsinin hesabına tutulmuşdur. Bundan sonra İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 1230 (min iki yüz otuz) manat və dövlət rüsumuna görə ödədiyi 32 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ilkin ödəniş olaraq İradənin divankresloya görə 61 manat ödəməsini və divan-kreslonun qiymətinin 1403 manat qalmasını, həmin məbləğdən ona 3 dəfə 90 manat, bir dəfə isə keçən il kartına 100 manat pul vurmalarını və bir dəfə gəlininə 50 manat vermələrini, cəmi ona 420 manat ödənildiyini, bundan başqa isə tərəfindən öz aldığı telefona və İradəyə vediyi divan-kresloya görə 130 manat icra haqqı ödənildiyini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi (oğlu) isə qeyd olunan divan-kreslo dəstinin hazırda onların evlərində olmasını, onlar tərəfindən Rəna xanıma 817 manat, bundan başqa 100 manat onun tərəfindən Rəna xanımın kartına göndərilməsini, 3 ay divan ilk götürüləndə 61 manat, 3 dəfə isə 90 manat olmaqla ödənilməsini, 817 manatın qaytarılmasına dair onların hər hansı sübutlarının olmamasını, həmin məbləğin onun qardaşının Rəna xanımın oğlu Anara və gəlininə verilməsini, pulun verilməsini təsdiq edən şahidləri ancaq sentyabr ayında məhkəməyə gətirə biləcəyini bildirmiş və məhkəmədən iddianın qismən 500 manat hissəsində təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər arasında 61 manat ilkin ödəniş cavabdeh tərəfindən icra olunmaqla, cəmi 1464 manat dəyərində "xxxx" MMC-dən KRESLO LİBRO, DİVAN KİTAB LİBRO-nun iddiaçının adına alınaraq cavabdehə verilməsi və cavabdeh KRESLO LİBRO, DİVAN KİTAB LİBRO üçün 1403 manat pulu "xxxx" MMC-yə ödəməsinə dair şifahi razılığa gəlinmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-366/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı KRESLO LİBRO, DİVAN KİTAB LİBRO üçün 1281 manat ödənilməmiş hissə, 128 manat cərimə borcu olmaqla 1409 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmiş, cavabdeh iddiaçı ilə olan şifahi razılaşmanın şərtlərinə əməl etməyərək, həmin məbləğdən cəmi 420 manat pul cavabdehə ödəmişdir. Qeyd olunan məbləğlər iddiaçıya məxsus bank hesabından tutulmuş və "xxxx" MMC-nin hesabına ödənilmişdir. Həmin məbləğin cavabdeh tərəfindən ödənilməli olan 1409 manat hissəsi üzrə icra sənədi üzrə İddiaçı həmin məbləğin 7% məcburi icra ödənişi, yəni 98.63 manat pul bank hesabından Göygöl Rayon İcra və Probasiya Şöbəsinin hesabına tutulmuşdur. Bununla da müəyyən olunur ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən cavabdeh iddiaçının adına nisyə aldığı əşyanın dəyərindən qismən ödəniş etsə də 983 manat əşyanın dəyərindən borcu qalmış və cavabdeh öhdəliyini vaxtında icra etmədiyindən həmin məbləğə uyğun olaraq 7% məcburi icra ödənişi 98.63 manat ödəniş etməklə iddiaçı zərər çəkmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə mülki qanunvericiliyin şifahi əqdə saslanan ödəlik üzrə razılaşma və öhdəliyin icra edilməməsi ilə əlaqədar müddəaları çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1.-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. Həmin Məcəllənin 324.1.-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2.-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3.-ci maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 329.4.-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2.-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1.-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5.-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.6.-ci maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 390.7. -ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Həmin Məcəllənin 396.-ci maddəsinə əsasən öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir. Həmin Məcəllənin 405.1.-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406.1. -ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1.-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2.-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3.-ci maddəsinə əsasən Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 445.1. -ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavlə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.3.-ci maddəsinə əsasən Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə cavabdehin borcun 817 manat hissəsinin iddiaçıya qaytarılmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, bu dəlilləri təsdiq edəcək heç bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin iddiaçı özü cavabdeh tərəfindən 61 manat ilkin ödəniş, üç dəfə 90 manat, bir dəfə 100 manat, bir dəfə 50 manat olmaqla ümumilikdə 481 manat ödəniş edilməsini göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 983 manat əşyanın dəyəri üzrə əsas borc, öhdəliyin vaxtında icra etməməsi səbəbindən vurulmuş 98.63 manat ziyan məbləği olmaqla 1081,63 (bir min səksən bir manat, altmış üç qəpik) manat pul məbləği tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 32 manat məbləğində dövlət rüsumu xərcini ödəmişdir. Buna görə məhkəmə, iddia tələbinin təmin edilən hissəsinə münasibətdə məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 30,90 (otuz manat, doxsan qəpik) manat hissəsini Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1081,63 (bir min səksən bir manat, altmış üç qəpik) manat pul məbləği və 30,90 (otuz manat, doxsan qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar