Məhkəmə qərarları › İş №2(066)-678/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-678/2024

01.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-678/2024 01.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərişıq ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin 333554 nömrəli AKT üzrə, ona 525 (beş yüz iyirmi beş) manat enerji borcunun, qanunsuz hesablandığı üçün silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, yaşadığı Göygöl rayon Əzgilli kəndində yerləşən yaşayış sahəsində müqavilə əsasında elektrik enerjisindən istifadə edir. Göygöl rayon Əzgilli kəndində elektrik enerjisindən istifadə edən abunəçilərə nəzarəti nəzarətçilər həyata keçirirlər, istifadə olunan enerjinin dəyərini yoxlayaraq qəbzlər verirlər, o da hər ay mütəmadi olaraq enerjinin haqqını ödəyir. 2024-cü ilin aprel ayının ortalarında ona "xxxx" Açıq Səhimdar Cəmiyyətin əməkdaşları mobil əlaqə yaradaraq bildirmişlər ki, elektrik enerjisindən borcu var. O heçbir borcu olmadığını bildirmiş, əlavə olaraq oğlu X1 bildirmişdir ki, "xxxx" ASC-nə getsin bu borc barədə maraqlansın. Oğlu "xxxx" ASC-dən gələrək bildirmişdir ki, onlar qarmaq ataraq əlavə enerji istifadə etmişlər, buna görə 525 ( beş yüz iyirmi beş) manat cərimə ödəməlidirlər. Bu barədə heç bir möhtəbər, ilkin və həqiqi sübut təqdim etməyərək 525 manat cərimə olunmağı bildirmişlər. "xxxx" ASC-nin əməkdaşları sayğaca baxış keçirmişlər, sayğacda qüsür yoxdur, enerji xətləri kabel tiplidir. Buna görədə qarmaq atılması mümkünsüzdür. Buna baxmayaraq "xxxx" ASC-nin əməkdaşları bildirmişlər ki, 525 manat əlavə enerji haqqı ödəməlidirlər. O onlara bildirmişdir ki, onların heç bir borcu yaranmamış, daima işlətdikləri enerjinin haqqını ödəmişlər. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 261.52 (iki yüz altmış bir manat əlli iki qəpik) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, onun tərəfindən heç bir ekektrik kabeli zədələnməmiş və heç bir əlavə kənar xəttdən qanunsuz qoşulma edilməmişdir. "xxxx" ASC-nin əməkdaşları gələrkən o evdə olmuş, həmin vaxt onlar tərəfindən heç bir akt tərtib edilməmişdir. "xxxx" ASC-nin əməkdaşları sadəcə məktəbin və onların işıqlarına baxmışlar, həmin vaxt ona heç bir söz deyilməmiş, o cümlədən irad bildirilməmişdir. Sonradan bilmişdir ki, ona əsas borc hesablanmışdır. Bununla bağlı "xxxx" ASC-yə müraciət etmiş və bundan sonra Müştəri Xidmətləri İdarəsinin nəzdində fəaliyyət göstərən komissyada protokol tərtib olunaraq, xx.xx.2024-cü il tarixdə 2468kvt.s (271,48) manat elektrik enerjisi dəyərində dürüstləşdirilmə aparılmış və o bununla bağlı məhkəməyə iddia tələbinin dəqiqləşməsi ilə bağlı ərizə təqdim etmişdir. Məhkəmədən iddianın təmin edilməsini hesablanmış 261.52 (iki yüz altmış bir manat əlli iki qəpik) manat məbləğində borcun onun hesabından silinməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, iddiaçının yaşadı evə quraşdırılmış elektirik sayğacına "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı kənar xəttdən isifadə edir. Bu səbəbdən onlar tərəfindən akt tərtib edilmiş və video görüntü qeydə alınmışdır. Əlavə olaraq bildirdi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən müəyyən edilmiş xətt, məktəbin sayğacından keçmiş və həmin sayğacda hesablama aparılmışdır. Məhkəmədən iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirdi ki, o, "xxxx" ASC-nin X4 mühəndis vəzifəsində işləyir, İddiaçı abonent kimi tanıyır. Tərəflərindən aparılmış çəkilişdə də hər şey qeyd edilmişdir. İddiaçı kənar xəttdən istifadə etmişdir. Xətt yeraltı xətt olduğundan onlar tərəfindən tam görülə bilinməmişdir. Belə ki, xətt yerin altına daxil olduğundan və iddiaçı onları evə buraxmadığından onlar həmin xətti tam görə bilməmişlər. Əlavə olaraq bildirdi ki, İddiaçı evinə baxış keçirilməsi üçün nə zaman getmələrini xatırlamır. Baxış keçirilən zaman iddiaçının özü də iştirak etmişdir. Məktəbin sayğacına baxdıqları zaman müəyyən etmişlər ki, məktəbin sayğacından yük axır, lakin həmin vaxt məktəb fəaliyyət göstərməmişdir. Məktəbin çıxışından götürülüb evə getdiyi üçün onlar kənar xətt olduğunu müəyyən etmişlər. İddiaçı tərəfindən məktəbin sayğacından keçməklə kənar xəttlə yaşadığı evə elektik enerjisi aparılmış və sayğac həmin elektrik enerjisini hesablamışdır. Görüntülərdə sayğacdan çıxan əlavə xətt məktəbin çardağına qalxmış və daha sonra çardaqdan torpağın altına enmişdir. Onlar tərəfindən video görüntülərdə həmin xətt aşkarlanması göstərilməmişdir. Belə ki, məktəb bağlı olduğu üçün onların tərəfindən çardağa baxış keçirilə bilinməmişdir. Məktəblə iddiaçıya məxsus ev arasında məsafə təxminən 12 metr olmuşdur. Onlar həmin xətti qazıb çıxarmamış, xəttin istiqamətini müəyyənləşdirməmişlər və iddiaçının evinə gedən kənar elektrik xəttini qazıb baxmamışlar. Onların elektrik xəttini müəyyən etmələri üçün şəraitləri olmamış, onlar iddiaçının hər ay 2-3 manat sərfiyyat istifadə etməsi səbəbindən həmin qənaətə gəlmişlər ki, iddiaçı kənar xəttdən istifadə edir. Məktəbin çardağına gedən xətti görmüşlər, lakin iddiaçının evinə doğru gedən xətti aşkarlamamışlar. Onlar iddiaçının evinə gedən yeri altı xətt olduğunu hesab etmişlər, lakin həmin xəttin istiqamətini müəyyən etməmişlər və yeri qazıb həmin xətti aşkarlamamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, o, "xxxx" ASC-nin X4 aparıcı mühəndis vəzifəsində işləyir, tərəflərindən iddiaçının kənar xəttdən istifadə etməsi səbəbindən akt tərtib edilmişdir. Akt tərtib edilərkən iddiaçı iştirak etməmişdir. Onlar aktı idarədə tərtib etmişlər. Onlar abunentin evinə baxış keçirərkən üzərlərində akt olmadığı üçün idarədə tərtib etmişlər. Akt abunentə təqdim edilməmiş və abunent tərəfindən imzalanmamışdır. Onlar ümumi kənd ərazisinə baxış keçirmişlər. O baxış zamanı məktəbdə olmadığından xəttin məktəbin sayğacından keçib hesablama aparılıb-aparılmamasını bilmir. Məktəblə iddiaçıya məxsus evin arasında təxminən 10 metr məsafə olmuşdur. Onlar tərəfindən müəyyən edilmişdir ki, sayğacdan keçən kənar xətt əvvəlcə məktəbin çardağına qalxmış, oradan isə torpağın altı ilə getmişdir. Kənar xətt məktəbin hasarının altından binanın içindən torpağın altı ilə məktəbdən çıxıb abunentin evinə getmişdir. Onlar məktəbdən çıxan xəttin istiqamətini müəyyənləşdirməmişlər, abunentin evinədək xəttin üzərini qazmamışlar və həmin xəttə baxış keçirməmişlər. İddiaçı onlara evinə baxış keçirməsinə imkan verməmişdir. Evin arxasından kənar xətt torpaqdan çıxmış və evə girmiş, lakin onlar həmin xəttə baxış keçirməmişlər. Onlar xəttin məktəbdən çıxan yerini və xəttin istiqamətini müəyyən etməmişlər. İddiaçıya məxsus evdən başqa həmin ərazidə ətrafda evlər olmuşdur. Qeyd olunan məktəb köhnə məktəbdir və fəaliyyət göstərmir. O, məktəbdən çıxıb iddiçının evinə gedən kənar xətti görməmişdir. Onlar iddiaçının hər ay 2-3 manat sərfiyyat istifadə etməsi səbəbindən həmin qənaətə gəlmişlər ki, iddiaçı kənar xəttdən istifadə edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan abunə haqqından saldodan görünür ki, İddiaçı 1193.36 manat borcu var. İşdə olan xx.xx.2024-cü il tarixli AKTR 333554 №-li nömrəli aktdan görünür ki, həmin tarixdə Göygöl rayonu, Əzgilli kəndində olan istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı əlavə kənar xəttdən istifadə etməsi aşkar edilmişdir. İşdə olan icra vərəqindən görünür ki, **********00010 saylı abonent İddiaçı məxsus ünvanda yoxlama zamanı abonent əlavə kənar xəttdən istifadə etməsi aşkar edilmişdir. W=0.88kvtx24saat x 0,7x365g=5396kvt.s. W1=2400kvt.sx0,08 manat; W2=1200kvt.sx0,09 manat; W3=1796kvt.sx0,13 manat. Cəmi 533.48 manat borc hesablanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli müraciətdən görünür ki, **********00010 saylı kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş və yaranmış borca baxılmışdır. Müştəri Xidmətləri İdarəsinin nəzdində fəaliyyət göstərən komissyada protokol tərtib olunaraq, xx.xx.2024-cü il tarixdə 2468kvt.s (271,48) manat elektrik enerjisi dəyərində dürüstləşdirilmə aparılmışdır. İşdə olan CD diskdə olan video görüntülərdən görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonent İddiaçı evinin yanından keçən kənd yolunun qarşı tərəfindən yerləşən məktəbin sayğacına, abonentin evinə və elektirik sayğacına baxış keçirilərkən, məktəbə məxsus elektirik sayğacından keçməklə elektirik xəttinin məktəbinin damına doğru qalxdığı, lakin həmin elektirik xəttinin məktəbdən hansı istiqamətə getməsi görünməməklə yanaşı, abonetin evinə gedən kənar elektirik xətti müəyyən edilməmiş, abonent İddiaçı evinə kəçilmiş olması ehtimal edilən kənar xətt göstərilməmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Göygöl rayonu, Əzgilli kəndində yaşayır və yaşadığı evə İddiaçı adına cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində qeydə alınmış elektrik sayğacından istifadə edir. Azərişıq ASC-nin X2 əməkdaşları İddiaçı yaşadığı evə verilən elektirik enerjisinin sayğacına və yolunun qarşı tərəfindən yerləşən məktəbin sayğacına baxış keçirilmiş, məktəbə məxsus elektirik sayğacından keçməklə elektirik xəttinin məktəbin damına doğru qalxdığı göstərilmiş, lakin həmin elektirik xəttinin məktəbdən hansı istiqamətə getməsi və abonetin evinə gedən kənar elektirik xətti müəyyən edilmədən, abonent İddiaçı evinə kənar elektirik xətti kəçilməsi ehtimal edilmiş və onun sayğacın aylıq sərfiyyatının az olması səbəbindən sayğacdan əlavə kənar xəttdən istifadə edilməsi qənaətinə gəlinmiş və bununla bağlı Azərişıq ASC-nin X3 abonentin iştirakı olmadan 18 mart 2024-cü il tarixli, Akt R № 333554 nömrəli akt tərtib edilmiş, akt onlar tərəfindən imzlanmış, lakin abonent aktı imzalamamışdır. xx.xx.2024-cü il tarixdə baxış keçirərkən, "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən iddiaçı barəsində hesabat dövrü verilmiş sərfiyyatın dəyəri nəzərə alınmaqla W=0.88kvtx24saat x 0,7x365g=5396kvt.s. W1=2400kvt.sx0,08 manat; W2=1200kvt.sX0,09 manat; W3=1796kvt.sX0,13 manat. Cəmi 533.48 manat miqdarında itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciətindən sonra Müştəri Xidmətləri İdarəsinin nəzdində fəaliyyət göstərən komissyada protokol tərtib olunaraq, xx.xx.2024-cü il tarixdə 2468kvt.s (271,48) manat elektrik enerjisi dəyərində dürüstləşdirilmə aparılmışdır. Həmçinin məhkəmə araşdırması zamanı istehlakçı tərəfindən sayğacdan kənar xəttdən istifadə etməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Həmçinin akt tərtib etmiş "xxxx" ASC-nin əməkdaşlarının məhkəmədə verdikləri izahatlarında məktəbə məxsus elektirik sayğacından keçməklə elektirik xəttinin məktəbin damına doğru qalxdığı, lakin həmin elektirik xəttinin məktəbdən hansı istiqamətə getməsini, abonetin evinə gedən kənar elektirik xəttinin tərəflərindən müəyyən edilməməsini və görmədiklərini bildirmişlər. Bununla belə "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə olan video görüntülərdə, abonent İddiaçı evinin yanından keçən kənd yolunun qarşı tərəfindən yerləşən məktəbin sayğacına, abonentin evinə və elektirik sayğacına baxış keçirilərkən, məktəbə məxsus elektirik sayğacından keçməklə elektirik xəttinin məktəbinin damına doğru qalxdığı, lakin həmin elektirik xəttinin məktəbdən hansı istiqamətə getməsi və abonetin evinə gedən kənar elektirik xətti müəyyən edilməmiş, abonent İddiaçı evinə kəçilmiş olması ehtimal edilən kənar xətt göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən halları və qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Məhkəmə hesab edir ki, tərtib olunan akt qüsurlu olmaqla, cavabdeh təşkilat tərəfindən istifadə edilmiş və lakin dəyəri ödənilməmiş elektrik enerjisinin sərfinin miqdarını müəyyən etməklə, abonentin sayğacdan əlavə kənar xəttdən istifadə etməsini bildirməklə ehtimala əsaslanmış, habelə aktın tərtibi və borc hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bununla da iddiaçıya məxsus ünvanda sayğacdan əlavə kənar xəttdən istifadənin mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin baxış keçirmiş cavabdeh təşkilatın nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatlarından görünür ki, onlar iddiaçının hər ay 2-3 manat sərfiyyat istifadə etməsi səbəbindən həmin qənaətə gəlmişlər ki, iddiaçı kənar xəttdən istifadə edir. CD diskdə baxış keçirilərkən və aktı tərtib etmiş cavabdeh təşkilatın əməkdaşlarının ifadələrində, kənar xəttin məktəb sayğacından keçməklə və hesablama aparılmaqla istifadə edildiyi, lakin həmin məktəbə məxsus elektrik xəttinin kənara doğru hansı istiqamətdə getməsi və kənar xəttin abonentin sahibliyində olan əraziyə daxil olması müəyyən edilməmiş, abonentin kənar elektrik xəttindən istifadə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış və iddia tələbində göstərilən borc məbləği abonentin hesabından silinməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya (abonent kodu: **********00010 olan) hesablanmış borcun tələbdə göstərilən məbləğdə 261.52 (iki yüz altmış bir manat əlli iki qəpik) manat hissəsində silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 261.52 (iki yüz altmış bir manat əlli iki qəpik) manat borc məbləği İddiaçı abunə hesabından (abunə kodu: **********00010 olan) silinsin. "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar