Məhkəmə qərarları › İş №2(066)-714/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-714/2025

15.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-714/2025 15.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əsassız varlanmaya səbəb olan pul vəsaitlərinin və qanundan kənar qaydada alınmış pul və faizlərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əsassız varlanmaya səbəb olan pul vəsaitlərinin və qanundan kənar qaydada alınmış pul və faizlərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Mollacəlilli kəndində yaşayan Cavabdeh ona artıq sələm faizi kimi ödədiyi 21.500 manat pulun 18.000 manat hissəsinin, yəni artıq ödədiyi əlavə pulun tam şəkildə alınaraq, ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Göygöl rayonu Mollacəlilli kəndində qeydiyyatdadır, 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmaqla müharibə əlilidir, qazidir. İddianı qaldırmaqda məqsədi ondan ibarətdir ki, Cavabdeh tanıyır və kənd sakini kimi uzaq tanışlıq münasibətləri olmuşdur. Onun pula etiyyacı olduğuna görə Cavabdeh borc pul istəmiş və aralarında olan razılıq ondan ibarət olmuşdur ki, həmin pul məbləğini ona borc kimi verəcək və əvəzində heç bir faiz və dəbbə pulu istəməyəcəkdir. O da üzərinə öhdəlik götürmüşdür ki, həmin pulu ona hissə hissə olmaqla 1 il ərzində qaytaracaqdır. Həmin pulu götürdükdə sonra 1 il ərzində hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürsədə müəyyən səbəblərdə həmin pulu tam şəkildə ödəyə bilməmiş və bu səbəbdən də cavabdehin özü və yaxınları onu şantaj edərək, onu tutduracaqları və X1 barəsində şikayət edəcəkləri ilə hədələmişlər. Bununlada kifayətlənməyərək ona bildirmişdir ki, o pulu guya ki, kimnənsədə sələm götürüb verib və kiməsədə o sələm üstü ödəyib və bu səbəbdən də başqa adamları da ortaya saldıraraq, ondan həmin pulun sələminidə istəməyə başlamış və o hər dəfə sələmi ödədikcə ona bildirmişdir ki, əsas borc qalıb, əsas borcun da əlavə sələmini ödəməlidir. Bu minvalla ondan borc verdiyi müddətdən 2021-ci il tarixdən 2024-cü il tarixinə qədər 21.500 manat pul almışdır. 21.500 manatı onu ödəməyinə dair bütün qəbzləri və sənədləri mövcuddur və həmin çeklərdə təsdiq edir ki, həqiqətən cavabdehə 3500 manatdan kifayət qədər artıq məbləğ pul ödəmiş, yəni ümumilikdə ona 21.500 manat pul ödəmişdir. Bununla da təsdiq olunur ki, cavabdehə 18.000 manat artıq pul ödəmiş və cavabdeh ondan aldığı pullarla əsassız varlanma əldə etmişdir. Əsassız faizlər əldə edərək, mənfəət tutmuş olmuşdur. Hesab edir onun bu faiz tələbləri və ondan aldığı sələm pulları qanunsuzdur və həmin pullar ona geri qaytarılmalıdır, yəni 3500 manatdan artıq ödəyi pulların hamısı cavabdehdən ona geri qaytarılmalıdır. Düşünür ki, qaldırdığı iddiasına işə baxan məhkəmə ədalətli -qaydada baxacaq və iddia tələbini araşdıraraq cavabdehə artıq ödəyi 18.000 manat pulun ona geri qaytarılması barədə qətnamə qət etmiş olacaqdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, onun çox şeylər başında problem olması səbəbində yadında qalmamış, lakin cavabdehlə arasında olan mübahisəni iddia ərizəsində tam olaraq göstərmişdir. Cavabdehdən ayda 700 manat qaytarmaq şərti ilə 3500 manat pul götürmüşdür. Cavabdeh ona hədə-qorxu gələrək onun təqaüd kartını götürmüş və 6-7-ay kartından pul çıxarmışdır. Mobil telefonunda cavabdehin kartına göndərdiyi pulların qəbzləri var. Lakin, telefonunun platası yanmışdır. Şahidləri və kənddə olan hər kəs bilirki cavabdeh sələm verir. Cavabdehi şahidlərin evinə gedib onlarıda hədələmişdir. Əlavə olaraq bildirdi ki, cavabdehdən təxminən 2022-ci ilin payız aylarında şifahi qaydada 2000 manat və ondan 5-6 ay sonra 1500 manat olmaqla cəmi 3500 manat pul almış və cavabdehdən pulu götürərkən aralarında heç bir sənəd olmamışdır. Pulu aldan hazırkı vaxtdan 6-7 ay əvvələ kimi ona xeyli pul qaytarmışdır. Cavabdehdən aldığı pulu qaytaranda isə həm əldən-ələ həmdə kartından ödəmişdir. Polis şöbəsində müraciəti olmuşdur. Həmin materialda olan izahatı düzgün yazılmamışdır. Pulu götürən vaxtdan ümumilikdə cavabdehə 21500 manat ödəmişdir. Onun hər ay kartından 700 manat ödəniş etmişdir. Son 6-7 aydır ödəniş etməmişdir. Cavabdeh pulu 6 ay kartından çıxarmışdır. Lakin, hansı aylarda çıxarmasını bilmir. Bundan başqa o digər aylarda 330-370 manat cavabdehin kartına pul vurmuş və çeklərini teelfonda saxlamış, lakin həmin telefon işləmir. Əlavə olaraq bildirdi ki, onun tərəfindən məhkəməyə təqdim edilmiş cd diskdə olan səs yazısı çoxdan olmuş, lakin Murazı polisə verdikdən sonra çıxartdırmışdır. Cavabdeh tərəfindən cd diskdə olan səs yazısında olan səs ona məxsusdur. Səs yazısını göndərdikdən sonra o, cavabdeh Muraz barədə polisə müraciət etmişdir. Digər şahidlərin iştirakı olmadan işə baxılaraq, işin yekunlaşdırılmasını istəyir. Onun borcu və xərci çoxdur. Xəstə adamdır. İddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehə verdiyi pulların geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, artıq bir neçə dəfədir ki, onlar məhkəməyə gəlirlər və bu müddət ərzində iddiaçı istəsə telefonunu düzəltdirə bilərdi, iddiaçı ona şər atır. İddiaçı ilə onların arasında qohumluq əlaqələri var, belə ki ataları əmi uşaqlarıdır. 2023-cü ilin noyabr ayında Elmin Abdiyev ondan 2000 manat borca pul götürmüşdür. Belə ki, Elmin güclü qumar oynuyur və pulu götürərkən ona qumar borcunun olmasını, təcili pulu çatdırmalı olmasını bildirmiş, maşınını satıb pulu qaytaracağını ona bildirmişdir. O isə iddiaçıya maşınını satmamasını pulu hissə-hissə olmaqla ödəməsini bildirmişdir. Həmin vaxt Elminin VAZ2106 markalı avtomobili olmuşdur. 2024-cü ilin mart ayına kimi Elmin heç bir ödəniş etməmiş və müxtəlif bəhanələr gətirmiş və pulu verməmişdir. Bununla bağlı telefonunda səs yazılarıda var. 2024-cü ilin mart ayında iddiaçını əmisi oğlu ilə birlikdə yeməkxanaya çağırmış, İddiaçı həmin vaxt ona çoxlu pul uduzmasını ödəməyə imkanı olmamasını, bankdan kredit götürə bilsə ödəyəcəyini bildirmişdir. O, başqa yolu olmamasını görüb Elminə bankdan özü gedib kredit götürməsini, katının olmasını aydan-aya ödəməsini bildirmiş, iddiaçı isə kart onda olarsa xərcləyəcəyini krediti ödəmək üçün kartını ona verəcəyini demişdir. Bundan sonra 2000 manat kredit götürdükdən sonra iddiaçı Avıl dayının evinin yanına onu çağıraraq kartı verəcəyini lakin, kartının sələmdə olmasını kartı götürmək üçün 1500 manat pul lazım olmasını bildirmişdir. O iddiaçıya 2000 manat borcu verə bilmədiyini, təzdən 1500 manat da istəməsini bildirmiş, lakin iddiaçı and-aman edərək onu yola gətirmiş və o bundan sonra 1500 manat öz adına kredit götürüb verdikdən sonra iddiaçı gedib kartı gətirmişdir. Həmin kartdan 6 ay hər ay 330 manat olmaqla ödəniş etmişdir. 7-ci ayda isə kartı bağlatmışdır. O iddiaçıya anasının 700 manatdan loteraya oynamasını onunda borcunu ödəməsi üçün oynamasını demiş və bununla bağlı onun telefonda səs yazısıda var. İddiaçı ona əgər lotareya oyanayarsa birinci götürmək istəməsini bildirmişdir. Daha sonra iddiaçının onu aldatmasını bilmişdir. 2024-cü ilin dekabr ayının sonunda Elmin ona zəng edərək polis şöbəsinin qarşısında olmasını, yanındada bir qazi olmasını, qazinin qolunu kəsməsini qanı axmasını, ona təcili 3000 manat gətirib verməsə ondan şikayət edəcəyini bildirmişdir. O isə ona pul vermədiyinə görə Elmin ondan polisə şikayət etmiş və ona şər atmışdır. Hazırda iddiaçının ona 1500 manat əvvəlki borcundan, 3000 manat isə sonradan onu şantaj edib özünü yandırmasını, evini yandırmasını bildirib aldığı pul olmaqla cəmi 4500 manat verəcəyi var. 1500 manatdan əlavə verdiyi 3000 manatı anasının dayısı oğlu Qoşun, Nürəddin və Şahin aparıb vermişdir. Həmin şəxslərdən 2-si hazırda Rusiyadadır. İddiaçı burda olan şəxslərin qapısına gedərək, onlardan gəlməmələrini istəmişdir. Həmçinin hazırda iddiaçı tərəfindən məhkəməyə gətirilmiş şahid Ceyhunla onun atasının arasında ədavət olmuşdur və həmin şəxslə 20 ildir ki, danışmırlar. İddiaçı ondan köhnədən 2000 manat və 1500 manat olmaqla cəmi 3500 manat pul almış həmin məbləğdən 1980 manat qaytarmış və 1520 manatı qalmış, daha sonra isə onu polisə vermiş və şantaj edərək təkrar ondan 3000 manat pul almışdır. Hazırda Elmin ona 4500 manat pul verməlidir və həmin pulu vermir. O, Elminin atasına və əmisinə bu haqqda demiş lakin onlar bu məsələyə qarışmamışlar. Qoşqar adlı qazi Polad Həşimovun şəklini sinəsinə çəkdirmiş və qolunu kəsmiş, bu səbədən polis şöbəsində ona barışıq olmasının yaxşı olmasını bildirmişlər və bu səbəbdən o, Elminə 3000 manatı vermişdir. Pulu Elminə adlarını çəkdiyi üç nəfər aparıb polis şöbəsinin qarşısında vermişdir. Məhkəməyə təqdim edilmiş cd diskdə olan səs yazılarını Elmin Abdiyev ona göndərmişdir. Həmin səs yazılarını 2024-cü ilin dekabr ayında ona göndərmişlər. Cd diskdə Elmin Abdiyevin qəsdlə onu polisə verməsini və ona bir az pul verməsini, kartının onsuz onda olmasını 2 ayda artıq almasını bildirir. Əlavə olaraq bildirdi ki, o krediti 2024-cü ilin mart ayında götürmüşdür. Elmin Abdiyev ona 6 ay 330 manat olmaqla cəmi 1980 manat ödəniş etmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, iddiaçı Elmin Abdiyevi və Cavabdeh tanıyır, onlarla hər hansı qohumluğu, ədavəti və düşmənçəliyi yoxdur. 2022-ci ilin iyul ayında reysdən evə gəlib tövləyə girdikdə görmüşdür ki, bir ədəd pres kəndiri asılmasını və bir ədəddə stol olmasını görmüş, tez evə gedib yoldaşından bu məsələ ilə bağlı soruşduqda yoldaşı ona oğlu X8 sələmə pul götürməsini, Murazın pulunu istəməsini, oğlu isə qaytara bilmədiyi üçün özünü asmaq istədiyini ona demişdir. O Anarın harda olmasını soruşquda yoldaşı ona Anarın onu görüb qaçmasını bildirmişdir. Oğlu Anarı tapdıqda ondan nə məsələ olduğunu soruşmuşdur. Anar ona Murazdan 5000 manat pul götürməsini, pulu qaytara bilməməsini Murazın isə ona onu bir təhər edəcəyini deməsini bildirmişdir. O pulu aparıb Muraza vermiş və ona birdə onun uşaqlarına sələmə pul verməməsini bildirmişdir. Əlavə olaraq bildirdi ki, oğlu Anarın 22 yaşı var. Muraz bütün kəndə sələm verir. Elminin Murazdan pul almasını və Elminin Muraza pul verməsini və aralarında pulla bağlı söhbət etmələrini görməmişdir. Yalnız eşitmişdir. Elminin Murazdan pul almasını, onların arasında pulla bağlı söhbət etmələrini, həmçinin Elminin Muraza pul qaytarmasını görməmişdir. İş materiallarına əlavə olunmuş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə olunmuş Azrəbaycan Respublikası Əmək və Əhaliin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı İİİ dərəcə əlildir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası “X7” İctimai Birliyi tərəfindən verilmiş 003230 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir və İİİ qrup müharibə əlilidir. İş materiallarına əlavə olunmuş Göygöl rayon İHB-nin Mollacəlilli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 34 nömrəli arayışdan görünür ki, İddiaçı Göygöl rayonu, Mollacəlilli kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə olunmuş Göygöl Rayon Polis X3 təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı müraciəti ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə HK-1/2864 nömrəli materialda olan İddiaçı tərəfindən verilmiş ərizədə Göygöl rayonu Mollacəlilli kənd sakini Cavabdeh 3500 manat pul götürməsini, həmin pulu ödəsədə Muraz pulun ödənilmədiyini deyərək ondan əlavə pul tələb etdiyi üçün şikayət etməsini, hazırda onun heç bir şikayətinin olmamasını və şikayəti əsasında aparılan araşdırmanın dayandırılmasını xahiş etməsi qeyd edilmişdir. İddiaçı müraciəti ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə HK-1/2864 nömrəli materialda olan Cavabdeh tərəfindən verilmiş izahatda həmkəndlisi İddiaçı 2024-cü ilin fevral ayında pula ehtiyyacı olduğunu deyərək ondan 2000 manat borca pul almışdır. Sonra isə yenidən ona pula ehtiyyacı olduğunu demişdir. O, öz adına kredit götürərək 2024-cü ilin mart ayında 1500 manat yenidən Elminə pul vermişdir. Elmin kartını ona verəcək o da hər ay onun kartına köçən pulu götürüb banka olan borcu ödəyəcəkdi. O, Elmin ilə razılaşmış və həmin vaxtdan sonra 6 ay karta köçən 330 manat pulu çıxarıb banka olan borcunu ödəmişdir. Sonradan Elminin kartı bağlanmışdır. Ona bu barədə deyən zaman o kartını məhkəmənin bağladığını və ona olan borcunu imkan olduqca ödəyəcəyini demişdir. Ancaq həmin vaxtdan dörd ay keçsədə pul ödəməmişdir. Ondan pulunu istədikdə isə qazi olduğunu deyərək ona pul verməyəcəyini, əksinə guya ona faizlə pul verdiyini deyib şikayət edəcəyi ilə hədələmişdir. Həmçinin başqa qazilərədə nömrəsini verib zəng etdirərək ona hədə-qorxu gəlmişdir. Elmin ona olan borcunu ödəmir, həmçinin ona şər atır. İş materialların əlavə olunmuş İddiaçı tərəfindən və Cavabdeh tərəfindən qətdim edilmiş CD-diskə baxış keçirilərkən İddiaçı Cavabdeh 3500 manat borca pul götürməsini və 1-2 il ərizində 5000-6000 manat ödəməsini bildirməsi məlum olmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı tələbi onunla əsaslandırmışdır ki, pula etiyyacı olduğuna görə Cavabdeh borc pul istəmişdir. Aralarında olan razılıq ondan ibarət olmuşdur ki, cavabdeh həmin pul məbləğini ona borc kimi verəcək və əvəzində heç bir faiz və dəbbə pulu istəməyəcəkdir. O da üzərinə öhdəlik götürmüşdür ki, həmin pulu ona hissə hissə olmaqla 1 il ərzində qaytaracaqdır. Həmin pulu götürdükdə sonra 1 il ərzində hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürsədə müəyyən səbəblərdə həmin pulu tam şəkildə ödəyə bilməmişdir. Hər dəfə sələmi ödədikcə cavabdeh ona bildirmişdir ki, əsas borc qalıb, əsas borcun da əlavə sələmini ödəməlidir. Bu minvalla ondan borc verdiyi müddətdən 2021-ci il tarixdən 2024-cü il tarixinə qədər 21.500 manat pul almışdır. 21.500 manatı onu ödəməyinə dair bütün qəbzləri və sənədləri mövcuddur və həmin çeklərdə təsdiq edir ki, həqiqətən cavabdehə 3500 manatdan kifayət qədər artıq məbləğ pul ödəmiş, yəni ümumilikdə ona 21.500 manat pul ödəmişdir. Bununla da təsdiq olunur ki, cavabdehə 18.000 manat artıq pul ödəmiş və cavabdeh ondan aldığı pullarla əsassız varlanma əldə etmişdir. Əsassız faizlər əldə edərək, mənfəət tutmuş olmuşdur. Hesab edir onun bu faiz tələbləri və ondan aldığı sələm pulları qanunsuzdur və həmin pullar ona geri qaytarılmalıdır, yəni 3500 manatdan artıq ödəyi pulların hamısı cavabdehdən ona geri qaytarılmalıdır. Məhkəmə iddia tələbinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı məhkəmə iclasında şahidlərinin olmasını, əlavə sübutları təqdim edəcəyini bildirsə də məhkəmə tərəfindən dəfələrlə vaxt verilməsinə baxmayaraq iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, iddiaçının qeyd etdiyi kimi cavabdehə pulun verildiyi tarix, məbləğ, həmin pulun harada və kimin iştirakı ilə verilməsinə dəqiqlik gətirə bilməmiş, onun tərəfindən məhkəməyə dəvət edilmiş iş üzrə şahidin ifadəsində iddiaçı tərəfindən cavabdehə pul ödənilməsi və ya həmin pulun verilməsində hər hansı formada iştirakının müəyyən edilməsi mümkün olmamış, həmçinin İddiaçı müraciəti ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə HK- 1/2864 nömrəli materialda olan İddiaçı tərəfindən verilmiş ərizədə Göygöl rayonu Mollacəlilli kənd sakini Cavabdeh 3500 manat pul götürməsini, həmin pulu ödəsədə Muraz pulun ödənilmədiyini deyərək ondan əlavə pul tələb etdiyi üçün şikayət etməsini, hazırda onun heç bir şikayətinin olmamasını və şikayəti əsasında aparılan araşdırmanın dayandırılmasını xahiş etməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bu hallarla bağlı mövqeyi qətidir. Belə ki, həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübütla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin məhkəmə baxışı zamanı iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini iddiaçı yerinə yetirə bilməmiş və hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessuаl Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, məhkəmə iclasında tədqiq olunması üçün iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir, əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan Azərbaycan Respublikası “X7” İctimai Birliyi tərəfindən verilmiş 003230 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İİİ qrup müharibə əlili olmaqla rüsum ödəməkdən azatdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “əsassız varlanmaya səbəb olan pul vəsaitlərinin və qanundan kənar qaydada alınmış pul və faizlərinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar