Məhkəmə qərarları › İş №2(066)-723/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-723/2025

22.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-723/2025 22.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1750 (bir min yeddi yüz əlli) manat pulun və ödədiyi 39 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Göygöl RPŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2022-ci ilin yanvar ayında Göygöl şəhəri, A.Hacıyev küçəsi 83-də yaşayan Cavabdeh 3000 manat ödəniş edərək ondan avtomobil almışdır. Lakin, avtomobili qaytardıqdan sonra Ümid onun pulunun 1250 manat hissəsini qaytarmasına baxmayaraq yerdə qalan 1750 manat hissəsini hələdə qaytarmamışdır. X7 müraciət edərək onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. X6 15 noyabr 2024-cü il tarixli qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona Cavabdeh qarşı olan mülkü tələb ilə əlaqədar mülkü qaydada müvafiq məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. X6 qərarında göstərilmişdir ki, material üzrə izahatı alınmış İddiaçı bildirmişdir ki, Göygöl şəhəri, A.Hacıyev küçəsi ev 73-də ailəsi ilə birlikdə yaşayır, evlidir, 2 övladı var, fərdi əməklə məşğuldur. O, 2022-ci ilin yanvar ayının 2-də qonşusu Cavabdeh 3000 manata QAZ-31 markalı dövlət nömrə nişanını unutduğu qara rəngli avtomobil almışdır. Həmin gün Ümid ona etibarnamə verməyərək sabahısı gün etibarnamə verəcəyini deyib onun şəxsiyyət vəsiqəsini almışdır. Həmin günün sabahısı o, Ümiddən etibarnaməni nə üçün vermədiyini soruşmuşdur. Bu zaman Ümid müxtəlif bahənələr gətirməyə başlamışdır. O, Ümidin hərəkətlərindən avtomobil ilə bağlı problem olduğunu bilmişdir. Daha sonra zəng edib Ümidi çağırmış və avtomobili özünə verərək pulunu qaytarmasını istəmişdir. Ancaq Ümid pulu xərclədiyini deyib şəxsiyyət vəsiqəsini özünə vermişdir. O, Ümidlə razılaşıb pulunu 6 ay müddətinə hissə-hissə qaytarmasına razı olmuşdur. Lakin, həmin şəxs onun pulundan hissə-hissə 2 il müddətində 1250 manat qaytarmışdır. Geri qalan 1750 manatı isə pulu olmadığını deyərək vermək istəməmişdir. O, həmin şəxsdən pulunun alınmasında köməklik göstərilməsini istəmişdir. Material üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki, Göygöl şəhəri, A.Hacıyev küçəsi ev 83-də ailəsi ilə birlikdə yaşayır, evlidir, 2 övladı var, fərdi əməklə məşğuldur. O, 2022-ci lin yanvar ayında özünə məxsus olan QAZ-31 markalı dövlət nömrə nişanını unutduğu qara rəngli avtomobilini qonşuluqda yaşayan İddiaçı 3100 manata satmağa razılaşmışdır. O, həmin avtomobili Zülfüqara 3100 manata satdıqdan təxminən 15 gün sonra Zülfüqar avtomobili qaytarıb pulunu geri istəmişdir. O qonşu olduğu üçün Zülfüqarla razılaşaraq avtomobili qaytarmasına etiraz etməmiş, lakin həmin vaxt Zülfüqardan aldığı pulları xərclədiyi üçün Zülfüqara pulu imkanı olduqca hissə-hissə qaytarcağını bildirmişdir. Bundan sonra Zülfüqar onunla razılaşmış və o, imkanı olduqca borcundan bu günədək hissə-hissə 1400 manat ödəmişdir. Sonuncu dəfə oktyabr ayında Zülfüqar ondan borcundan ödəmə etməyi istəmiş, lakin onun pulu olmadığı üçün ödəyə bilməmişdir. Bundan sonra Zülfüqar onun barəsində şikayət etmişdir. O, Zülfüqara 3100 manata avtomobil satıb pulunu almış, lakin sonradan Zülfüqar avtomobili geri qaytarmışdır. O, da həmin vaxt pulu xərclədiyi üçün Zülfüqara olan borcunu hissə-hissə ödəmişdir. O, Zülfüqara borcundan 1400 manat ödəmiş və hal-hazırda Zülfüqara 1650 manat borcu qalmışdır. Zülfüqar avtomobili ona geri qaytaran zaman 15 gün idarə etdiyi üçün pulu 50 manat əskik qaytarmağa razılaşmışdır. Cavabdeh borclu olduğunu etiraf etmiş, lakin borcun yerdə qalan hissəsini könüllü olaraq ödəməkdən boyun qaçırır. Səhhətində problemlər olduğu üçün tibbi müayinələrdən keçməlidir və bununla əlaqədar pula ehtiyacı olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib bildirdi ki, Cavabdeh QAZ-31 markalı avtomobilini 4200 manata satırdı. 2023-cü ilin yanvar ayında öz evində cavabdehə 3000 manat verərək avtomobili almış və ona sabah etibarnamə verildikdən sonra qalıq 1200 manatını verəcəyini bildirmişdir. O, sonradan bilmişdir ki, maşın lombarddadır. Cavabdeh ona etibarnamə vermədiyi üçün o cavabdehdən pulunu qaytarmasını və maşınını aparmasını istədikdə cavabdeh ona pulu xərcləməsini bildirmişdir. O, cavabdehə pulu hissə-hissə olmaqla qaytarmasını bildirmişdir. Avtomobili alan vaxt cavabdehə 3000 manat vermişdir. Avtomobili qaytardıqdan sonra isə cavabdeh ona 2023-cü ildə hiss-hissə olmaqla 500 manat, 300 manat, 200 manat, 250 manat və 50 manat olmaqla cəmi 1300 manat pul qaytarmışdır. Cavabdehin məhkəmədə etiraf etdiyi 1350 manat ilə razılaşır və cavabdehdən 1350 manat pulun alınaraq ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh bildirdi ki, avtovağzalda olarkən İddiaçı ona yaxınlaşaraq avtomobilini ona satmasını istəmişdir. O, hələ avtomobili satmaq fikri olmamasını ona demişdir. Bir iki gün sonra yenə gəlib avtomobili ona satmasını istəmişdir. O avtomobili 4500 manata satmaq istəməsini, lakin lombarda olan borcunu bağladıqdan sonra ona etibarnamə verə biləcəyini bildirmişdir. O, iddiaçı ilə avtomobili 4200 manata satması və lombarda olan borcunu bağladıqdan sonra ona etibarnamə verəcəyi barədə razılaşmışlar. Axşam vaxtlarında iddiaçı ona zəng edərək avtomobili gətirməsini istəmişdir. O avtomobili apardıqdan sonra onlar avtomobilə baxaraq ona 3000 manat pul vermişlər. O, səhəri aparıb lombarda olan borcunu bağlamışdır. Lombarddan ona bildirmişlər ki, axşama kimi olmasa da sabah avtomobilə görə etibarnamə verə bilər. Səhəri gün etibarnamə verilərkən iddiaçı ona hələ gözləməsini, evini satdığı adamın evi qaytarmaq istəməsini, əgər evi qayıdarsa maşını götürməyəcəyini billdirmişdir. O, iddiaçıya kreditlə niva maşını götürəcəyini bildirmişdir. Bir həftədən sonra iddiaçı maşını geri qaytarmışdır. O, aldığı niva maşınını vurmuşdur. İddiaçı ona maşını qaytararkən imkanı olduqca pulu hissə-hissə qaytarmasını bildirmişdir. İddiaçı həmin avtomobili 3-4 gün işlətmişdir. O iddiaçının qaytardığı QAZ-31 markalı avtomobili aparıb niva maşının borcuna görə lombarda vermişdir. İddiaçı sonradan gedib eyni markalı avtomobildən almışdır. Ona olan borcundan hissə-hissə olmaqla 1650 manat pul vermişdir. 1350 manat iddiaçıya borcu qalmışdır. Odur ki, iddia tələbinin 1350 manat hissəsində təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Göygöl rayon X4 Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ona pul borcu olan Cavabdeh qarşı mülkü tələbi ilə əlaqədar mülkü qaydada müvafiq məhkəmə orqanlarına müraciət etmək hüququnun olmasının izah edilməsi qərara qlınmışdır. İşdə olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. İşdəolan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1990-cı ildə Göygöl rayonunda anadan olmuş və Göygöl şəhəri, A.Hacıyev küçəsi ev 83-də yaşayır. İşdə olan İddiaçı tərəfindən Göygöl Rayon Polis Şöbəsinə verilmiş xx.xx.2024-cü il tarixli izahatın surətindən görünür ki, Göygöl şəhəri. A.Hacıyev küçəsi ev 73-də ailəsi ilə birlikdə yaşayır, evlidir. 2 övladı var, fərdi əməklə məşğuldur. O, 2022-ci ilin yanvar ayının 2-də qonşusu Cavabdeh 3000 manata Qaz-31 markalı dövlət nömrə nişanını unutduğu qara rəngli avtomobil almışdır. Həmin gün Ümid ona etibarnamə verməyərək sabahısı gün etibarnamə verəcəyini deyib onun şəxsiyyət vəsiqəsini almışdır. Həmin günün sabahısı o, Ümiddən etibarnaməni nə üçün vermədiyini soruşmuşdur. Bu zaman Ümid müxtəlif bəhanələr gətirməyə başlamışdır. O, Ümidin hərəkətlərindən avtomobil ilə bağlı problem olduğunu bilmişdir. Daha sonra zəng edib Ümidi çağırmış və avtomobili özünə verərək pulunu qaytarmasını istəmişdir. Ancaq Ümid pulu xərclədiyini deyib şəxsiyyət vəsiqəsini özünə vermişdir. O, Ümidlə razılaşıb pulunu 6 ay müddətinə hissə-hissə qaytarmasına razı olmuşdur. Lakin, Ümid onun pulundan hissə-hissə 2 il müddətinə 1250 manat qaytarmışdır. Geri qalan 1750 manatı isə pulu olmadığını deyərək vermək istəmişdir. O, həmin şəxsdən pulunun alınmasında köməklik göstərilməsini istəmişdir. İşdə olan Cavabdeh tərəfindən Göygöl Rayon Polis Şöbəsinə verilmiş xx.xx.2024cü il tarixli izahatın surətindən görünür ki, Göygöl şəhəri, A.Hacıyev küçəsi ev 83-də ailəsi ilə birlikdə yaşayır, evlidir, 2 övladı var. Fərdi əməklə məşğuldur. O, 2023-cü ilin sonlarında özünə məxsus olan Qaz-31 markalı dövlət nömrə nişanını unutduğu qara rəngli avtomobilini qonşuluqda yaşayan İddiaçı 3100 manata satmağa razılaşmışdır. O, həmin avtomobili Zülfüqara 3100 manata satdıqdan təxminən 15 gün sonra Zülfüqar avtomobili qaytarıb pulunu geri istəmişdir. O, qonşu olduğu üçün Zülfüqarla razılaşaraq avtomobili qaytarmasına etiraz etməmiş, lakin həmin vaxt Zülfüqardan aldığı pulları xərclədiyi üçün Zülfüqara pulu imkanı olduqca hissə-hissə qaytaracağını bildirmişdir. Bundan sonra Zülfüqar onunla razılaşmış və o, imkanı olduqca borcundan bu günədək hissə-hissə 1400 (bir min dörd yüz) manat ödəmişdir. Sonuncu dəfə oktyabr ayında Zülfüqar ondan borcundan ödəmə etməyini istəmiş, lakin onun pulu olmadığı üçün ödəyə bilməmişdir. Bundan sonra Zülfüqar barəsində şikayət etmişdir. O, Zülfüqara 3100 manata avtomobil satıb pulunu almış, lakin sonradan Zülfüqar avtomobili geri qaytarmışdır. O, da həmin vaxt pulu xərclədiyi üçün Zülfüqara olan borcunu hissə-hissə ödəmişdir. O, Zülfüqara borcundan 1400 manat ödəmiş və hal-hazırda Zülfüqara 1650 manat borcu qalmışdır. Zülfüqar avtomobili ona geri qaytaran zaman 15 gün idarə etdiyi üçün pulu 50 manat əskik qaytarmağına razılaşmışdır. Beləliklə, məhkəmə baxışında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə aralarında cavabdehdə məxsus QAZ-31 markalı avtomobili 4200 manata almaq barədə razılığa gəlmişlər. İddiaçı cavabdehə 3000 (üç min) manat verərək avtomobili almış, qalıq pulunu isə ona etibarnamə verdikdən sonra verəcəyini bildirmişdir. Daha sonra iddiaçı aldığı QAZ- 31 markalı avtomobili cavabdehə geri qaytararaq verdiyi pulu hissə-hissə olmaqla ona geri qaytarmasını bildirmişdir. İddiaçı məhkəmə iclasında cavabdehin ona olan borcundan hissə-hissə olmaqla 1300 manat qaytarmasını, cavabdeh isə iddaçıya hazırda 1350 manat borcu qalmasını bildirmişdir. Daha sonra iddiaçı cavabdehin etiraf etdiyi 1350 manat borcla bağlı razılaşmasını və iddia tələbinin 1350 manat hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər arasında QAZ-31 markalı avtomobilin alqısatqısına dair şifahi razılığa gəlinmiş, iddiaçı cavabdehə 3000 manat verərək avtomobili almış, lakin sonradan avtomobili geri qaytararkən verdiyi pulun ona hissə-hissə olaraq geri qaytarması barədə cavabdehlə şifahi razılaşmışlar. Cavabdeh iddiaçı ilə olan şifahi razılaşmanın şərtlərinə əməl etməyək avtomobilə görə iddiaçıdan aldığı 3000 manat pulun 1350 manatını qaytarmamışdır. Bununla da cavabdeh iddiaçıdan hər hansı qanuni və ya müqavilə əsası olmadan 1350 (bir min üç yüz əlli) manat məbləğində pul alaraq onun hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 1350 (bir min üç yüz əlli) manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 39 manat məbləğində dövlət rüsumu xərcini ödəmişdir. Buna görə məhkəmə, iddia tələbinin təmin edilən hissəsinə münasibətdə məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 33.50 manat hissəsini Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1350 (bir min üç yüz əlli) manat borc pul məbləği və 33.50 (otuz üç manat, əlli qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar