Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-76/2025 15.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Qurbanov Sənan Vüsal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun barəsində yaydığı yalan məlumatlara görə ondan üzr istəməsini, əks halda ondan ona yetirmiş olduğu mənəvi zərərə görə 1000 (min) manat, maddi zərərə görə 1000 (min) manat məbləğində pulun alınıb ona verilməsini, ödədiyi 40 (qırx) manat dövlət rüsumunun və iddia ərizəsinin tərtibi üçün “Hüquqi Xidmət” Mərkəzinə ödədiyi 70 (yetmiş) manat məbləğində xidmət haqqının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X2 rayonu Topalhəsənli kəndində onun qonşuluğunda yaşayır və onların qohumluq əlaqələri var. Bir müddət bundan əvvəl cavabdeh evlərinin qarşısından keçən avtomaşın yolunun bir hissəsini zəbt edib evinin qarşısındakı əraziyə birləşdirmişdir. Buna görə o, ona irad tutmuş və bundan sonra münasibətləri pozulmuşdur. Cavabdehlə bir neçə dəfə mübahisələri olmuş və mübahisə zamanı o, onu nəyaliq söyüşlərlə söyərək şərəf və ləyaqətini alçaldaraq təhqir etmişdir. O, müsəlman olaraq Qurani-Kərimdə nəzərdə tutulan əməlləri yerinə yetirir və qadın olaraq hicab geyimindən istifadə edir. O, Gəncə-Daşkəsən Regional İdarəsinin X3 Zurnabad kənd Diyarşünaslıq evində mədəni kütləvi iş təşkilatçısı vəzifəsində işləyir. Cavabdəhlə qohumluq və qonşulq münasibətləri pisləşdikdən sonra o, onun barəsində böhtan xarakterli məlumatlar yaymağa başlamışdır. Göygöl rayon Mədəniyyət Mərkəzinin müdiriyyətinə gələrək məlumat verib ki, guya o vaxtlı-vaxtında işə getmir və balaca uşaqlara hazırlıq dərsləri keçən zaman onlara dini dərslər keçir. O ixtisası üzrə ibtidai sinif şagirdlərinə hazırlıq dərsləri keçir və kənddə yaşayan uşaqların valideynləri hər gün uşaqlarının hazırlıq dərsləri ilə maraqlanırlar. Onlar da bilir ki, o uşaqlara dini dərs keçmir. Cavabdeh davamlı olaraq barəsində böhtan xarakterli məlumatlar yaymaqla onun müəllimlik nüfuzuma xələl gətirir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh ona qarşı olan torpaq iddiası prinsipini əsas tutaraq aprel və may aylarında dəfələrlə onun iş yerinə qanunsuz olaraq böhtan xarakterli məlumat vermək üçün getmiş, qanunsuz şəkildə onun fotoşəklini çəkmişdir. Həmçinin Cavabdeh iyun ayında o, dərsdə olarkən təkrar böhtan xarakterli yalan məlumatlar vermək üçün onun iş yerinə gedərək, Gəncə-Daşkəsən Mədəniyyət İdarəsi Regionalının Göygöl Şəhəri üzrə nümayəndəsi Vüsal Rzayevə məlumat verərək onun iş vaxtı hazırlıq keçdiyini, dini işlərlə məşğul olduğunu, az yaşlı uşaqları dinə cəlb etdiyini, halbuki uşaqları hazırlaması ilə bağlı onun hər hansı təhsili olmadığını bildirmişdir. Bunun əsasında da Göygöl Rayon Mədəniyyət Mərkəzinin direktoru Şahid3 tabeliyində olan müəssisə rəhbəri kimi onu, onun müdüriyyətini çağırmış və onun barəsində Cavabdeh vermiş olduğu şikayəti aydınlaşdırmış, həmin vaxt o taksi tutub getmişdir. Həmçinin cavabdeh onun iş nüfuzunu aşağı salmış, bu səbəbdən onu polis orqanına şikayət etmiş, qarşılığında Cavabdeh da eyni motivli əsaslarla onu polis orqanına, prokurorluğa şikayət etmişdir. Cavabdeh onu saxta video ilə ittiham edərək onun hazırda işlədiyi dövlət işi ilə məşğul olmadısını, hansısa məzhəbə qulluq etdiyini qeyd etmişdir. Cavabdeh youtubedə yerləşdirilmiş onunla əlaqədar olmayan videonu onun iş yeri ilə əlaqələndirərək onun həmin işlərlə məşğul olduğunu söyləyir. Əlavə olaraq bildirdi ki, Cavabdeh onun barəsində işə getməməsi və dini kurs keçməsi barədə onun iş yerinə yalan məlumatlar bildirmişdir. Bu barədə məlumatları Cavabdeh Gəncə-Daşkəsən Mədəniyyət İdarəsi Regionalının Göygöl Şəhəri üzrə nümayəndəsi Vüsal Rzayevə bildirmişdir. Bunu isə ona Şahid3 bildirmişdir. O bu qeyd olunanları bütün kəntdə yaymışdır. O Cavabdeh onun barəsində yayılan məlumatları deməsini eşitməmişdir, ona qeyd olunanları Şahid3 və Vüsal Rzayev bildirmişdir. Cavabdeh onunla qonşu məhlədə yaşamaqla aralarındakı yola peyin tökmüş və yolu kəsmişdir. İddiaçı Cavabdeh həmin peyini götürməsi ilə bağlı bələdiyyə orqanına müraciət etmiş, bu səbəbdən həmin günü cavabdeh onun rəhmətlik valideynlərinə söyərək onun şərəf və ləyaqətini alçaltmışdır. Cavabdeh ona söydüyü zaman həmin yerdə onlardan başqa heç kəs olmamışdır. Cavabdeh onun üzünə qaarşı söyməmiş, cavabdeh söyərkən o eşitmiş lakin ona heç nə deməmişdir. Onun barəsində yayılan məlumatlardan sonra iş yoldaşlarının arasına çıxa bilməmiş, bu səbəbdən cavabdehin hazırkı məhkəmə iclasında, həmçinin iş yerində ondan üzr istəməsini istəyir. Cavabdehin onun barəsində onun İrana işləməsi barədə kəntdə danışmış, o bunu cahamaatdan eşitmişdir. Cavabdeh tərəfindən ona vurulan əsas mənəvi zərəri onunla bağlı olmayan video ittihamları olduğunu, onun hansısa məzhəbə qulluq etməsi ilə bağlı böhtanları olmuşdur. Mənəvi zərər tələb etməsinin səbəbi keçirdiyi psixoloji sarsıntılardan sonra götürmüş olduğu müalicələrdir. Maddi zərər tələb etməsinə səbəb kimi isə onun xərclədiyi taksi pulları olmuş, lakin vəkilin niyə bunu 1000 manat kimi yazmasını özü də bilmir. Yas yerində çəkilmiş olan görüntü ilə bağlı onları kimin çəkdiyini, eləcə də həmin görüntünü kimin youtube sosial şəbəkəsinə yerləşdirdiyini bilmir, həmin yas mərasimində Cavabdeh iştirak edib-etməməsini, həmin video çəkilərkən Oktayın orada olub-olmamasını bilmir. Videonu youtube-yə azad söz kanalı qoymuşdur. Cavabdeh azad söz kanalı ilə əlaqəsinin olub-olmamasını bilmir. O iddia etmir ki, həmin videonu Cavabdeh paylaşmışdır. O Cavabdeh onun iş nüfuzuna vurduğu zərər görə məhkəməyə vermişdir. Onun barəsində deyilən böhtan xarakterli məlumatları Cavabdeh birbaşa yox, dolayı yolla digər şəxlərdən eşitmişdir. Sözügedən hadisələrlə bağlı Göygöl Rayon Mədəniyyət Mərkəzinin direktoru Şahid3 səhhəti ilə bağlı şahid qismində məhkəmə iclasına gələ bilməmişdir. O, hazırda 2-ci təhsil alır və uşaqları işdən əlavə vaxtlarda hazırlaşdırmış, səhər vaxtlarında uşaqları hazırlaşdırdığı vaxt isə məzuniyyətdə olmuşdur. Onun iş saatı 9-dan saat 4-ə qədərdir. Cavabdeh onun barəsində iş yerinə dediklərinin hər biri yalandır. Onun iş nüfuzuna xələ gətirmiş və o iş kollektivinin içinə çıxa bilməmiş, onun barəsində eyni motivdə polis orqanına çağrılması onu narahat etdiyini bildirərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və əlavə olaraq göstərdi ki, iddiaçının söylədiyi fikirlərin heç birini qəbul etmir, belə ki, onun ailəsində aldığı tərbiyə və universitetdə aldığı təhsil ona hər hansı şəxsin barəsində o cümlədən qadın barəsində nalayiq ifadələr işlətməyə imkan vermir. İddiaçı 3 ildir ki, dövlətin işində faktiki olaraq iştirak etmir, sadəcə səhər saat 9-dan yanına gələn 6-7 nəfər az yaşlı tələbə gəlir və saat 11-də çıxır, onlara hazırlıq dərsi keçir, dövlətdən müftə maaş alır. İddiaçı heç bir müəllimlik hüququ olmadan azyaşlı uşaqlara 2024-cü ilin iyun ayına kimi gündəlik 2 smenlə saat 2-dən 4-ə və saat 4-dən 6-ya hazırlıq keçibdir. Həmin şəxs faktiki olaraq rəsmi adı getdiyi dövlətin işində olmamışdır. Peyin tökmək məsələsinə gəldikdə isə cavabdeh məhləsinin kənarına peyin tökmüş, daha sonra bələdiyyə məsələni ona bildirəndən 2 gün sonra isə peyini oradan götürmüşdür. İddiaçı İcra Hakimiyyətinə onun barəsində şər-böhtan xarakterli şikayət etmiş, daha sonra da polis orqanına şikayət edərək, cavabdehin İddiaçı iş yerində işdən yayındığı vaxtda guya onun tərəfindən şəkli çəkilərək həmin şəxsin müdiriyyətinə göndərdiyini söyləmişdir. Göstərilən şikayətlərdən sonra o, Gəncə-Daşkəsən Mədəniyyət İdarəsi Regionalının Göygöl Şəhəri üzrə nümayəndəsi Vüsal Rzayevin qəbulunda 1-2 dəqiqəlik olmuş və ona bildirmiş ki, İddiaçı dövlətin işindən yayınır, bu səbəblə işçiləri ilə maraqlanmalarını Vüsal Rzayevdən xahiş etmişdir. O yalnız bu sözləri demişdir. İddiaçı onun barəsində əsassız olaraq elədiyi şikayətlərdən sonra o, İddiaçı işlədiyi idarəyə gedib İddiaçı işdən yayındığını Vüsal Rzayevə bildirərək işçiləri ilə maraqlanmalarını ondan xahiş etmişdir. İddiaçı onun barəsində polisə şikayət verərək guya onun İddiaçı məhlədə işləyərkən şəklini çəkib Vüsal Rzayevə göndərməsini bildirmiş, daha sonra polis orqanından Vüsal Rzayevə zəng olunaraq onun İddiaçı şəklini çəkib ona göndərib-göndərməməsi ilə bağlı məsələni soruşulanda isə Vüsal Rzayev bildirmişdir ki, ona heç kəs şəkil göndərməmişdir. Taleh Yusifov adlı şəxslərlə onun və ya ailəsinin heç bir əlaqəsi yoxdur, həmçinin həmin yas mərasimində o və ya ailə üzvlərindən heç kəs iştirak etməmişdir. Həmin görüntünün sosial şəbəkədə yerləşdirilməsi ilə bağlı onun heç bir əlaqəsi olmamışdır. O heç kəsin yanında iddiaçının barəsində danışmamışdır. Əgər kiminsə yanında bu haqqda danışmışsa iddiaçı gətirsin və onunla üzləşdirilsin. Hər gün az yaşlı uşaqlar 9-dan 11-ə qədər İddiaçı yanına gəlir və o hazırlıq kursu keçir. İddiaçı müəllimlik hüququ yoxdur, İddiaçı dövlətdən müftə maaş alaraq az yaşlı uşaqlara dərs keçməsi qeyri-qanunidir. Onun heç bir pedoqoloji təhsili yoxdur. İddiaçı ondan 1000 manat maddi zərər istəyir, o İddiaçı malına mülkinə heç bir ziyan vurmamışdır. İddiaçı Zurnabad kəndində kulubda işləyir. Əgər hər hansı zərər vurmuşsa iddiaçı bunu sübuta yetirsin. Sentyabr ayından bu günədək iddiaçı evində hazırlıq dərsləri keçir. O iddiaçının barəsində heç bir şey danışmamış və youtube də olan video ilə bağlı onun heç bir əlaqəsi yoxdur. İddiaçının yazdıqlarının hər biri yalan və iftiradır. Belə ki, o iddia ərizəsində göstərmişdir ki, guya o onun barəsində bir müddət bundan əvvəl o onu söyüb təhqir etməsini göstərmiş, dəqiq vaxtını yazmamışdır. İddiaçı ondan polisə şikayət etmiş, lakin onun Verdiyeva İlahədən şikayəti olmamışdır. İddia tələbinin əsassız olması səbəbi ilə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, cavabdeh X1 kimi tanıyır, İddiaçı ilə hər hansı dostluğu və qohumluğu yoxdur, sadəcə uşağını İddiaçı yanına dərslə bağlı hazırlıq keçməsi üçün göndərir. Onun uşağı Natiq 7-ci sinifdə oxuyur. Onun uşağı Natiq hazırda İddiaçı yanına səhər hazırlığa gedir, lakin əvvəllər məktəbdən evə gəldikdən sonra, axşam saatlarında təxminən saat 21-22 radələrində getmişdir. Onun oğlu Natiq İddiaçı yanına azərbaycan dili və riyaziyyat fənlərindən məşğələyə gedir. Oğlu İddiaçı yanına hazırlığa Azərbaycan dili və Riyaziyyat dərsi ilə bağlı, axşam saat 9-da, 10-a işləmiş getdiyini bildirmişdir. Onun uşağını atası aparıb gətirmişdir. O uşağının müdafisi ilə bağlı gəlmişdir. Belə ki onun uşağı dini dərs almır. Onun uşağı azərbaycan dili və riyaziyyat dərsini alır. O kəntdə uşağının dini dərs almasını eşitmişdir. Əlavə olaraq bildirdi ki, cavabdeh Oktar Rəsulovu tanımır. Onun dilindən uşağının dini dərs almasını deməsini eşitməmişdir. Uşağı Yanvar ayında səhər saat 9-da gedir saat 10 da qayıdır. Bu aydan əvvəl isə axşamlar getmişdir. Sentyabr ayından əvvəl uşağı günortalar məktəbə getmişdir. Səhərlər İlahə məllimənin yanına kursa getməməsinin səbəbi onun işdə olmasıdır. O iddiaçı ilə cavabdeh arasında olan münasibətlə bağlı başqa heç nə bilmir. Məhkəmə iclasına İddiaçı vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, onun qızı İddiaçı yanına axşam məktəbdən çıxandan sonra getmişdir. Onun uşağı 5-ci sinifdə oxuyur. Uşağı evə 22 radələrində gəlmişdir. Onun uşağına dini dərs keçilmir. O Cavabdeh kəntçisi kimi tanıyır. O Cavabdeh İddiaçı barəsində ümumiyyətlə nəsə deməsini eşitməmişdir. Məhkəmə iclasına İddiaçı vəsatəti əsasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, İddiaçı onun bacısı qızıdır, Cavabdeh isə həmkəndlisidir. O 15 ildir ki, Cavabdehla küsülüdür. O nə ilə bağlı məhkəməyə gəlməsini bilir. O, Cavabdeh İddiaçı barəsində nəsə deməsini görməmiş və eşitməmişdir. O Cavabdeh İlahənin iş yerinin qarşısında görmüşdür. Onun nəvəsi yanvar ayından başqa, 2024-cü sentyabr ayının 15dən 2024-cü ilin dekabr ayının sonuna kimi İlahənin yanında hazırlıqda olmamışdır. Onun nəvəsi İddiaçı yanında şər qarışanda getməsini bilir. Onun Cavabdehla nə yoldaşlığı, nə də bir kəlmə söhbəti olmamışdır. O, Cavabdeh İddiaçı ilə bağlı nəsə deməsini görməmişdir. O, Cavabdeh İddiaçı işlədiyi idarənin qarşısında görmüş, lakin həmin yerə niyə getməsini bilmir. O Vüsal Rzayevlə və Şahid3 ilə söhbət etməmiş, lakin İddiaçı Cavabdeh onun barəsində şikayət etməsini eşitmiş, lakin Vüsal Rzayev və ya Şahid3 Cavabdeh İddiaçı haqqında nəsə deməsini eşitməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki İddiaçı xx.xx.1988-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl RİHB-nin Topalhəsənli kənd İƏD-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-47-23/3-2-201/2024 saylı arayışın sürətindən görünür ki, İddiaçı Göygöl rayonu Topalhəsənli kəndində yaşayaır. İş materiallarına əlavə edilmiş Göygöl RİHB-nin Topalhəsənli kənd İƏD-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-47-23/2-68/2024 saylı məktubun sürətindən görünür ki, Cavabdeh Göygöl rayonu Topalhəsənli kəndində yaşayaır. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etiraz ərizəsindən görünür ki, İddiaçı cavabdeh olaraq o, Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qeyd etdiyi xüsusarlara əsasən əsassız olduğuna görə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh Gəncə-Daşkəsən Mədəniyyət İdarəsi Regionalının Göygöl Şəhəri üzrə nümayəndəsi Vüsal Rzayevə müraciət edərək, İddiaçı dövlətin işindən yayınmasını, bu səbəblə işçiləri ilə maraqlanmalarını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi haliarın müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.2-ci maddəsinə görə, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 nömrəli Qərarında qeyd edilir ki, qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn. Məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəçisi kimi baxıla bilər. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı Qərarının 5-ci bəndində «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı Qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, başqası haqqında yalan məlumatları yayan şəxsin hərəkətlərində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatların təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. Plenum Qərarının həmin bəndinin İİİ hissəsində isə göstərilmişdir ki. Azərbaycan Respublikası CM-in böhtana görə məsuliyyət nəzərdə tutan maddəsi üzrə cinayət isi başlanılmasının rədd edilməsi, başlanmış cinayət işinin xitam edilməsi və ya hökm çıxarılması mülki mühakimə icraatı qaydasında şərəf və ləyaqətin müdafiəsini istisna etmir. İş üzrə tərəflərin izahatlarından görünür ki, cavabdeh Gəncə-Daşkəsən Mədəniyyət İdarəsi Regionalının Göygöl Şəhəri üzrə nümayəndəsi Vüsal Rzayevə müraciət edərək, İddiaçı dövlətin işindən yayınmasını, bu səbəblə işçiləri ilə maraqlanmalarını xahiş etmişdir. Qeyd edilən müraciətdə, həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarda və iddiaçının vəsatəti əsasında məhkəmədə dindirilmiş şahidlərin ifadələrində cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətinə xələl gətirən hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri-digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən, bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin iddiaçının hərəkətinin araşdırılması ilə bağlı müraciət etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində əks olunmuş Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququnun həyata keçirilməsi ilə bağlıdır və onların hərəkəti iddiaçının barəsində yalan məlumatların yayılması kimi qiymətləndirilə bilməz. “Zaxarçenko Rusiyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, dövlət orqanına göndərilmiş məktubda qeyd edilən tənqidi fikirlər söz azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz. Həmin qərarda göstərilir ki, «ərizəçinin onun qeyri-qanuni hesab etdiyi məsələni araşdırmalı olan səlahiyyətli dövlət orqanına və ya onun vəzifəli şəxsinə məktubla müraciət etməsi mühüm əhəmiyyət kəsb edir. Vətəndaşların qeyri-qanuni hərəkət hesab etdikləri məsələlər barədə bunu araşdırmağa səlahiyyəti olan dövlət orqanına müraciət etmək nəinki onların hüququ, hətta qanunla nəzərdə tutulmuş vəzifəsidir. Ərizə qanunla müəyyən edilmiş hüdudlarda verilmişdir. Ərizə birbaşa dövlət orqanına ünvanlanmış və hər hansı formada dərc edilməmiş və bu ərizədə göstərilən məlumatların geniş kütləyə çatdırılması üçün ərizəçi heç bir hərəkət etməmişdir. Məhkəmə vətəndaşların və vəzifəli şəxslərin diffamasiya və təhqirə məruz qalmamasının vacibliyi ilə yanaşı həmçinin bildirir ki, bu, hər bir işin konkret hallarından asılıdır. Hazırkı işdə ərizəçinin məktubla dövlət orqanına müraciət etməsi məlumatların yayılması kimi qiymətləndirilməmişdir». Məhkəmə hesab edir ki, iddiaçının hüququnun pozulduğu müəyyən edilmədiyindən, onun cavabdehə qarşı tələb hüququ yaranmamış, habelə cavabdeh tərəfindən məlumatlar yayılmamış, iddiaçının maddi və mənəvi zərərə məruz qalması məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlar əsasında öz təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neqanti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından gələ bilər. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsümu və məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-76/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-76/2025
15.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver