Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-78/2024 11.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 1920 (min doqquz iyirmi) manat pulun, ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh uzun müddətdir ki tanıyır. Cavabdeh iri və xırda buynuzlu heyvanların alqısatqısı ilə məşğul olduğundan 2022-ci ilin axırlarında özünə məxsus xırda buynuzlu heyvanlarını satmaq istədiyini cavabdehə bildirmişdir.Cavabdeh isə onun heyvanlarını almaq istəmiş və onlar razılaşmışlar. xx.xx.2022-ci il tarixdə cavabdeh onun yaşadığı evə gələrək 480 manat dəyərində bir baş ana-bala qoyunu, hər birinin dəyəri 140-160 manat olan iki baş quzunu aparmış, bundan sonra xx.xx.2022-ci il tarixdə 5 baş ana-bala qoyunu, xx.xx.2023-cü il tarixdə 3 baş ana-bala, 1 baş boğaz qoyunları və 3 baş keçini aparmışdır. Heyvanların ümumi dəyəri 2970 manat etmişdir. Cavabdeh heyvanların pulundan ona ayrı-ayrı vaxtlarda 1050 (500,500 və 50 manat olmaqla) manat vermişdir.Hazirda cavabdehin ona 1920 manat borcu qalmışdır. Dəfələrlə cavabdehdən pulunu tələb etsədə hər dəfə müxtəlif bəhanələr gətirərər ona olan borcunu qaytarmamışdır. Cabvabdeh borcunu könüllü olaraq qaytarmadığından məhkəmədə həmin iddianı qaldırmaq məcburiyyətində qalmışdır.Cavabdeh 1920 (min doqquz iyirmi) manat pulun və ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan qəbzdən görünür ki, İddiaçı xx.xx.2023-sü il tarixdə 41 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim etdiyi ərizəsində İddiaçı məhkəməyə pul tələbinə dair müraciət edərək 1920 manat pul təəb etdiyini və onu cavabdeh qismində göstərdiyini, onun İddiaçı 1920 manat borcu olduğunu və borcunu hissə-hissə ödəməyə hazır olduğunu göstərmişdir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1920 (min doqquz iyirmi) manat pul və ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1920 (min doqquz iyirmi) manat pul və ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən :Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-78/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-78/2024
11.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver