Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-787/2024 20.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Göygöl rayonu, Nadil kəndində yerləşən 12 sot torpaq sahəsinə görə onun tərəfindən verilmiş 18500 manat, həmin torpaq sahəsi üzərində olan kolbasa sexinin yarısına görə 35000 manat və Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 10 sot torpaq sahəsinə görə 18500 manat olmaqla, ümumilikdə onun cavabdehlərə verdiyi 72000 manat pulun və 306 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 təxminən 1 ildir ki, tanıyır. O, əvvəllər Gəncə şəhəri Dubay bazarı adlanan bazarda meyvə-tərəvəz və kimyəvi malların satışı ilə məşğul olmuşdur. Həmin vaxtdan Cavabdeh1 ilə münasibəti yaranmış, o iddiaçıya təklif etmişdir ki, ucuz qiymətə torpaq yerləri var, istəsə ona sata bilər. 2023-cü ilin noyabr ayında Cavabdeh1la görüşmüşdür və həmin satmaq istədiyi sahəyə getmişlər, cavabdeh ona onun satmaq istədiyi Göygöl rayon Qızılca kəndində yerləşən magistral yolun kənarında ayrı-ayrı 2 torpaq sahəsini göstərmiş və bildirmişdir ki, 10 sot olan torpaq sahəsi arvadı Cavabdeh2 adına, digər 12 sot olan torpaq sahəsi isə onun öz adınadır. İddiaçı torpaq sahələrini bəyəndiyi üçün, hər birinin qiymətini ayrı-ayrılıqda 18500 manata razılaşmışdır. Bir necə gün sonra Gəncə şəhəri "Xan Bağı"-nın yaxınlığında iddiaçı dostu Mirqiyasla birlikdə cavabdehlər Cavabdeh1 və arvadı Cavabdeh2 görüşmüş və iddiaçının cavabdehlərlə görüşməkdə məqsədi Gəncə şəhər 1 saylı Notariat Kontorunda alqı-satqını rəsmiləşdirmək olmuşdur, birlikdə həmin Notariat ofisində olmuşlar. Orada sənədlərə baxıldıqdan sonra torpaqlara aid sənədlər olmadığına görə alqı-satqının rəsmiləşdirilməsinin mümkün olmadığı bildirilmişdir. Hər iki tərəf öz aralarında razılaşaraq, akt tərtib etməklə alqısatqını aöz aralarında rəsmiləşdirmişlər. Bu məqsədlə onlar 10 noyabr 2023-cü ildə hər torpağın alqı-satqısına dair 4 nəfərin iştirakı ilə Akt tərtib etmişlər. Bundan sonra cavabdeh ona aldığı torpaq sahəsinin içərisində olan kolbasa sexinin 50%-ni 35000 manata almağını təklif etmişdir. Həmin mübahisəli sexi almağına dair 35000 manatı verməsi barədə ayrıca aralarında Akt tərtib olunmuşdur. İddiaçı tərtib etdikləri Aktlar zamanı cavabdehlərlə razılaşmışdır ki, cavabdehlər 3 ay ərzində torpaqların və sexin hüquqverici sənədlərini düzəltməli və onlar alqı-satqını notariusda başa çatdırmalıdırlar. Cavabdehlər həmin vədlərinə əməl etmədiklərinə görə, o məcbur olub Gəncə şəhər Prokurorluğuna müraciət etmiş, ərizəsi oradan Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmiş, 1-ci Polis Şöbəsinin TBnin baş təhqiqatçısı polis mayoru Ceyhun Musayev tərəfindən araşdırma aparılaraq, xx.xx.2024-cü ildə cinayət işi başlanmasının rədd edilməsi" haqqında qərar qəbul edilmişdir. Həmin qərarla nəticəyə gəlinmişdir ki, Cavabdeh1 əməlində İddiaçı 72.000 manat pulumu aldatma yolu ilə ələ keçirməsi öz təsdiqini tapmadığından, barəsində CM-nin 178-ci maddəsi ilə "cinayət işi başlanması" rədd edilməli və onun pul tələbi ilə bağlı məhkəməyə müraciət etməyi izah olunmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, həm iddiaçının dostudur. Həmin göstərilən iddiaçının bildirdiyi torpaq sahələrinin və o sahələrindən birinin üzərində olan sexin iddiaçı tərəfindən alınması barədə məlumatı var və alqı-satqını rəsmiləşdirmək üçün iddiaçı və cavabdehlərlə birlikdə notarius ofisinə oda getmişdir və alqı-satqı baş tutmamış və onun da iştirakı ilə onlar arasında olan aktda şahid qismində imza etmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçının atasıdır, oğlunun həmin torpaq sahələrini və kolbasa sexini almasında şifahi məlumatı var və digər şahidin dediklərini eynilə təsdiq edir. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" 25 mart 2024-cü il tarixli qərara əsasən aparılmış təhqiqat araşdırması zamanı tərəflərin izahatı alınmış və Cavabdeh1 verdiyi izahatda bildirmişdir ki, o, İddiaçı müəyyən müddətdir tanıyır. İddiaçı və cavabdeh qismində olan onun yoldaşı Cavabdeh2 və onun arasında olan şəriklik müddətində tərtib olunmuş aktlara əsasən 23000 manat puldan ümumilikdə iddiaçıya 13000 manat borcu qalmışdır. İddiaçının onun barəsində yazdıqları şər və böhtandır. Tərəflər arasında borc öhdəlik münasibətləri mövcud olduğu üçün Azərbaycan Respublikası MM-nin 324-cü maddəsində nəzərdə tutulmuş, mülki hüquq münasibətləri yarandığı üçün qarşılıqlı münasibətlər mülkü qanunvericilik əsasında tənzim olunmalı olduğundan, eyni zamanda toplanmış materialda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə nəzərdə tutulan dələduzluq cinayətinin tərkib əlamətləri olmadığından, material üzrə hüquqi qiymət verilməsi mümkün olmamışdır. Bu səbəbdən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və İddiaçı tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. xx.xx.2023-cü tarixli aktdan görünür ki, alıcı İddiaçı, satıcı Cavabdeh1 ona məxsus Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 10 sot torpaq sahəsini 18500 (on səkkiz min beş yüz) manata almışdır; xx.xx.2023-cü tarixli aktdan görünür ki, alıcı İddiaçı, satıcı Cavabdeh2 ona məxsus Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 10 sot torpaq sahəsini 18500 (on səkkiz min beş yüz) manata almışdır; xx.xx.2023-cü tarixli aktdan görünür ki, alıcı İddiaçı satıcı Cavabdeh1 ona məxsus Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 12 sot torpaq sahəsi üzərində yerləşən “Fermer” kolbasa sexini 35000 (otuz beş min) manata almışdır; № ********** saylı xx.xx.2024-cü il tarixli qəbzə əsasən İddiaçı 306 manat dövlət rüsumu və 0.46 qəpik xidmət haqqı ödəmişdir. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı cavabdehlərdən 72000 manat pulun tutulmasını tələb etmiş, iddiasını aralarındakı tərtib etdikləri aktlara əsasən cavabdehlərin ona həmin miqdarda borcunun yaranması ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi halın təsdiqi üçün aralarında tərtib olunmuş aktları təqdim etmişdir. İş üzrə olan sübutlarla cavabdehlərin həmin borcu qaytarması halı təsdiq olunmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, aktlara əsasən cavabdehlər iddiaçıdan 72000 manat pulu borc almış, lakin ödəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, aralarındakı borc müqaviləsinə əsasən cavabdehlərin iddiaçıya 72000 manat məbləğində borcu yaranması tam təsdiq olunduğundan, həmin vəsait ondan tutularaq iddiaçıya ödənilməli, həmçinin ödənilmiş rüsumun əvəzi olaraq 306 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 72000 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 306 manat tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində isə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(066)-787/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-787/2024
20.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver